Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-72/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (sədrlik edən hakim X5) 16 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1994-cü ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşaq atası, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Yevlax rayonunun Qaraoğlan kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirl i bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 16 fevral 2022-ci il tarixdən hesablanması, barəsində 02 dekabr 2021-ci il tarixdə seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbsə alınması hökm edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X6, X1 ibarət tərkibdə) 06 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1-1(092)06/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən baş leytenant Məhkum N nömrəli hərbi hissənin şərti olaraq "Qanlıgöl-2” adlanan mövqeyində post böyüyü-taqım komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən «komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onla rın şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərinə zidd olaraq 2021-ci il avqust ayının ortalarında, saat 11 radələrində heç bir səbəb olmadan ərzaq saxlanılan vaqonun yanında öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 sağ qolundan yumruqla zərbələr vurmaqla; təkrarən 2021-ci ilin avqust ayının ortalarında, saat 18 radələrində heç bir səbəb olmadan yataqxananın qabağında əsgər Zərərçəkmiş şəxs2 sol qolundan yumruqla zərbələr vurmaqla, 10 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində yataqxanada mülki alt paltarı geyinməsi səbəbindən nalayiq ifadə işlədib onun ayaqlarından və belindən ağacla zərbələr vurmaqla, daha sonra həmin gün eyni səbəbdən yataqxanada tualet ləvazimatları saxlanılan dolabın yanında başından, qolundan və bədəninin müxtəlif yerlərindən yumruqla zərbələr vurmaqla, həmçinin 2021-ci il avqustsentyabr aylarında müxtəlif vaxtlarda ayrı-ayrı səbəblərdən başından şillə zərbələri vurmaqla; 2021-ci il avqust ayının sonlarında, saat 17 radələrində ərzaq anbarı kimi istifadə olunan vaqonu yaxşı təmizləmədiyi üçün orada əsgər Zərərçəkmiş şəxs4 sağ qolundan yumruqla zərbələr vurmaqla; 11 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində patrul növbəsində olan əsgər Zərərçəkmiş şəxs6 ilə söhbət etdikləri üçün postun ərazisində əsgər Zərərçəkmiş şəxs4 sağ ayağından təpiklə zərbələr vurmaqla, həmin vaxt eyni zamanda əsgər Zərərçəkmiş şəxs2 isə sağ ayağından təpiklə zərbələr vurmaqla, yanından uzaqlaşdığı üçün yanına çağırıb yenidən onun ayaqlarından təpiklə zərbələr vurmaqla; 2021-ci il avqust ayının sonlarında, saat 16 radələrində odunları yax şı yığmadığı üçün odunluqda əsgər Zərərçəkmiş şəxs3 sağ ayağından ağacla zərbələr vurmaqla, həmin gün istirahət zamanı saat 20 radələrində yatarkən həmin səbəbdən yataqxanada onun sol ayağından ağacla zərbə vurmaqla; 07 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində yataqxanada uzanıb istirahət edən zaman heç bir səbəb olmadan əsgər Zərərçəkmiş şəxs6 sağ ayağından odunla zərbələr vurmaqla, 24 sentyabr 2021-ci il tarixdə nahar yeməyindən sonra yataqxanada onun hər iki əlinin barmaqlarını sıxaraq arxaya doğru qatlayıb qarşısında diz çökdürməklə; 08 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində postun ərazisində heç bir səbəb olmadan əsgər Zərərçəkmiş şəxs7 sağ ayağından və sağ qolundan ağacla zərbələr vurmaqla; 09 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində avtomat silahı söküb-yığ ma normativini düzgün yerinə yetirə bilmədiyi üçün yataqxanada nalayiq ifadə işlədib əsgər Zərərçəkmiş şəxs5 sol qolundan tutub sıxaraq əli ilə sinəsindən itələməklə, 12 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində patrul növbəsində olarkən düşmən postundan işıq salınmasını məruzə etdiyinə görə postun ərazisində onun yaxasından tutub vaqona çırpmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Məhkum ağır cəza təyin etmişdir. İşə baxan məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi əməldən səmimi peşmanlığını, zərərçəkmiş şəxslərlə barışmasını,əməlini səmimi etiraf etməyini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, ixtisaslı zabit olmasını, öhdəsində azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almamışdır. Naxçıvan MR Hərbi Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum və onun tərəfimdən verilmiş apellyasiya şikayətinə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası da həmin halları nəzərə almamış və hökmü dəyişdirməmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli 1-1(108)4/2022 n ömrəli qərarını dəyişdirib onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarın ın qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəzi yyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xid mət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1- ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaş ılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidi rlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və y a müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59,70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, hesab edir ki, Məhkum hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Məhkəmə kollegiya sı belə bir qənaətə gələrkən zərərçəkmiş şəxslərin onu bağışlamasını, habelə cəzanı yüngülləşdirən digər halları, o cümlədən onun ilk dəfə məhkum olunmasını, ağırlaşıran halların olmamasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyy ətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsi ndə cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum münasibətdə dəyişdirilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi t ətbiq olunmalı və həmin qərar ilə ona Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən edilməli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxl anılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-72/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-72/2022
19.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver