Məhkəmə qərarları › İş №1-1(102)-71/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-71/2018

27.07.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-71/2018 27.07.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)–71/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ "26" iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi) X8 və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Ziyəddin oğlunun iştirakı ilə Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası CMnin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, Məhkum3 və Məhkum1 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum3, Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.Z.Nəsirov) xx xx 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev-1 də qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu Məhkum2 Azərbaycan Respublikası CM-nin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonu, 2 Lolabağırlı kəndində qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu Məhkum3 Azərbaycan Respublikası CM-nin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 3 mənzil 33-də qeydiyyatda olan, N say lı hərbi hissənin sabiq hərbi qulluqçusu Məhkum1 Azərbaycan Respublikası CM-nin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi taborun 9-cu bölüyünün əsgərləri Məhkum1, Məhkum3 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci ildə saat N radələrində hərbi hissənin 3-cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X3 yanlarına çağıraraq heç bir səbəb olmadan onun iradəsini sındırmaqla üzərində öz üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əlaqədar əvvəlcə xx xx X1 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, ardınca Məhkum2, Məhkum3 və Məhkum1 də ona köməklik göstərmək məqsədilə x3hər tərəfdən əhatəyə alaraq onun xx xxa qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək, onu faktiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə xx xxla həmrəylik nümayiş etdirməklə onun əməllərin i müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X5, X9 və X6 həmin əsgərlərin xx xxincitdiklərini görüb onların yanına gedərək x3onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında X1 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. xx xxağladığı üçün z1, z2 və Z3 onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddət keçdikdən sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən z5 qarşı zorakı hərəkətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. z1, z2 və Z3 X1 çölə çıxmasına mane olmaq istəsələr də, x5 «buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum2, Məhkum1, xx xx və Məhkum3 onu taborun tualeti istiqamətində aparmışlar. Bundan sonra Məhkum2, Məhkum3 və xx xx x3özləri ilə birlikdə tualetin içərisinə k eçirmiş, Məhkum1 isə içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qapısının çöl tərəfində dayanmışdır. Orada Məhkum2, Məhkum3, Məhkum1 və xx xx birlikdə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sıındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hamısı yəni, Məhkum2, Məhkum3, Məhkum1 və xx xx onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişlər. Həmin hökmlə Məhkum3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi 3-cü taborun əsgərləri Məhkum1, Məhkum2 və X4 ilə q abaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci il tarixdə saat N radələrində hərbi hissənin 3cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X3 yanlarına çağıraraq heç bir səbəb olmadan onun iradəsini sındırmaqla üzərində öz üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əvvəlcə xx xx X1 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, ardınca isə Məhkum3, Məhkum2 və Məhkum1 də ona köməklik göstərmək məqsədilə x3hər tərəfdən əhatəyə alar aq onun xx xxa qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək, onu faktiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə xx xxla həmrəylik nümayiş etdirməklə onun əməllərini müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X5, X9 və X6 həmin əsgərlərin xx xxincitdiklərini görüb onların yanına gedərək x3onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında X1 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. xx xxağladığı üçün z1, z2 və Z3 onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddətdən sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən z5 qarşı zorakı hərəkətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. z1, z2 və Z3 X1 çölə çıxmasına mane olmaq istəsələr d ə x5 «buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum3 və Məhkum2 onu taborun tualetinə aparmışlar. Bundan sonra Məhkum1 içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qapısının çöl tərəfində dayanmış, Məhkum3, Məhkum2 və xx xx isə x3tualetin içərisinə aparıb orada təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sıındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hər biri, o cümlədən Məhkum3 onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişdir. Həmçinin həmin hökmlə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə qumbaratan vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi taborun əsgərləri Məhkum3, Məhkum2 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci ildə saat N radələrində hərbi hissənin 3-cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X3 yanlarına çağıraraq heç bir səbəb olmadan onun iradəsini sındırmaqla üzərində öz 4 üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əvvəlcə xx xx X1 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu d öymüş, ardınca isə Məhkum1, Məhkum3 və Məhkum2 də ona köməklik göstərmək məqsədilə x3hər tərəfdən əhatəyə alaraq onun xx xxa qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək onu faktiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə xx xxla həmrəylik nümayiş etdirməklə onun əməllərini müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X5, X9 və X6 həmin əsgərlərin xx xxincitdiklərini görüb onların yanına gedərək x3onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında X1 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. xx xxağladığı üçün z1, z2 və Z3 onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddət sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən z5 qarşı zorakı hərək ətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. z1, z2 və Z3 X1 çölə çıxmasına mane olmaq istəsələr də xx xx«buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum1, Məhkum2, xx xx və Məhkum3 onu taborun tualeti istiqamətində aparmışlar. Bundan sonra Məhkum2, Məhkum3 və xx xx x3özləri ilə birlikdə tualetin içərisinə keçirmiş, Məhkum1 isə içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qapısının çöl tərəfində dayanmışdır. Orada Məhkum1, Məhkum2, Məhkum3 və xx xx birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sıındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltma qla pozaraq hamısı yəni, Məhkum1, Məhkum2, Məhkum3 və xx xx onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişlər. Hökmdən məhkumların müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum3, Məhkum1 və Məhkum2 kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 ərizələri daxil olmuş, ərizələrdə onlar verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubli kası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, Məhkum3 və Məhkum1 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum3, Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Sədrlik edən: Hakimlər: Əziz Seyidov Fərhad Əliyev İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar