Məhkəmə qərarları › İş №1-1(102)-73/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-73/2024

04.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-73/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 may tarixli, 1-1(107)12/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (X8) 18 yanvar 2024-cü il tarixli 1- 1(098)-32/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonunun Baş Kəldək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Baş Kəldək kəndində qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun 5-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının 1-ci motoatıcı manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi x idmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, 05 mart 2023- cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmış, hazırda işləməyən, Məhkum Azərbaycan Respublikası CM-in 152.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 52-1.2-ci maddəsinə əsasən Məhkum üzərinə Şəki rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı Şəki rayonunun Baş Kəldək kəndini tərk etməmək, Şəki rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etm ək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şəki Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması və cəzanın əvvəlinin onun həmin şöbədə qeydiyyata alındığı gündən hesablanması, Məhkum barəsində seçilmiş "Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və müdafiəçi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanv erdi Şükürovdan ibarət tərkibdə) 2024-cü il 2 may tarixli, 1-1(107)-12/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1-1(098)-32/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, həmçinin seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7- ci motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının 1-ci motoatıcı m anqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin avqust ayının sonlarında “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Kürdəmir rayon sakini, 03 avqust 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində könüllü razılığına əsasən Kürdəmir rayonunda kirayə yaşadıqları evdən Şəki rayonu Baş Kəldək kəndində valideynləri ilə birlikdə yaşadığı evə gətirərək 26 sentyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bilə-bilə təbii yolla və könüllülük əsasında öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə ilk dəfə cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmuş, həmçinin öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə daxil edərək Zərərçəkmiş şəxs ilə könüllülük əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra, ayrı-ayrı günlərdə vaxtaşırı olaraq həmin evdə cinsi əlaqədə olmuş və bundan sonra münasibətləri korlanıb ayrılana qədər, yəni 2023-cü ilin mart ayının ortalarınadək həmin evdə mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, həmçinin seksual xarakterli digər hərəkətlər etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materialları və iş üzrə toplanılmış sübutlarla mü əyyən olunur ki, apellyasiya protestində göstərilmiş dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilməmiş, irəli sürülmüş arqumentlərə qarşı kifayət qədər və zəruri əsaslandırma aparılmadan protestin dəlillərinin əsassız olması qənaətinə gəlinməklə, yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticənin təkrarən qərarda yazılması ilə kifayətlənilmiş və nəticə etibarilə düzgün və ədalətli qərarın qəbul edilməsi təmin edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini düzgün qiymətləndirməmiş, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə uyğun olmayan və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza tə yin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Belə ki, ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, xarakterinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 2, 8 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hall ara, həbelə məhkumun şəxsiyyətinə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə Məhkum gənc olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, yaralanmasını, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını əsas tutaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə l(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Yuxarıda qeyd olunanlardan və iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxsmn azyaşlı olmasını bilsə də, onunla təbii və qeyri təbii yolla xx.xx.2021-ci il tarixdən 03.03,2023-cü il tarixə kimi cinsi əlaqədə olmuş, sonuncu Məhkum zəng edib barışmaq təklifi etsə də, o, bu barışıq təklifini qəbul etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs 2 il qeyri rəsmi nigahda yaşadığı Məhkum qarşı şikayətçi olmasını və cəza verilməsini bildirməklə rəsmi ərizə ilə də məhkəməyə müraciət etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hökmdə zərərçəkmiş şəxsin şikayətçi olmasını görməzdən gəlməklə əksinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, təqsirləndirilən şəxsin əmlindən peşman olmasım göstərmişdir. Halbuki, işin apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxsin əməlindən peşman olmadığı onun ifadələri ilə açıq-aşkar müəyyən edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hökmdə Məhkum ordu sıralarından ehtiyyata buraxılması ilə əlaqədar törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını qeyd etmişdir. Təqsirləndirilən şəxsin hərbi əməliyyatlar zamanı yaralanmasını da cəza təyini ilə bağlı yüngülləşdirici hal kimi göstərən məhkəmə qeyd olunan faktın onun cinsi toxunulmazlıq əleyhinə cinayət törətməsinə görə təyin ediləcək cəzanı hansı səbəbə görə yüngülləşdirdiyini hökmdə açıqlamamışdır. Belə ki, hərbi əməliyyatlar zamanı yaralanmış və ya başından travma almış hər hansı bir şəxsin tərxis olunduqdan sonra hansısa bir şəxsə qarşı sağlamlıq əleyhinə cinayət törətməsini bəzi hallarda başa düşməklə, həmin şəxsin psixi-emosional vəziyyətini nəzərə al maqla cəza təyini zamanı bu halı yüngülləşdirici hal qismində nəzərə almaq mümkündür. Ancaq yuxarıda da qeyd edildiyi kimi cinsi toxunulmazlıq əleyhinə cinayət törətmiş şəxsin əvvəllər hərbi əməliyyatlar zamanı yaralanması faktını yüngülləşdirici hal kimi qəbul etmək heç bir məntiqi yanaşmaya uyğun gəlmir. Hərbi qulluqçunun hərbi xidmət üzrə vəzifələrini qüsursuz və müvafiq nizamnamələrin tələblərinə uyğun olaraq yerinə yetirməsi, konkret şəraitdə nizamnamə, həmçinin ictimai davranış və qanunların tələblərinə riayət etməsi və bunların onun obyektiv davranış və hərəkətlərində müsbət cəhətdən öz təsdiqini tapması şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə əsas ola bilərdi. Bu baxımdan Məhkum konstitusion vəzifələrindən irəli gələn tələbləri pozaraq öz xüsusiyyətinə görə k ifayət qədər ictimai təhlükəli və təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid edilən cinayət əməli törətməsinə və həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmasına baxmayaraq, məhkəmənin məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməsi törədilmiş əmələ və maddədə nəzərdə tutulmuş cəzaya adekvat deyildir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlamamış və qiymətləndirməmişdir. Dövlət ittihamçısı kassasiya şi kayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 may tarixli, 1-1(107)-12/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X2 CM-in 152.1-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum Müdafiəçi kassasiya protestinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 02 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxla yır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma həddindən artıq yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiy asının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birin ci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya prostestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkum CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 152.1-ci maddəsinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından başqa digər alternativ cəza nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkumun təqsirli bilindiyi maddəyə C M-in 62-ci maddəsi tətbiq edilməklə məhkumun cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilmiş və onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halları sadalayaraq, gəldikləri nəticəni əsaslandırmış, lakin bu zaman nəzərə almamışlar ki, məhkumun cəzasını ağırılaşdıran hal da vardır və eyni zamanda, məhkum zərərçəkmiş şəxslə barışmamış və zərərçəkmiş şəxs məhkumdan şikayətçidir. Bundan əlavə, CM-in 62.1-ci maddəsində müstəsnalığı xarakterizə edən alternativ və müstəqil tövsifedici əlamətlər sadalanmış və CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi nəticəsinə gələn məhkəmə həmin əlamətlərin k onkret olaraq hansına əsasən müstəsnalığı müəyyən etdiyini qərarda əsaslandırmalıdır. CM-in 62-ci maddəsinin məzmunundan çıxan məna ondan ibarətdir ki, yalnız cəzanı yüngülləşdirən halların, həm də həmin halların məcmusunun olması bütün hallarda CM-in 62-ci maddəsinin tətbiqi üçün əsas hesab edilə bilməz və bu zaman cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mütləq nəzərə alınmalıdır. Məhkəmələrin hazırkı iş üzrə qəbul etdiyi hökm və qərarda məhkumun cəzasını yüngülləşdirən hallar geniş şəkildə sadalansa da, lakin CM-in 62.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, məhkəmələrin qəbul etdiyi məhkumun cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də onların məcmuyu CM-in 62.1-ci maddəsinin dispozisiyasında əks olunan imperativ hallarla əlaqəli şəkildə təhlil və şərh edilməmiş, bu cəzanı yüngülləşdirən halların cinayətin məqsəd və motivi ilə və ya təqsirkarın cinayətin törədilməsində rolu ilə və ya cinayət əməli törədərkən və ya ondan sonrakı davranışı ilə bağlı olması və yaxud da törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hər hansı bir halla bağlı olması məhkəmə qərarlarında göstərilməmiş, bu məsələyə heç bir münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qararın kifayət qədər əsaslandırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsaslıdır. Qeyd edilənləri yekunlaşdır araq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun m ötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum oğlü barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 2 may tarixli, 1-1(107) -12/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar