Məhkəmə qərarları › İş №1-1(102)-72/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-72/2025

09.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-72/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli 1-1(098)-174/2024 nömrəli (hakim: Quliyev İlqar Məsail oğlunun sədrliyi) hökmü ilə xx xxxxx 1996-cı ildə xxxx doğulmuş, xxx-də daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində 30 iyul 2024-cü il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, onun 2 (iki) il mü ddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 30 iyul 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Babək Süleymanov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət məhkəmə tərkibində) 12 fevral 2025-ci il tarixli 1-1(104)36/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, N nömrəli hərbi hissəsinin 1-ci taborunun döyüş dəstək taqımının 2-ci pulemyot manqasının komandiri, müd dətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Məhkum 28 fevral 2024-cü il tarixdə saat 19 radələrində atası X9 məxsus olmaqla ona etibar edilmiş, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C240” markalı, **UT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququ olmaqla Bərdə rayonu, Həsənqaya kəndi ərazisində, Bərdə rayonu istiqamətində müəyyən olunmuş sürət həddini aşaraq avtomobili 80-90 km/s sürətlə idarə edərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla a vtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə idarə etməklə hərəkət üçün təhlükə şəraiti yaratmamalı, avtomobili hərəkət sürəti 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saatla idarə etməməli olduğu halda həmin tələbləri pozaraq idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxarmış və əks istiqamətdə hərəkətdə olan Bərdə rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş X2 həyat üçün təhlükəli olmaqla, sağlamlığa ağır zərərvurmaya aid edilən “açıq kəllə-beyin travması, baş beyin qişalarına, baş- beyin toxumasına və mədəciklərinə qansızma, başın sağ gicgah sümüyünün sınığı, kəllə əsasının sınığı, döş qəfəsinin sol İİ və İİİ qabırğalar onurğayam xətt üzrə, sağ İl-lİl-lV-V-Vİ-Vİİ qabırğalar ön qoltuq xətti üzrə, sağ İV-V qabırğalar döşyanı xətt üzrə sınıqları, ağ ciyərin yaralanmaları” və arxa sərnişin oturacağında olan X12 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən “çoxsaylı qabırğaların sınığı və ağ ciyərin yaralanmaları ilə döş qəfəsi nahiyəsinin qapalı küt travması, sağ qaş, sağ said nahiyələrinin sıyrıqları, sağ əlin ovuc səthinin əzilmiş-cırılmış yarası, sağ dirsək sümüyünün və sol said sümüklərinin qapalı-qəlpəli sınıqları” xəsarətlərini alaraq ölmələri, həmçinin “VAZ-21074” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili n sürücüsü Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən “qapalı kəllə-beyin travması, beyin silkələnməsi, baş beyin kontuziyası, retroqrat amneziya, travmatik şok, döş qəfəsi kontuziyası, iki tərəfli pnevmotoraks, alının sol yarısının, alt çənə nahiyəsinin, sağ diz oynağının ön səthinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı nahiyənin, sol saidin yuxarıorta 1/3-nin ön-iç-yan səthinin, sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırları, hər iki baldırın yuxarı 1/3-nin ön səthlərinin sıyrıqları” ilə müşayiət olunan xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Belə ki, şəxsin cinayət törətməməsi və qanun pozuntusuna yol verməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edildiyindən, Məhkum hadisədən sonra digər qanun pozuntusu törətməməsi cəzasını yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Bundan əlavə, CM-in 263.3-cü maddəsi özündə cinayətin ehtiyatsızlıqdan törədilməsini ehtiva etdiyindən və həmin maddənin cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan Məhkum cinayət əməlini ehtiyatsızlıqdan törətməsi təkrarən nəzərə alınması məqsədəmüvafi q hesab edilmir. Məhkəmə Məhkum ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini də yanlış olaraq cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, çünki şəxsin təqsirinin formasından asılı olmayaraq ilk və ya sonrakı dəfə cinayət törətməsi deyil, cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edildiyindən, həmin hal da qeyri-adi hal kimi qiymətləndirilməməlidir. Bundan başqa məhkəmə Məhkum ağır ailə vəziyyəti şəraitində yaşamalarını, ailəsinin onun əməyinə ehtiyacı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, bunu yalnız qeyd etməklə, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinin və real olaraq çəkilməsi onun özünü və ailəsini hansı ciddi məhrumiyyətlərə düçar edə biləcəyini göstərməmiş və təyin ediləcək azadlıqdan məhrum etmə və nə qliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmə cəzalarını müddətlərinin onun ailəsinə nə kimi təsir edəcəyini əsaslandırmamış, həmçinin ailəsində ondan başqa qazanc eldə edən şəxsin olub-olmadığını araşdırmamışdır. CPM-in 139.0.5ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübutlara əsasən müəyyən edildiyindən, məhkəmə isə Məhkum ağır ailə vəziyyəti şəraitində yaşamasını və ailəsinin onun əməyinə ehtiyacı olmasını sübut etmədiyindən həmin halların cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qanunsuzdur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Məhkum antiterror əməliyyatında iştirak etməsini hökmdə dəfələrlə qeyd etmiş və onun ictimai təhlükəliliyinin aradan qaldığını göstərmişdir. Törədilmiş hadisə antiterror əməliyyat ından sonra baş verməklə təqsirləndirilən şəxsin fərdi həyatı ilə bağlı olmamış və cinayət törətmiş şəxsin ictimai təhlükəliliyinin aradan qalxmasına heç bir təsir göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəzasının çəkilməli olan cəzaçəkmə müəssisəsinin növünün daha yüngül seçilməsi məqsədi ilə sonuncuya azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 ildən artıq müddətə təyin etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsi ndə dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətl ərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əla qələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən s axlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəz anın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictima i-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar m üəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (gənc yaşından hərbi xidmətdə olması, torpaqlarımızın erməni işğalından tamamilə azad edilməsi ilə başa çatan 19-20 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal antiterror əməliyyatının iştirakçısı olması, hadisədən sonra digər qanun pozuntusu törətməməsi, cinayət əməlini ehtiyatsızlıqdan törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, məhkəmə istintaqı müddətində onun ailəsi tərəfindən Zərərçəkmiş şəxs mülki iddiada göstərdiyi 3.000 manat müalicəsinə çəkdiyi pulu zərərçək miş şəxsə ödəməsi, zərərçəkmiş şəxsin hüquqi varislərinin və zərərçəkmiş şəxsin Məhkum qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmaması, ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi, gəncliyi, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olması, hadisədən qısa müddət sonra atası X8 «Beyin infarktı» dioqnozu ilə ölməsi, ağır ailə vəziyyəti şəraitində yaşamaları, ailəsinin onun əməyinə ehtiyacı olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiya sında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyul 2024-cü il tarixli ərizələrlə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X10 və X Məhkum ilə barışmışdır. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən təqdim olunmuş arayışdan görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. O cümlə dən, Bərdə rayonu Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 299 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Məhkum ailəsi anası 1964-cü il təvəllüdlü X3, arvadı 2005-ci il təvəllüdlü X4 və övladı 2024-cü il təvəllüdlü X5 ibarətdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Məhkum xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2657 saylı məktubdan görünür ki, Məhkum 19-20 sentyabr 2023-cü il tarixdə Kəlbəcər rayonu Çərəktar yaşayış məntəqəsindən «Heyvalı» yaşayış məntəqəsi istiqamətində keçirilmiş lokal antiterror əməliyyatında iştirak etmişdir. Bərdə rayonu Mehdixanlı kənd inzib ati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Qeyd olunanlarla yanaşı Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli AZ İİ № 387952 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum atası X14 xx.xx.2024-cü il tarixdə «Beyin infarktı» dioqnozu ilə ölmüşdür. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağın ı və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza müddətinin təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassas iya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Tərtər Hərbi Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar