Məhkəmə qərarları › İş №1-1(102)-71/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-71/2021

26.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-71/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4, bəraət almış şəxs Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 mart 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 Köçəri oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Camal Ramazanovdan ibarət tərkibdə) 1(109)-133/2019 nömrəli 22 iyul 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1968-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsində işləmiş, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 16da qeydiyyatda olan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 312-1.1 və 341.2.1ci madd ələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 341.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6 və 341.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs4 bəraət verilmişdir. Hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilə n şəxs2 və Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında tamahkarlıq məqsədi ilə qulluq mövqelərindən sui-istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında vətəndaş X2 nağd pulunu nüfuz alveri, yəni özlərinin güman edilən təsir imkanlarından istifadə etməklə istintaq və məhkəmə orqanlarının qərarlarına qanunsuz təsir etmək üçün almış, törətdiyi cinayətini gizlətmək məqsədi ilə şəxsi marağa görə Təqsirləndirilən şəxs1 ağır nəticələrə səbəb olmaqla qulluq mövqeyindən sui-istifadə edərək Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub, Sarayxanım Abdullayevanın öldürülməsini Təqsirləndirilən şəxs3 sifariş verib Sarayxanım Abdullayevanın ö ldürülməsini təşkil etmiş, Təqsirləndirilən şəxs3 verilən sifariş əsasında Sarayxanım Abdullayevanı öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, həmçinin Ağayev X15 Xankərəm Kərim oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zəhərli maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin aprel-may aylarında Şirvan şəhərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində hərbi qulluqçu kimi kapitan hərbi rütbəsində xidmət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi faktları üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 19 aprel 2018-ci il tarix də X5 yaşadığı ünvan 1 ünvanında özünün əməliyyat qrupunun üzvü kimi, yaxın adamı olan Təqsirləndirilən şəxs2 isə hal şahidi qismində iştirakı ilə axtarış aparılaraq satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlanılan 77,4 qram çəkidə 258 ədəd preqabalin həblərindən ibarət külli miqdarda güclü təsir edən maddə aşkar edildiyini yəqinliklə bildikdən və Xəyal Abdullayevin cinayət işi üzrə 19 aprel 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmasından sonra həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 vasitəsi və iştirakı ilə Xəyal Abdullayevin anası X7 ilə sonuncunun evində görüşüb oğlunun psixi xəstəliyinə görə həbsdən buraxılması üçün müvafiq tibbi sənədlərin qısa zaman ərzində toplanıb istintaqa təqdim edilməsinə köməklik göstərəcəyinə razılaşaraq 20 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə 2.000 manat pulunu aldıqdan sonra Xəyal Abdullayevin həbsdən buraxılmasına köməklik göstərilməsi üçün Sarayxanım Abdullayevadan 23.000 manat almağın mümkün olması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsində hərbi qulluqçu kimi polkovnik-leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs4 məlumat vermiş, Xəyal Abdullayevin 21 aprel 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən dərhal sonra vəzifəsinin və xidmətdə olduğu qurumun müstəsna səlahiyyətlərindən yararlanıb tamahkarlıq məqsədilə öz qulluq mövqeyindən su i-istifadə edərək Sarayxanım Abdullayevanın həmin məbləğdə nağd pulundan ibarət maddi neməti nüfuz alveri, yəni özlərinin güman edilən təsir imkanlarından istifadə etməklə istintaq və məhkəmə orqanlarının qərarlarına qanunsuz təsir etmək yolu ilə istəyib almaq üçün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub qrupda birləşərək Təqsirləndirilən şəxs4 verdiyi göstərişlər əsasında 24 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 iştirakı ilə Sarayxanım Abdullayevadan sonuncunun evində 25.000 manat nağd puldan ibarət maddi nemət istəyib şəxsən qəbul edərək 23.000 manatı Təqsirləndirilən şəxs4, 500 manatı isə Təqsirləndirilən şəxs2 verərək qalan məbləği özünə götürmüş, Təqsirləndirilən şəxs4 təxminən iki həftə pulu özündə saxladıqdan sonra bu işdə köməklik edə bilm əyəcəyini bildirib 23.000 manat məbləğində pulu qaytararaq Sarayxanım Abdullayevaya verməsini tapşırsa da, Sarayxanım Abdullayevanın pulu geri almaq istəmədiyini və oğlunun həbsdən buraxılmasına köməklik göstərilməsini dəfələrlə Təqsirləndirilən şəxs2 vasitəsilə əlaqə saxlayıb inadla tələb etməsi ilə əlaqədar bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə məlumat veriləcəyi təqdirdə tutduğu məsul vəzifəyə görə ciddi problemlərlə üzləşə və cinayət məsuliyyətinə cəlb oluna biləcəyini görüb törətdiyi cinayəti gizlətmək və vəzifədə qalmaq məqsədilə, habelə Sarayxanım Abdullayevaya pulları qaytarmamaqla maddi öhdəlikdən azad olmaq üçün etibarlı adam vasitəsilə Sarayxanım Abdullayevanı sifarişlə qəsdən öldürülməsi qərarına gəlib onu qəsdən öldürmək niyyəti ilə 19 may 2018-ci il tarixd ə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan, yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs3 ilə telefon əlaqəsi saxlayıb həmin qəsəbədə görüşərək 7.000 manat müqabilində Sarayxanım Abdullayevanı qəsdən öldürməyi sifariş verib sonuncunun təklifi qəbul etməsi ilə onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, cinayətin törədilmə planını, zaman və məkanını müzakirə edib, ilk günlərdə Sarayxanım Abdullayevanın yaşadığı binanın qarşısında bıçaqla öldürülməsi təklifi ilə əlaqədar onun Şirvan şəhərində yerləşən yaşadığı binanın birinci mərtəbəsindəki mənzilinin yerini 21 may 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 göstərmiş, daha sonra cinayətin Şirvan şəhərindən kənarda törədilməsini qət edərək Təqsirləndirilən şəxs3 onun məlumat verəcəyi tarixdə Bakı şəhərindən kirayə yə avtomaşın götürərək Şirvan şəhərinə gəlməsini şərtləşdirərək 7.000 manatı sifarişin icrasından sonra verəcəyini razılaşdırıb, özündə olan 10-217 rəqəmlərindən ibarət saxta qeydiyyat nömrə nişanlarını Təqsirləndirilən şəxs3 verib avtomaşının üstünə taxmasını tapşırmış, 23 may 2018-ci il tarixdə özünə saxta alibi düzətlmək üçün qızını hazırlığa qoymaq adı ilə Sarayxanım Abdullayevanın sinif müəlliməsi işlədiyi Şirvan şəhəri, 21 saylı orta məktəbə gedib, əslində isə Xəyal Abdullayevin guya 24 may 2018-ci il tarixdə Salyan rayon və ya Şirvan şəhər məhkəmələrində keçiriləcək məhkəmə iclaslarında iştirak etmək üçün etap gətiriləcəyini bildirib, oğlu ilə şəhərin Çılpaqlı qəsəbəsi ərazisində görüşdürəcəyini və bunun üçün həmin gün saat 14 radələrində Şirvan şəhəri, 10 saylı orta məktəbin qarşıs ındakı dayanacaqdan götürməsi üçün arxasınca avtomaşın göndərəcəyini deyib orada görüşməyi razılaşdırdıqdan sonra əlbir olduğu Təqsirləndirilən şəxs3 kirayəyə avtomaşın götürə bilməsi və digər xərclər üçün 23 may 2018-ci il tarixdə "xxxx" ASC-nin Şirvan şəhər filialından 100 manat göndərib, növbəti gün Şirvan şəhərinə, 10 saylı orta məktəbin qarşısına gəlməsini tapşırmış, Təqsirləndirilən şəxs3 24 may 2018-ci il tarixdə Bakı şəhəri, Yusif Səfərov küçəsində “Aventador” firmasının avtomaşınların icarəsi ofisindən sutkası 60 manata ağ rəngli “KİA Rio” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını götürüb sifarişin icrası zamanı istifadə etmək üçün bir ədəd qırmızı rəngli odeyal və boş karton qutuları avtomaşının yük yerinə qoyaraq Şirvan şəhərinə gəlib dövlət qeydiyyat nişanlarını də yişdirməklə 10 saylı orta məktəbin qarşısındakı dayanacaqda dayanmasından sonra Sarayxanım Abdullayevanı həmin avtomaşına əyləşdirib avtomaşında Təqsirləndirilən şəxs3 nazirlikdə işləyən yüksək rütbəli şəxs kimi Sarayxanım Abdullayevaya təqdim edib onu oğlu ilə görüşdürəcəyini bildirmiş, bundan sonra isə Təqsirləndirilən şəxs3 avtomaşını Şirvan şəhərinin QRES adlanan ərazisinə sürərək, əvvəlcədən planlaşdırdıqları kimi, yaşayış evlərinin, qeyri yaşayış-obyektlərinin və müşahidə qurğularının olmadığı Salyan rayonunun Pambıqkənd kəndi ərazisindəki çöllük sahədə saxlayıb, oturacağını tam arxaya çəkib, salonun arxa oturacağında əyləşmiş Sarayxanım Abdullayevanı boğazından sağ əli ilə tutub boğmaqla ona qəsdən dilaltı sümüyünün sağ qanadının və qırtlaq qığırdağının sol hissəsinin sınığı ilə müş ayiət olunan, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək mexaniki asfiksiya nəticəsində qəsdən həyatdan məhrum etmiş, həmin gün saat 23 radələrində Şirvan şəhəri, “Salyan dairəsi” adlandırılan ərazidə Təqsirləndirilən şəxs3 sifarişin icrası müqabilində vəd etdiyi 100 manatlıq əskinaslardan ibarət 7.000 manat pul vəsaitini vermiş, törədilmiş qətlin izlərinin ört-basdır edilməsi üçün Sarayxanım Abdullayevanın meyitinin isə həmin avtomaşının arxa oturacağına uzadılıb üzərinə odeyal örtülərək karton qutular yığılmaqla Şamaxı rayonu ərazisinə aparıb baş nahiyəsinə sellofan torba bağlayıb Göylər-Padarçöl yolunda müəyyənləşdirilən dağlıq ərazidə yüksəklikdən dərəyə atmış, sonuncunun çantasını, odeyalı, karton qutuları, sifarişin icrası zamanı Təqsirləndiril ən şəxs3 əynində olmuş paltarları yandırmaqla məhv etmiş, saxta nömrə nişanlarını isə “Şirvan” kanalının axmaz hissəsinə tullamışlar. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Kamran Əkbərov, hakimlər Faiq Qasımov və Qədim Babayev) 1-1(103)-11/2020 nömrəli 15 yanvar 2020-ci il tarixli hökmü ilə Bakı Hərbi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilmiş və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6-cı maddələri ilə təqsirli bilinərək həmin maddə ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 müəyyən edilmiş cəzalar Bakı Hərbi Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən hakim İnqilab Nəsirov, hakimlər Əziz Seyidov və Tahir Kazımov) 24 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri i lə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs4 münasibətdə ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ramin Qaraqurbanlı, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1-1(103)-2/2021 saylı, 05 mart 2021-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən v erilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 mart 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissəsində ləğv edilsin və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına qaytarılsın. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar A zərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs4 CM-nin 32.3, 120.2.1, 32.3, 120.2.5, 32.3, 120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə əsassız olaraq bəraət verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, işə baxan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müxtəlif vaxtlarda, o cümlədən məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verdiyini əsas gətirərək həmin ifadələri Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli olması hissəsində mötəbər sübut kimi qiymətləndirməmiş və Təqsirləndirilən şəxs4 həmin maddəl ərlə nəzərdə tutulmuş əməlləri törətmədiyi qənaətinə gəlmişdir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Təqsirləndirilən şəxs4 özünü müdafiə xarakterli verdiyi ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, bu ifadələr ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan sübutlar (Təqsirləndirilən şəxs1 ifadələri) əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdə n kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd olunan məcburi tövsiyələr məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və düzgün tövsif edilsin. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə həmin vəzifələri yerinə yetirməmiş, Təqsirləndirilən şəxs4 törətdiyi əməllərə qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə ona CM-nin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə əsassız bəraət vermişdir. Göründüyü kimi, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlar ı əsassız olaraq qəbul etməyib hökmü faktiki olaraq Təqsirləndirilən şəxs4 işin obyektiv hallarına uyğun olmayan ifadəsinə uyğunlaşdırmış, bununla da CPM-nin 28-ci maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” eləcə də, həmin Məcəllənin 33-cü maddəsində təsbit olunmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsiplərini pozmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə Təqsirləndirilən şəxs4 törətdiyi əməllərə qanunu n aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə ona Azərbaycan Respublikası CM-nin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkumun və müdafiəçinin kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilmədən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apell yasiya Məhkəməsinin cinayət kollegiyasının 05 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahi sə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin materiallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CMin 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin digər materiallarına əsaslanmışdır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrində Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməmiş, hər hansı bir qeyri qanuni hərəkət etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs4 həm keçirilmiş xidməti yoxlama, həm cinayət işi üzrə ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində özünü təqsirli bilməyərək 19.04.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin soyadlarını bilmədiyi Emin və Tural adlı əməkdaşlarının Şirvan şəhər şöbəsinə gəldiklərini və istint aq hərəkətləri ilə əlaqədar Şirvan şəhər sakini Xəyal Abdullayevin yaşadığı evdə axtarış tədbiri keçirəcəklərini bildirdiklərini, həmin istintaq hərəkətinin həyata keçirilməsi üçün hal şahidlərinin iştirakının təmin olunmasında onlara köməklik göstərilməsini xahiş etdiklərini, bu işdə İstintaq Baş İdarəsinin əməkdaşlarına kömək etmələri barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 və Kamran Teymurzadəyə müvafiq tapşırıqlar verdiyini, keçirilən axtarış tədbiri zamanı Xəyal Abdullayevin yaşadığı evdən psixotrop maddə aşkar edildiyini, bu səbəbdən də sonuncunun İstintaq idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhərinə aparıldığını, növbəti dəfə Xəyal Abdullayev barəsində yalnız 25.05.2018-ci il tarixdə eşitd iyini, həmin gün onun qohumlarının Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin inzibati binasına gəldiklərini, lakin Hacıqabul rayonunda rəsmi tədbirdə olduğu üçün onları qəbul edə bilmədiyini, özlərini Xəyal Abdullayevin qohumu kimi təqdim edən Kəmalə Muxtarova və Xalid Əliyev adlı şəxslərlə yalnız həmin gün saat 19:25-də görüşdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs4 həmçinin vurğulamışdır ki, qəbul zamanı Kəmalə Muxtarova və X20 Abdullayevin anası Sarayxanım Abdullayevanın 24.05.2018-ci il tarixdə itkin düşdüyünü, onun itkin düşməmişdən əvvəl sonuncu dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs1lə görüşdüyünü və bundan sonra Sarayxanım Abdullayeva ilə əlaqələrin kəsildiyini, oğlu ilə g örüşmək və həbsdən azad etdirmək üçün X9 Ağayevə 27.000 manat pul verdiyini, tərəflər arasında qeyd olunan məzmunda aparılmış söhbətdə Mətləb adlı Şirvan şəhər sakininin (Xəyal Abdullayevin yaşadığı evdə aparılmış axtarışda hal şahidi olmuşdur) də iştirak etdiyini, bu haqda DİN Şirvan Şəhər Polis Şöbəsinə də müraciət etdiklərini bildirmişlər. Kəmalə Muxtarova və Xalid Əliyev əlavə olaraq qeyd etmişlər ki, Təqsirləndirilən şəxs1 görüş zamanı X3 Abdullayevin məhkəməsinin Salyan rayonunda keçiriləcəyini, bir müddət sonra azad olacağını bildirmiş, Şirvan şəhərinin Çılpaqlı adlandırılan ərazisində X12 Abdullayevanın görüşünü təşkil edəcəyinə, Sarayxanım Abdullayevanı həmin əraziyə aparması üçün bir nəfər şəxsi onun yanına göndərəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs4 həmçinin göstərmişd ir ki, qeyd edilən məsələləri 25.05.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-mayor İsmayıl Bağırova şifahi qaydada məruzə etdiyini, sonuncunun göstərişi ilə bu haqda dərhal müvafiq raport hazırladığını və İMS vasitəsilə xidmətə göndərdiyini, Təqsirləndirilən şəxs1lə apardığı söhbət zamanı sonuncunun ona qarşı irəli sürülən ittihamları tamamilə təkzib etdiyini, lakin azyaşlı övladının məktəbə qəbul edilməsi ilə bağlı Sarayxanım Abdullayeva ilə onun işlədiyi Şirvan şəhər 21 saylı orta məktəbdə görüşdüyünü bildirdiyini, Təqsirləndirilən şəxs1 Xəyal Abdullayevi həbsdən azad etdirmək üçün Sarayxanım Abdullayevadan pul almasından xəbərsiz olduğunu, bu haqda yalnız 25.05.2018-ci il tarixdə eşitdiyini, sonuncudan pul alınmasında heç zaman işt irak etmədiyini, Təqsirləndirilən şəxs1 23.000 manat məbləğində pulu almadığını və ona qaytarmadığını, bunun böhtan olduğunu, xidməti fəaliyyətinin yarıtmaz olması səbəbindən Təqsirləndirilən şəxs1lə münasibətində əvvəllər gərginlik yaşandığını, sonradan bu münasibətlərin bir qədər yaxşılaşdığını, son zamanlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeyri-əməliyyat sahəsində xidmətini davam etdirmək, hətta Xidmətdən xaric olmaq istədiyini, aparılmış izahedici söhbətdən sonra əməliyyat fəaliyyətində bir qədər yaxşılaşmanın müşahidə edildiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs4 ifadə verərək bildirmişdir ki, irəli sürülən ittihamla razı deyil, özünü təqsirli bilmir və əvvəllər verdiyi ifadələrini təsdiq edir. O, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin rəisi vəzifəsində qısa müddət ərzində (cəmi 6 ay) işləmiş və kollektivə təqdim olunan zaman əməkdaşları ilk dəfə orada tanımışdır. Hər birinci gün keçirilən əməliyyat müşavirələrində digər əməkdaşların yanında Təqsirləndirilən şəxs1 işini düzgün təşkil edə bilmədiyi üçün danlanılmış, iradlar bildirilmiş və yaratdığı problemlər onun nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs1 bu iradların ona təklikdə deyilməsini də ondan xahiş etmişdir. Şirvan şəhər şöbəsinə gəldiyi gündən Təqsirləndirilən şəxs1 işinə səhlənkar yanaşdığına, vaxtlı-vaxtında verilmiş tapşırıqları yerinə yetirmədiyinə görə əməkdaşların yanında xəbərdarlıq edilərək işində dönüş yaratmadığı halda onunla bağlı 6 aylıq hesabatın nəticəsi olaraq rəhbə rlik qarşısında məsələ qaldırılacağı bildirilmişdir. Bu halı orada olan bütün işçi heyəti də görmüş və bundan sonra Təqsirləndirilən şəxs1 ona müraciət edərək “Onsuz da siz mənim məsələmi qaldıracaqsınız, imkan verin gedim məzuniyyətə” demiş, o isə Təqsirləndirilən şəxs1 məzuniyyət verməyəcəyini bildirmişdir. Mart ayından etibarən Təqsirləndirilən şəxs1 icraatında olan işlər ondan bir-bir alınaraq digər əməkdaşa verilmişdir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə müraciət edərək yerini dəyişməsini xahiş etsə də, ona bu məsələyə baxmaq səlahiyyətinin olmadığı izah edilmişdir. Təqsirləndirilən şəxs1 6 aylıq hesabat nəticəsində nə olacağını çox gözəl bilirmiş. Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1lə münasibətləri gərgin olmuş və ona qarşı qərəzli ifadə verməsinin əsas s əbəbləri yuxarıda qeyd olunan tələbkarlığı, habelə mövcud hadisə ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə dərhal məlumat verməsi və raportla müraciət etməsi olmuşdur. Əlavə olaraq demişdir ki, 19.04.2018-ci il tarixdə günün birinci yarısında növbətçi hissədən ona Bakı şəhərindən iki müstəntiqin gəlib onunla görüşmək istədiyini bildirmişlər. Həmin şəxslər icraatlarında olan işlə əlaqədar bir nəfər Şirvan sakininin evində axtarış keçirilməsi və bununla bağlı onların təhlükəsizlik təminatı və birgə hal şahidləri ilə təmin olunmasını istəmişlər. Bu səbəbdən Kamran Teymurzadə və Təqsirləndirilən şəxs1 ünvanın müəyyən edilməsi və hal şahidlərinin təmin edilməsi tapşırılıbmış. Təqsirləndirilən şəxs1 hal şahidini təmin edə biləcəyini bildirmiş və hal şahidini n məhz Təqsirləndirilən şəxs2 olması sonradan məlum olmuşdur. Təqsirləndirilən şəxs2 birinci dəfə orada adını eşitdiyini, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hər hansı fəaliyyəti ilə bağlı olmadığını və onu əvvəllər tanımadığını göstərmişdir. Təqsirləndirilən şəxs4 bir daha bildirmişdir ki, o, X1 Abdullayevin cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs1 heç vaxt pul almamış, həmin cinayət işinin gedişatına təsir etməmiş, habelə zərərçəkmiş şəxsin qətli ilə bağlı tapşırıq verməmiş və qeyd olunan hadisələrdən ümumiyyətlə xəbərsiz olmuşdur. Cinayət işinin materiallarından görünür ki, bəraət almış Təqsirləndirilən şəxs4 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6 və 312-1.1,341.2.1 və 341.2.3-cü maddə ləri ilə ittihamda təqsiri təsdiq edən yeganə sübut həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 ifadəsidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6 və 341.2.3-cü maddələri ilə bəraət verərkən hökmdə dəfərlərlə Təqsirləndirilən şəxs1 ifadələrinin ziddiyyətli olmasına istinad etmiş, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs1 ziddiyyətli ifadələrinə istinadən Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-in 312-1.1 və 341.2.1-ci maddələri ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1 cinayət işi üzrə ibtidai istintaq vaxtı, birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı verdiyi ifadələri tədqiq edərək həmin ifadələrin arasında çox lu ziddiyyətlərin, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən alınan pulların miqdarında, xərclənməsində, rəisə verilmə və geri götürmə qaydası və üsulunda, pulların rəisdə qalma müddətində, Sarayxanım Abdullayevanı öldürmək sifarişinin kim tərəfindən, nə formada verilməsində, habelə digər məntiqi uyğunsuzluqların və qərəzli məqamların olmasını müəyyən etmiş və bu ifadələr ziddiyyətli olduğuna görə mötəbər sübut kimi qəbul edilməməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə öz hökmündə əsaslı olaraq qeyd etmişdir ki, həmin ifadələrin bir-biri ilə uyğunlaşmayaraq, verilmiş ittihama uyğun cinayət hadisələrinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmır. Məhz qeyd edilmiş ziddiyyətli ifadələrdən başqa pulun Təqsirləndirilən şəxs4 tərəfindən a lınması və zərərçəkmişin öldürməsi barədə sifarişin verilməsi heç nə ilə sübut olunmur. Bundan başqa iş üzrə şahidlər Sarayxanım Abdullayevin qohumları X11 və X13 ifadələri ilə müəyyən olunur ki, onların Təqsirləndirilən şəxs4 yanına gəldikləri gün, yəni 25 may 2018-ci il tarixdə sonuncunun mövqeyi Təqsirləndirilən şəxs1 məlum olmuşdur. Təqsirləndirilən şəxs1 isə ifadəsində göstərmişdir ki, 27.05.2018-ci il tarixdə polis şöbəsindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs4 ona “axıra qədər yox deyəcəyik” demişdir. Halbuki həmin günə qədər də Təqsirləndirilən şəxs4 tərəfindən həm də digər şəxslərin yanında pulun Təqsirləndirilən şəxs1 tərəfindən alınması ilə bağlı irad bildirilmiş və bu barədə rəsmi şəkildə Dövlət Təhlükəsizliyi Xidmətinin yuxarı vəzifəli şəxsə məruzə etmişdir. Habelə Rövşən Ağayev tərəfindən Sarayxanım Abdullayevanın evində Xəyal Abdullayevin işindən söhbət edilərkən işin rəis tərəfindən Bakıdakı baş idarə ilə danışıldığı deyilmiş, lakin heç vaxt Təqsirləndirilən şəxs4 adı çəkilməmişdir. Sarayxanım Abdullayevanın qohumları tərəfindən də Təqsirləndirilən şəxs4 adının sonradan eşidildiyi bildirilmişdir. Həmçinin pulun alınmasında aktiv şəkildə iştirak etmiş Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs4 adını eşitməmişdir. İbtidai istintaq zamanı 29.05.2018-ci və 30.05.2018-ci il tarixli izahatlarında da Təqsirləndirilən şəxs1 pulun “rəhbərlikdən olan şəxs”ə verildiyini demiş, müstəntiqin “həmin şəxsin kim olduğu” sualına isə cavab verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 “rəhbərlikdən olan şəxs” deməsi ilə həmin adamın məhz Təqsirləndirilən şəxs4 olduğu da müəyyən edilmir. Həmçinin iş üzrə digər məhkum Təqsirləndirilən şəxs3 qətl hadisəsinin təfərrüatı barədə verdiyi ifadəsində sifarişçinin “bir neçə general, hakim və rəisin məlumatlı olduğu” əməliyyat-axtarış tədbiri kimi olduğunu bildirmiş, sonrakı ifadələrdə isə qətlin Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini qeyd edərək yenə də Təqsirləndirilən şəxs4la bağlı hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 də ifadəsində qətlin sifarişini verərkən sifarişçinin məhz Təqsirləndirilən şəxs4 olduğunu bildirməmişdir. İttiham tərəfindən Təqsirləndirilən şəxs1 ifadəsindən başqa Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda təqsirini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli old uğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu hald a qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.3,120.2.1, 32.3,120.2.5, 32.3,120.2.6, 312-1.1, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş olan cinayəti törətməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası işə baxan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddə sində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetir mək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsı cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs4 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs4 barəsində qərarının ləğv olunması və yaxud dəyişdiri lməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən Təqsirləndirilən şəxs4 bəraət verilməsi ilə bağlı mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhk əmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 mart 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs4 barəsində Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının 05 mart 2021-ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar