Məhkəmə qərarları › İş №1-1(102)-74/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2019

22.08.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsibov Hafiz Qəmbər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(097)-02/2019 saylı hökmü ilə (hakim Ə.B.Nəcəfov) 03 avqust 1994-cü il tarixdə Xızı rayonunun Şürabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Tuğ qəsəbəsində qeydiyyatda olan, Azərbacayn Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla, 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəza daha ciddi cəza ilə əhatə edilməklə, ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 10 may 2018 -ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin Beyləqan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı reaktiv artilleriya divizionunun 17-ci reaktiv artilleriya batareyasının idarəetmə tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 2017-ci ilin oktyabr ayının ortalarında saat 15:00 radələrində şəxsi heyət arasında öz üstünlüyünü təmin etmək məqsədilə batareyanın gün növbətçisi, əsgər X10 «farağat» əmrini uca səslə icra etməməsini bəhanə edərək, tabeliyində olan həmin əsgəri və heç bir nöqsana yol verməmiş batareyanın digər gün növbətçisi, əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçunun ləyaqətini alçaldacaq, əsgərlər arasında nüfuzdan sal acaq, eyni zamanda aşağılanmasına səbəb ola biləcək şəkildə “cəzalandırmaq” qərarına gəlmişdir. Bu məqsədlə Məhkum həmin əsgərlərə gün növbətçilərinin xidmət aparması üçün nəzərdə tutulmuş ordugahı batareyanın dəhlizindən çölə çıxarıb, xidmət etdiyi divizionun həyətinə, digər batareyaların şəxsi heyətinin də görə biləcəyi əraziyə qoymalarını tələb etmişdir. Zərərçəkmiş şəxs və S6 ordugahı çölə çıxarıb tələb olunan yerə apardıqdan sonra, Məhkum qanunsuz olaraq, rəis kimi hakimiyyətdən sui-istifadə edərək və hakimiyyət həddini aşaraq onlara növbəli şəkildə ordugaha çıxıb uca səslə «farağat, növbətçi çıxışa» əmrlərini 50 dəfə təkrar etmələrini tapşırmışdır. Həmin göstərişi tələb olunan şəkildə icra etməklə özlərini alçalmış hiss etsələr də, məcburiyyət qarşısında qalıb, əvvəlcə Zərərçəkmiş şə xs, sonra isə S6 ordugaha çıxaraq uca səslə, yəni həm xidmət etdikləri 17-ci, həm də digər batareyaların hərbi qulluqçularının eşidəcəyi və görə biləcəyi şəkildə «farağat, növbətçi çıxışa» əmrlərini 50 dəfə təkrar etmişlər. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2017-ci ilin noyabr ayının əvvəllərində saat 14:00 radələrində batareyanın gün növbətçisi, əsgər Zərərçəkmiş şəxs «farağat» əmrini icra etməməsini ona irad tutub, rəis kimi hakimiyyətdən sui-istifadə edərək və hakimiyyət həddini aşaraq onun ləyaqətini alçaltmaq, əsgərlər arasında nüfuzdan salmaq və həmçinin “cəzalandırmaq” niyyəti ilə batareyanın digər gün növbətçisi, əsgər X26 ilə birlikdə ordugahı əsgər yataqxanasına aparmalarını tələb etmişdir. Zərərçəkmiş şəxs və S6 ordugahı əsgər yataqxanasına apardıqd an sonra, Məhkum onlara həmin ordugahı əllərində tutub saxlamalarına dair göstəriş vermiş, Zərərçəkmiş şəxs ona görə başqa əsgərin “cəzalandırılmasına” və əsgər yataqxanasında ordugahı əllərində saxlamalarına etiraz etsə də, Məhkum təkidli tələbindən sonra hər ikisi ordugahı əllərinə götürüb saxlamağa məcbur olmuş və 4-5 dəqiqə saxladıqdan sonra Zərərçəkmiş şəxs ordugahı yerə qoymalarına icazə verməsini xahiş etmiş, lakin Məhkum onun xahişinə məhəl qoymadan ordugahı əllərində saxlamağa məcbur etməklə onlara işgəncə vermişdir. Zərərçəkmiş şəxs əsgər yoldaşı S6 birlikdə daha 2-3 dəqiqə ərzində ordugahı əllərində saxlamış, sonra Məhkum onlardan ordugahı batareyanın çölünə çıxarıb, digər batareyaların şəxsi heyətinin də görə biləcəyi əraziyə qoymalarını tələb etmişdir. Zərərçəkmiş şəxs və S6 o rdugahı çölə çıxarıb tələb olunan yerə apardıqdan sonra, Məhkum onlara növbəli şəkildə ordugaha çıxmalarını və uca səslə «farağat, növbətçi çıxışa» əmrlərini təkrar etmələrinə dair göstəriş vermişdir. Onların iradəsi ziddinə olsa da, məcburiyyət qarşısında qalıb, əvvəlcə Zərərçəkmiş şəxs, sonra isə S6 ordugaha çıxmış və uca səslə «farağat, növbətçi çıxışa» əmrlərini dəfələrlə təkrar etmişlər. Zərərçəkmiş şəxs əsgər yoldaşlarının gözü qarşısında, rüsvayçı, əsgərlər arasında qəbuledilməz şəkildə “cəzalandırılmasından” utanaraq qəhərlənmiş, əsəblərinə hakim ola bilməyib ordugaha bir dəfə yumruq zərbəsi vuraraq ağlamağa başlamış və «belə mənasız əmrləri icra etməkdən bezdiyini» deyib, ağlaya-ağlaya oradan uzaqlaşmışdır. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2017-ci il in noyabr ayının əvvəllərində saat 13:00 radələrində batareyanın gün növbətçisi, əsgər X6 xidməti yerində olmamasını bəhanə edib, həmin gün batareya növbətçisi olan əsgər X27 xidməti iş otağına çağıraraq, A6 yerində olmamasını ona irad tutmuş və iradəsini sındırmaqla üzərində öz üstünlüyünü nümayiş etdirmək niyyətiləsol qol və sol bud nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Habelə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının əvvəllərində saat 17:00 radələrində batareyanın gün növbətçisi, əsgər X14 ordugahı boş buraxmasına görə, onu və onun yol verdiyi nöqsana görə digər gün növbətçisi, əsgər X11 rüsvayedici, utandırıcı şəkildə “cəzalandırmaq” qər arına gələrək, rəis kimi hakimiyyətdən sui-istifadə edib və hakimiyyət həddini aşaraq, gün növbətçilərinin batareyanın daxilində xidmət aparmaları üçün nəzərdə tutulmuş ordugahı batareyanın dəhlizindən çölə çıxarıb, xidmət etdiyi divizionun həyətinə, digər batareyaların şəxsi heyətinin də görə biləcəyi əraziyə qoymalarını tələb etmişdir. Ə6 ordugahı çölə çıxarıb tələb olunan yerə apardıqdan sonra, Məhkum Ə6 ordugaha çıxıb, uca səslə «17-ci batareyanın gün növbətçisi, əsgər Ə6» sözlərini 50 dəfə təkrar etməsi və A.Səfərovla birlikdə növbə müddəti başa çatana kimi məhz həmin yerdə dolabda dayanmasına dair göstəriş vermişdir. Ə6 və A6 həmin əmri Məhkum tələb etdiyi, yəni digər batareyaların əsgərlərinin eşidəcəyi və görə biləcəyi şəkildə icra etməkdən utanmış, lakin xidməti şəraitinin daha da çətinləşməsindən qorxaraq məcburiyyət qarşısında qalıb, əvvəlcə Ə6 ordugaha çıxaraq uca səslə «17-ci batareyanın gün növbətçisi, əsgər Ə6» sözlərini 50 dəfə təkrar etmiş, sonra isə A6 və Ə6 növbə müddətinin başa çatdığı həmin gün saat 18:50 radələrinədək orada ordugahda dayanmışlar. Həmçinin, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının əvvəllərində saat 10:00 radələrində divizionun 17-ci batareyasının əsgər yataqxanasında həmin batareyanın əsgəri X7 yaxınlaşıb öz üstünlüyünü göstərmək məqsədilə onun bədəninin sol tərəfinə iki yumruq zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bunlardan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının ortalarında s aat 09:00 radələrində 17-ci batareyanın əsgər yataqxanasında öz üstünlüyünü göstərmək məqsədilə əsgər X1 iki yumruq zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bunlardan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2018-ci ilin yanvar ayının sonlarında saat 11:00 radələrində 17-ci batareyanın əsgər yataqxanasında əsgər X28 öz üstünlüyünü göstərmək məqsədilə sinəsinə iki yumruq zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Habelə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 01 mart 2018-ci il tarixdə saat 17:00 radələrində batareyanın gün növbətçisi olan əsgər Zərərçəkmiş şəxs ordugahı boş buraxmasına görə, onu və onun yol ve rdiyi nöqsana görə digər gün növbətçisi, əsgər X12 əvvəlki günlərdə olduğu kimi rüsvayedici, utandırıcı şəkildə “cəzalandırmaq” qərarına gələrək, rəis kimi hakimiyyətdən sui-istifadə edib və hakimiyyət həddini aşaraq, yenə də gün növbətçilərinin batareyanın daxilində xidmət aparmaları üçün nəzərdə tutulmuş ordugahı batareyanın dəhlizindən çölə çıxarıb, xidmət etdiyi divizionun həyətinə, digər batareyaların şəxsi heyətinin də görə biləcəyi əraziyə qoymalarını tələb etmişdir. Zərərçəkmiş şəxs və N6 ordugahı çölə çıxarıb tələb olunan yerə apardıqdan sonra, Məhkum onlara növbəli şəkildə ordugaha çıxmalarını və uca səslə «farağat, növbətçi çıxışa» əmrlərini 50 dəfə təkrar etmələrinə dair göstəriş vermişdir. Zərərçəkmiş şəxs və N6 həmin əmri Məhkum tələb etdiyi, yəni digər batareyaların əsgərlər inin eşidəcəyi və görə biləcəyi şəkildə icra etməkdən utanmış, lakin xidməti şəraitinin daha da çətinləşməsindən qorxaraq məcburiyyət qarşısında qalıb ordugaha çıxmış və uca səslə «farağat, növbətçi çıxışa» əmrlərini 50 dəfə təkrar etmişlər. Həmçinin, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 25 mart 2018-ci il tarixdə günlük qarovul naryadına təyin olunmuş, Zərərçəkmiş şəxs isə digər 14 nəfər əsgərlə birlikdə həmin qarovul xidmətinin tərkibinə saatdar kimi daxil edilmişdir. Həmin gün, qarovul xidmətinin təhvilalma mərasiminə hazırlaşdıqda, saat 16:00 radələrində Zərərçəkmiş şəxs zarafat etmək məqsədilə əsgər yataqxanasında həmyerlisi və yaxın dostu olan əsgər X3 baş nahiyəsinə yumruqla astaca bir dəfə vurmuş, Məhkum bunu görüb iradəsini sındırmaqla üzərində öz üstünlüyünü nümayi ş etdirmək niyyətilə onu nalayiq ifadələrlə təhqir etmiş, həmçinin onu qorxudub təsir altında saxlamaq məqsədilə fiziki göstəricilərinə görə üstün olan əsgər X21 göstərib “hünərin var özündən güclünü vur” demişdir. Bu sözlərdən sonra Zərərçəkmiş şəxs əhval-ruhiyyəsi qəflətən pisləşmiş və Məhkum icazəsi olmadan əsəbi, acıqlı şəkildə əsgər yataqxanasından çölə çıxıb qarovul xidmətinə getmək üçün düzülmüş sırada dayanmışdır. Qarovul xidmətinin icrası zamanı, 26 mart 2018-ci il tarixdə saat 03:10 radələrində Məhkum ayıq növbədə olan əsgər Zərərçəkmiş şəxs qarovul evinin əsgər yeməkxanasında yatmış vəziyyətdə aşkar edib, rəis kimi hakimiyyətdən sui-istifadə edib və hakimiyyət həddini aşaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 104-cü bəndini n “qarovulun tərkibinə daxil olan şəxslər xidmət zamanı nalayiq hərəkətlər etdikdə onlara inzibati cəza qarovul növbəsindən çıxdıqdan və ya onlar başqa şəxslərlə əvəz edildikdən sonra verilir”, 134-cü bəndinin “qarovul heyətindən hər hansı şəxs tərəfindən vəzifə borcu yerinə yetirilmədikdə, yaxud nalayiq hərəkətlər etdikdə bu barədə hərbi hissə növbətçisinə məlumat verilməli, həmin hərəkət bölmədə təhlil edilməli”, 136-cı bəndinin “qarovul rəisi qarovula silaha komandasını, yalnız qarovulu yoxlayan şəxslər əmr verdikdə, mühafizə olunan obyektlərə, saatdara, qarovul otağına basqın və ya texniki mühafizə vasitələrinə siqnal daxil olduğu hallarda, həmin obyektlərdə yanğın, ya da təbii fəlakət təhlükəsi baş verdikdə verməlidir”, habelə Azərbaycan Respublikası Silahlı X2 88-ci bəndinin «bilavas itə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq qadağandır» kimi tələblərini pozaraq Zərərçəkmiş şəxs yatmasına görə qarovul heyətinə “silaha” əmrini vermiş, istirahətdə olan əsgərlər X15, X30, X46, X53 və X31 ayıq növbədə olan əsgərlər Zərərçəkmiş şəxs, X38, X32, X39, X16 ilə birlikdə tam geyinmiş və silahlanmış vəziyyətdə qarovul evinin dəhlizində sıraya durmuşlar. Məhkum həmin qarovul nəfərlərinin əmrlərə dəqiq əməl etmələri, yüksək sayıqlıq göstərmələrinə nail olmaq məqsədilə deyil, hərbi xidmət mənafelərinin zərərinə olaraq, əziyyət vermək məqsədilə zərurət olmadığı halda əsgər Zərərçəkmiş şəxs və digər əsgərləri yorğun, eyni zamanda yuxulu vəziyyətdə 15-20 dəqiqə sırada saxlayıb işgəncə verdikdən sonra əmrin gec icra edildiyini bəhanə edib yeni əmrlər verməklə onların istira hət etmələrinə imkan verməyəcəyini bildirərək sırada dayanan əsgərləri yerlərinə göndərmişdir. Ardınca həmin gün gecə saat 03:45 radələrində Məhkum qarovul heyətinə təkrarən “silaha” əmrini vermiş, bu zaman ayıq növbədə olan əsgərlər Zərərçəkmiş şəxs, X38, X32, X39, X16, eləcə də istirahət edən əsgərlər X15, X30, X46, X53 və X31 Məhkum tələbi ilə tam geyinmiş və silahlanmış vəziyyətdə əvvəlcə qarovul evinin dəhlizində, daha sonra isə qarovul evinin həyətində sıraya düzülmüş, həmçinin onun tələbi ilə oyaq olan qarovul rəisinin köməkçisi, çavuş X22 və istirahətdə olan dəyişdirici, çavuş X23 da gələrək həmin sırada dayanmışlar. Məhkum sıranın qarşısında Zərərçəkmiş şəxs danlamış, həm danlanmasına, həm də ona görə qarovul xidmətində olan hərbi qulluqçuların yuxudan oyadılıb sırada saxlanması s əbəbindən Zərərçəkmiş şəxs əhvalı kəskin şəkildə pisləşmiş, lakin heç nə demədən sakit dayanmışdır. Məhkum əsgər Zərərçəkmiş şəxs və digər əsgərləri, həmçinin çavuş İ6 və çavuş H6 yorğun, eyni zamanda yuxulu vəziyyətdə təxminən 20-25 dəqiqə sırada saxlayıb işgəncə verdikdən sonra növbənin dəyişməsinə az vaxt qaldığı üçün göstəriş verərək onları xidməti yerlərinə göndərmişdir. Həmin gün saat 10:15 radələrində Zərərçəkmiş şəxs siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə onunla birlikdə qarovul xidmətini icra edən əsgərlər X39 və X29 yaxınlaşıb özünü öldürmək istədiyini bildirmişdir. Həmin əsgərlər təəccüblü şəkildə ondan özünü öldürmək istəməsinin səbəbini soruşduqda isə gülümsəyərək zarafat etdiyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs həmin gün saat 13:00-da saatdar çıxacağına görə saat 11:00 radələrində istirahət etməsi üçün yataqxanaya getmiş və saat 12:30 radələrində Məhkum onu qarovul evinin dəhlizində görüb istirahət otağından gec çıxdığını aşkar edərək yuxudan niyə vaxtında qalxmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs vaxtında qalxdığını, lakin gödəkçəsinin zəncirbəndi (sepi) nasaz olduğuna görə gecikdiyini bildirdikdə, Məhkum həmin gecə baş verənlərin ona “dərs” olmadığını və buna görə də, gecə ayıq növbədə olarkən yatması barədə komandanlığa təqrirlə müraciət edəcəyini söyləmiş, Zərərçəkmiş şəxs isə barəsində aparılan əvvəlki araşdırmanın yeni tamamlandığını, haqqında başqa təqrir yazılacağı halda ona problem yaranacağını bildirərək Məhkum təqrir yazmamasını xahiş etmişdir. Bu zaman Məhkum ona hərbi qulluqçular arasında ən təhqiramiz ifadə kimi yayılmış, «ana -bacısı pozğun olan və ünvanına deyilən bütün söyüşləri qəbul edən» mənasında işlədilən «peysər» söyüşü ilə «get burdan, sən boynuyoğunsan, qarovuldan sonra sənə görə batareyanın əsgərlərinə sıra hazırlığı da keçəcəyəm, onda görəcəksən sepi ilişmək necə olur» demiş, Zərərçəkmiş şəxs əsəbi şəkildə ona «mən peysər deyiləm, mənə görə mənə cəza verin, başqalarını incitməyin, bu mənə pis təsir edir, utanıram» dedikdə Məhkum «raport da yazacağam, batareyaya sıra hazırlığı keçəndə görəcəksən ki, boynuyoğunsan» deyə cavab vermiş, Zərərçəkmiş şəxs isə heç nə demədən oradan getmişdir. Leytenant Məhkum tərəfindən edilən müntəzəm qanunsuz hərəkətlər nəticəsində özünü əsgər yoldaşları arasında alçalmış, nüfuzdan düşmüş hiss edən Zərərçəkmiş şəxs nevrotik depressiv hal və nevrotik reaksiya halını keçirə rək aldığı fiziki və mənəvi sarsıntılar səbəbindən psixi-emosional durumunda yaranmış gərginlik, bezikmə, narahatlıq, sıxıntı, əsəbilik və sair hallar fonunda özünü öldürmə həddinə çatdırılaraq həyatda yaşamağa davam etmək istəməmiş, bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Ardınca Zərərçəkmiş şəxs hərbi hissənin avtomobil parkında yerləşməklə 4-cü post adlanan müşahidə məntəqəsində saatdar qismində xidmətdə olarkən, saat 14:20 radələrində daxili rabitə vasitəsilə rabitə növbətçisi olan həmyerlisi X31 ilə əlaqə saxlayıb, «əlvida» dedikdən bir neçə dəqiqə sonra özünü öldürmək niyyətilə xidməti istifadəsi üçün ona verilmiş “AKMS 74” markalı “AP 1787” №-li avtomat silahı döyüşə hazır vəziyyətə gətirib silahın lüləsini çənəaltı nahiyəsinə d irəyərək avtomatik rejimdə tətiyi çəkməklə aşağıdan-yuxarıya, öndən-arxaya, bir qədər sağdan-sola doğru üç atəş açmış, silahdan atılan güllələrin onun çənə nahiyəsini deşərək başın təpə nahiyəsindən çıxması nəticəsində həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid olan «dabanaltı nahiyədən 153 sm yuxarı məsafədə - çənəaltı nahiyədə 8x6 sm ölçüdə kənarları nahamar, sıyrıqlı, qaralmış, alt çənə sümüyünün və alt dodağın hissəvi defekti ilə müşayiət olunan qeyri-müəyyən formalı yara, yaranın mənfəzində alt çənə sümüyünün çoxsaylı fraqmentlərinin yerini dəyişmiş sınıqları, alın nahiyəsinin tüksüz hissəsində, ortada, ayaqaltından 174 sm yuxarı məsafədə 4,5x2,5 sm ölçüdə, kənarları nahamar, sıyrıqlı, alın sümüyünün defekti ilə müşayiət olunan boylama istiqamətli yara, təpə nahiyəsin də ortada 10x8 sm ölçüdə kənarları nahamar, didilmiş, xaricə qabarmış, kənarlarında təpə sümüklərinin yumşaq toxumalara bitişmiş qəlpələnmiş sınıqları qeyd olunan yara, yara mənfəzindən xaricə doğru qabarmış, əzilib-dağılmış, baş-beyin toxumasının qalıqları» xəsarətlərini alaraq hadisə yerində ölmüş, beləliklə, Məhkum rəis kimi müntəzəm olaraq digər şəxsi marağa görə hakimiyyət həddini aşması və hakimiyyətdən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi Q6 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndə-vəkili Nümayəndə tərəfindən birgə verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və F.K.Soltanovdan ibarət tərkibdə) 10 aprel 2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndə-vəkili tərəfindən birgə verilmiş apellyasiya şikayətini isə qismən təmin edərək, hökmü dəyişdirmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təyin olunmuş aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası-aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası həddinədək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası- 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək v ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası- 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək artırmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təyin olunmuş 9 (doqquz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış, ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hökmü qalan hissələrdə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi ko llegiyasının 10 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz, əsassız və ədalətsiz olduğunu, verilmiş ittihamın əsasını təşkil edən şahidlərin, zərərçəkmiş şəxslərin, qarovul heyətinin ifadələrinin yalan məlumatlara əsaslanaraq ziddiyyətli və qeyri-mötəbər olmasını, məhkumun qarovul rəisi kimi silaha komandası verməsinin Nizamnamə ilə qarovul rəisinə qadağan edilməməsini, iş üzrə Zərərçəkmiş şəxs intihar etməsi ilə Məhkum hərəkətləri arasında heç bir səbəbli əlaqənin olmamasını qeyd edərək, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilər ək ona bəraət verilməsini, bu mümkün olmadıqda isə Məhkum əməllərinin Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə tövsif edilməsini, məsuliyyəti yüngülləşdirən çoxsaylı halların məcmusunu nəzərə alaraq ona təqsirli bilindiyi maddələrdə nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini və həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin ounmuş cəzanın şərti tətbiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X17 məhkəmə kollegiyasına etiraz göndərərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, məhkum barəsində şikayətçi olduğunu, övlad itkisini nəzərə alaraq ona ən layiqli və sərt cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillə rini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxslər, zərər çəkmiş şəxsin hüquqi varisi K6 və nümayəndəsi Nümayəndə isə məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmada n baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları mü əyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Hazırkı kassasiya şikayətində Məhkum müdafiəçisi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini müabhisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə ona bəraət verilməsini, bu mümkün olmadıqda isə əməlin CM-in 331.2 və 331.3-cü maddələri ilə tövsif olunmasını və təyin olunmuş cəzanın həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). H əm birinci instansiya, həm də apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun həm özünün verdiyi qismən etirafedici ifadələri, həm də zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4, zərərçəkmiş şəxslər X26, X24, X25, X33, X15, X16, X32, X38, X39, X30, X53, X34, X46, X30, X22 və X8, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18, X13, X35, X36, X40 və X19 verdikləri ifadələr, zərərçəkmiş şəxs X41 ibtidai istintaqa verdiyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş ifadələri, məhkəmə ekspertizalarının rəyləri, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqi ndən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən ona bəraət verilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Məh kəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum barəsində onun müdafiəçisinin qeyd etdiyi hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Hazırkı kassasiya şikayətinin müvafiq dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq təhlil edən apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayət əməli törədilərk ən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, onun real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları Məhkum təqsirli bilindiyi maddələrə CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfind ən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müd dəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən əsaslara görə, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini n tətbiq edilərək ona şərti məhkum etmənin tətbiqini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyil və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar