Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-7/2018 01.03.2018 ALİ MƏHKƏMƏ “01” mart 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Tahir Lələkişi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İlkin Yusifovun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi - İsmayıllı şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və Məhkum2 müdafiəçisi- fərdi fə aliyyət gösətərn vəkil İsmayılov Mübariz İslam oğlu tərəfindən verilən kassasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən Q.V.Əliyev, hakimlər İ.S.İbrahimov və S.S.Hüseynovdan ibarət tərkib) Məhkum1 (xx xxxxx 1994-cü ildə Babək rayonunun Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, məhkum olunmayan, Babək rayonunun Didivar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N №li hərbi hissədə post böyüyü-manqa komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər hərbi rütbəsində xidmət etmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Cəza çəkmə müddətinin əvvəli 18 mart 2016-cı il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum2 (24 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, məhkum olunmayan, Ağdam rayonunda qeydiyyatda olan, N №-li hərbi hissədə qumbaraatan vəzifəsində, ə sgər hərbi rütbəsində xidmət etmiş) CM-in 150.2.5-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 332.2.1, 332.2.2-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx xx 2016-cı il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müə ssisəsində çəkməsi qərara alınmışdır. Həmin iş üzrə X4 da məhkum edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il qərarı ilə (sədrlik edən və məruzəçi hakim PV.Həsənov, hakimlər S.M.Qarayev və F.M.Abbasovdan ibarət məhkəmə tərkibi) Məhkum2 və onun müdafiəçisi X10, Məhkum1 və onun müdafiəçisi X14, zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi və vəkil Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il qərarından Məhkum2 müdafiəçisi İsmayılov Mübariz İslam oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi və vəkil Müdafiəçi1 kas sasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinə baxılanadək Məhkum2 xx xx 2018-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi İsmayılov Mübariz İslam oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin xx xx 2018-ci il tarixli 17/21-862 saylı məktubu ilə göndərilmişdir). İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 N N-li hərbi hissənin bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən "Süsüst" müdafıə mövqeyində post böyüyü-manqa komandiri vəzifəsində xidmət edərkən hakimiyyət həddini aşmaqla digər şəxsi marağına görə müntəzəm olaraq əsgər Məhkum2 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadə k olan müddət ərzində öz rahatlığını təmin etmək üçün imtiyazlı mövqe yaratmaqla onun hərbi qulluqçuları idarə etməsinə şərait yaratmış, Məhkum2 2015-ci ilin oktyabr ayında X1 və noyabr ayında X2 qarşı zor tətbiq etməsini bilib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 50-ci maddəsində nəzərdə tutulan "hər bir komandir (rəis) tabeliyində olanların ciddi intizamın zəruriliyini şüurlu surətdə dərk etmələrinə səy göstərməli, baş verə biləcək cinayətlərin, xoşagəlməz hadisə və hərəkətlərin qarşısını vaxtında almalı və onların yaranmasına səbəb ola biləcək əmilləri vaxtında aşkar edib aradan qaldırmağa diqqət yetirməlidir" tələblərini pozaraq hakimiyyətindən qəsdən istifadə etməməklə digər şəxsi marağına görə, yəni Məhkum2lə olan yaxın münasibətlərinə görə onun b arəsində tədbir görülməsi üçün yuxarı komandanlığa məlumat verməmiş, 2015-ci ilin sentyabr ayında X1 mərmi itirməsini bəhanə edib öz qulluq mövqeyindən istifadə edərək tamahkalıq məqsədi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görəcəyi ilə onu qorxudub 50 manat pulunu tələb edib almış, 2015-ci ilin noyabr ayında Məhkum2 tələbi ilə posta siqaret alınması üçün əsgər X3 onun adına göndərtdiyi 30 manat pulunu alaraq mənimsəmiş, həmçinin Məhkum1 hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «Komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstə rməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərinin ziddinə olaraq 2015-ci ilin sentyabr ayında yeməkxana naryadına getməkdən imtina etməsi səbəbindən tabeliyində olan əsgər X1 sillə zərbəsi vurmaqla, 2015-ci ilin sentyabr ayında tabeliyində olan əsgər X7 döyüş növbəsində olarkən düzgün xidmət aparmamasını bəhanə edib ona üst-üstə bir neçə zirehli jilet geyindirtdirib sifətinə sillə zərbələri vurub iki saat müddətində ayaqüstə saxlayıb, sonra əlinə bel verib arxasına təpiklə vuraraq çölə çıxarıb yataqxananın ətrafında gəzdirməklə, 2015-ci ilin sentyabr ayının sonlarında tabeliyində olan əsgər X8 döyüş növbəsində olarkən düzgün xidmət aparmamasını bəhanə edib sifətinə sillə zərbələri vurmaqla, 2015-ci ilin noyabr ayında həmin postda xidmət edən kəşfıyyat manqasının əsgəri X3 naryada yazması səbəbindən tabeliyində xidmət edən kiçik çavuş X4 ilə aralarında yaranmış mübahisə zəminində onun yaxasından tutub sinəsindən itələyib sifətinə yumruq zərbəsi vurmaqla, həmin gün öz hərəkətlərini davam etdirərək X4 xidmətdən qayıdanda axşam yeməyinin hazır olmasını tələb etməsi səbəbindən ona qarşı nalayiq söz işlədib sinəsinə yumruq zərbəsi vurmaqla onları döyüb işgəncə vermiş, 2015-ci ilin noyabr ayının ortalarında Məhkum1 əsgər Məhkum2 ilə qabaqcadan razılaşmaqla kiçik çavuş X11 məzuniyyətə buraxılarkən sevdiyi qızla telefon damşıqlarını telefonun yaddaşına yazaraq həmin danışıqları internet şəbəkəsində və əsgər yoldaşları arasında yayıb onu rüsvay etməklə hədələyərək ondan məzuniyyətdən gələrkən 100 manat pul və 1 kiloqram bal gətirməsini hədə-qorxu ilə tələb etmiş, X4nin 28 noyabr 2015-ci ildə məzuniyyətdən xidmət yerinə qayıdarkən gətirdiyi 100 manat pulu və 25 manat dəyərində 1 kiloqram balı ondan almışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiyası instansiyası məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum1 münasibətdə cəzanın təyini məsələsinin həllində əhəmiyyət kəsb edən hallar kifayət qədər araşdırılıb-nəzərə alınmamış, nəticədə Məhkum1 həm ayrı-ayrı cinayətlərə görə, həm də cinayətlərin məcmusu üzrə şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül və bu səbəb dən Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verməyən cəzalar təyin etmişlər. Nümayəndə kassasiya şikayətində göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasımn xx xx2017-cı il tarixli qərarının Məhkum1 aid hissəsini ləğv edilməsini, ona təqsirli bilindiyi CM-in normalarının sanksiyasında nəzərdə tutulmuş yuxarı hədlərdə cəzaların təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 müdafiəç isi İsmayılov Mübariz İslam oğlunun kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək xx xx 2018-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin xx xx 2018-ci il tarixli 17/21-862 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum2 ərizəsini nəzərə alıb, cin ayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətində Məhkum1 şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsini və Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin normalarının sanksiyasında nəzərdə tutulmuş yuxarı hədlərdə cəzaların təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya nümayənd ənin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əs aslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə da ha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. Cinayətlərin təkrar törədilməsi CM-in 61.1.1-ci maddəsində cəzanı ağırlaşdıran hallar sırasında təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə isə cinayət qanununun 61.1.1-61.1.13cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında n ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum1 Cinayət Məcəlləsinin 182.2.1 və 341.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri (qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə, habelə döyüş şəraitində rəisin müntəzəm olaraq hakimiyyət həddini aşma və tamahkarlıq məqsədilə hakimiyyətdən istifadə etməmə) Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayətlər kimi, CM-i n 331.3-cü maddəsi ilə təqsirli bilindiyi rəisin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi döyməsi əməli isə Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Qeyd olunan cinayətlərə görə Cinayət Məcəlləsinin 182.2.1 və 341.3-cü maddələrinin sanksiyalarında 5 (beş) ildən 10 (on) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 331.3cü maddəsinin sanksiyasında isə 3 (üç) ildən 7 (yeddi) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkum1 Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə isə 5 il 9 ay müddətə azadlıqdan məhrum etmə cə zası təyin edilmiş, yəni bütün cinayətlər üzrə cəzalar müvafiq maddələrin sanksiyaları daxilində olmuş, Məhkum1 barəsində Cinayət Məcəlləsinin güzəştli institutlarından hər hansı biri, o cümlədən Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməmişdir. Məhkum1 cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən də Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əməl edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən hər bir cinayət üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Baxılan işdə cinayətlərin təkrar tödərilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Məhkum1 cəzasını ağırlaşdıran hal hesab edilmiş, onun əməllərini etiraf edib peşmançılıq çəkməsi və arvadının hamilə olması isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsi nin məhkəməyə verdiyi səlahiyyət əsasında cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Eyni zamanda, Məhkum1 şəxsiyyətini səciyyələndirən hallar kimi müəyyən edilmişdir ki, o, gəncdir, əvvəllər məhkum olumamışdır. Məhkum1 təyin olunan cəzaların iş üzrə müəyyən olunmuş həmin hallar və işin digər xüsusatları ilə müqayisəsindən görünür ki, məhkəmələr Məhkum1 cinayətlərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Ağayevə həm ayrı-ayrı cinayətlərə görə, həm də cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-ci maddələrinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Odur k i, həmin cəzaların təyin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü Məhkum1 münasibətdə dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisnin nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya ş ikayəti təmin edilməməli, Məhkum2 müdafiəçisinin kassasiya şikayəti geri qaytarılmalı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının Məhkum1, Məhkum2 və X3 barəsində olan xx xx2017-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1 və 414-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının Məhkum1, Məhkum2 və X3 barəsində olan xx xx 2017-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum2 barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xx2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi İsmayılov Mübariz İslam oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-7/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-7/2018
01.03.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver