Məhkəmə qərarları › İş №1-1(102)-70/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-70/2020

17.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-70/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X6 və Məhkum2 iştirakları ilə, Məhkum2 Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim Nəsirov Vidadi Elman oğlu) Məhkum2, xx xxxxxx 1987-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmə əsasən CM-nin 320.1, 320.2, 326.2, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-62-ci maddə si tətbiq edilməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya tağım komandirinin müavini-manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, xx xxxx 2018-ci il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış, ünvan 1 ünvanda yaşamış, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həm in hökmlə həmçinin Məhkum1 da CM-nin 177.2.1, 32.5, 177.2.2, 32.5, 177.2.3, 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla təkrarən xeyli miqdarda özgə əmlakını gizli yolla talamışdır. Belə ki, o, Müdafiə Naziliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasinin 2-ci reaktiv artilleriya tağım komandirinin müavini-manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullu qçusu kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən tamah niyyəti ilə, tanışı Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakinı gizli yolla talama məqsədilə, sonuncunun təhriki, məsləhətləri, məlumatları və maneələri aradan qaldırmaqla etdiyi köməkliklərlə xx xxxxxx 2017-ci il tarixdə saat 23 radələrində X2 məxsus ünvan 2 qəsəbə, bina 1, ev 56 saylı ünvanına gedərək, orada evdə heç kimin olmamasına əmin olduqdan sonra özü ilə gətirdiyi baltanın uc hissəsi ilə evin qapısının açar mexanizmi çəftəsindən aralayıb açmaqla evə qanunsuz daxil olaraq, yataq otağında olan sandığın üzərində olan qıfılın keçirildiyi dəmir halqaya həmin balta ilə zərbə vuraraq qırıb oradan 5000 manat pul vəsaitini gizli yolla talamaqla V.E.Xanməmmədova maddi ziyan vurmuş, daha sonra Məh kum1 evdən 1100 (bir min yüz) manat pul götürdüyünü deyərək həmin pulun yarısını, yəni 550 (beş yüz əlli) manatını sonuncuya verməklə cinayət yolu ilə ələ keçirilmiş pulu bölmüşlər. Bundan başqa, Məhkum2 həmin vəzifədə və rütbədə xidmətdə olarkən təkrarən tamah niyyəti ilə Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talama məqsədilə, sonuncunun təhriki, məsləhətləri, məlumatları və maneələri aradan qaldırmaqla etdiyi köməkliklərlə xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Bərdə rayonunun Zümürxan kəndi ərazisində X5 məxsus fərdi yaşayış evinə gedərək, evdə heç kimin olmamasına əmin olduqdan sonra evin qapısına fiziki güc tətbiq edərək qıfıl mexanizmini qapıdan tamamilə aralayaraq, qapını açıb qanunsuz içəri daxil olub, evin yataq ota ğında döşəkləri dağıtdıqdan sonra döşəklərin arasında olan 30 (otuz) manat pulu, daha sonra isə digər yataq otağında olan sandığın qıfılın keçirildiyi dəmir halqaya yerdən götürdüyü dəmir boru ilə zərbə vuraraq qırdıqdan sonra içərisində olan düyü torbasında saxlanılan 22230 (iyirmi iki min iki yüz otuz) manat pul vəsaitini gizli yolla talamaqla M.O.Cəfərova xeyli miqdarda maddi ziyan vurmuş, daha sonra Məhkum1 evdən 5000 (beş min) manat pul götürdüyünü deyərək həmin pulun 3400 (üç min dörd yüz) manatını sonuncuya verməklə cinayət yolu ilə ələ keçirilmiş pulu bölmüşlər. Hökmdən zərər çəkmiş şəxs X8 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və m əruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum2 kassasiya şikayəti verərək, ona təyin olunmuş cəzanın digər alternativ cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, törətdiyi əməlini səmimi etiraf edir, ona təyin olunmuş cəzasının yarısından çox olan hissəsini çəkmişdir, atası ikinci qrup əlildir, ailəsinin isə maddi vəziyyəti çox ağırdır, himayəsində iki azyaşlı uşaqları var. Məhkum hesab edir ki, bu hallar onun ha qqında CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqi üçün əsas verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ədalət və humanizm prinsiplərinə əməl etməyərək ona həddindən artıq sərt cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı yüngülləşdirməmişdir. Qeyd olunanların nərərə alınmasını məqsədə uyğun hesab edən Məhkum2 apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə və ya cəzanın şərti olaraq tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər X4 və X8 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında namə lum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi, yaxud da təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş h alla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciə tin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yaln ız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz hə min maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum2 öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum2 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qəra rları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən tö rədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əmə li səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs X1 dəymiş ziyanın ödənilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, xidmət və yaşayış yerlərindən müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını göstərmişdir. Lakin, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Məhkum2 əməllərinin hüquqi tövsifinə münasibətdə cinayət qanunu normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini də yoxlayan məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxan məhkəmələr bu məsələnin həlli zamanı səhvə yol vermişlər. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Cinayət işi nin materialarına və məhkəmələrin yekun aktlarına əsasən, Məhkum2 ona görə təqsirli bilinmişdir ki, o, iki dəfə hazırki iş üzrə məhkum olunmuş Məhkum1 köməkçiliyi ilə, birinci dəfə xx xxxxxx 2017-ci il tarixdə saat 23 radələrində X2 məxsus ünvan 2 qəsəbə, bina 1, ev 56 saylı ünvanına gedərək həmin yaşayış sahəsinə girməklə X1 məxsus 5000 (beş min) manat məbləğində pulu, ikinci dəfə isə xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Bərdə rayonunun Zümürxan kəndi ərazisində X5 məxsus fərdi yaşayış evinə gedərək, yenə də yaşayış sahəsinə girməklə və M.O.Cəfərova xeyli miqdarda ziyan vurmaqla sonuncunun cəmisi 22230 (iyirmi iki min iki yüz otuz) manat pulunu gizli yolla talamaqla oğurluq etmişdir. İş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv sübutlarla təsdiq edilmiş, yekun məhkəmə aktlarında isə ətraflı təsvir olunmuş sübutlarla dəqiqliklə müəyyən edilmişdir ki, hazırki iş üzrə yaşayış sahəsinə girməklə, təkrarən və zərər çəkmiş X2 xeyli miqdarda zərər vurmaqla Məhkum2 törədilmiş oğurluqlarda köməkçilik göstərdiyinə məhkum olunmuş Məhkum1 Məhkum2 oğurluq edilən evlərin yerlərini tanıtmış, həmin evlərdə çoxlu məbləğlərdə pul olmasını bildirmiş və sonuncunun pula ehtiyacı olduğundan ona bu evlərdən oğurluq etməyi məsləhət görmüş, Məhkum2 isə həmin məsləhətlə razılaşaraq yuxarıda göstərilən oğlurluq cinayətlərini təkbaşına icra etməmişdir. Eyni zamanda Məhkum2 və Məhkum1 oğurlanacaq pul vəsatinin bölüşdürülməsi barədə razılığa gəlmişlər. İş materiallarından, o cümlədən Məhkum2 elan olunmuş ittihamdan və barəsindəki hökmdən görünür ki, adı çəkilən məhkumun törətdiyi oğurluqların bilavasitə icrasında hər hansı başqa şəxs iştirak etməmiş, Məhkum1 isə onun törətdiyi oğurluqlarda köməkçi qismində iştirak etdiyinə görə (CM-nin 32.5-ci maddəsinə istinad edilməklə) təqsirli bilinərək məhkum olunmuşdur. Bu halların mövcudluğuna baxmayaraq, ibtidai araşdırma orqanı tərəfindən Məhkum2 CM-nin 177.2.2 (təkrarən törədilən oğurluq), 177.2.3 (yaşayış sahəsinə girməklə ğörədilən oğurluq) və 177.2.4-cü (zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluq) maddələri ilə yanaşı həmçinin 177.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilən oğurluq) ittiham elan olunmuş və o, bütün bu maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, məh kəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi normalarının aşağıdakı tələblərinə əsasən, bir şəxsin koməkçiliyi ilə digər şəxsin cinayət əməlini bilavasitə törətməsi, yəni cinayətin obyektiv cəhətini icra etməsi həmin şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayət törətmələri haqda nəticəyə gəlmək və onların hər ikisinin əməlini bu əlamətlə tövsif olunması üçün əsas vermir və bu cür tövsifi istisna edir. Belə ki, CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətin ə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanunvericiliyin yuxarıda göstərilən normalarının mənasına görə, cinayət o vaxt qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş hesab edilir ki: 1. cinayətin iştirakçıları cinayətin törədilməsi barədə əvvəlcədən raz ılaşmış olsunlar; 2. qrupun bütün üzvləri cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin hamısını və ya bir hissəsini icra etsinlər (birgə icraçılıq). Məsələn, oğurluğun törədilməsi barədə əvvəlcədən razılıq əldə etmiş iki və ya daha çox şəxslərdən biri gizliliyi (oğurluq cinayətinin əsas əlamətlərindən birini) təmin etmək məqsədilə pusquda dururursa, digəri mənzilin qapısını və ya pəncərəsini açır, üçüncüsü isə həmin mənzilə daxil olaraq bilavasitə orada olan əmlakı talayırsa, onların hər birisinin əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş oğurluq kimi qiymətləndirilməklə CM-nin 32-ci maddəsinə istinad edilməməklə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif ediləcək. Belə oğurluğun törədilməsində öz məsləhətləri və lazım olan məlumatları verməklə köməkli k göstərmiş (məsələn, oğurluq ediləcək mənzilin yeri, ev sahiblərinin hansı vaxt mənzildə olmamaları və sair bu kimi məlumatları vermiş) qrupun üzvü özü yuxarıda göstərilən şəkildə oğurluqda iştirak etmədikdə, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin tam və ya bir hissəsini bilavasitə icra etmədikdə, həmin şəxsin oğurluqda köməkçilik kimi qiymətləndirilməklə CM-nin 32.5-ci maddəsinə istinad edilməklə tövsif olunacaq. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlərə baxılarkən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda da qeyd olunan talama cinayətlərinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi məsələsinə Ali Məhkəmə də bu mövqedən yanaşmışdır. Həmin Qərarın 10-cu bəndində məhkəmələr tərəfindən nəzərə alınması tövsiyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Qərarın 11-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçılar ı sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Hazırki işdə olan sübutlara görə, Məhkum2 və Məhkum1 yuxarıda göstərilən oğurluqların törədilməsi barədə əvvəlcədən razılığa gəlsələr də, bu oğurluqların bilavasitə törədilməsini, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri etməyi (yaşayış sahələrinə daxil olmaqla oradan pul vəsaitlərini gizli talamağı) Məhkum2 öz üzərinə götürmüş və bu hərəkətlərin hamısını təkbaşına icra etmiş, Məhkum1 isə bundan əvvəl həmin yaşayış sahələrinin ünvanlarını göstərmiş və orada zərər çəkmiş şəxslərə məxsus pul vəsaitlərinin saxlanıldığını bildirmiş, yəni məsləhətləri ilə cinayətlərin törədilməsinə köməklik göstər miş, özü isə hər hansı şəkildə bu oğurluqların törədilməsində iştirak etmədiyinə, yəni cinayətin obyektiv cəhətinə aid olan heç bir hərəkət etmədiyinə görə ona məhz CM-nin 32.5-ci maddəsinə istinad edilməklə ittiham irəli sürülmüşdür. Qanunvericiliyin tələblərinə, Ali Məhkəmənin tövsiyələrinə və işin hallarına əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum2 Məhkum1 köməkçiliyi ilə ona ittiham olunmuş oğurluq əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində deyil, təkbaşına törətdiyinə görə, ona CM-nin 177.2.1-ci maddəsi ilə artıq ittiham irəli sürülmüşdür və buna görə də, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında dəyişiklik edilməli və bu qərardan və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixl i hökmündən Məhkum2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməsnə dair müddəalar xaric edilməli, bu əsasla da ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalı, nəticə etibarı ilə isə kassasiya şikayəti qismən təmin edilməlidir. O, ki qaldı Məhkum2 təyin olunmuş cəzanın başqa əsaslarla (kassasiya şikayətində göstərilən) yüngülləşdirilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə adı çəkilən məhkumun dəlillərinə, məhkəmə kollegiyası əvvəla qeyd etməyi zəruri bilir ki, kassasiya şikayətində istinad olunmuş və məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında əsaslanmış və istər apellyasiya şikayətinə, istərsə də kassasiya şikayətinə məhkəmə baxışları iclaslarınd a cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilə bilən hər hansı başqa hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi də onun barəsində CM-nin 62 (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) və ya 70-ci maddələrinin tətbiqi üçün də əsas vermir ona görə ki, əvvəla, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. CM-nin 62.1-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkar ın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar oldu qda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum2 hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsinin mümkün olmamasına dəlalət edir. Kassasiya şikayətində irəli sürülmüş digər tələbi - Məhkum2 təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, bu tələbin də təmin olunması mümkün hesab edilə bilməz və bu nəticənin əsası kimi işin hallarına və qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanmağı zəruri bilir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət t örətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyə ti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəs i ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışd ır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3. məhkumun şəxsiyyəti; 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum2 cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum2 ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək sonuncuya təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum2 kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, Məhkum2 kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündə Məhkum2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilməli və bu əsas nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilməlidir. Şərh olunalara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiy ası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum2 barəsində dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair müddəalar Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından və onunla bağlı Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən xaric edilsin və bu əsas nəzərə alınmaqla Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilədək endirilsin. Qərar Məhkum2 kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar