Məhkəmə qərarları › İş №1-1(102)-71/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-71/2022

22.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-71/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Rauf Əliyev (sədrlik edən), Rafiq Abasov və Siyavuş Hacıyev) 1-1(093)-145/2018 nömrəli 01 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2.1, 150.2.4, 177.2.3, 178.2.2, 178.2.3, 228.2.2, 228.4, 232.2.3, 274, 32.4,312.1 və 322.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 150.2.1 və 150.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 274-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.1-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 322.1-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 may 2017-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya M əhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Sahibxan Mirzəyev və Elşad Şamayev) 1-1(103)-39/2018 nömrəli 25 sentyabr 2018-ci il tarixli ilkin baxış qərarı ilə Məhkum müdafiəçisi Vüqar Babayev tərəfindən verilmiş apelyasiya şikayətindən imtina etməsi ilə əlaqədar apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bakı Hərbi Məhkəməsinin (sədrlik edən hakim Rafiq Abbasov) 1-1(093)-145/2018 nömrəli 30 avqust 2021-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilmiş və cinayət işi baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), İb rahim İbrahimli və Qədim Babayev) 1-1(103)-25/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli ilkin baxış qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən Bakı Hərbi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Əziz Seyidov) 1-1(102)-18/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qası mov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1-1(103)-39/2018 nömrəli 06 may 2022-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-39/2018 nömrəli 06 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, Məhkum özünü ittiham edildiyi Azərbaycan Respublikası CM-in 150.2.1, 150.2.4 və 274-cü maddələr ilə təqsirli bilmədiyi üçün həmin dövrdə müdafiəçisi X3 tərəfindən apelyasiya şikayəti verilmiş, lakin sonradan hədələnib aldadıldığı üçün ərizə ilə müraciət edib müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətini geri götürməyə məcbur edilmişdir. Nəticə etibarılə Məhkum qanunvericiliklə nəzərdə tutulmuş apelyasiya şikayəti vermək müddətini məcburiyyət qarşısında buraxılmışdır. Bakı Hərbi Məhkəməsi 30 avqust 2021-ci il tarixli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilmiş və apelyasiya şikayəti baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası 22 sentyabr 2021-ci il tarixli qərarı ilə ape lyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir. Məhkum məhz üzrlü səbəbə kimi onun apelyasiya şikayətini geri götürməyəcəyi halda 15 illik cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənəcəyi hədəsi qarşısında belə addım atdığını bildirmiş və Bakı Hərbi Məhkəməsi də verilmiş vəsatətin arqumentlərini qəbul edərək buraxılmış müddətin bərpa edilməsi barədə qərar çıxarmışdır. Həmin qərar məhz Məhkum verdiyi ərizə əsasında çıxarılmışdır. Hazırda da Məhkum həmin ərizəni verməyə məcbur qaldığını əsaslandırmış, bu məcburiyyət apelyasiya müddətinin buraxılması üçün üzrlü səbəb kimi göstərmiş və bununla bağlı verdiyimiz vəsatət hökmü çıxarmış birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Yəni vaxtılə bu qərarın çıxarılması üçün əsas aradan götürülmüşdür ki, b u da faktiki olaraq apelyasiya icraatının başlanması ilə nəticələnməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnı z həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən 06 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət əsassız olaraq təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Müdafiəçi məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermək müddətini buraxmış və 14 mart 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, müdaf iəçisi Vüqar Babayev Bakı Hərbi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermiş, lakin Məhkum ərizə verərək həmin apelyasiya şikayətindən imtina etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli ilkin baxış qərarı ilə məhkumun ərizəsinə əsasən müdafiəçi Vüqar Babayev tərəfindən verilmiş apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Həmçinin işə apelyasiya instansiyası məhkəməsində baxılarkən Məhkum məhkəmə prosesində şəxsən iştirak etmiş və ona apelyasiya məhkəməsinin qərarında kassasiya şikayəti vermə müddəti və qaydası izah edilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən (2020-ci ilin iyul ayının 15-dək qüvvədə olan redaksiyası) bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilir. İş materiallarından görünür ki, müdafiə tərəfi Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermək müddəti 25 oktyabr 2018-ci il tarixdə bitdiyi halda məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini 14 mart 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 ay ərzində deyil, həmin müddətdən 3 il 6 ay keçdikdən sonra vermiş və bu müddəti bərpa edilməsi barədə vəsatət vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onu n obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkumun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər onun 18 ay ərzində kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin Bakı Apelyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onların məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1-1(103)-39/2018 nömrəli 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar