Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2018 16.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ "16" avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası hakim Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və X7 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.1 və 29,149.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 bar əsindəki Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında, qapalı məhkəmə iclasında işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X.Quliyev, hakimlər V.Nəsirov (məruzəçi) və M.Bağırovdan ibarət tərkibdə), Məhkum2- (xx xx 1995-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Çobankənd kəndində qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.1, 29, 149.2.5 və 128-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 29, 14 9.2.1 və 29, 149.2.5-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 və X10 da məhkum olunmuşdur. Məhkum2 və onun müdafiəçisi, məhkum1 müdafiəçisi, X10 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən T.A.Muxtarov, hakimlər R.A.M əhərrəmli və E.İ.Xasməmmədovdan ibarət tərkib), Məhkum2 və onun müdafiəçisi, məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum2, Məhkum1 və X10 barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, hökmdən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair müddəa xaric edilmiş və hökmlə Məhkum2 və X1 Cinayət Məcəlləsinin 29, 149.2.1 və 29, 149.2.5ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 29, 149.2.1 və 29, 149.2.5-ci maddələri ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 təkrarən bir qrup şəxs halında zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə onlarla cinsi əlaqədə olmağa, yəni zorlamağa cəhd etmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx xx saat 11 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndinin ərazisindəki bazarda əvvəllər tanıdığı Müdafıə Nazirliyinin Gədəbəy rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin 2-ci tabor, 6-cı bölük, 2-ci tağım, 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hər bi xidmət hərbi qulluqçusu,əsgər Məhkum1 ilə rastlaşıb görüşərək sonuncunu Çobankənd kəndində yerləşən evinə dəvət etmiş, orada bir yerdə nahar edib spirtli içki qəbul etdikdən sonra saat 16 radələrində rayonun Şahdağ kəndində yaşayan tanışı X4 zəng edib ona dostunun qonaq gəldiyini deyib birlikdə yeyib-içməyi təklif etmiş, z2 onun təklifini qəbul etdikdən sonra elə həmin gün axşam saatlarında Çobankənd kəndi ilə İnəkboğan kəndinin arasındakı meşəlik ərazidə «Arı bulağı» adlanan yerdə görüşməyə razılaşmışdırlar. Həmin gün, yəni xx xx tarixdə saat 19 radələrində Məhkum2 Məhkum1la birlikdə x2 «Arı bulağı» adlanan yerdə görüşüb orada torpaq yolun kənarında yemək yeyib spirtli içki qəbul edərkən saat 20 radələrində əvvəllər tanımadıqları İnəkboğan kənd sakinləri X13 və X5 meşə yolu ilə Saratov ka kəndi istiqamətində getdiklərini görüb onları səsləmiş, hər üçü x4 və z1yaxınlaşıb cinsi əlaqədə olmağı təklif etmişlər. x4 və z1 onların bu təklifinə qəti etirazlarını bildirib yollarına davam etmək istədikdə Məhkum2la z2 öz cinayətkar niyyətlərini həyata keçirmək yəni, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə onlarla cinsi əlaqədə olmaq məqsədi ilə x4nın, əsgər Məhkum1 isə həmin məqsədlə «Sən mənliksən» deyib z1nın üzərinə hücum etmişlər. z2 arxadan x4nın hər iki qolundan tutub onu yerə yıxdıqdan sonra Məhkum2 onun üstünə uzanıb əynindəki ağ-qara rəngli idman köynəyini və həmin köynəyin altından geyinilmiş qırmızı rəngli uzunqol köynəyi zorla dartıb çıxartmağa, sifətinin, boynunun və bədəninin digər nahiyələrini öpməyə çalışmış və x4nın hər iki ayağı ilə onu üzərindən itələyərək aralaşdırmağa, əynindəki paltarları çıxartmasına və bədəninə toxunmasına imkan verməməyə çalışdığını görüb müqavimətini qırmaq məqsədi ilə sərxoş vəziyyətdə olan X19 onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurmuşlar. Əsgər Məhkum1 isə z1nı qucaqlayıb zorla onun əynindəki göy rəngli idman köynəyini və həmin köynəyin altındakı koftasını çıxartmağa çalışıb əli ilə bədəninin müxtəlif nahiyələrinə toxunmuş, lakin z1 da qışqırmaqla və sol qolu ilə onun sinəsindən itələməklə müqavimət göstərdiyi üçün, habelə özü sərxoş vəziyyətdə olduğundan öz niyyətini həyata keçirə bilməmiş və bundan qəzəblənib X4 müqavimətini qırmaq məqsədi ilə onun sifətinə yumruqla qəsdən bir dəfə zərbə vurub ona sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən «Sağ yanağın sıy rığı» xəsarətini yetirmişdir. Daha sonra, əsgər Məhkum1 Məhkum2 və z2a yaxınlaşıb «Bir qızın öhdəsindən də gələ bilmirsiz» deyib onlara irad tutaraq x4nın sifətinə yumruqla bir zərbə endirmiş, əsgər Məhkum1, Məhkum2 və z2 tərəfındən vurulmuş zərbələr nəticəsində x4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «Başın sıyrığı ilə müşayiət olunan qapalı kəllə-beyin travması və beyin silkələnməsi», habelə sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən «Alt çənənin və sağ çiyin oynağının qançırları» xəsarətlərini alaraq huşunu itirmişdir. Bunu görən Məhkum2 əsgər Məhkum1 «Sən mənim qızımı vura bilirsən, mən səninkini vura bilmirəm?» deyib z1yaxınlaşaraq sifətinə yumruqla bir zərbə vurub əsgər Məhkum1la z2un yanına qayıtmışdır. Təxminən 2-3 dəqiqə ərzində davam etmiş bu zorakılıq zamanı bacılarının arxasınca gələn X14 ora çatıb Məhkum1, Məhkum2 və z2un qanunsuz hərəkətlərini görüb onları dayandırmağa çalışarkən sonuncular ona hücum edib bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə E.M.Mirzəyevə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan «Sol və sağ göz ətrafı yumşaq toxumaların, sol qaşın və sağ gözün bayır səthinin sıyrığı ilə müşayiət olunan qapalı kəllə-beyin travması və beyin silkələnməsi» xəsarətlərini yetirərək onun sağlamlığına qəsdən yüngül zərər vurmuş, nəticədə sonuncu da aldığı zərbələrdən huşunu itirmişdir. Bu zaman X22 Şirinovun, Məhkum2 və z2un başlarının qardaşı Z3 döymələrinə qarışmasından istifadə edərək aldığı zərbələrdən huşunu itirmiş bacısı x4nı yolun kənarındak ı dərəyə tərəf çəkməklə üstünü qurumuş ağac yarpaqları ilə örtüb gizlətdikdən sonra özü də bir qədər irəlidəki dərədə gizlənmiş və üzərində olan mobil telefonla Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan digər bacısı X6 zəng edib hadisə barədə məlumat verib onu köməyə çağırmışdır. Z3 döyüb onun sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra Məhkum2 əsgər Məhkum1 və x2 birlikdə öz cinayətkar niyyətini həyata keçirmək yəni, x5 və x4ları zorlamaq məqsədi ilə təxminən 40 dəqiqə ərzində onları səsləyərək axtarmış, lakin, həmin vaxt artıq hava qaraldığından, habelə özləri sərxoş vəziyyətdə olduqlarından onları tapa bilməmiş və bir qədər sonra z6 atla ora gəldiyini görüb onun kişi olduğunu zənn edərək hadisə yerindən qaçmaqla öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar qəsdini başa çatdıra bilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən onun ilk dəfə məhkum olunması, gənc, ailəli, himayəsində bir azyaşlı övladının olması, ailə vəziyyətinin ağır olması, eləcə də əməllərində ağırlaşdırıcı halların müəyyən edilməməsi yüngülləşdirici hallar kimi nəzərə alınsa da, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, atası X2 2-ci qrup hərbi xidmət dövründə əlil olması, qardaşı X1 dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı olmasını və valideynlərinin qoca olmaları məhkəmə qərarında öz əksini tapmamışdır. Kassator həmçinin qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının qərarı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyəti olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından qanunsuz, əsassız və qeyri-humanistdir. Müdafiəçi kassasiya şikayətində məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ona Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin tətbiqi yolu ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovu n çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassator kassasiya şikayətlərində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, işə baxan məhkəmələr tərəfindən ağır cəza təyin edildiyini göstərərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişlər. Məhkəmə qeyd edir ki, iş materiallarından və məhkəmə qərarlarından görünür ki, işə baxan məhkəmələr barəsində işin düzgün həlli üçün əh əmiyyət kəsb edən bütün sübutları Məhkum2 aid hissədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir (məhkəmələr məhkumların təqsirli olub-olmaması məsələsini həll edərkən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələri Məhkum2 əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum2 cinayət əməllərinin məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 149.2.1 və 29, 149.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassatorun dəl illərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşə baxan birinci instansiyası məhkəməsi məhkumlar Məhkum2 cəza təyin edərkən onların cəzalarını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsi Məhkum2 törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 29, 149.2.1 və 29, 149.2.5 maddələrinin sanksiyası həddində 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyası həddində 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3-cu maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təy in etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə Məhkum2 barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, hökmdən CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair müddəalar xaric edilmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyası həmçinin Məhkum2 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, gənc olmasını, ailə vəziyyətinin ağır olmasını, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını nəzərə alaraq Məhkum2 təqsirli bilindiyi CM-nin 29, 149.2.1, 29, 149.2.5-ci maddələrinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanunvericiliyin tələblərinə uyğun olmas ı, Məhkum2 CM-nin 29, 149.2.1 və 29, 149.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 05 (beş) ilə endirmişdir. Məhkəmə kollegiyası aşağıdakıları vurğulamağı vacib sayır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edi lir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi Məhkum2 cəza təyin edərkən CPM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə və göstərilən Plenum qərarının tövsiyyələrinə əməl etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, CM-nin 149.2.1 və 149.2.5-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası işin hallarını, törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin bir qrup şəxs halında törədilməsini nəzərə alaraq Məhkum2 təqsirli bilindiyi CM-nin 29, 149.2.1 və 29, 149.2.5-ci maddələrinin sanksiyası həddində təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını kifayət qədər ədalətli cəza hesab edir. Beləliklə, kassasiya kollegiyası Məhkum2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən Məhkum2 cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına təsirini nəzərə alaraq, eləcə də həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum2 təyin olunmuş cəzalarının yüngülləşdirilməsini mümkün hesab etmir və belə qənaətə gəlir ki, işə baxan apellyasiya məhkəməsi tərəfindən məhkuma təyin olunmuş cəzalar qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə kollegiyası kassatorun bununla bağlı dəlillərini qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum2 Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.1 və 29,149.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 aid hissədə dəyişdirilməd ən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №1-1(102)-74/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2018
16.08.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver