Məhkəmə qərarları › İş №1-1(102)-74/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2021

30.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 dekabr 2019-cu il ta rixli qərarından məhkumlar X9, Məhkum2 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Əli Süleymanov, hakimlər Fəxrəddin Ağamirzəyev və Əmrah Nəcəfovdan ibarət tərkibdə) 1(097)-09/2019 nömrəli 15 may 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1990-cı il tarixdə Beyləqan rayonunun Baharabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat müşahidə bölüyünün taktiki müşahidə tağımının 4-cü qrupunun operatoru, gizir, Beyləqan rayonunun Baharabad qəsəbəsində qeydiyyatda olan Məhkum2 Аzərbаycаn Respub likası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 126.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 126.3-cü maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti cəza olaraq 09 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin başlanğıcı 09 avqust 2018-ci il tarixdən hesablanmışdır. 01 iyul 1994-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, A zərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyatçı snayperi, gizir, Beyləqan rayonunun Qarallar kəndində qeydiyyatda olan Məhkum1 оğlu Аzərbаycаn Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.2.3, 133.2.4, 133.2.6, 126.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 126.3-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti cəza olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin əvvəli 09 аvqust 2018-ci il tаrixdən hesаblаnmışdır. Hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1 və X6 vəzifəli şəxs kimi müntəzəm olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxsi marağa görə öz qulluq mövqeyindən sui-istifadə etməsi və qulluq səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında işgəncə verməklə köməksiz vəziyyətdə olan şəxsə qarşı mütəmadi o laraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab verərək əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı kəşfiyyat bölüyünün xüsusi təyinatlı kəşfiyyat qrupunun kəşfiyyatçısı vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 05 may 2017-ci il tarixdə başqa şəxsin əmri ilə N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə gəlmiş və orada başqa şəxslərin iştirakı və rəhbərliyi ilə N və N nömrəli hərbi hissələrin istintaqla şəxsiyyəti müəyyən edilməmiş digər bir neçə hərbi qulluqçusu ilə birlikdə vəzifəli şəxs kimi qulluq səlahiyyətlərini aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək, qanunsuz olaraq həmin gün saat 13:00 radələrində N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 1-ci manqasının sabiq baş atıcısı əsgər X3, saat 16:00 radələrində isə N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü tağımının komandiri, leytenant X4 əllərini və gözlərini bağlayaraq həmin hərbi şəhərciyə gətirib oradakı yanacaq doldurma məntəqəsi kimi istifadə olunmuş köhnə tikilidə, qərargah binasının zirzəmisində yerləşən şübhəli şəxsləri sorğulamaq üçün hazırlanmış xüsusi otaqda və binanın digər otaqlarında saxlamış, o cümlədən ərazinin və orada sax lanılan həmin şəxslərin mühafizəsini həyata keçirmiş, habelə Cavidan Dadaşov və Yusif Məmmədovdan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onların özlərinin hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb etməklə onların sorğulanma prosesini həyata keçirmişdir. Yusif Məmmədov düşmənlə əməkdaşlıq etmədiyini, təqsirsiz olduğunu bildirdikdə, Məhkum2 başqa şəxsin göstərişi ilə ondan etirafedici məlumat almaq, qorxutmaq, törədilməsi ehtimal olunan, şübhəli bilindiyi əmələ görə “cəzalandırmaq”, iradəsi əleyhinə hər hansı əməli törətdiyini etiraf etməyə məcbur etmək məqsədi ilə N və N nömrəli hə rbi hissələrin istintaqla şəxsiyyəti müəyyən edilməmiş bir neçə hərbi qulluqçusu ilə birlikdə əlləri və gözləri bağlı vəziyyətdə olan Yusif Məmmədova fiziki və psixi iztirablar verməklə, yəni bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və elektrik naqili ilə çox sayda zərbələr vuraraq, siqaretlə sol baldırının aşağı 3/1-də dərisini yandıraraq, ona sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən “sol baldırın aşağı 3/1-nin yan səthinin piqmentasiyaları və sol pəncə üstü nahiyənin çapıq toxuması” xəsarətlərini yetirmişdir. Yusif Məmmədov işgəncələrə dözməyərək məcbur olub 06 may 2017-ci il tarixdə saat 16:00 radələrində yalandan, guya sabiq bölük komandiri, həmin vaxt N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün komandiri vəzifəsində xidmət edən leytenant X5 düşmənl ə əməkdaşlıq etdiyini bildirmiş və yuxarı komandanlığın əmri ilə A.T.Sabirli həmin gün saat 18:00 radələrində N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə gətirilmişdir. Eyni zamanda başqa şəxsin əmri ilə N nömrəli hərbi hissənin Beyləqan şəhərindəki snayper bölüyü və həmlə taborunun yerləşdiyi hərbi şəhərciyə getmiş N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperi, gizir Məhkum1, N nömrəli hərbi hissənin snayper bölüyünün 3-cü tağım komandirinin müavini, gizir X6 və digər şəxs də bu proseslərə cəlb edilmiş və həmin gün saat 19 radələrindən başlayaraq Məhkum2, Məhkum1, Anar Mustafayev və digər şəxslər vəzifəli şəxs kimi qulluq səlahiyyətlərini aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək, qanunsuz olaraq qəra rgah binasının zirzəmisində yerləşən şübhəli şəxsləri sorğulamaq üçün hazırlanmış xüsusi otaqda Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməkdə şübhəli bildikləri Adil Sabirlinin düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb etməklə onun sorğulanma prosesini həyata keçirmişlər. Adil Sabirli düşmənlə əməkdaşlıq barədə “ittihamları” qəbul etmədiyi üçün başqa şəxslər və Məhkum2, Məhkum1 və X14 Sabirlini etirafa gətirmək, habelə törətdiyi əməlləri güman edərək ondan qisas almaq məqsədilə, fizik i və psixi iztirablar verməklə, yəni Adil Sabirlinin əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını plastmas sıxacla və iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağlayaraq onu faktiki olaraq azadlıqdan məhrum etməklə, bədəninin müxtəlif nahiyələrinə çox sayda təpik, yumruq, hərbi şalvarın bel kəməri, metal məhəccər və üzəri izolyasiya olunmuş elektrik naqilləri ilə zərbələr vuraraq, siqaretlə bədəninin yuxarı ətraflarını yandıraraq, habelə xüsusi qurğu vasitəsi ilə bədəninə bir neçə dəfə elektrik cərəyanı verərək ona sağlamlığa yüngül zərərvurmaya aid «başın alın və hər iki gicgah nahiyələrinin yumşaq toxumalarında qansızmalar, alın, sifət nahiyəsində qançır və sıyrıqlar, boyun, döş və qarının yumşaq toxumalarında qansızmalar, qançır, sıyrıq və yaraları, hemoperitoneum (2000-2500ml) daxili üzvlərin venoz azqanlılığı, hər iki yuxarı və aşağı ətrafların bilək və topuq nahiyələrini sirkulyar əhatə edən şırımları», eləcə də, sağlamlığa ağır zərər vurmaya aid «döş və qarın nahiyələrinin bütün səthlərinin, hər iki yuxarı və aşağı ətraflarının bütün səthlərinin geniş həcmli dərin və səthi hematomaları, dalağın cırılması» xəsarətlərini yetirərək, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. X12 «dalağın cırılmasından baş vermiş kəskin qanitirmə» səbəbindən, 07 may 2017-ci il tarixdə gecə saat 03 radələrində işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı N nömrəli hərbi hissənin snayper bölüyü və həmlə taborunun qərargah binasının zirzəmisində ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) 11(106)-28/19 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 1(097)-09/2019 saylı hökmü məhkumlar T.A.Ənvəliyə və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Teyran İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum1 verdiyi kassasiya şikayətində xahiş edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 341-ci maddəsi ümumi ittihamdan xaric edilsin, ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cə zası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilsin və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzası şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Həmçinin Məhkum1 verdiyi kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi vəkil Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı Məhkum2 aid olan hissədə ləğv edilsin və barəsində olan iş yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya şikay ətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, ədalətsiz və əsassızdır. Həmçinin qərar kobud prosessual normaların pozuntuları nəticəsində qəbul edilmişdir. Kassator şikayətində təqsirinin təsdiq olunmamasını bildirir. O, cinayəti törətmədiyi halda ona cinayət törətməyi etiraf etdirmişlər. Bundan başqa kassator şikayətində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə hökm çıxdıqdan sonra Cinayət Məcəlləsinə edilmiş 01.05.2020-ci il tarixli dəyişikliklər apellyasiya instansiyası məhkəmə tərəfindən nəzərə alınmadığını bildirmişdir. O, həmin əməlin cinayət məcəlləsinə edilmiş son dəyişikliyin nəzərə alınaraq artıq cinayət sayılmadığını bildirmişdir. Həmçinin kassator kassa siya şikayətində təyin olunmuş cəzanın yüngülləşdirilməsini və ona azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsi və CM-in 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində şahidlər, zərərçəkmişlər və təqsirləndirilən şəxslərin heç biri Məhkum2 X7 heç bir zərbə vurmadığını, ona işgəncə vermədiyini, ibtidai istintaq zamanı verdikləri ifadələri təzyiq və aldatma əsasında verdiklərini bildirmişdilər. Təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxs Yusif Məmmədova telefonun adapter şnuru ilə bir-iki zərbə vurduğunu bildirmişdir. X7 işgəncə verilən vaxt və onun ölümü vaxtı o həmin yerdə olmamış, yatmış olmuşdur. Hazırki cinayət işi üzrə toplanmış sübutlar Məhkum2 qarışı irəli sürülmüş ittihamın sübut edilməsinə kifayət etmədiyi halda, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq, etmədiyi cinayət əməlinə görə ona qarşı ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin başlıca dəlili onun əməlində Azərbaycan Respublikası CM-in 341.2.1 və 341.2.3-cü maddələrinin əlamətlərinin mövcud olmaması, təqsirli bilindiyi digər maddələr üzrə ona ədalətsiz ağır cəza təyin edilməsidir. Məhkum2 müdafiəçisi Müdafiəçi isə kassasiya şikayətinin başlıca dəlili məhkuma qarşı irəli sürülmüş ittihamın sübut edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum2 barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, N №-li hərbi hissənin gizirləri Məhkum2, Məhkum1 və X6 istintaqla müəyyən edilməyən digər hərbi qulluqçularla birlikdə komandanlığın göstərişinə əsasən düşmənlə əməkdaşlıq etmədə şübhələnən hərbi qulluqçuların sorqulaması zamanı 702 və 706 №-li hərbi qulluqçuları düşmənlə əməkdaşlıq etmədə etirafedici ifadə v erməyə məcbur etmək üçün vəzifəli şəxslər kimi öz xidməti səlahiyyətləri aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək həmin hərbi qulluqçuların əlləri və gözləri bağlayıb onlara zor tətbiq etmiş, əzab və işgəncə vermişlər. Həmin cinayət hərəkətlərinin nəticəsində N №li hərbi hissənin zabitləri leytenant Yusif Məmmədov və leytenant Adil Sabirli bədən xəsarətləri almış, leytenant Adil Sabirli alınmış bədən xəsarətlərində ölmüşdür. Göründüyü kimi məhkumlar Məhkum2 və Məhkum1 xidməti səlahiyyətləri aşmaları və qulluq mövqeyindən sui-istifadə etmələri, habelə əzab vermələri qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxs barəsində işgəncə verməklə törədilmiş, onların əməlləri nəticəsində zərərçəkmiş şəxsin ölümü, yəni ağır nəticə baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr düzgün olaraq Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 126.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, Məhkum1 isə əməllərini Azərbaycan Respublikası CM-in 133.2.3, 133.2.4, 133.2.6, 126.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə tövsif etmişlər. Məhkum1 onun əməlində Azərbaycan Respublikası CM-in 341.2.1 və 341.2.3-cü maddələrinin əlamətlərinin olmamasını 01 may 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə, yəni Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsinin mətninin yeni redaksiyada verilməsi ilə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkəmə iclasında tədqiqi edilmiş sübutlar əsasında Məhkum1 tərəfindən hökmün və qərarın təsviri hissəsində göstərilən əməllərin törədilməsi müəyyən edərək, onun bu əməlləri cinayət qanununun digər maddələrlə yanaşı cinayət törədildiyi, habelə hökm və qərar çıxarıldığı vaxt qüvvədə olan CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə tövsif etmiş və həmin maddələr üzrə onu təqsirli bilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkum1 barəsində olan hökm 18 dekabr 2019-cü il tarixdə qüvvəyə minmiş və icra olunur. Ona görə də məhkəmə kollegiyası Məhkum1 01 may 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə istinadən onun barəsində çıxarılmış hökm və qərarın qanunsuz olması barədə dəlilini əsaslı hesab etmir. Bundan başqa qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi aşağıda göstərilən redaksiyada verilmişdir. “Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda.” Göründüyü kimi hazırda qüvvədə olan cinayət qanunu (yuxarıda qeyd edilən 341.1-ci maddəsinin redaksiyası) Məhkum1 əməllərində həmin cinayətin tərkibini istisna etmir. Məhkum1 əməli CM-in 341.1-ci maddəsinin yeni redaksiyası ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkum1 kassasiya şikayətinin digər dəlili məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ağır olması və ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün qanunla müəyyən edilmiş əsasların olduğu halda məhkəmələr tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməməsi ilə əlaqədar olmuşdur. Məhkum1 təyin edilmiş cəzanı və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, habelə onun himayəsində azyaşlı uşağının olmasını, cinayətin açılmasına fəal kömək etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar qismində düzgün nəzərə almış, yüngülləşdirən halların mövcud olması ilə əlaqədar məhkuma CM-in 126.3-cü maddəsi ilə CM-in 62-ci maddəsinə əsasən, digər maddələrlə həmin maddələrin sanksiya hədlərində ədalətli cəza təyin etmişdir. Bununla yanaşı məhkəmə Tural Ənvərlinin təyin edilmiş cəzanı çəkməd ən islah olunmasını mümkün hesab etməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmışdır. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Belə ki, məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması araşdırılmalıdır: məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum1 cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normal arına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onu n həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum1 cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyası Müdafiəçi kassasiya şikayətinin Məhkum2 ona elan edilmiş ittihamda təqsirinin məhkəmə iclasında tədqiqi edilmiş sübutlarla təsdiq edilməməsinə dair dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallardan görünür ki, məhkəmələr Məhkum2 elan edilmiş ittihamda təqsirli olması barədə nəticəyə məhkəmə iclasında tədqiqi edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələrə, habelə məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara əsasən gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum2 və Məhkum1 barəsində sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozun tusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə t am uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 hökmün təsviri hissəsində göstərilən əməlləri törətməsini və onun bu əməllərinin Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 126.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı üçün onları yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində sadalanan əsasları müəyyən edərkən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyi şdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum2 aid hissədə ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması üçün gətirdiyi dəlilləri əsassız olduğundan qəbul etmir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməs i üçün heç bir əsas yoxdur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 dekabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar