Məhkəmə qərarları › İş №1-1(102)-70/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-70/2024

27.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-70/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1997-ci ildə Salyan rayonunun Parça Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Parça Xələc kəndində qeydiyyatda olmaqla yaşamış, N nömrəli hərb i hissənin hərbi qulluqçusu, leytenant, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli 1-1(104)-61/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Əkbərov Xəqani Məhəmmədəli oğlu tərəfindən birgə və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1-1(095)-59/2024 nömrəli hökmü ilə (hakimlər V.K.Məmmədov (sədrlik edən), C.İ.Bəşirov və T.Ş.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət i törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 oktyabr 2023-cü ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi tərəfindən apelyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli 1-1(104)- 61/2024 nömrəli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1-1(095)-59/2024 nömrəli hökmü dəyişdi rilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum onun avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsində, leytenant rütbəsində xidmətdə olarkən, 1 avqust 2023-cü il tarixdə saat 19 radələrində iş saatının bitməsi ilə əlaqədar istirahətə buraxılaraq Tovuz rayonuna getmiş, səhəri gün, yəni 2 avqust 2023-cü il tarixdə, saat 6 radələrində “BC” kateqoriyalı AE 348274 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət yerinə qayıtmaq üçün Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olark ən yolun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 398-ci kilometrliyində yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin qadağa nişanına dair tələblərini pozaraq, hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda həmin sürətdən artıq sürətlə avtomobili idarə etmiş, eyni zamanda həmin qanunun 42-ci maddəsinin 1-ci hissəsinin təhlükəsiz manevr etmə barədə tələblərini pozaraq, təhlükəsiz yan və ara məsafəsi saxlamadan ötmə əməliyyatına başlamış, bu zaman idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-DX*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi onun qarşısı ilə eyni hərəkət zolağında və eyni istiqamətdə 60-65 km/saat sürətlə hərə kətdə olan sürücü Tovuz rayonunun Əyyublu kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-LZ*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə hər iki avtomobilin idarəetməni itirərək aşması səbəbindən ehtiyatsızlıqdan sonuncu avtomobilin sərnişini X3 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “sağ alın-təpəgicgah nahiyəsinin və sağ yanağın əzilmiş-soyulmuş yarası, sağ qaşın iç qurtaracağının, sol qaş nahiyəsinin və üst dodağın əzilmiş yaraları, alın və üz nahiyəsinin sıyrıqları, alın və burun sümüklərinin qəlpəli sınıqları, alt çənə sümüyünün hər iki şaxəsinin yerini dəyişmiş sınığı, alt çənədə sağdan 1, 2, 3-cü dişlərin travmatik çıxıqları və diş alveollarının sınığı, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasın ın əzilməsi, sağ bazunun, sağ dirsək oynağının və sağ saidin arxa səthinin, sol bazunun bayır səthinin, sol saidin və sol əlin arxa səthinin, sol diz oynağının ön səthinin, sol ayağın tış topuq nahiyəsinin sıyrıqları, sağ bud sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişmiş sınığı” xəsarətlərini və özünün idarə etdiyi avtomobilin sərnişini, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş X2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin, sağ qulaq seyvanının, sağ məməyəbənzər çıxıntı nahiyəsinin əzilmiş yaraları, sağ təpə-gicgah və alın nahiyəsinin, sağ yanağın, boyunun yuxarı 1/3-nin sağ arxa-yan səthinin sıyrıqları, hər iki göz ətrafı yumşaq toxumaların hematoması, hər iki gözün ağlı qişasın a qansızmalar, kəllə qapağı, kəllə əsası, üz skeleti sümüklərinin, burun sümük və qığırdaqlarının, alt çənə sümüyünün sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilib-dağılması, sağ çiyinüstü nahiyənin, döş qəfəsinin ön səthinin sıyrıqları, sol bazunun, sağ saidin və sol diz oynağının ön səthinin qançırları” xəsarətlərini yetirərək onların ölümünə, habelə “VAZ2106” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “alın nahiyəsinin sol yarısının, sol gicgah nahiyəsinin, sol saidin orta 1/3-nin arxa səthinin, sol əl pəncəsinin arxa səthinin əzilmiş yaraları, sağ çiyin oynağının yumşaq toxumalarının əzniyi, sol incik sümüyünün yuxarı 1/3-nin və sol qamış sümüyünün aşağı 1/3-nin qapal ı, qəlpəli yerini dəyişmiş sınıqları” xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs X9 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum 7 (yeddi) ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş m aterialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum R.Mustafayevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum 7 (yeddi) ildən artıq müddətə azadlıqdan məhjrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona ağır cəza təyin edildiyi qeyd edilməklə cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinə görə “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutul muş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkuma cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası C M-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilmə si təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıq larını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci madd ələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırla şdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə onun Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etməsini və onların Məhkum qarşı heç bir şikayət və tələblərinin olamamasını, xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən «Şuşanın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları, Azərbaycan Respublikası Nazirlər kabinetinin sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən «Şücaətə görə» medalı ilə təltif olunmasını, yol nəqliyyat hadisəsi zamanı özünün də xəsarət almasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymət ləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsa ssız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi tərəfindən birgə və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar