Məhkəmə qərarları › İş №1-1(102)-71/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-71/2025

31.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-71/2025 31.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Ukalayev İlkin Ramazan oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsin in 2 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 312-1.1maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli hökmü ilə isə onun CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum olunmuş şəxsin digər müdafiəçisi İ.R.Ukalayev tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər Quliyev İlqar Məsail oğlu (sədrlik edən), Nəsirov Vidadi Mikayıl oğlu (məruzəçi) və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) 2 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum, xx xxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, ünvan 1 ünvanda yaşamış, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 3 iyun 2019-cu il tarixli hökmü ilə CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, N nömrəli hərbi hissəsinin 4-cü taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunma qla 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, hökmün icrası Xocavənd rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəmiş və almışdır. Belə ki, Məhkum N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah rəisinin madditexniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 238 nömrəli əmrinə əsasən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə təşkil olunmuş ştatdankənar təlim taborunun qərargah rəisinin maddi texniki təminat üzrə kö məkçisi vəzifəsinə təyin olunmuş və həmin tarixdə N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmişdir. Kapitan Məhkum N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən N avqust N2-ci il tarixdə ştatdankənar təlim taborunun 1-ci təlim bölüyünün baş çavuşu vəzifəsini icra edən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid4 gənc əsgər Şahid2 müddətli hərbi qulluqçulara istifadəsi qadağan olunduğundan aşkar edərək götürdüyü gənc əsgər Şahid1 məxsus “Redmi Note 9S” markalı, smartfon tipli mobil telefonu ona təqdim etmişdir. Şahid1 ona məxsus mobil telefon tutulduqdan sonra gizir Şahid4 yaxınlaşmaqla, mobil telefonun ailə üzvlərinə geri qaytarılması üçün kapitan Məhkumlə danışmasını xahiş etmişdir. Gizir Şahid4 N avqust N2-ci il tarixdə ştatdankənar təlim taborunun qərargahında mobil telefonun əsgər Şahid1 ailə üzvlərinə geri qaytarılması üçün Məhkum müraciət edən zaman, Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N0-ci il tarixli, 088 nömrəli əmr ilə smartfon tipli mobil telefonların istifadəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına qadağanı edildiyini, əsgər Şahid1 məxsus telefonun tərəfindən xidmət etdiyi taborun komandirinə təhvil verilməli olduğunu, tabor komandiri tərəfindən bu haqda yuxarı komandanlığa təqrirlə müraciət edilməsini, həmin təqrirə əsasən bu sahədə səlahiyyətli şəxs sayılan hərbi hissə komandiri tərəfindən araşdırılma aparıldıqdan sonra həmin telefonun əsgər Şahid1 ailə üzvlərinə qaytarılmalı olmasını bilərək, öz mülahizəsinə görə ona təhvil verilmiş mobil telefonla bağlı yuxarı komandanlığa məruzə etməməklə məlum at vermədiyi halda bununla bağlı araşdırma başlanılmadığı qənaətinə gələrək öz həqiqi təsir imkanlarından istifadə etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək qərarına gəlmiş və qanunsuz qazanc əldə etmək məqsədi ilə həmin mobil telefonun Şahid1 ailə üzvlərinə geri qaytarılmasına görə əsgər Şahid1 N avqust N2-ci il saat 09:00-dək 150 manat məbləğində pul verməli olduğunu Şahid4 vasitəsilə özü üçün birbaşa istəmişdir. Gizir Şahid4 kapitan Məhkum istəklərini əsgər Şahid1 çatdırmaqla, Məhkum pul istəməsinin gələcəkdə özünə problem yaratması səbəbindən əsgər Şahid1 işini özünün həll etməsini və onu bu məsələ barədə bir daha narahat etməməsini demişdir. Bundan sonra əsgər Şahid1 qeyd edilən vaxtadək tələb olunan məbləği verə bilmədiyindən, 29 avqust N2-ci il tarixdə müddətdən artıq hə qiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ona məxsus olan mobil telefonun ailə üzvlərinə verilməsi üçün kapitan Məhkumlə danışmasını xahiş etmiş, Şahid3 isə kapitan Məhkum yaxınlaşmaqla əsgər Şahid1 məxsus mobil telefonunun onun ailə üzvlərinə geri qaytarılmasını və bu məsələ ilə bağlı yuxarı komandanlığa raport yazdırmamağını xahiş etdikdə, Məhkum eyni məqsədlə Şahid1 artıq 250 manat məbləğində pul verməli olduğunu Şahid3 vasitəsilə özü üçün birbaşa istəmişdir. Bundan sonra Şahid3 əsgər Şahid1 yanına gəlməklə kapitan Məhkum mobil telefonunun ailə üzvlərinə təhvil verilməsi üçün 250 manat məbləğində pul istədiyini demiş, Şahid1 isə o qədər pulunun olmadığını özünün 40 manat, Şahid2 50 manat, gənc əsgər yoldaşları X19, X12, X24, X5 və X2 hər birindən 10 manat, X20, X13, X14 və X10 hər birindən 8 manat, X25, X21 və X7 hər birindən 6 manat, X3 və X22 hər birindən 5 manat almaqla cəmisi 200 manat pulunun olduğunu və həmin pulu kapitan Məhkum verməklə məsələni qaydasına qoymasını xahiş etmişdir. Şahid3 əsgər Şahid1 200 manat pulu almış və 29 avqust N2-ci il tarixdə saat 12 radələrində Yevlax rayonun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə qərargah adlanan ərazisində kapitan Məhkum yaxınlaşmış, sonuncu əsgər Şahid3 vasitəsi ilə gənc əsgər Şahid1 200 (iki yüz) manat məbləğində pul vəsaitini qəbul edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə maddi neməti özü üçün birbaşa almışdır. Lakin həmin gün bu barədə hərbi hissə kondanlığına məlumat daxil olduğundan kapitan Məhkum ona verilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitini 31 avqust N2-ci il tarixdə geri qaytarmış, bundan sonra alaraq pul verən əsgərlərə qaytarılmışdır. Hökmdən dövlət ittihamçısı Süleymanov Babək Sarı oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 13 fevral N5-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 2 noyabr N3-cü il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni ittiham hökm çıxarılaraq Məhkum CM-in 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum ed ilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hökmü çıxararkən Məhkum yuxarıda təsvir edilən əməllərinin rüşvət alma cinayəti kimi qiymətləndirilməsi və sonuncunun ibtidai araşdırma orqanı tərəfindən ona qarşı CM-in 311.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral N5-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayəti, digər müdafiəçisi İ.R.Ukalayev isə kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi Z.K.Qəhrəmanov – hökmün ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 311.2-ci mad dəsinin tərkib əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini; - müdafiəçi İ.R.Ukalayev - həmin hökmün dəyişdirilərək Məhkum əməlinin CM-in 312-1.1-ci maddəsinə tövsif olunması və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzasının şərti olaraq tətbiq edilməsinə dair qərarın qəbul edilməsini. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Məhkum qarşı irəli sürülmüş və təqsirli b ilindiyi ittihama, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi Z.K.Qəhrəmanov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin əməlini CM-in 312-1.1-ci maddəsi ilə tövsif edərkən nəzərə almamışdır ki, Məhkum maddi neməti istəyib alarkən, üzərində mobil telefon aşkar edilmiş hərbi qulluqçunun barəsində araşdırma aparılmaması və mobil telefonunun valideynlərinə qaytarılması üçün yuxarı komandanlıqdan hər hansı vəzifəli şəxslə danışacağını, xahiş edəcəyini və ya digər formada təsir göstərəcəyini nə həmin əsgərə, nə də ondan xahiş etməyə gələn digər hərbi qulluqçulara bildirməmiş, bu işi özünün həll edəcəyini vəd etmişdir (bu hal onun özünün və şahidlərin ifadələri ilə tam təsdiq olunur). Araşdırılmış sübatlarla da təsdiq olunduğu kimi, Məhkum bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, mobil telefonun aşkar olunması ilə bağlı məlumat verməməklə yanaşı, bu işin «yoluna qoyulması» üçün qeyri-rəsmi formada olsa belə komandanlıqla ünsiyyətə girməmiş və yalnız istədiyi pulu aldatma yolu ilə ələ keçirmək niyyətində olmuşdur. Belə olan halda isə onun əməlində CM-in 312-1.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamış və bu hallarla bağlı toplanmış və araşdırılmış sübutlarla birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin nüfuz alveri kimi qiymətləndirilməsinin tamamilə qanunsuz və əsassız olması bir daha təsdiq edilir. Şikayət müəllifi həmçinin qeyd etmişdir k i, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası də əməlin tövsifində yalnışlığa yol vermiş, Məhkum etdiyi hərəkətlərin rüşvət alma cinayəti kimi qiymətləndirilməsi haqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə Məhkum mobil telefonun qanunsuz istifadəsi ilə bağlı məsələni özü həll edəcəyini vəd etdiyi vurğulansa da, məhkəmə bu məsələni araşdırarakən onun vəd verməyə səlahiyyətinin və ya imkanının olubolmamasını müəyyən edə bilməmişdir. Halbuki Məhkum əsgərdə telefonun aşkar edilməsi ilə bağlı araşdırma aparmaq və həmin telefonu onun validenlərinə qaytarmaq üçün nə səlahiyyəti, nə də faktiki imkanı olmamışdır. Bu hal isə ona dəlalət edir ki, Məhkum sadəcə telefonun qaytarılması haqda ona müraciət etmiş hərbi qulluqçuları aldadıb onlardan itti hamda göstərilən məbləğdə pul almışdır ki, onun da bu əməli CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət, yəni dələduzluq kimi qiymətləndirilə bilər. Qeyd olunanlardan görünür ki, məhkəmələr tərəfindən şəxsin əməli düzgün tövsif edilməmiş, apellyasiya instansiyası məhkəməsinin hökmü ilə isə o, qanunsuz olaraq ağır cinayət törətdiyinə görə təqsirli bilinib məhkum olunaraq ağır cəzaya məruz qalmışdır. Odur ki, məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov təsvir edilən dəliləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral N5-ci il tarixli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 311.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Kassasiya şikayətinə əlavədə “İnsan Hüquqların ın və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-in və CPM-in bəzi maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarına, istinad edən müdafiəçi İ.R.Ukalayev həmin əlavəni onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, Məhkum maddi nemət olan 200 manat məbləğində pulu aldıqdan sonra vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərərək həmin müddət ərzində mobil telefondan qanunsuz istifadə etmiş əsgərlər barəsində zəruri tədbirlərin görülməməsinə nail olmuş və buna görə onun bu əməli CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinə uyğundur. Lakin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Tərtər Hərbi Məhkəməsinin hökmünü ləğv edərək hesab etmişdir ki, Məhkum əməlində CM-in 312.1-1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir, onun əməli həmin Məcəllənin 311.2-ci maddəsilə tövsif edilməli və ona həmin maddədə nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş üzrə toplanmış sübutlar üzrə tam və hərtərəfli araşdırma aparmamış və hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, əgər kassasiya instansiyası məhkəməsi Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı onun mövqeyi ilə razılaşmayaraq məhkum olunmuş şəxsə qarşı irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittihamı düzgün, qanunauyğun və ədalətli hesab edərsə, bu zaman məhkumun həm hərbi xidmət üzrə, həm yaşayış yeri ü zrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmalarını, torpaqların düşməndən azad edilməsi ilə bağlı antiterror əməliyyatlarında iştitakını və göstərdiyi şücaətə görə təltif edilməsini nəzərə alaraq ona təyin edilmiş cəzanın şərti hesab edilməsi məsələsini də müşavirə zamanı nəzərdən keçirə bilər. Qeyd olunanlara əsaslanaraq məhkumun müdafiəçisi İ.R.Ukalayev kassasiya şikayətinə əlavənin təmin edilməsini, Məhkum əməlinin CM-in 312-1.1-ci maddəsinə tövsif edilməsi və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti hesab edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya müraciətlərinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumun digər mü dafiəçisi Z.K.Qəhrəmanov naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkumun müdafiəçisi Z.K.Qəhrəmanovun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Mə hkum müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində işin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, Məhkum əməlində CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmadığı halda sonuncunun əsassız və qanunsuz olaraq məhkum olunmasını, məhkumun digər müdafiəçisi İ.R.Ukalayev isə kassasiya şikayətinə əlavədə Məhkum əməlinin düzgün tövsif edilməməsini və onun həddindən artıq ağır cəzaya məruz qalmasını iddia edirlər və müdafiəçi Zabil Qəhrəmanov öz kassasiya tələblərini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində, müdafiəçi İlkin Ukalayev isə kassasiya şikyətinə verdiyi əlavədə irəli sürdüyü tələbləri CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallar la əlaqələndirirlər. CPM-in 416.1.2, 416.1.6 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətini və digər müdafiəçisi İ.R.Ukalayevin kassasiya şikayətinə əlavəsini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə adı çəkilən məhkumun barəsind əki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş ka ssasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmi ş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyad a işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüq uqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, eyni zamanda hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin də qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tö rədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əks ol unmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normas ının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası daha sonra qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdı ğı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayə t prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in N.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayə t mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət pros esi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-c i maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əld ə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun n əticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaət ini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizl iyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmala ra dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in N.5-ci maddəsi). Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin 13 fevral 2025-ci il tarixli hökmündən verilmiş kassasiya müraciətlərində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün qeyri-obyektiv sayılması və sonuncunun əsassız olaraq CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi haqqında dəlillərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-in 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsinin hökmü ilə onun əməli CM-in 312-1.1-ci maddəsinə tövsif edilmişdir ona görə ki, Məhkum qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olana qərarlar qəbul etmək hüququna malik olan zabit olmadığından hakimiyyət nümayəndəsi kimi vəzifəli şəx hesab olunmur və yalnız öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəmiş və almışdır. İş üzrə top lanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 238 nömrəli əmrinə əsasən Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə təşkil olunmuş ştatdankənar təlim taborunun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsinə təyin olunmuş və həmin tarixdə N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmişdir. Kapitan Məhkum N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən N avqust N2-ci il tarixdə ştatdankənar təlim taborunun 1-ci təlim bölüyünün baş çavuşu vəzifəsini icra edən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid4 gənc əsgər Şahid2 müddətli hərbi qulluqçulara istifadəsi qadağan olunduğundan aşkar edərək götürdüyü gənc əsgər Şahid1 məxsus “Redmi Note 9S” markalı, smartfon tipli mobil telefonu ona təqdim etmişdir. Şahid1 ona məxsus mobil telefon tutulduqdan sonra gizir Şahid4 yaxınlaşmaqla, mobil telefonun ailə üzvlərinə geri qaytarılması üçün kapitan Məhkumlə danışmasını xahiş etmişdir. Gizir Şahid4 xx.xx.N2-ci il tarixdə ştatdankənar təlim taborunun qərargahında mobil telefonun əsgər Şahid1 ailə üzvlərinə geri qaytarılması üçün Məhkum müraciət edən zaman, Məhkum mobil telefonla bağlı raport yazıb araşdırma başlanılması üçün yuxarı komandanlığa məlumat verməmək, həmçinin, həmin mobil telefonun geri qaytarılmasına görə əsgər Şahid1 xx.xx.N2-ci il saat 09:00-dək 150 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Gizir Şahid4 kapitan Məhkum istəklərini əsgər Şahid1 çatdırmaqla, Məhkum pul istəməsinin gələcəkdə özünə problem yaratması səbəbindən əsgər Şahid1 işini özünün həll etməsini və onu bu məsələ barədə bir daha narahat etməməsini demişdir. Bundan sonra əsgər Şahid1 xx.xx.N2-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ona məxsus olan mobil telefonun ailə üzvlərinə verilməsi üçün kapitan Məhkumlə danışmasını xahiş etmiş, Şahid3 kapitan Məhkum yaxınlaşmaqla əsgər Şahid1 məxsus mobil telefonunun onun ailə üzvlərinə geri qaytarılmasını və bu məsələ ilə bağlı yuxarı komandanlığa raport yazmamağını xahiş etdikdə, Məhkum bu məsələnin həlli üçün əsgərin 250 manat məbləğin də pul verməli olduğunu demişdir. Bundan sonra Şahid3 əsgər Şahid1 yanma gəlməklə kapitan Məhkum mobil telefonunun ailə üzvlərinə təhvil verilməsi üçün 250 manat məbləğində pul istədiyini demiş, Şahid1 isə o qədər pulunun olmadığını özünün 40 manat, Şahid2 50 manat, gənc əsgər yoldaşları X19, X12, X24, X5 və X2 hər birindən 10 manat, X20, X13, X14 və X10 hər birindən 8 manat, X25, X21 və X7 hər birindən 6 manat, X3 və X22 hər birindən 5 manat almaqla cəmisi 200 manat pulunun olduğunu və həmin pulu kapitan Məhkum verməklə məsələni qaydasına qoymasını xahiş etmişdir. Şahid3 əsgər Şahid1 200 manat pulu almaqla xx.xx.N2-ci il tarixdə saat 12 radələrində Yevlax rayonun Aran qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin köhnə qərargah adlanan ərazisində birbaşa kapitan Məhku m vermişdir. Məhkum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N0-ci il tarixli, 088 nömrəli əmr ilə smartfon tipli mobil telefonların istifadəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına qadağan edildiyini bilməsinə baxmayaraq, əsgər Şahid1 məxsus mobil telefonla bağlı raport yazıb araşdırma başlanılması üçün yuxarı komandanlığa məlumat verməmək, həmçinin, həmin mobil telefonun geri qaytarılmasına görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 vasitəsi ilə gənc əsgər Şahid1 200 (iki yüz) manat məbləğində pul vəsaitini qəbul edərək vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün vasitəçidən istifadə etməklə maddi vəsaiti rüşvət kimi istəmiş və almışdır. Əvvəla, iş materialların ın təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv tədqiq və təhlil edilmiş sübutlara əsaslanmış, bu sübutların təsviri məhkəmənin 13 fevral 2025-ci il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya müraciətlərində irəli sürülmüş iddiaların əksinə olaraq həmin məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, çoxsaylı şahidlərin ifadələrinin, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutl arın toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icra atı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatına aid olan materiallarla həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşdırmaq və müəyyən etmək, həm də qanunvericiliyin bu və ya digər normasını tətbiq etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhkəmə iclasınd a tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək bu sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməlini törətməsi və bu əməl üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə mötəbər nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün toplanmış sübutların araşdırılmayaraq eyni zamanda araşdırılmış sübutlara düzgün qiymət verilməməsi, habelə məhkumun əməlində CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması əsasları ilə ləğv edilərək Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə, digər müdafiəçi İ.R.Ukalayevin kassasiya şikayətinə əlavədə isə hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin nüfuz alveri kimi qiymətləndirilməklə düzgün, yəni CM-in 312-1.1-ci maddəsi ilə tövsif edilərək ona yüngül cəzanın təyin edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum telefo nu gizir Şahid4 aldıqdan sonra heç kəsə pul gətirməyi deməməsi, telefonu pul müqabilində qaytarmaqdan ötrü hər hansı şəxsə vaxt qoymaması, telefonu bir gün özündə saxlamaqla məruzə etməməsi, gizir İsayevin özünün 150 manat təklif etməsi, lakin onunla razılaşmaması və daha sonra MAHXHQ Şahid3 onun otağına gələrək telefonda özünün hərbi şəkilləri olmasını bildirib 200 manat pulu qəbul etməklə şəkilləri silməsini deməsi və həmin vaxt pula ehtiyacı olduğundan 200 manatı qəbul etdikdən sonra telefonu əsgər Şahid1 dayısının dostu kapitan Etibar Hacıyevə evlərinə göndərmək üçün verməsi barədə məhkəmədə verdiyi ifadələrinin bir hissəsinin məhkum olunmuş şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məs uliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının, o cümlədən “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi Məhkum məhz ona qarşı irəli sürül müş ittiham üzrə cinayət əməlini, yəni rüşvət alma cinayətini törətməsi barədə nəticəyə gələrkən ithamın həcmini artırmamış və ya azaltmamış, yəni ittihamdan kənara çıxmayaraq CPM-in 318.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmiş, digər tərəfdən isə məhkəmənin çıxardığı 13 fevral 2025-ci il tarixli hökm mülahizələrə deyil, qanuni yolla əldə edilmiş və araşdırılmış mötəbər və biri-birini tamamlayan sübutlara əsaslanmış, bu yekun məhkəmə aktı qəbul edilərkən isə yolverilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmə maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl etmişlər. Məhkəmə kollegiyası həmçinin Məhkum törətdiyi əməlin CM-in 311.2-ci maddəsi ilə tövsif edilməsini də qanuni və əsaslı hesab edir, onun həmin əməlinin həm dələduzluq, həm də nüfuz alveri kimi qiymətləndirilirək müvafiq olaraq CM-in 178.1 və 312-1.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar görmür və belə qənaətə gələrkən aşağıda təsvir edilənləri nəzərə alır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası CM-in 311.1 və 312-1.1-ci maddələrinin tələblərinə müraciət edib onlara hazırki iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə təfsir verməyi zəruri bilərə qeyd edir ki, CM-in 311.1-ci maddəsində rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi təsbit edilmişdir. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma əməllərini törətməsi isə onun CM-in 311.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. İlk növbədə məhkəmə kollegiyası vurğulayır ki, CM-in 311-ci maddəsində təsbit olunmuş “Rüşvət alma (passiv rüşvətxorluq)” cinayətinin obyektiv cəhətini xarakterizə edən əlamətlər aşağıdakılardır: - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkəti (hərəkətsizliyi) etməsi; - vəzifəli şəxsin xidməti vəzifəsinə (səlahiyyətlərinə) birbaşa daxil olmasa da,onun vəzifə mövqeyi ilə əlaqədar olaraq rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hə r hansı hərəkətin hərəkətsizliyin) yerinə yetirilməsinə yardım etməsində ifadə olunan hərəkətlər (hərəkətsizliklər); - vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydliklə əlaqədar etdiyi hərəkətlər (hərəkətsizliklər; - vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə qanunsuz hərəkətlər (hərəkətsizliklər) etməsi; - vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə etdiyi yuxarıda sadalanan hərəkətlərə (hərəkətsizliklərə) görə özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi. Qanunun mənasından göründüyü kimi, vəzif əli şəxs həm bilavasitə onun xidməti səlahiyyətlərinə daxil olan hərəkətlərin (hərəkətsizliyin) icrası ilə əlaqədar rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkəti etməsinə görə, həm də tutduğu vəzifəyə görə xidməti əlaqələrinin (bu zaman şəxsi əlaqələr nəzərə alınmamalıdır) hesabına rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə yerinə yetirə biləcəyi hərəkətlərə (hərəkətsizliklərə) görə rüşvət ala bilər. Kassasiya müraciətlərində Məhkum təqsirli bilindiyi cinayət əməlini törədərkən vəzifəli şəxs statusunda olmaması və onun əməlinin başqa cür tövsif edilməsi ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, vəzifəli şəxs anlayışı CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmiş və həmin normaya əsasən “vəzifəli ş əxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: 1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbit rlər, xarici andlı iclasçılar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Qeyd olunmalıdır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb et mək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrasi ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiy azı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. CM-in 312-1.1-ci maddəsinin tələbinə görə isə, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin ist ənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi həmin şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, bu cinayətin də obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və həmin cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hü ququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Burada məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, CM-in 311.1 və 312-1.1-ci maddələrinin tələblərinə və mənalarına görə, rüşvət alma cinayətinin subyekti yalnız vəzifəli şəxs olduğu halda, nüfuz alveri cinayətinin subyeki istənilən şəxs ola bilər. Qeyd edilməlidir ki, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə (nüfuz alverinə) görə cinayət məsuliyyəti nəzərdə tutulan CM-in 312-1-ci maddəsi CM-nə Azərbaycan Respublika sının 30 sentyabr 2003-cü il tarixli 1003-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” 31 oktyabr 20003-cü il tarixli Konvensiyasının və 30 dekabr 2003-cü il tarixli 570-İİQ Qanunla təsdiq edlmiş, 1999-cu il yanvarın 27-də Strasburq şəhərində qəbul olunmuş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Konvensiyasının tövsiyələrinə əsasən “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli Qanunu ilə CM-nə əlavə edilmişdir. Adı çəkilən Avropa Konvensiyasının 12-ci maddəsində göstərilmişdir ki, hər bir Tərəf bu Konvensiyanın 2, 4-6 və 9-11-ci maddələrdə adı çəkilən hər hansı bir şəxs t ərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, onun özünə və ya hər hansı bir digər şəxsə təqdim edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı vəd edilməsini, təklif edilməsini və ya təqdim edilməsini, habelə bu cür nüfuzun edilib-edilməməsindən və güman olunan edilmiş nüfuz nəticəsində arzu olunan nəticənin alınıb-alınmamasından asılı olmayaraq, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsini, alınmasını, qəbulunu və ya təklif edilməsini, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. BMT Baş Assambleyasının 2003-cü il 31 oktyabr tarixli 57/ 169 nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Korrupsiya əleyhinə” Konvensiyanın 18-ci maddəsində həmin Konvensiyaya qoşulmuş Dövlətlərə tövsiyə edilmişdir ki, hər bir iştirakçı Dövlət, aşağıdakı əməlləri, qəsdən törədildiyi halda, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsini nəzərdən keçirir: a) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə, İştirakçı Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün, bu hərəkətlərin ilkin təşəbbüskarının və ya istənilən başqa şəxsin nəfinə əldə edilməsinə görə həmin vəzifəli və ya digər şəxsə birbaşa və ya dolayı yolla hər hansı qeyri-qanuni üstünlüyün vəd olunması, təkl if edilməsi və ya verilməsi; b) dövlət vəzifəli şəxs və ya hər hansı digər şəxs tərəfindən öz həqiqi və ya güman edilən nüfuzundan sui-istifadə etməklə İştirakçı Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün alınması üçün özü və ya başqa şəxsin nəfinə hər hansı qeyri-qanuni üstünlüyün istənilməsi və ya qəbul edilməsi. “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart N5-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cəmiyyətin ümumi məqsədləri üçün ictimai əhəmiyyətli funksiyaları icra edən dövlət və bələdiyyə orqan, müəssisə və təşkilatlarının fəaliyyətində, eləc ə də onların qərar qəbul etmə prosesində qanunilik, ədalətlilik, şəffaflıq və qərəzsizlik cəmiyyətin bu strukturlara olan inamını artıran, dövlət və cəmiyyət arasında qarşılıqlı etimad yaradan əsas prinsiplər sırasındadır. Qeyd olunan prinsiplər həmin orqan və təşkilatların fəaliyyətinin yalnız qanuna əsaslanması, fəaliyyətlərində açıqlıq və hesabatlılığı, qərar qəbul etmə prosesində şəxsi və qrup maraqlarına deyil, yalnız ictimai maraqlara əsaslanmağı nəzərdə tutur. Odur ki, dövlət və yerli özünüidarəetmə orqan, müəssisə və təşkilatlarının, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxslərinin, beynəlxalq məhkəmələrin və təşkilatların vəzifəli şəxslərinin fəaliyyətinə qeyri-qanuni müdaxilə cəhdlərini əngəlləmək, belə müdaxilənin mümkünlüyünə dair təəssüratın yaranmasının qarşısını alm aq və bununla da onların səmərəli, dürüst və qərəzsiz fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə nüfuz alveri cinayət əməli kimi müəyyən edilmişdir. Bu baxımdan qeyd edilən cinayət tərkibinin obyekti, yəni həmin tərkib vasitəsilə qorunan hüquqi dəyər dövlət hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nüfuzu, onların qanunauyğun, ədalətli və qərəzsiz fəaliyyətinə bəslənən inamı və bununla bağlı ictimai gözləntisidir. Məhz bu səbəbdəndir ki, nüfuz alveri maddi deyil, formal tərkibli cinayət əməli kimi müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin dispozisiyasına görə, əməlin törədilmiş hesab olunması üçün vəzifəli şəxsin qərarına qanunsuz təsir edilibedilməməsinin, qərarın qəbul olunub-olunmamasının cinayət tərkibinin əmələ gəlməsi üçün heç bir əhəmiyyəti yoxdur. Ş əxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edilərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunduğu, vəd edildiyi, verildiyi, istənildiyi, alındığı, yaxud bu barədə təklif və ya vədin qəbul edildiyi andan cinayət başa çatmış hesab edilir. Çünki qanunsuz təsir etmə məqsədilə belə maddi nemətin, imtiyazın və s. verilməsi, istənilməsi, alınması və həmin maddədə göstərilən digər hərəkətlərin icrası özlüyündə qeyd olunan orqan və qurumların qərar qəbul etmə prosesinin qanuniliyinə və şəffaflığına olan inama, bununla bağlı sosial gözləntilərə mühüm ziyan vurmuş olur. Nüfuz alveri cinayət əməli ilə bağlı “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya üzrə İzahlı Hesabatda da göstərilmişdir ki, bu əməlin cinayət hesab edilməsi ilə qorunan hüquqi maraqlar dövlət idarələrinin qərar qəbul etmə prosesindəki şəffaflıq və qərəzsizliyidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə, belə olan halda şəxsin (vəzifəli şəxsin) digər şəxsdən və ya şəxslərdən özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə bağlı törədilmiş əməlin rüşvət alma və ya nüfuz alveri qiymətləndirilməsi üçün iş üzrə toplanmış və araşdırılmış sübutlarla aşağıdakı halların müəyyən edilməsinə xüsusi diqqət yetirilməlidir: 1) yuxarıda göstərilən hərəkətlərin vəzifəli və ya digər şəxs tərəfindən edilibedilməməsi; 2) həmin hərəkə tlərin vəzifəli şəxs tərəfindən öz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində edilib-edilməməsi. 3) digər şəxsin xeyrinə edilən hərəkətlərin onun xidməti vəzifəsinin (səlahiyyətlərinin ) icrası ilə əlaqədar olub-olmaması; 4) qeyd edilən əməllərin yalnız vəzifəli şəxsin qərarına təsir göstərmək məqsədilə törədilib-törədilməməsi, bu əməlləri törətmiş şəxslərin isə vəzifəli şəxsin qərarına həqiqi və ya güman edilən təsir imkanlarının olub olmaması və məhz həmin imkanlardan istifadə edib-etməməklə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qrəarınının 36-cı bəndində (Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə dələduzluq cinayətlərinə dair işlərə baxarkən diqqətlərinin bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilməsi tövsiyə edilmişdir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdə n sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqs ədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələdu zluq kimi qiymətləndirilir. Bu izah və tövsiyələrdən belə nəticə hasil olur ki, vəzifəli şəxs onun səlahiyyətlərinə aid olan hərəkətləri və ya səlahiyyətlərini aşmaqla qanunsuz hərəkətləri etmək vədi ilə digər şəxsdən pul və ya sair nemət aldıqda, yaxud da bunların ona verməsini istədikdə əməl dələduzluq kimi deyil, rüşvət alma kimi qiymətləndirilməli və müəyyən edilmiş tövsif edici əlamətlərin müəyyən edilib-edilməmsindən asılı olaraq CMin 311.1, 311.2 və ya 311.3-cü maddələri ilə tövsif edilməlidir. Hazırki cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışından, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 238 nömrəli əmrindən çıxarışdan və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 12 sentyabr N3-ci il tarixli 4/0122 nö mrəli məktubundan da görünür ki, kapitan Məhkum Daxili Xidmət Nizamnaməsinin 119-cu maddəsinə əsasən sülh və müharibə dövründə döyüş texnikasının və digər texnikanın texniki vəziyyətinə, ondan texniki cəhətdən diigün istifadə edilməsinə, ona xidmət edilməsinə, təmirinə və saxlanmasına, taborun şəxsi heyətinin öz ixtisası üzrə texniki hazırlığına, tabeliyində olan bölmənin döyüş və ictimai hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə cavabdeh şəxs olmaqla, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsini aşkar etdiyi halda yuxarı komandanlığa bu barədə məruzə etmək vəzifəsi olmuş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin tə min olunması haqqında” 088 nömrəli 9 aprel N0-ci il tarixli əmrin 4-cü bəndinə əsasən məxfilik rejiminin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi isə hərbi hissə komandirinin səlahiyyətinə aid edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, N avqust N3-cü il tarixdə, yəni qanunsuz olaraq mobil telefondan istifad edilməsini aşkar edildiyi gün vəzifəli şəxs hesab edilən kapitan Məhkum xidmət etdiyi taborda cavabdeh şəxs qismində xidmət aparmış və hərbi qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Daxili Xidmət Nizamnamsəi”nin tələblərinə əsasən o, bu xidməti apararkən aşkar etdiyi nöqsanları aradan qaldırmaq, tabeliyində olan hərbi qulluqçular tərəfindən edilmiş qeyriqanuni hərəkətlərin edilməsi bağlı yalnız səlahiyyətləri çərçivəsində t ədbirlər görmək, belə hərəkətlərlə bağlı hər hansı tədbir görmək səlahiyyətinə malik olmadıqda isə bu barədə yuxarı komandanlığa məruz etmək vəzifəsi daşımışdır. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Məhkum mobil telefondan istifadə edilməsini aşkar etdikdən sonra bununla bağlı müvafiq tədbirləri görmək səlahiyyətinə malik olmasa da, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar aşkar etdiyi hal barədə yuxarı komandanlığa və ya bilavasitə rəisinə məruz etməyə borclu olmuş, lakin bu vəzifənin yeinə yetirilməməsi müqabilində əsgərlərdən rüşvət qismində pul istəyərək həmin pulu onlardan almışdır. Məhkum bundan sonrakı etdiyi hərəkətlərin məzmunu isə göstərir ki, o, pul aldığı hərbi qulluqçuları aldatmayaraq və onların etibarından sui-istifadə etməyərək sonradan aşkar etdiyi nöqsan ba rədə hərbi hissənin komandirinə və ya tabe olduğu digər şəxslərə məruzə etməmiş, həmin nöqsanla əlaqədar məhz komandanlıq tərəfindən müvafiq tədbirlərin görülməsi (məsələn, xidməti araşdırmanın aparılması, nöqsana yol vermiş hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və s.) üçün heç bir hərəkət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təkzib olunmaz şəkildə iş materialları ilə müəyyən edilmiş bütün bu hallar Məhkum məhz vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən istifadə etməklə qanunsuz hərəkətlər etməklə korrupsiya cinayətini törətməsinə dəlalət edir və bu baxımdan onun əməlinin dələduzluq və ya nüfuz alveri cinayətləri kimi qiymətləndirilərək CM-in 178 və ya 312-1.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edi r ki, kassasiya müraciətlərində təhlil edilən məsələlərlə bağlı irəli sürülən dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara, qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunu izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlir, apellyasiya instansiyası məhkəməsinin də bu haqda gəldiyi qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-in 42-ci maddəsində nəzərdə t utulmuş bəraətverici əsaslarla xitam verilməsini və ya onun əməlinin başqa cür tövsif edilməsini, bununla da kassasiya müraciətlərində irəli sürülmüş tələblərin təmin edilməsini mümkün bilmir. Məhkumun müdafiəçisi İ.R.Ukalayevin hüquqlarını müdafiə etdiyi Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair kassasiya şikayətinə əlavənin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində n və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cumlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CMin 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdı r. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasın da məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər aza ltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyə tin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngüllə şdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəs ində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedi kdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, CPM-in143-146-cı maddələrinin tələblərinə isə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iy ul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin ed ilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xa rakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tari xli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ai ləsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Əvvəla birinci instansiya məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə nəticəyə gələrkən məhkum olunmuş şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, məhkumluğunun olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, xidmətdə fərqləndiyinə görə medallarla təltif edilməsini, 19 sentyabr N3-cü il tarixdə keçirilmiş antiterror əməliyyatında iştirak etməsini CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar qismində, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və öz nəticəsini CM-in 8, 41, 58, 59 və 62-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Bu nəticə ilə razılaşmayan apelyasiya instansi yası məhkəməsi isə hökmdən verilmiş apellyasiya protestini təmin etməklə Məhkum əməlini CM-in 311.2-ci maddəsinə tövsif etməklə birinci instansiya məhkəməsinin yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları müəyyən etməsi ilə razılaşsa da, ona təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə əsas cəzanın olmasını nəzərə alaraq ona CM-in 311.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədində - 5 (beş) il müddətə həmin cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan məhkum olunmuş şəxsin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona t əyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın müddətindən daha aşağı müddətdə həmin növdə cəzanın təyin edilməsi mümkünlüyünü müzakirə etməmişdir. Halbuki, cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə onun barəsində yuxarıda sadalanan yüngülləşdirən hallarla yanaşı həmçinin Məhkum dəfələrlə döyüş və ictimai-siyasi hazırlıqda, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və nizamintizamı yüksək səviyyədə saxladığına görə Fəxri fərmanla təltif edilməsi, törətdiyi əmələ başqa cür qiymət versə də bu əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi, habelə əsgərlər tərəfindən yığılaraq ona verilmiş pulları (cəmi 200 manat məbləğində) sonunculara qaytarması, buna görə onların Məhkum qarşı şikayət və tələblərinin olm aması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün sadalanan hallar həm CM-in 59.2-ci, həm də CM-in 62-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən müstəsna hallar kimi qiymtələndirilməklə Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin CM-in 311.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həmin növdə cəzanın aşağı həddindən də az müddətədək endirilməsi üçün əsas yaradır (həmin maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur). Belə olan halda isə məhkəmə kollegiyası müdafiəçi İ.R.Ukalayevin kassasiya şikayətinə əlavəsinin qismən təmin edilməsini və yuxarıda göstərilən əsasla Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli hökmünün dəyişdirilməsini mümkün bilir. Məhkəmə kollegiyası gəldiyi nəticəni həmçinin onunla əsaslandırır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə cinayətinin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-in 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bund an sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstəri r: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. O, ki qaldı Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması və ona təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə kassasiya şikayətinə edilmiş əlavədə irəli sürülən tələbə, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayət qanunvericiliyi normalarının tələblərin i, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunu izah və tövsiyələrini nəzərə alaraq Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona hazırki qərarla müəyyən ediləcək həddə azadlıqdan məhrum etmə cəzasını real çəkmədən islah oluna biləcəyini də mümkün bilmir və bu qənaəti ilə bağlı aşağıdakıları vurğulayır. CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarını 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenum u şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətinin və digər müdafiəçisi İ.R.Ukalayevin kassasiya şikayətinə əlavəsinin təmin edilməsi barədə sonuncunun və Məhkum, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayəti təmn edilməməli, digər müdafiəçi İ.R.Ukalayevin verdiyi kassasiya şikayətinə əlavə qismən təmin edilməklə Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli hökmü həmin şikayətə əlavəyə münasibətdə dəyişdirilməli, Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 311.2ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasının aşağı həddindən də az müddətək endirilməli, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cümaddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayəti təmin edilməsin. Müdafiəçi İ.R.Ukalayevin kassasiya şikayətinə əlavəsi qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar