Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-72/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşalla oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə təqsir li bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin (hakim: X2) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, MN-nin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkilməsi, cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Həsənov X9 Nazirliyinin Tovuz rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 7-ci bölüyünün 3-cü taqımının tuşlayıcı-minaatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən hərbi xidmət zamanı yol verdiyi müxtəlif intizamsızlıqlara g örə xx xxxx 2019-cu il tarixdə həmin hərbi hissədə keçirilmiş «Şərəf məhkəməsi» tərəfindən barəsində xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma barədə vəsatət qaldırma növündə ictimai təsir tədbiri seçilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq xx xxxx 2019-ci il tarixdə, saat 11 radələrində əsgər Məhkum hərbi hissə komandirinin tapşırığına əsasən hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor X3 rəhbərliyi altında dinlənilməsi üçün İİİ Ordu Korpusuna göndərilmiş, orada mayor Zaur Məmmədov əsgər Məhkum Təşkilat və Səfərbərlik şöbəsinin rəisi, polkovnik-leytenant X4 təqdim edib xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq əsgər Məhkum barəsində fikirlərini söyləyərkən sonuncunu mənfi xarakterizə etdiyi üçün onunla əsgər Məhkum arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı sonuncu mayor Zaur Məmmədovun ünvanına nalayiq ifadələr işlətdikdə, mayor Zaur Məmmədov da cavabında eyni məzmunlu nalayiq ifadələri ona demiş, bu zaman polkovnik-leytenant Tariyel Həmidov mübahisəyə müdaxilə edərək etdiyi intizamsızlığa görə əsgər Məhkum qəbul otağını tərk etməsi barədə göstəriş vermiş və sonuncu həmin otağı tərk edərkən mayor X13 rayonuna qayıtdıqda onunla bu barədə danışacağını bildirmişdir. Bundan sonra Məhkum həmin gün, saat 23:40 radələrində Tovuz şəhərində yerləşən «Elit» çay evində olarkən təsadüfən oraya gəlmiş mayor Zaur Məmmədovu gördükdə sonuncunun həmin gün səhər saatlarında İİİ Ordu Korpusunda barəsində tənqidedici fikirlər bildirməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə mayo r Zaur Məmmədovun əyləşdiyi masaya yaxınlaşaraq bu barədə onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, mayor Zaur Məmmədovdan hansı səbəbdən barəsində xoşagəlməz fikirlər söylədiyini və ünvanına nalayiq ifadə işlətdiyini soruşduqda mayor X15 Həsənova sonuncunun təxris olunmasında onun günahının olmadığını, onun icraçı şəxs olduğunu, həmçinin özünə qarşı işlədilən nalayiq ifadəyə cavab verdiyini bildirmişdir. Sonra mayor X15 Həsənova sabah və ya birisi gün yanına gəlməsini və söhbət edib bu məsələyə son qoymalarını dedikdə Məhkum mayor Zaur Məmmədova mübahisəni aydınlaşdırmağa getməyənin ünvanına kobud nalayiq ifadə işlətmiş və bu zaman mayor Zaur Məmmədov ayağa qalxaraq onunla birlikdə çay evini tərk etmişdir. Daha sonra, onlar birlikdə xx xxxx 2019-cu il tarixdə, saat 01 radələri ndə mayor Zaur Məmmədovun idarə etdiyi avtomobilə əyləşərək, Tovuz rayonunun Aşağı Quşçu kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Yol boyu onlar aralarında baş vermiş mübahisə barədə danışıb qarşılıqlı olaraq biri-birilərini günahkar çıxarmağa çalışmışlar. Bir qədər irəlilədikdən sonra Aşağı Quşçu kəndindəki dairədən Qazax rayonu istiqamətinə dönüb, Bakı-QazaxGürcüstan avtomagistralı ilə təxminən 200 metr məsafə qət etdikdən sonra mayor Zaur Məmmədov avtomobili yolun sağ kənarına doğru sürərək saxlamış və hər ikisi avtomobildən enib avtomobilin ön hissəsinə tərəf keçərək üzbəüz vəziyyətdə dayanmışlar. Bu zaman mayor Zaur Məmmədov söhbətə davam etmək istədikdə, Məhkum mayor Zaur Məmmədovu xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni İİİ Ordu Korpusunda onun ehtiyata buraxılması barə də vəsatətə baxılarkən barəsində tənqidedici fikirlər bildirməsi və onu mənfi xarakterizə etməsi səbəbindən cəzalandırmaq məqsədi ilə əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı açılıb-qatlanan turist bıçağını şalvarının sağ yan cibindən çıxarıb bıçağın qatlanmış vəziyyətdə olan ağzını açmış və qəflətən sağ əliylə mayor Zaur Məmmədovun qarın boşluğuna həmin bıçaqla ardıcıl olaraq 2 (iki) zərbə endirərək, qəsdən sonuncunun sağlamlığına “nazik bağırsaq ilgəklərinin, köndələn çənbər bağırsağın və mədənin zədələnmələri ilə müşayiət olunan qarın boşluğunun daxilə nüfuz edən yaraları” ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif edilməmiş, barəsində ədalətsiz və qanunsuz qərar çıxarılmışdır. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum zərərçəkmiş şəxsə vurduğu zərəri onun öz xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil, məhz aralarında baş vermiş sözlü mübahisə zamanı zərər çəkmiş şəxsin onun və yaxın qohumlarının ünvanına söylədiyi təhqiramiz ifadələr nəticəsində yetirmiş, yəni hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Bu səbəbdən də, Məhkum əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Bundan başqa, Məhkum ilk d əfədir ki cinayət məsuliyyətinə cəlb olunur, əməlindən səmimi peşmandır, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərərək onu xəstəxanaya çatdırmışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişə dəymiş ziyanı tam olaraq ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunmuş hallarla bərabər həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz davranışı və səmimi ifadələri ilə də artıq islah olunduğunu və cəmiyyət üçün təhlükəli şəxs olmadığı sübut etmişdir. Barəsində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, məhkumun əməlini Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmasını və məhkumun b arəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 126.2.2-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tar ixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-i n 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə ə sasən qiymət verilməlidir. CM-nin 126.2.2-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qoh umları barəsində törədildikdə - altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, N nömrəli hərbi hissə komandirinin müvafiq göstərişi əsasında Məhkum və digər hərbi qulluqçuların hərbi xidmətdən tərxis olunmaları ilə bağlı məsələyə baxılması üçün N nömrəli hərbi hissədə təşkil olunmuş iclasda iştirak edərək fikir bildirməsi mayor Zaur Məmmədova həvalə edilmişdir. Məhz tərəflər arasında mübahisə də Zaur Məmmədovun iclasda Məhkum barəsində fikir bildirməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd edilən hərəkətləri ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsin sağlamlığa ağır zərərvurma cinayət əməlini törətmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkumin CM-nin 126.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Kassasiya şikayətində mübahisələndirilən bir digər məsələ məhkumun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunması barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin e dilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsi nin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Mə hkum cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi xəstəxanaya apararaq, yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Təyin edilmiş cəza işin faktiki hallarına uyğundur və məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırmas ı hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-72/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-72/2020
25.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver