Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-73/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərərçəkmiş şəxslərin iştirakları ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə məhkum edil məsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 1-1(103)-14/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Quliyev Nazir Nuruş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1-1(093)-12/2023 nömrəli hökmü (sədrlik edən hakim R.Q.Abbasov) ilə Məhkum cinayət hadisəsi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 186.2.2 və 187.1-ci maddələri ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə apellyasiya şikayətlər i verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli hökmü ilə, (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya protesti və apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-12/2023 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş, ittiham edildiyi CM-in 32.3, 187.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum CM-in 32.3, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Quliyev Nazir Nuruş oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi, sonuncunun qayınatası Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən məhv etmək qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul verəcəyi barədə vəd verib, 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində sonuncunu idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gətirib, həmin avtomobilin evin qarajında olduğunu Təqsirləndirilən şəxs bildirməklə ona bir ədəd içərisində benzin olan plastik butulka vermiş, bundan sonra Təqsirləndirilən şəxs evin qarajına daxil olub, orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, həmin avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə, avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 17200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədə ləndiyindən Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 20000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Quliyev Nazir Nuruş oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müraciət müəllifi iddia edir ki, bəraət hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxan apellyasiya instansiyası məhkəməsi işdə olan ziddiyyətli məqamları təqsirli şəxsin ziyanına şərh etmiş, məhkəmə yekun məhkəmə aktında yolverilməz sübutlara əsaslanmış və mövcud sübutlara düzgün qiymət verməmişdir. Kassator sadalanan hallardan çıxış edərək Məhkum heç bir cinayət törətmədiyi halda əsassız olaraq CM-in 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunduğunu qeyd edir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə qarşı etiraz vermişlər, etirazda apellyasiya instansiyası məhkəməsinin hökmünün obyektiv və ədalətli olduğunu bildirərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli hökmünü dəyişdirilmədən saxlanılmasını xah iş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Quliyev Nazir Nuruş oğlunun kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilm əsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi Quliyev Nazir Nuruş oğlunun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən k onkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Quliyev Nazir Nuruş oğlu tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, o, Məhkum ittiham edildiyi cinayət törətmədiyini, apellyasiya məhkəməsinin yolverilməz sübutlara əsaslandığını, mövcud sübutlara düzgün qiymət vermədiyini iddia etməklə, faktiki olaraq hüquqlarını müdafiə etdiyi şəxsin əsassız olaraq Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinməsinə dair apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökm ünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini haqqında tələbini hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halların inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırıl ması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cina yət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini haqqında tələbin əsaslılığını yoxlayarkən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin ittiham hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz ittiham hökmündə işin həqiqi halları kimi təsvir edilmiş faktiki məlumatlardan, bu faktlardan apellyasiya məhkəməsinin hasil etdiyi hüquqi nəticələrdən çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya məhkəməsində məhkəmə dinləmələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən Məhkum və Təqsirləndirilən şəxs prosessual hüquqları gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz süb utlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsinin hökmündə hazırkı iş üzrə keçən digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Məhkum ifşa edən ifadələri, onun Məhkumla, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə üzləşmə zamanı vermiş olduğu etirafedici ifadələri, ifadənin yerində yoxlanılması barədə istintaq hərəkətinin protokolu, şahidlər - Şahid1 və Şahid5 ifadələri, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “CD” formatlı diskin daxilindəki “VİD-20200816WA0017” adlı fayl, iş materialında olan səs yazıları, istintaq hərəkətlərinin protokolları və digər sənədlər ətraflı təsvir edilib, hökmdə müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin çıxardığı nəticəni təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli və cəzalandırılmalı (CM 32.3, 186.2.2-ci maddəsi ilə) olması haqqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.3, 186.2.2 maddələri ilə cəza təyin edərkən də (eyni ilə Məhkum ittiham edildiyi CM-in 32.3, 187.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi nəzərə alınmaqla) hər hansı pozuntuya yol verməmiş, ona hazırkı qərarın giriş hissəsində qeyd olunan müddətlərə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müva fiq olaraq 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkm iş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçisi Quliyev Nazir Nuruş oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024cü il tarixli, 1-1(103)-14/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Quliyev Nazir Nuruş oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024-cü il tarixli, 1-1(103)-14/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-73/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-73/2025
09.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver