Məhkəmə qərarları › İş №1-1(102)-7/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-7/2024

18.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-7/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs, Məhkum1 və sonuncunun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 11(106)-2/023 nömrəli qərarından məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum2 xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Məhkum1 xx xxxxxxxx 1999-cu il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəss isəsində cəza çəkir.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətini törətməkdə təqsirli bilinib məhkum olunmuşlar ona görə ki, Məhkum2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 9,257 qram "tiryək"-dən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan "heroin" və 4,685 qram psixotrop maddə olan "metamfetamin"i tanışı Təqsirləndirilən şəxs, sonuncu isə həmin narkotik vasitə olan "heroin" və psixotrop maddə "metamfetamin"i Cəlilabad rayonu, Göytəpə şəhər sakini Məhkum1 vermişdir. 05 yanvar 2022-ci il tarixdə, s aat 20:30 radələrində Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 idarə etdiyi "Hyundai Sonata" markalı "**-BS-***" dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Göytəpə polis bölməsinə gətirilib Məhkum1 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə 9,257 qram həmin narkotik vasitə olan "heroin" və bir ədəd bükümdə 4,685 qram psixotrop maddə olan "metamfetamin" aşkar edilərək götürülmüşdür.

5. Cəlilabad Hərbi Məhkəməsinin (hakimlər: X13 oğlunun sədrliyi ilə, X7 (məruzəçi) və X3 ibarət məhkəmə tərkibində) 17 oktyabr 2022-ci il tarixli, 1-1(096)-17/2022 nömrəli hökmü ilə Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilməsi, CM-in 93 və 93-1-ci maddələrinə əsasən cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müdətinin əvvəlinin onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 5 yanvar 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmas ı, CM-in 93 və 93-1-ci maddələrinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müdətinin əvvəlinin “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 5 yanvar 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, ərazi üzrə narkoloji kabinetində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

6. Bi rinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət məhkəmə tərkibində) 1 mart 2023-cü il tarixli, 1-1(106)-2/023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin olunması, Cəlilabad Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(096)-17/2022 nömrəli hökmünün CPM-in 397.2-ci maddəsinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən məhkum olunmuş şəxs Məhkum1 münasibətdə dəyişdirilməsi, Cəlilabad Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(096)-17/2022 nömrəli hökmündən məhkum olunmuş şəxs Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinin tətbiq edilməklə şərti hesab olunmasına dair müddəaların xaric edilməsi, həmin hökmlə Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 6 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 5 yanvar 2022-ci il tarixdən 7 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıld ığı 2 (iki) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 25 yanvar 2023-cü il tarixli qərarı ilə seçilmiş "həbs" qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 fevral 2023-cü il tarixdən hesablanması, hökmün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 11(106)-2/023 nömrəli qərarından məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 tərəfindən ayrı-ayrıl ıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

9. Məhkum2 kassasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını və ya cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

10. Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində barəsində müvafiq halları (Vətən müharibəsi iştirakçısı olması, 3-cü qrup əlil olması, ailəli olması, himayəsində azyaşlı övladının və xəstə anasının olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2023-cü il tarixli, 1-1(106) -2/023 nömrəli qərarının dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.

11. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

13. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə ko llegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 və onun müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbayc an Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

21. Məhkum2, təqsirli bilindiyi AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd etmişdir.

22. Həmçinin, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum1 kassasiya şikayətlərində tərəflərindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onların məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, onlara daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

23. Odur ki, kollegiya məhkumların kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2023-cü il tarixli, 1-1(106)-2/023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq Məhkum2 kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə q iymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

25. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri o nun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

26. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

27. Məhkəmə kollegiyası Məhkum2 barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

28. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu n ormada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

31. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum2 barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum2 Azərbaycan Respublikası CM- in 234.4.1 və 234.4.3-cü maddələri ilə Cəlilabad Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(096)-17/2022 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

32. Apellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

33. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətdə məhkum tərəfindən hər hansı əsaslandırma aparılmamış, barəsində bəraət hökmü çıxarılmasına əsas olacaq halların nədən ibarət olması sadalanmamışdır.

34. Göründüyü kimi Məhkum2 kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1 mart 2023cü il tarixli, 1-1(106)-2/2023 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

35. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsa s görmür.

36. Məhkəmə kollegiyası eyni zamanda, məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində Məhkum2, Təqsirləndirilən şəxs münasibətdə barələrində təyin edilmiş cəzanın yüngülləşdirilməsi və Məhkum1 münasibətdə barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

38. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci madd əsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələ rdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

41. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

42. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

43. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən islah işlə ri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 44. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Rspublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir.

45. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, c əza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

46. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 özlərinə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.

47. Belə ki, Məhkum2 barəsində bəraət verilməsi ilə bağlı və Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmamış və onlar barəsində Azərbaycan Respublikası CMin 2 34.4.1 və 234.4.3-cü maddələri ilə Cəlilabad Hərbi Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1-1(096)-17/2022 nömrəli hökmü ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

48. Həmçinin, Məhkum1 təyin edilmiş cəzaya münasibətdə dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum1 barəsində təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinin tətbiq edilməklə şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi və onun barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 5 ilə endirilməsi qənaətinə gəlmişdir.

49. Apellyasiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası CMin 41.2-ci və 58.3-cü maddələr inə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır.

50. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 cəzalarının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətl əndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

51. Məhkəmə kollegiyası kassasiya şikayətlərində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları m üəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

52. Qeyd olunanlar məhkumların kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

53. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1-1(106)-2/023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023cü il tarixli, 1-1(106)-2/023 nömrəli qərarı məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar