Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-7/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Məhkum müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatda olan və Bərdə rayo nu Cəyirli kəndində faktiki yaşamış, Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, Bərdə rayon Vəkil Bürosunun vəkili Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə (hakim K.N.Muxtarov) Məhkum - Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), E.Ş.Hüseynov və A.M.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.1990-cı il təvəllüdlü olmaqla Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin 2-ci Hərbi Polis dəstəsinin hərbi polis bölüyünün mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən 08 iyul 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus ünvan 2 cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 11 iyul 2020-ci il tarixdə saat 14 radələrində özünə m əxsus ünvan 3 cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 14 iyul 2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus ünvan 3cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksu al xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 18 iyul 2020-ci il tarixdə saat 12 radələrində özünə məxsus ünvan 3 cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 23 iyul 2020-ci il tarixdə saat 13 radələrində özünə məxsus ünvan 3 cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaq ədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 27 iyul 2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus ünvan 3cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmət edərkən 28 iyul 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus ünvan 3cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.200 6-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 30 iyul 2020-ci il tarixdə saat 10 radələrində özünə məxsus ünvan 3cinsi ehtirasını təmin etmək məqsədilə xx.xx.2006-cı il tarixdə anadan olmuş on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ehtirasını təmin etmiş, beləliklə də, təkrarən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum ittiham olunduğu CM-in 152.1-ci maddəsi ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız, qeyri-qanuni və ədalətsizdir. Belə ki, məhkəmə kollegiyasının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmədiyi halda əsassız məhkum olunmuşdur. Məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum ittiham olunduğu CM-in 152.1-ci maddəsi ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması iş materialları ilə təsdiq olunmur. Belə ki, Zərərçəkmiş şəxs yaşının az olmasını gizlədərək müxtəlif kişilərlə pul müqabilində cinsi əlaqədə olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçi N.Ağayevanın, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa söz lə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, məhkumun müdafiəçilərinin kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından g öründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxs və onun qanuni nümayənədəsinin, şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkum un müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisələndirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu nun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qi ymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalı dır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisi ni onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin dispozisiyasına görə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə sözügedən maddənin tərkibi yaranır. Belə ki, Məhkum CM-in 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələri ilə yanaşı, şahidlər Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid1, X6 və Şahid6 ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx. 2020-ci il tarixli, 514 saylı rəyi, təkrar komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 965 saylı rəyi, mənzilə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və tədqiq edilmiş videogörüntü, "xxxx" MMC-dən və "xxxx" MMC-dən təqdim edilmiş disklərə baxış protokolları, iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta ilə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üz rə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 152.1-ci maddəsi ilə tövsif edib, həmin maddələrlə məhkum etmişlər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə t əsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-7/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-7/2023
01.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver