Məhkəmə qərarları › İş №1-1(102)-74/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2017

13.07.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2017 13.07.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-74/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ «13» iyul 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Bağırov) xx xxxxxx 1986-cı il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhər Nizami rayon 988 saylı Hərbi Hissə, hərbi şəhərcikdə qeydiyyatda olan, Göygöl şəhəri, R.Nəsibov küçəsi ev 13, mənzil 18-də yaşamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 998 saylı Hərbi H issəsinin 6-cı S-125 zenit raket divizionunun radiolokasiya stansiyasının rəisi olmuş, baş leytenant, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum AzərbaycanRespublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-in)333.3 və 333.4cümaddələriilətəqsirlibilinərək, AR CM-in 333.3-cü maddəsil ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.4-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,cəzasınıümumi rejimlicəzaçəkməmüəssisəsindəçəkməsi və cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2016-cı ildən hesablanması müəyyən edilmişdir. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 998 saylı Hərbi Hissəsinin 6-cı S-125 zenit raket divizionunun radiolokasiya stansiyasının rəisi vəzifəsində baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən xx xxxxxxx 2016-cı il tarixdə 5 gün müddətinə məzuniyyətə buraxılmış, xx xxxxxxx 2016-cı il tarixdə məzuniyyətdən qayıdaraq 998 saylı Hərbi Hissənin Mingəçevir şəhərində yerləşən qərargahına gəlmiş, hərbi hissədən ərzaq attestatını götürdükdən sonra xidmət yerinə qayıtmayaraq hissəni özbaşına tərk etmiş və xx xxxxxx 2016-cı il tarixdə Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə gələrək barəsində aparılan araşdırma ilə bağlı izahat vermişdir. Bundan başqa o, qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xx xxxxxx 2016-cı il tarixdə MN-in 8-ci Təhqiqat Bölməsinin rəisinə izahat verdikdən sonra xidmət yerinə qayıtmalı olduğu halda xidmət yerinə qayıtmamış və xx xxxxxx 2016-cı il tarixdə saat 14-30-da könüllü olaraq Qazax Hərbi Prokurorluğuna gələrək özünü istintaqa təqdim etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə, həmçinin bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Hökmdən Məhkum müdafiəçisi H.A.Fərzəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.A.Bayramov (sədrlik edən və məruzəçi), R.A.Məhərrəmli və B.C.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlam ışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsinə və ya azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan başqa alternativ cəza növü seçilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində Gəncə Hərbi Məhkəməsinin barəsində çıxardığı hökmlə təyin olunmuş cəzanın ədalətsiz və sərt cəza olduğunu qeyd etmiş, məhkəmə baxışı zamanı yüngülləşdirici halların yetəri qədər nəzərə alınmadığını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli olduğunu göstərmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaq zamanı və işin məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlini e tiraf etmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağ olmaqla ailəsinin yeganə qazanc gətirəni olmuş, ön xətdə xidmət etmişdir. Kassasiya şikayətində daha sonra göstərir ki, o cinayət əməlini bilərəkdən yox ciddi ailə probleminin olması nəticəsində törətmiş, bu problemi həll etmək üçün dəfələrlə komandanlığa yazılı surətdə raportlarla müraciət etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı Məhkum cəza təyininə dair hissədə d əyişdirilməli, AR CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ay müddətə endirilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM-in) 419.4-cümaddəsinəəsasənişəonuın iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cinayət əməlləri AR CPM-in 143146-cı maddələrinə müvafiq toplanıb tədqiq edil miş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ARCM-in 333.3 və 333.4-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum müdafiəçisi H.A.Fərzəliyevin apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməmiş, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum cəza təyin edilən zaman onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi əməli etiraf etməsi, könüllü olaraq özünü istintaqa təqdim etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunmuşdur. AR CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətləri n törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələ rinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət törədildikdən sonra Məhkum könüllü olaraq özünü istintaqa təqdim etməsini Məhkum davranışı ilə bağlı müstəsna hal kimi qiymətləndirməmişlər. Halbuki, Məhkum cinayət törətdikdən sonra belə davranışı onun törətdiyi cinayət əməllərinin nəticələrindən səmimi peşmançılıq keçirməsi və törətdiyi əməli etiraf etməsi onun islah yoluna düşməsinə dəlalət edən hallar olmaqla, cəzanın məhkumun islah edilməsi məqsədi barədə qanunda nəzərdə tutulmuş tələblərə uyğun hərəkətlərdir. Bundan başqa himayəsində işi az yaşlı uşağının olması, ailəsinin yeganə gəlir mənbəyi olması və digər hallar AR CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallara uyğundur və ona görə də ona cəza təyin edilməsində bu qanunun müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, AR CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ilk dəfədir ki, cinayət törətmiş, törətdiyi əməli etiraf etmiş, könüllü olaraq özünü istintaq orqanına təqdim etmiş və özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə, onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kolleg iyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası he sab edir ki, Məhkum təqsirli bilindiyi AR CMin 333.3 və 333.4-cü maddələri ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 62-ci maddəsi tətbiq edilməklə endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası, QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. GəncəApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxx 2017-ci il tarixliqərarıMəhkum cəza təyini hissəsində dəyişdirilsin. Məhkum AR CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ay müddətinə, AR CM-in 333.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə az adlıqdan məhrum etmə cəzasının müddəti isə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə endirilsin. AR CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: lqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar