Məhkəmə qərarları › İş №1-1(102)-71/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-71/2023

13.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-71/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6- cı maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən hakim: X4) 10 fevral 2023-cü il tarixli hökmü ilə 1 yanvar 1998-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Cəlilabad rayonunun Ləkin kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2-ci maddələri ilə təqsi rli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddətinin təyin edilmişdir. Üzərinə təyin olunmuş sınaq müddəti ərzində davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsinin qoyulması, hökmün icrasının N saylı hərbi hissənin komandanlığına həvalə edilməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə zalından dərhal həbsdən azad edilməsi və barəsində "komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi ), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 31 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2-ci maddələri ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 1(097)42\2023 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 1-(097)42\2023 saylı hökmü Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası CPM-in 202.1-ci maddəsinə və CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 11 oktyabr 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək həbsdə saxlandığı 03 ay 30 gündən ibarət olan müddət, 4 (dörd) ay həddində müəyyən edilməklə həmin müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla Məhkum hazırki hökmlə CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 31 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmün icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitinsiar xidmətinin 03 saylı İstintaq təcridxanasına həvalə edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6-cı maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonunun ərazisində yerləşən 3-cü taborunun 7-ci bölüyünün 3-cü tağımının 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 14 dekabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək qarovul rəisi kimi həmin bölüyün əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və X12 ilə birlikdə hərbi hissənin Laçın rayonunun Bozlu kəndinin ərazisində yerləşən raket-artilleriya silahları anbarını mühafizə etmək üçün qarovul xidmətinə cəlb edilmişdir. Xidmətdə olan zaman 16 dekabr 2021-ci il tarixdə qarovul nəfəri əsgər Zərərçəkmiş şəxs3 şəxsi heyətin istirahəti üçün nəzərdə tutulmuş çadıra siqaret çəkərək daxil olması səbəbindən sonuncunun qarın nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub ona qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 18 dekabr 2021-ci il tarixdə saat 16-17 radələrində qarovul nəfəri olan əsgər Zərərçəkmiş şəxs5 çadırın içərisində onun orada olan digər hərbi qulluqçulara qarşı kobud davranmasından gileylənərək təhqiramiz ifadə işlətdiyi üçün Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə bir neçə sillə zərbəsi, sinəsinə çoxsaylı yumruq zərbələri vurub ona qarşı zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 19 dekabr 2021-ci il tarixdə saat 12 radələrində orada istifadə etdikləri plastik su qablarının boş olduğunu qarovul nəfəri olan əsgər Zərərçəkmiş şəxs6 irad tutaraq, sifət nahiyəsinə bir neçə sillə zərbəsi vurmuş, sonra çiyinlərindən tutub aşağıya çəkərək dizi ilə qarın nahiyəsinə bir zərbə vurub yerə yıxmış, yerdə olarkən isə sinə və kürək nahiyələrinə bir neçə təpik və yumruq zərbələri vurub sonuncuya qarşı zor tətbiq etmişdir. Daha sonra, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 20 dekabr 2021-ci il tarixdə saat 02 radələrində qarovul xidmətində olan əsgər Zərərçəkmiş şəxs3 növbədə olduğu zaman icazəsiz olaraq onunla birlikdə növbədə olan digər əsgər Zərərçəkmiş şəxs4 yanına getdiyi üçün əsgər Zərərçəkmiş şəxs3 sinə nahiyəsinə bir təpik zərbəsi vurmuş, növbədən sonra isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 çadırın içərisində düzərək, yumruq və təpik zərbələri ilə hər ikisinin bədəninin müxtəlif nahiyələrinə vuraraq hər iki şəxsə qarşı zor tətbiq etmişdir. Bununla yanaşı, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 21 dekabr 2021-ci il tarixdə saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs5 ona yaxınlaşaraq xəstə olduğunu və növbəyə çıxmaq istəmədiyini bildirdiyi üçün onun sol böyür nahiyəsinə iki yumruq zərbəsi vurub badalaq verərək yerə yıxmış, kitelinin yaxasından tutub yerdə sürüyərək Zərərçəkmiş şəxs5 qarşı zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 22 dekabr 2021-ci il tarixdə saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs6 çadırın daxilindəki odun sobasını təmizləmədiyi üçün sillə ilə bir dəfə onun sifət nahiyəsinə, yumruq zərbəsi ilə isə bir neçə dəfə sinə nahiyəsinə vuraraq, sonuncunu qaldırıb yerə çırpmış, sonra həmin vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmaqla Zərərçəkmiş şəxs6 qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun B ozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 25 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində qarovul nəfəri olan əsgər Zərərçəkmiş şəxs2 növbəni təhvil verdikdən sonra çadırın içərisindəki odun sobasının yanında isinən zaman bir dəfə yumruq zərbəsi ilə onun sağ böyür nahiyəsinə vurub ona qarşı zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 28 dekabr 2021-ci il tarixdə saat 15 radələrində əsgər Zərərçəkmiş şəxs2 istirahət üçün nəzərdə tutulmuş çadırın daxilində oturaq vəziyyətdə mürgüləyən zaman təpik zərbəsi ilə bir dəfə onun ayağına vurub ona qarşı zor tətbiq etmişdir. Bunlardan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkə n, 30 dekabr 2021-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs3 və əsgər Zərərçəkmiş şəxs4 saat 11:00-dan 13:00-dək qarovul xidmətində olduqları zaman üzərilərində olan zirehli hücum jiletlərini icazəsiz dəyişdikləri üçün Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir neçə sillə zərbəsi, habelə bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vurub ona qarşı zor tətbiq etmişdir. Həmçinin, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 02 yanvar 2022-ci il tarixdə saat 11 radələrində qarovul nəfəri olan əsgər Zərərçəkmiş şəxs1 daha əvvəl xəstə olduğunu dediyi halda odun doğramasını görüb əsəbiləşərək həmin vaxt orada olan əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs1lə birlikdə çadırı n içərisində düzülmələri barədə göstəriş vermiş, daha sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 hər birinin sifət nahiyəsinə bir sillə zərbəsi vurub onlara qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonunun ərazisində yerləşən 3-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, təxminən 2022-ci ilin aprel ayının sonlarında saat 17 radələrində tabeliyində olan həmin bölüyün əsgəri X7 döyüş növbətçiliyindən çıxdıqdan sonra yeməyini on beş dəqiqə gec yediyi üçün əsəbləşərək ona silahını çiyninə alıb odun yığmasını bildirmiş, əsgər R.Quliyev buna etiraz etdikdə sifət nahiyəsinə iki dəfə sill ə zərbəsi vurub R.Quliyevə qarşı zor tətbiq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun ərazisində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 21 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində həmin bölükdə xidmət aparmaqla tabeliyində olan əsgər Zərərçəkmiş şəxs8 döyüş mövqeyinin ərazisində silah təmizlədiyi vaxt, silahın lüləsini bilmədən boş vəziyyətdə bölüyün digər əsgəri istiqamətdə tutduğu səbəbindən sillə zərbəsi ilə bir dəfə Zərərçəkmiş şəxs8 sifət nahiyəsindən vurub, badalaq verib yerə yıxaraq yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub ona qarşı zor tətbiq etmişdir. Həmçinin, Məhkum göstərilən vəzifədə və hərbi rütbədə Laçın rayonu ərazisində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 21 sentyabr 2022-ci il tari xdə saat 12 radələrində, bir qədər əvvəl onun əsgər Zərərçəkmiş şəxs8 qarşı zor tətbiq etməsinin qarşısını almaq məqsədilə onları ayıran, tabeliyində olmaqla həmin bölüyün əsgəri Zərərçəkmiş şəxs9 sol çiyin nahiyəsinə sillə zərbəsi ilə bir dəfə vurub ona qarşı zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən müharibə şəraitini, onun ölkə üçün əhəmiyyətli olan Laçın rayonunun Bozlu kəndinin ərazisində yerləşən raket-artilleriya silahları anbarını mühafizə etmək üçün qarovul xidmətinə cəlb edilməsini, 12-xx.xx.2022-ci il tarixdə Ermənistan Respublikasının genişmiqyaslı təxribatının qarşısının alınmasında iştirakın ı, onun cəzasını yüngülləşdirən halları, məhkumun şəxsiyyətini səciyyələndirən halları və eləcə də təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkumluğunun olmamasını, öz əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini, az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışdığını, ona qarşı şikayət və tələblərinin olmamasını, müharibə şəraitini nəzərə almadan ona ağır cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün əsasları müəyyən etmədiyindən, onun təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah edilməsinin mümkün olmadığı qənaətinə gəlmiş, ədalət və humanizm prinsiplərini pozaraq, məhkumun şəxsiyyətinə, törətdiyi cinayət əməlinə, xidmətini davam etdirmək arzusunda olmasına və müharibə şəraitinə uyğun olmayan cəza təyin etmişdir. Apellyasiya protestinin dəlillərində Məhkum əməllərində CM-in 329.2.6-ci maddəsinin əlamətlərinin olduğu iddia edilir. CM-in 329.2.6-ci maddəsinin dispozisiyası hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi işgəncə verməklə törədilməsi kimi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən isə Məhkum rəis hesab oluna bilməz. Zərərçəkmiş şəxslərin güclü fiziki ağrı keçirdiyi barədə sübutların olmaması ilə yanaşı, məhkəmə iclasında habelə müəyyən edilmişdir ki, həmin hadisədən sonra zərərçəkmiş şəxslər onlara xəsarət və güclü fiziki ağrı yetirməsi barədə ist ər komandanlığa, istərsə də hüquq mühafizə orqanlarına məlumat verməmiş, tibbi yardım üçün tibb müəssisəsinə müraciət etməmişdir. Bundan başqa onların tibbi ekspertizası zamanı da bədənləri üzərində hər hansı xəsarət və xəsarət izləri aşkar olunmamışdır. Məhkum Zərərçəkmiş şəxs5 badalaq vurub yerə yıxaraq kitelinin yaxasından tutub yerdə sürüməsi və Zərərçəkmiş şəxs6 qaldırıb yerə çırparaq həmin vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə çox saylı yumruq və təpik zərbələri vurması hərəkətlərini ibtidai istintaq orqanı düzgün olmayaraq işgəncə verməklə zor tətbiq etmə kimi qiymətləndirmişdir.Halbuki, qeyd olunan hərəkətlər CM-nin 329.2.1, 329.2.2-ci maddələri ilə tam əhatə olunur. Məhkum qeyd olunan hərəkətlərində işgəncə vermənin hər hansı əlamətləri mövcud deyildir, ona görə də onu n əməli Azərbaycan Respublikası CM-nin 329.2.1. 329.2.2 və 329.2.6-cı maddələrindən həmin məcəllənin 329.2.1, 329.2.2-ci maddələrinə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında Məhkum cəza təyin edilməsi zamanı ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ailəli olub himayəsində 2 (iki) azyaşlı uşaqlarının olması, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmaması, hərbi hissə komandanlığı tərəfindən və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi onun cəzasını yüngülləşdirən h allar kimi nəzərə alınması göstərilsə də, əslində təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və qeyd olunan yüngülləşdirici hallar nəzərə almamışdır. Belə ki, məhkəmə qeyd etdiyi müstəsna halları və yüngülləşdirici halları qiymətləndirib Məhkum oğulunun barəsində daha yüngül cəza təyin edə bilərdi. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını dəyişdirib, CM-in 329.2.6-cı maddəsinin tətbiqinə dair müddəaları qərardan xaric edib,. Məhkum təyin olunan cəzanı Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 1 il sınaq müddətinə şərti hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin ol unması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya prot estinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyala rı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiə tərəfi əməlin hüquqi tövsifini, məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağır olmasını, cəzanın şərti tətbiq edilməli olduğunu iddia edərək bu barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını k assasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlər inə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələr ə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəm əsinin qərarından verdiyi həmin şikayətində əməlinin düzgün tövsif edilməməsini, məhkum edilmiş şəxsin hərəkətlərində işgəncə vermə olmadığını bildirərək, Cinayət Məcəlləsinin 329.2.6-cı maddəsinin ona verilmiş ittihamdan xaric edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı aparmadan cinayət işinə apellyasiya protestinin dəlillərini nəzərə almaqla baxaraq, ictimai təhlükəli əməlin tövsifinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı olaraq işin faktiki hallarına uyğun olmayan hesab etmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum əməllərinin Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrindən həmin məcəllənin 329.2.1, 329.2.2-ci maddələrinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla məhkumun təqsirliliyi ilə bağlı məsələnin həll edilməsinə təsir göstərdiyindən hökmün ləğv edilərək Məhkum Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2-ci maddələri ilə yanaşı həm də CM-nin 329.2.6-cı maddəsi ilə təqsirli bilinib cəzalandırılması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Məhkum CM-nin 329.2.6-cı maddəsi ilə irəli sürülmüş cinayət ittihamının məzmunundan görünür ki, Məhkum 21 dekabr 2021-ci il tarixdə saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs5 ona yaxınlaşaraq xəstə olduğunu və növbəyə çıxmaq istəmədiyini bildirdiyi üçün onun sol böyür nahiyəsinə iki yumruq zərbəsi vurub badalaq verərək yerə yıxmış, kitelinin yaxasından tutub yerdə sürüyərək Zərərçəkmiş şəxs5 işgəncə verməklə ona qarşı zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və hərbi rütbədə Laçın rayonunun Bozlu kəndi ərazisində qarovul xidmətində olarkən, 22 dekabr 2021-ci il tarixdə saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs6 çadırın daxilindəki odun sobasını təmizləmədiyi üçün sillə ilə bir dəfə onun sifət nahiyəsinə, yumruq zərbəsi ilə isə bir neçə dəfə sinə nahiyəsinə vuraraq sonuncunu qaldırıb yerə çırpmış, sonra həmin vəziyyətdə onun bədəninin m üxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurub TNəsibova işgəncə verməklə ona qarşı zor tətbiq etmişdir. "İşgəncənin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzalara qarşı Konvensiyanın” 1- ci maddəsində işgəncənin beynəlxalq səviyyədə razılaşdırılmış tərifi nəzərdə tutulur: "İşgəncə” dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək, onu, özünün və ya üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, yaxud onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək kimi məqsədlər üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbə görə vəzifəli şəxs, yaxud rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhrikçiliyi, yaxud razılığı və ya r azılaşması ilə qəsdən fiziki və ya psixiki cəhətdən ciddi ağrı və ya iztirab verən hər hansı hərəkətlər başa düşülür. Yalnız qanuni cəza nəticəsində irəli gələn, bu cəzanın ayrılmaz tərkib hissəsi olan, yaxud onun təsadüfən doğurduğu ağrı və ya iztirab bu anlayışa daxil deyil. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum əksər hallarda tabeliyində olan əsgərlərə ya bir yumruq, ya bir təpik, ya bir sillə vurub zor tətbiq etməsi ilə kifayətləndiyi halda, Zərərçəkmiş şəxs6 və Ş. Nəsibov qardaşlarına qarşı fərqli qaydada, yəni təpik, yumruq və sillə zərbələri endirib onları yerə yıxmaqla, yerdə olan Zərərçəkmiş şəxs5 kitelinin yaxasından tutub sürüməklə, Zərərçəkmiş şəxs6 isə qaldırıb yerə çırpmaqla hər ikisinə bədənlərinin müxtəlif nahiyyələrinə çoxlu sayda həm yumruq, həm tə pik zərbələri vurmaqla güclü fiziki ağrı yetirərək zor tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hərbi qulluqçu olmaqla vəzifəli şəxs kimi tabeliyində olan hərbi qulluqçular Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onların nizamnamə qaydalarını pozduqlarına görə cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs5 badalaq vurub yerə yıxaraq kitelinin yaxasından tutub yerdə sürüməsi və Zərərçəkmiş şəxs6 qaldırıb yerə çırparaq həmin vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə çox saylı yumruq və təpik zərbələri vurması adı çəkilən zərərçəkmiş şəxslərə ciddi ağrı və ya iztirab verən hərəkətlər kimi qiymətləndirilməlidir və bu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillə rlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum hərəkətlərində işgəncə vermənin olması onun əməlinin həmçinin CM-in 329.2.6cı maddəsinin tərkib əlamətlərinə malik olması və həmin maddə ilə də təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkum əməlində eyni zamanda CM-in 329.2.6-cı maddəsinin (işgəncə verməklə törədilməsi ) cinayət tərkibinin olması, təqsirliliyi sübuta yetirilmişdir. Kassasiya şikayətinin cinayət işi üzrə əməlin düzgün tövsif edilməməsi barədə dəlilləri əsası olmayan və öz təsdiqini tapmayan subyektiv mülahizələrdən ibarətdir. Məhkum edilmiş şəxsə irəli sürülən ittihamdan CM-in 329.2.6-cı maddəsinin x aric edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-c i maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət- prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gə ldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında g östərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki halları nın hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi krit eriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü i lə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şə xsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olun ur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməli dir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsi yyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyy ən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, habelə cəzanı yüngülləşdirən halları (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olub himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını,həyat yoldaşının hamilə olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, hərbi hissə komandanlığı tərəfindən və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini), o cümlədən, gənc olmasını, hərbi xidmətini davam etdirmək arzusunda olmasını,ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etməni tətbiq etməklə onun cəza çəkmədən islah olunması mümkün olması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxsin şərti məhkum edilməsi ilə əlaqədar cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı sayaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin şəxsin əməllərində olan yüngülləşdirici halları nəzərə alaraq, habelə gənc olmasını, hərbi xidmətini davam etdirmək arzusunda olmasını, ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təyin edilmiş cəzanı şərti hesab etməklə sınaq müddəti təyin etməsi cəzanın məqsədinə və məhkumun islah olunmasına xidmət etməməklə ədalət prinsipinin tələblərinə zidd olmuşdur. Apellyasiya məhkəməsinin qənaətinə görə, naməlum səbəblərdən Məhkum tabeliyində olan 9 əsgərə qarşı ayrı-ayrı vaxtlarda təkrarən zor tətbiq etmiş, ümumilikdə 13 epizod üzrə ittiham olunaraq qeyd edilən hadisələrdən 11-nin düşmənin əsarəti altından yeni azad olunmuş torpaqda, yəni Laçın rayonunun Bozlu kəndinin ərazisində, eyni zamanda N nöməli hərbi hissə üçün strateji əhəmiyyət kəsb edən raket-artilleriya silahları anbarında törətmişdir. Bundan əlavə, Məhkum ona istinad edilən cinayət əməllərindən mütləq əksəriyyətini, yəni 13 əməldən 11-ni qarovul rəisi kimi yüksək məsuliyyət tələb edən vəzifədə törətməsi, t abeliyində xidmət edən əsgərlərə müntəzəm olaraq zor tətbiq etməsi cinayətlərin ictimai təhlükəliliyini daha da artırmışdır. 21 iyun 2022-ci il tarixdə Məhkum tabelyində olan əsgərlərə qarşı zor tətbiq etməsi faktları ilə bağlı toplanmış material əsasında barəsində CM-in 329.2.1, 329.2.2 ve 329.2.6-cı maddələri ilə cinayət işinin başlanmasına baxmayaraq, sonuncu ibtidai istintaqın aparıldığı müddətdə tabeliyində olan daha iki şəxsə qarşı təkrarən zor tətbiq etməklə eyni xarakterli cinayətləri yenidən törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun təyin edilmiş cəzanın şərti tətbiq olunmasını qeyri mümkün sayarkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, şəxsin cəmiyyət dən təcrid olunmadan islah olunması üçün əsasların mövcud olmaması kimi düzgün hüquqi nəticəyə gəlmidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə (CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi) dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhk um edilmiş şəxsə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar