Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-7/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsi ndə, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020ci il tarixli qərarından Şahid71 və onun nümayəndəsi X5, Şahid57 və Qanuni nümayəndə MMC-nin nümayəndələri, X2 və X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.C.Ramazanov və R.Q.Abbasov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 5 yerləşən 1 otaqlı fərdi yaşayış evi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvanın 7da yerləşən daşınmaz əmlak, ünvan 6vanında yerləşən 46 saylı mənzil (köhnə ünvanı ünvan16), ünvan 8ləşən 0,894 ha torpaq sahəsi, ünvan 17, ünvan 18də yerləşən yaşayış evi, ünvan 19 da yerləşən torpaq sahəsi, 2015-ci il buraxılışlı “Jaguar XJ” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil, 2014-cü il buraxılışlı “Mercedes Benz E-350” markalı, ** YY *** dövlət qeydiyyat nişanlı avtomobil, 2014-cü il burax ılışlı, “Toyota Camry minik” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil, 1988-ci il buraxılışlı, “QAZ 2410 minik” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil, 1991-ci il buraxılışlı, “QAZ 2410 minik” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil, 1955-ci il buraxılışlı, “Moskviç 401 minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil, 1992-ci il buraxılışlı, “QAZ 2411 minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil, 1987-ci il buraxılışlı, “QAZ 2410 minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil, 1987-ci il buraxılışlı, “QAZ 2410 minik” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil, 1994-cü il buraxılışlı, “QAZ 3102 minik” markalı, ** ZE *** qeydiyyat nişanlı avtomobil, 1971-ci il buraxılışlı, “QAZ 2410 minik” marka lı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil, 2015-ci il buraxılışlı, “Citroen C4 Picasso minik” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil, 2013-cü il buraxılışlı, “Citroen C4 minik” markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-nin Sabunçu filialında Təqsirləndirilən şəxs1 adına olan hesabda 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, 64.260 manata bərabər 37.800 ABŞ dolları məbləğində pul vəsaitləri, “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəzi filialında Təqsirləndirilən şəxs1 adına olan hesabda 39.650,72 ABŞ dolları, 63,94 manat, 71,82 manat məbləğində pul vəsaitləri, Təqsirləndirilən şəxs1 məxsus “Montblanc” markalı əl çantasının içində aşkar edilmiş 2030 ABŞ dolları və 2900,10 manat məbləğində pul vəsaitləri xüsusi müsadirə cinayət-hüquqi tədbiri ki mi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Hökmdən Şahid71 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, onun xüsusi mülkiyyətində olan və pay hüququnun tanınmış əmlaklara dair xüsusi müsadirə cinayəthüquqi tədbirinin ləğv edilməsini xahiş etmişdir. Hökmdən Şahid57 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, onun xüsusi mülkiyyətində olan **-ON-*** dövlət qeydiyyat nişanlı, “Citroen C4 picasso” minik markalı avtomobil və **-HK-*** dövlət qeydiyyat nişanlı, “Citroen 4” minik markalı avtomobilə dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsini xahiş etmişdir Hökmdən Qanuni nümayəndə MMC apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, MMC-nin xüsusi mülkiyyətində olan “Mercedes Benz E-350” markalı, **-YY-*** dövlət qeydiyyat nişanl ı avtomobilə dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), F.A.Qasımov və R.M.Abdulov) Bakı Hərbi Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddəsi ilə məhkum edilməsinə, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə dair 28 noyabr 2019-cu il tarixli hökmündən Şahid71, Şahid57 və Qanuni nümayəndə MMC tərəfindən verilmiş apellyasiya şikayətləri hüququ olmayan şəxslər tərəfindən verildiyindən apellyasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyas iya Məhkəməsinin həmin qərarından Şahid71, Şahid57 və Qanuni nümayəndə MMC tərəfindən kassasiya şikayətləri verilmişdir. Həmin şikayətlərdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətlərinin icraata qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətlərin i əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, bəraətin dəlil və əsaslarına aid hissədə - bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane ol madıqda isə həmin şəxsin özü, zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi, mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi malikdirlər. Həmin Məcəllənin 383.3-cü maddəsinə əsasən məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik məhkəmənin hökmündən və yekun qərarından apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətlərini hüququ olmayan şəxslər tərəfindən verilmiş şikayət hesab edərək həmin şikayətlərin icraata qəbul edilməsindən imtina etməsi barədə gəlinən nəticəni əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı Şahid71, Şahid57 və Qanuni nümayəndə MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-7/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-7/2021
13.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver