Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-7/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlunun iştirakları ilə, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 134, 274, 331.2, 331.3, 333.6 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Z.Həmidov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli il tarixli hökmü ilə (hakimlər Məmmədov Vüqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Nəsirov Vidadi Zahid oğlundan ibarət tərkibdə) Məhkum, 5 avqust 1988-ci il tarixdə Masallı rayonunun Xallıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri vəzifəsində “kiçik çavuş” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, Masallı rayonunun Xallıcallı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-in 134, 274, 331.2, 331.3, 333.6 və 338.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 274-cü maddəsi ilə (30 may 2014-cü il tarixədək qüvvədə olan redaksiyada) 10 (on) il müddətə, CM-in 333.6-cı maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsi nə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasının ilk 4 (dörd) ilini həbsxanda, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.5-ci maddəsinin tələbinə uyğun olaraq Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzası ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla və azadlıqdan məhrum etmə cəzasının ilk 4 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, CM-in 134, 331.2, 331.3 və 338.1-ci maddələri ilə cinayət məsuliy yətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmiş, CM-in 68.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaların müstəqil icra olunması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, dövlətə xəyanət etmiş, yəni Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçmiş, casusluq etmiş və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmiş, hərbi xidmət üzrə vəzifələrin yerin ə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsləri döymüş, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozmuş, habelə çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu olmaqla, üç gündən az olsa belə, altı ay ərzində təkrarən döyüş şəraitində yerləşən hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Məhkum N №-li hərbi hissənin “Qan çanağı” döyüş postunda manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, istintaqa məlum olmayan şəraitdə qarşı tərəfdə olan Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onların xeyrinə məxfi əmə kdaşlıq etməyə cəlb edilmiş, şərti olaraq “Qan çanağı” adlandırılan döyüş postunda xidmət aparan digər hərbi qulluqçuların da düşmən hərbi qulluqçuları tərəfindən zorakılıq və alçaldıcı hərəkətlərə məruz qalaraq, həmin prosesin video çəkilişini aparmaqla gələcəkdə həmin çəkilişin “İnternet” vasitəsi ilə yayılacağı hədəsi altında şantaj edilərək məxfi əməkdaşlığa cəlb edilmələri barədə düşmən hərbi qulluqçularından tapşırıq almışdır. Məhkum həmin tapşırığın icrası ilə əlaqədar olaraq “Qan çanağı” döyüş postuna yeni təyin edilmiş əsgər Zərərçəkmiş şəxs1 düşmənə təhvil vermək qərarına gələrək, həmin niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs1 iradəsini “sındıraraq” özünə tabe etdirmək və ona verəcəyi istənilən göstərişi yerinə yetirmək dərəcəsinə çatdırmağa çalışmışdır. Bundan sonra o, “Qan çanağı” döyüş postunda əsgər Zərərçəkmiş şəxs1lə birlikdə 2007-ci ilin oktyabr ayında gecə saatlarında uzunmüddətli atəş nöqtəsində döyüş növbəsinə çıxmış və onu düşmən postuna aparmaq qərarına gəlmişdir. Məhkum döyüş növbəsində olarkən döyüş mövqeyinə yeni təyin edilmiş Zərərçəkmiş şəxs1 ayıq-sayıq olmasını tapşıraraq yatmış və bununla da ikisinin arasında “söz sahibinin” və “böyüyün” özünün olduğunu nümayiş etdirmişdir. Məhkum düşmən hərbi qulluqçularından aldığı tapşırığın icrası ilə bağlı Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçularına təhvil vermək üçün onu düşmən mövqelərinə getməsinə razı salmaq üçün bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında ikinci dəfə Zərərçəkmiş şəxs1lə birgə döyüş növbəsinə çıxmış, döyüş növbəsində olarkən Zərərçəkmiş şəxs1 onun göstəri şlərindən çıxmayacağına əmin olduğu üçün ona birlikdə düşmən postuna getməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 düşmən postuna getməyin “xəyanət” olduğunu bildirdikdə, Məhkum əsəbləşərək, Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla onu döyərək iradəsini “sındırmaqla” özünə tabe etməyə çalışmışdır. Məhkum Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlığa cəlb etmək üçün düşmən hərbi qulluqçularına təhvil vermək məqsədi ilə bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında üçüncü dəfə Zərərçəkmiş şəxs1lə birlikdə döyüş növbəsində olarkən, Məhkum Zərərçəkmiş şəxs1 onu düşmən postuna aparacağını bildirmiş və etiraz edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 hədənin real olduğunu göstərmək üçün Məhkum xidməti istifadəsində olan avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək havaya bir atəş açmış, atəş səsinə döyüş növbəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinə gəlmiş digər hərbi qulluqçulara guya düşmən kəşfiyyatçısına bənzətdiyi qaraltıya atəş açması barədə yalandan bildirmişdir. Digər hərbi qulluqçular getdikdən sonra Məhkum Zərərçəkmiş şəxs1 iradəsini sındırmaq və düşmən postuna getməyə müqavimət göstərməsinin qarşısını almaq üçün onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuş, habelə döyüş növbəsinə çıxarkən götürdüyü avtomat silahın qundağı ilə Zərərçəkmiş şəxs1 qarın və ayaq nahiyələrinə çoxsaylı zərbələr vuraraq döymüşdür. Zərərçəkmiş şəxs1 qorxduğundan hava xətti ilə təxminən 220 metr məsafədə yerləşən düşmənin şərti olaraq “Yumru təpə” adlandırılan döyüş post una getmək məcburiyyətində qalıb razılıq vermişdir. Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşəcəyinə əmin olduqdan sonra Məhkum “Qan çanağı” döyüş postunun qarşı tərəfində yerləşən neytral əraziyə gedib əvvəlcədən danışıb razılaşdıqları kimi 2 düşmən hərbi qulluqçusu ilə görüşmüş, onları bu barədə məlumatlandırmış, sonra səngərə qayıdıb Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşməyə getməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 yenə də etiraz etməyə başladıqda onun iradəsini “sındırmaq” üçün Zərərçəkmiş şəxs1 bədəninə yumruq və təpik zərbələri vurmuş, döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Zərərçəkmiş şəxs1 özü ilə birlikdə neytral əraziyə getməyə məcbur etmişdir. Zərərçəkmiş şəxs1 neytral əraziyə gedərkən xidməti istifad əsi üçün verilmiş “PKM” markalı pulemyot silahını uzunmüddətli atəş nöqtəsində qoymuşdur. Zərərçəkmiş şəxs1 neytral ərazidə iki düşmən hərbi qulluqçusunu görüb qorxuya düşdükdə düşmən hərbi qulluqçularından biri Zərərçəkmiş şəxs1 çiyninə əli ilə vuraraq Azərbaycan dilində ona qorxmamasını bildirmiş və onlar düşmən hərbi qulluqçuları ilə birlikdə özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” döyüş postuna getmişlər. Düşmənin “Yumru təpə” döyüş postuna çatdıqdan sonra orada daha bir neçə düşmən hərbi qulluqçusunun olduğunu görmüş, düşmən hərbi qulluqçuları və Məhkum birlikdə Zərərçəkmiş şəxs1 bədəninə yumruq və təpik zərbələri vuraraq onu döymüş, daha sonra düşmən hərbi qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağını gətirərək ye rə sərmiş və Zərərçəkmiş şəxs1 bayrağı tapdalamasını, üstünə tüpürməsini və üstünə işəməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 qorxduğundan düşmən hərbi qulluqçularının tələblərini icra etmiş və bu proses kənarda dayanmış digər düşmən hərbi qulluqçusu tərəfindən video kamera ilə çəkilmişdir. Düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 taqım və bölükdə olan zabitlərin adını, soyadını, rütbələrini, tağımda olan silahların sayı və markalarını öyrənib Məhkum vasitəsi ilə onlara bildirilməsi barədə tapşırıq vermiş və verilmiş tapşırığı icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı etdiyi təhqiredici hərəkətlərin video çəkilişinin “İnternet” vasitəsi ilə yayılacağını bildirməklə Zərərçəkmiş şəxs1 şantaj edəcəyi ilə hədələmiş və bu yolla Zərərçəkmiş şəxs1 özləri ilə mə xfi əməkdaşlığa cəlb etməyə çalışmışlar. Məhkum Zərərçəkmiş şəxs1lə birlikdə düşmənin “Yumru təpə” döyüş postunda təxminən bir saat olduqdan sonra öz postlarına qayıtmış, düşmən postundan qayıtdıqdan sonra Məhkum Zərərçəkmiş şəxs1 bu barədə heç kimə heç nə bildirməməsini və düşmən hərbi qulluqçuları tərəfindən qoyulmuş tapşırığı icra etməsini tapşırmış, Məhkum hətta döyüş növbəsi dəyişdirilərkən istifadə edilən parolların öyrənilməsi barədə də Zərərçəkmiş şəxs1 tapşırıq qoymuşdur. Bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında Məhkum gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Zərərçəkmiş şəxs1 yenidən özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” p ostuna aparmış, düşmən postuna doğru hərəkət zamanı Məhkum düşmən hərbi qulluqçuları ilə əvvəlcədən razılaşdıqları kimi alışqanın arxasında olan işıqla düşmən postu istiqamətində işarə verərək gəldiklərini bildirmiş, düşmən postu istiqamətindən də işıq yandırılaraq onların gəlmələrinə icazə verildiyinə işarə etmişlər. Məhkum və Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçuları ilə görüşmək üçün düşmən postuna getmiş, orada görüş zamanı Zərərçəkmiş şəxs1 düşmən hərbi qulluqçularının tapşırığına əsasən əldə etdiyi məlumatları, yəni taqım və bölükdə olan zabitlərin adı, soyadı, rütbələri, tağımda olan silahların sayı və markaları, həmçinin döyüş növbəsini dəyişərkən istifadə olunan parolları düşmən hərbi qulluqçularına bildirmiş, görüş zamanı düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 Azərbaycan d ilində və əlifbasında olmayan, üzərində rus və erməni dilində yazıldığını ehtimal etdiyi vərəq təqdim etmiş və həmin vərəqə imza etməsi tələb edilmiş, Zərərçəkmiş şəxs1 imza edəcəyi vərəqin nə olduğunu soruşduqda Məhkum ona verilmiş məxfi tapşırıqları icra edəcəyi barədə imza etdiyini bildirmiş, tapşırıqları icra etməyəcəyi təqdirdə isə ailə üzvlərinə xəsarət yetiriləcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 də vərəqdə nə yazıldığını bilməyərək qorxduğundan artıq sual verməmiş, vərəqdə imza etmiş və düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə bu qaydada Zərərçəkmiş şəxs1 məxfi əməkdaşlığa cəlb olunmasına nail olmuşlar. Düşmən postunda təxminən bir saat qaldıqdan sonra Məhkum və Zərərçəkmiş şəxs1 öz postlarına geri qayıtmış, düşmən postundan qayıdarkən Məhkum yol boyu geriyə çevrilib alış qanın arxasında olan işığı yandırıb söndürməklə öz postları istiqamətində getdiklərini və posta çatdıqlarını düşmən hərbi qulluqçularına işarə vermişdir. Bundan əlavə, 2007-ci ilin oktyabr ayından 2008-ci ilin aprel ayınadək olan müddətdə Məhkum Zərərçəkmiş şəxs1 daha bir neçə dəfə eyni qaydada, yəni gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb özbaşına olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” postuna aparmış, hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə Zərərçəkmiş şəxs1 “Qan çanağı” postunda olan “DŞK” silahı, habelə həmin bölüyün “Çənlibel” postunda olan və “İstiqlal” adlanan “İST-14,5” markal ı silah barədə soruşmuş, Zərərçəkmiş şəxs1 öz postlarında olan “DŞK” silahı barədə bildiyi məlumatları düşmən hərbi qulluqçularına versə də, “İST-14,5” markalı silahın onun xidmət etdiyi postda olmadığını və silahın orduya yeni verilməsi səbəbindən silah barədə məlumatının olmadığını düşmən hərbi qulluqçularına bildirmişdir. Hər biri təxminən bir saat davam edən görüşlər zamanı düşmən hərbi qulluqçuları Məhkum vasitəçiliyi ilə Zərərçəkmiş şəxs1 xidmət etdiyi postda olan hərbi qulluqçuların nə ilə qidalanmaları, nə yemələri, hətta hansı siqaret çəkmələri barədə soruşmuş, Zərərçəkmiş şəxs1 də düşmən hərbi qulluqçularının verdiyi sualları cavablandırmışdır. Düşmən hərbi qulluqçuları Zərərçəkmiş şəxs1 ordu sıralarından ehtiyata tərxis olunduqdan sonra Məhkum vasitəsi ilə onunla əlaqə saxlaya caqlarını, digər şəxslə əlaqə saxlayacaqları təqdirdə həmin şəxsin ona parol olaraq “Xoren” və ya “Vazgen” adı ilə yaxınlaşacağını, Zərərçəkmiş şəxs1 isə həmin adamın tapşırıqlarını sözsüz icra etməli olduğunu bildirmişlər. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyabr ayının əvvəllərində xidmətini davam etdirmək üçün döyüş şəraitində yerləşən “Qan çanağı” postuna göndərilmiş Zərərçəkmiş şəxs1 özünün “söz sahibi” olduğunu, postda xidmət edən hərbi qulluqçuların onu “böyük” kimi qəbul etdiklərini və Zərərçəkmiş şəxs1 onun üçün “heç kim” olduğunu göstərmək üçün şəxsi heyətin yanında Zərərçəkmiş şəxs1lə şit zarafatlar edərək onu ələ salmış, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər deyərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis ol araq tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin oktyabr ayında “Qan çanağı” postunda tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 əsgər yataqxanasında kürəyini qaşımasını bildirmiş, Zərərçəkmiş şəxs2 onun kürəyini qaşımaqdan imtina etdiyini görüb əsəbləşmiş və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə, xüsusən də qarın və bel nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Həmçinin, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında əsgər yataqxanasında olan naranın üzərində uzanmış vəziyyətdə əsgər Zərərçəkmiş şəxs2 ona çay gətirməsini bildirmiş, Zərərçəkmiş şə xs2 ona çay gətirməkdən imtina etdiyini görüb əsəbləşərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Habelə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonlarında axşam saatlarında postda xidmət edən hərbi qulluqçular əsgər yeməkxanasında şam edərkən əsgər Zərərçəkmiş şəxs1 əsgər yataqxanasının və əsgər yeməkxanasının üzərinə neytral ərazidən daşlar atıldığını bildirmiş, əsgər yeməkxanasından bayıra çıxan Məhkum əraziyə baxıb heç kimin olmadığını görmüş, əsgər yeməkxanasında olan hərbi qulluqçuların daş atılması səslərini eşitmələri barədə dediklərinə məhəl qoymayan Məhkum Zərərçəkmiş şəxs1 əsgər yataqxanasının və əsgər yeməkxanası nın üzərinə neytral ərazidən daş atılması ilə bağlı yalan danışdığını bəhanə edib Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2007-ci ilin sonları - 2008-ci ilin əvvəllərində, gecə saatlarında əsgər yataqxanasının qarşısında növbəyə təyin edilmiş Zərərçəkmiş şəxs1 havanın soyuq olması səbəbindən üşüdüyünü bildirərək qızınmaq üçün əsgər yataqxanasına daxil olmuş, həmin vaxt əsgər yataqxanasında olan Məhkum bundan əsəbləşərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq onu əsgər yataqxanasından bayıra çıxarmış, bir müddət sonra Zərərçəkmiş şəxs1 yenidən üşüdüyünü bildirib əsgər yataqxanasına daxil olmuş, Məhkum Zərərçəkmiş şəxs1 bu hərəkətindən əsəbləşib yenə də Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq əsgər yataqxanasından bayıra çıxarmış və Zərərçəkmiş şəxs1 növbədə olduğu bir saat müddətində bu hal bir neçə dəfə davam etmiş, bu hərəkəti ilə Məhkum hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən, 2008-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs1 döyüş növbəsində olacağı uzun müddətli atəş nöqtəsinə gedərkən hərəkət etdiyi daşlıq-qayalıq ərazidə ayağı sürüşərək yıxılmış, Zərərçəkmiş şəxs1 yıxılması zamanı xidməti istifadəsində olan “PKM” markalı pule myot silahının qundağı qaya daşına dəyərək çatlamış, Məhkum bundan əsəbləşmiş və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qarnına və boynuna çoxsaylı yumruq və təpik zərbələri, üzünə isə şillə zərbələri vuraraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi döymüşdür. Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı Cümşüdov Cavid Əbülfərz oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum və onun müdafiəçisi B.Z.Həmidov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan iba rət tərkibdə) 15 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından müdafiəçi B.Z.Həmidov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarənin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru H.B.İmranov vəsatət verərək Məhkum qarşı CM-in 331.2, 331.3 və 333.6-cı maddələr i ilə irəli sürülmüş ittihamdan imtina edərək cinayət təqibinin CM-in 134, 274, 338.1-ci maddələri və CM-in 329.2.1 və 329.2.2-ci maddələrinin yeni redaksiyası ilə davam etdirilməsini, 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 2.4-cü maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsi əsasları ilə barəsində CM-in 331.2 və 333.6-cı maddələri ilə olan cinayət təqibinə xitam verilməsini və onun hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəisin öz tabeliyində olan şəxsi təhqir etməsi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun üç gündən çox olmayan müddətə hərbi hissəni tərk etməsi əməllərinin inzibati məsuliyyətə səbəb olması nın araşdırılması üçün məhkəmənin yekun qərarının surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, 1 iyun 2020-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsində 331-ci maddə ləğv edilmiş, CM-in 331.2-ci maddəsində nəzərdə tutulan “hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsləri təhqir etməsi” əməl isə İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xəta hesab olunur. Həmçinin, CM-in 331.3-cü maddəsində nəzərdə tutulmuş “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi” əməlinin törədilməsinə dair cinayət məsuliyyəti 22 may 2020-ci il tarixli Qanunun 1.72-ci maddəsinə əsasən CM-in 329.1-ci maddəsində aşağıdakı məzmunda müəyyən edilmişdir: “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi”. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 331.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, yeni redaksiyada Cinayət Məcəlləsinin 329.2-ci maddəsinin sanksiyasında bir ildən iki iləd ək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bundan əlavə 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 1.75.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsində 333.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilmişdir: “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müə ssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə”. Qanuna əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun üç gündən çox olmayan müddətə hərbi hissəni tərk etməsi əməli cinayət deyil, İnzibati Xətalar Məcəlləsinin 613.1ci maddəsində nəzərdə tutulan inzibati xəta sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 14 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Birinci instansi ya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən təkrarən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə) 31 may 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, işə kassasiya qaydasında baxılarkən dövlət ittihamçısı H.B.İmranovun ittihamın bir hissəsindən – Məhkum qarşı irəli sürülmüş ittihamın CM-in 331.2 və 333.6-cı maddələri ilə təqsirli bilinməsinə dair hissələrdən imtina etməsi nəzərə alınmaqla həmin hissədə hökm ləğv edilərək Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 43.1.1-ci maddəsinə əsasən hökm Məhkum CM-in 331.2 və 333.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, bu hissədə cinayət işinin icraatına xitam verilmiş, Məhkum CM-in 331.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə törətdiyi əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanununa uyğunlaşdırılaraq Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif olunmuş, CM-in 75-ci maddəsinə əsasən onun CM-in 274 və 329.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar ona həmin maddələrlə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, cinayət m əsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə məhkum olunmuş şəxsə CM-in 134 və 338.1-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi hissədə hökm dəyişdirilmədən saxlanılmış, Masallı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmü ilə sonuncuya təyin edilmiş 2000 (iki min) manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi qət edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə ləğv edilərək o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi B.Z.Həmidov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi Məhkum barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində “İnsan Hüquq larının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-in və CPM-in bir sıra normalarına, iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi B.Z.Həmidov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsasını hansı bir mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri deyil, yalnız zərər çəkmiş şəxslərin ifadələri təşkil edir ki, bu ifadələr də başqa sübutlarla təsdiq olunmamışdır. İş üzrə toplanmış və araşdırılmış sübutlarla yalnız o hal müəyyən edilir ki, zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 intizamsız əsgər olduğuna, dəfələrlə silahla davranma qaydalarını pozduğuna, ona təhkim olunmuş silahı zədələməsinə görə xəbərdarlıq edilməsinə baxmayaraq Məhkum ona bir neçə yumruq zərbəsi vurmuş və verdiyi ifadələrində bu halı etiraf etmişdir. Ona qarşı irəli sürülmüş ittihamın digər epizodları üzrə dindirilərkən isə Məhkum cinayət xarakterli başqa əməllər törətmədiyini, o cümlədən heç vaxt düşmən tərəfə keçmədiyini və Zərərçəkmiş şəxs1 də ora aparmadığını, yəni CM-in 274-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmədiyini bildirmiş, sonuncunun ziddiyyətli ifadələrindən başqa onun bu kimi əməllər törətməsinə görə ona həmin maddə ilə elan olunmuş ittihamı təsdiq edən sübutlar isə ibtidai araşdırma zamanı əldə edilməmiş və məhkəmələr tərəfindən belə sübutlar araşdırılmamış, tədqiq edilmiş sübutlara isə məhkəmələr qanunda nəzərdə tutulmuş qaydada qiymət verməmiş, nət icədə də Məhkum təqsirli olmadığı halda qanunsuz olaraq məhkum edilmiş, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yalnız zərər çəkmiş şəxslərin ifadələri təşkil edir. Halbuki, iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə zərər çəkmişlərin öz ifadələrində göstərdikləri xüsusiyyətlər təsdiq olunmamış, toplanmış və araşdırılmış başqa sübutlarla da həmin xüsusiyyətlər müəyyən edilməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi B.Z.Həmidov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları müdafiəçi B.Z.Həmidovun bu müraciətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəmə iclası na gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq müdafiəçi B.Z.Həmidovun müraciətinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi B.Z.Həmi dovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittihamın bir hissəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxar dıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi B.Z.Həmidovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin d igər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Ple numunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakiml ərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuli yyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunm uş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olmaqla CM-də müəyyən edilmiş qan unçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşd irməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törə tməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onlar ı cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarı lmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayət in törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər mat erialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olu nmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstəri lən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət pr osesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun n əticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktl ar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərb aycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırs a, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi hə min Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyas iya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla təkrarən baxarkən bundan əvvəl kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısının mövqeyini də nəzərə almaqla onun CM-in 134, 274, 329.1 və 338.1-ci maddələri ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab etmiş, lakin bu maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələrlə cəzaların təyin edilməsinə dair müddəaların hökmdən xaric edilməsini mümkün bilmiş, öz nəticəsini isə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli araşdır ılmış sübutlara – zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, çoxsaylı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərə istinad edərək kifayət qədər əsaslandırmışdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı ittiham üzrə təqsirli bilməyərək yalnız Zərərçəkmiş şəxs1 intizamsızlığa yol verdiyinə görə bir dəfə döyməsini etiraf etmiş, ittihamın digər epizodları üzrə hər hansı cinayət əməli törətmədiyini bildirmiş, lakin verdiyi ifadələrində digər sübutlarla, əsasən də zərər çəkmiş şəxslərin ifadələri ilə müəyyən edilmiş halları inandırıcı şəkildə təkzib edə bilməmişdir. Müdafiəçi B.Z.Həmidov da kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi nin 31 may 2023-cü il tarixli qərarının yalnız zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə əsaslandığını, həmin ifadələrin isə qərəzli olmasını iddia etsə də, bunu, yəni həmin ifadələrin yolverilməz sübutlar olmasını təsdiq edən tutarlı dəlillərlə əsaslandırmamış və göstərilən ifadələri təkzib edən mötəbər sübutlara istinad etməmişdir. Halbuki, CPM-in 125.2-ci maddəsinin tələbinə görə yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaql a bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.8-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Hazırki cinayət işinin materiallarından zərər çəkmiş şəxslər Zərərçə kmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında dindirilmələri zamanı CPM-in 125.2-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilməsi, onların hər hansı təsir, təzyiq altında qərəzli ifadələr vermələri görünmür və məhkəmələrin tam əsaslı olaraq iş üzrə müvafiq nəticələrə gələrkən bu ifadələri əsas sübutlardan biri kimi qəbul etmələrində məhkəmə kollegiyası heç bir pozuntu görmür. Buna görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı təsvir edilmiş sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görməyərək hesab edir ki, həm bu sübutlar, həm də cinayət qanunvericiliyinin tələbləri əsasında həmin məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, Məhkum müdafiəçisi B.Z.Həmidovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habelə məhkumun ona istinad olunan əməlləri törətməsinin sübuta yetirilməməsi barədə dəlillərinin, həmin qərarın ləğv edilməsi və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası bunu onu əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmiş işin faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş və həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərər çəkmiş şəxslərin və şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmu ş və mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş, məhkəmə Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ə dalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərar üzrə müvafiq nəticəyə gələrkən, yəni Məhkum həmin qərarla müəyyən olunmuş cinayət əməllərini törətməsinin sübuta yetirilməsini hesab edərkən mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış, bu yekun məhkəmə aktı edilərkən isə yolverilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmələr prosessual hüquq normalarının yuxarıda göstərilən tələblərinə, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə tam əməl etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, müdafiəçi B.Z.Həmidovun kassasiya şikayətində göstərdiyi dəlillər və irəli sürdüyü tələb eyni ilə birinci instansiyası məhkəməsinin hökmündən sonuncu tərəfindən verilmiş apellyasiya şikayətində də əksini tapmış və apellyasiya instansiyası məhkəməsi hökmdən verilmiş apellyasiya protesti ilə yanaşı həmin şikayətə qismən məhkəmə istintaqı aparmaqla baxaraq irəli sürülmüş bütün dəlillərə və tələbə əsaslandırılmış şəkildə, qanunvericiliyin tələblərinə əsaslanmaqla cavab vermiş, göstərilən şikayət üzrə gəldiyi nəticəni isə qəbul etdiyi yekun qərarında ətraflı şərh etmişdir. Məhkəmə kollegiyası apellyasi ya instansiyası məhkəməsinin apellyasiya şikayətində irəli sürülmüş dəlillərin cavablandırılması, sübutlara isə qanuna müvafiq qaydada qiymətləndirilməsi ilə tam razılaşır və həmin məhkəmənin qərarında göstərdiyi halların, istinad etdiyi normaların bir daha hazırki qərarda təkrarlanmasına lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi B.Z.Həmidovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi B.Z.Həmidovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-in 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəra ətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi B.Z.Həmidovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməmə li və Məhkum CM-in 134, 274, 329.1 və 338.1-ci maddələri ilə təqsirli bilinməsinə, lakin ona həmin maddələrlə cəzaların təyin edilməməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 274, 329.1 və 338.1ci maddələri ilə təqsirli bilinməsinə, lakin ona həmin maddələrlə cəzaların təyin edilməməsinə dair cinayət işi üzrə Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-7/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-7/2025
07.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver