Məhkəmə qərarları › İş №1-1(102)-72/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-72/2021

20.10.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-72/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1972-ci ildə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, N nömrəli hərbi hissəsinin sabiq komandiri, ehtiyatda olan polkovnik, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünv anda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 329.2.1, 329.2.6 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə (hakim: İ.M.Quliyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə verilmiş ittihamlar sü buta yetirilmədiyində görə bəraət verilməsi, CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə beş yüz manat miqdarda cərimə cəzası, CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə beş il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzası, CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 62ci maddəsi tətbiq edilməklə səkkiz yüz manat miqdarda cərimə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin оlunmuş cərimə və azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti оlаrаq bir min manat cərimə cəzası və beş il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, ona təyin edilmiş cərimə cəzasının m üstəqil icra olunması hökm edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Muradov Oktay Rəcəb oğlu və Zərərçəkmiş şəxs12 tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Əliyev, (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və X2 təhqir etməsi ilə əlaqədar CM-in 331.2-ci maddəsi ilə ona verilmiş ittihamdan imti na etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə və həmin şəxslərin iş üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Təqsirləndirilən şəxs öz tabeliyində olan digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13 Tofiq oğlu, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs18 təhqir etməsi ilə bağlı ona verilmiş ittihamlardan dövlət ittihamçısı imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissələrdə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs CM-in 331.3-cü maddəsi ilə tövsif edilmiş əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 20 20-ci il tarixli Qanununa uyğunlaşdırılaraq həmin Məcəllənin 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilmiş, ona qarşı CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə irəli sürülmüş ittihamlardan 329.2.2-ci maddəsi çıxarılmışdır. Təqsirləndirilən şəxs CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə üç min manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs CM-in 341.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə səkkiz yüz manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq üç min beş yüz manat miqdarında cərimə cəzası təyin edilmiş və baxılmış apellyasiya şik ayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Zərərçəkmiş şəxs12 kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. Kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatətində Zərərçəkmiş şəxs12 göstərmişdir ki, kassasiya şikayəti vermə müddətini 10 gün ötürmüşdür. Belə ki, sözü gedən qərardan kassasiya şikayətinin verilməsinin son günü 17.11.2020-ci il tarixdir, səhhətində yaranmış problemlərlə bağlı kasassiya şikayəti təqdim edə bilməmişdir. Buna görə də kassasiya şikayətinin verilməsi üçün buraxılmış 10 gün müddəti üzrlü hesab edərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarı ilə (haki mlər: R.Ə.Əliyev (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyas iya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə əsasən, bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından – onların çıxarıldığı gündən üç ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında və satət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublika sı Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmi ş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına s əbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixdə qərarından kassasiya şikayəti vermə müddəti 17 noyabr 2020-ci il tarixdə bitmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin vəsatətinin təmin edilməsi üçün yuxarıda sadalanan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Zərərçəkmiş şəxs12 vəsatətdə səhhətində yaranmış problemlərlə bağlı kassasiya şikayəti vermə müddətini ötürdüyünü bildirsə də, vəsatətə xəstəliyi ilə bağlı hər hansı bir sənəd əlavə etməmiş və bununla bağlı vəsatətində qeyd etmişdir ki, maddi imkansızlıq səbəbindən həkimə müraciət edə bilməmiş, ev şəraitində müalicə almışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ona qərarın qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs12 Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixdə qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 03 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verilmişdir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi ro l oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.6 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar