Məhkəmə qərarları › İş №1-1(102)-74/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2022

06.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Məhkum3 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə C M-nin) 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2021-ci il tarixli hökmündən Məhkum3 müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə və sonuncunun kassasiya şikayətinə əlavəsinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev İlqar Məsail oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Əhməd Mədət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) Məhkum3, xx xxxx 1980-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaları olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmi ş, Yevlax rayonunun Aran qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamışan, və Məhkum1, xx xxxxxxx 1998-ci il tarixdə Masallı rayonunun Yelağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər, doğulmuş, Masallı rayonunun Yelağac kəndində daimi qeydiyyatda olan, hər birisi CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə Məhkum3 03 (üç) il müddətə, Məhkum1 isə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarıına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Məhkum2 da CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərə k 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Məhkum2 vasitəsi ilə Məhkum3 qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamış, daşımış və əldə etdiyi həmin narkotik vasitələrinin bir hissəsini Şahid satmışdır. Məhkum2 Məhkum1 Məhkum3 qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlanılmasına, daşımasına və əldə edərək həmin narkotik vasitələrinin bir hissəsini Şahid satmasında vasitəcilik etmişdir. Məhkum3 qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamış, daşımış və əldə etdiyi həmin narkotik vasitələrini Məhkum2 vasitəsi ilə Məhkum1 satmışdır. Belə ki, Məhkum1 Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, həmin taborun rabitə tağımının radio manqasının baş radiotelefonçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şahid əvvəl Məhkum1 dişinin ağrısının kəsilməsi üçün dərman preparatı almasını xahiş etdiyindən, Məhkum1 07 mart 2020-ci il tarixdə saat 21 radələrində həmin bölüyün əsgər yataqxanasında Şahid ağrıkəsici dərmanının əvəzinə 120 (yüz iyirmi) manat müqabilində pula narkotik vasitə almağı təklif etmiş və sonuncu bu təkliflə razılaşmışdır. Bundan sonra 08 mart 2020-ci il tarixdə saat 10.00 radələrində Məhkum1 hərbi hissənin ərazisində kiçik çavuş Məhkum2 əsgər Şahid narkotik vasitə satmağa razılaşdığını bildirmiş və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmiş, bu köməyin müqabilində ə ldə etdiyi qazancla bölüşəcəyi vəd etmiş və Məhkum2 onun bu təklifilə razılaşmışdır. Bu məqsədlə, 08 mart 2020-ci il tarixdə saat 12.30 radələrində Məhkum1 hərbi hissənin 3-cü taborunun əsgər yataqxanasının yanında Şahid əvvəlldən razılaşdığları kimi narkotik maddə əldə etməsi üçün 120 (yüz iyirmi) manat pul almışdır. Həmin gün Məhkum1 saat 14 radələrində Məhkum2la görüşüb, hərbi hissənin komendant postundan çölə cıxaraq, birlikdə Məhkum2 tanışı, taksi fəaliyyəti ilə məşğul olan Məhkum3 məxsus avtomobilə əyləşmişlər, sonuncu avtomobildə sürücü oturacağında, Məhkum2 ön sərnişin oturacağında, Məhkum1 isə arxa sərnişin oturacağında əyləşmişlər. Avtomobildə Məhkum2 Məhkum3 Məhkum1 20-30 manat dəyərində narkotik vasitə taparaq onlara satmasını xahiş etmiş və əlavə olaraq özünə də qazanc götürə biləcəyini deyərək, bu zaman Məhkum1 ona verdiyi 100 (yüz) manatlıq əskinazı Məhkum3 verərək və sonuncunun mobil telefon nömrəsini Məhkum1 deyərək, hər ikisi maşından düşüb, xidmət yerlərinə qayıtmışlar. 08 mart 2020-ci il tarixdə Məhkum1 Məhkum3la zəngləşərək, həmin gün saat 19.00 radələrində Məhkum1 hərbi hissənin komendant postunun yaxınlığında Məhkum3la görüşmüş, sonuncu 50 (əlli) manat pul müqabilində Məhkum1 2 ədəd kağız bükümdə olmaqla bir ədədində təmiz çəkisi 0,327 qram, digərində isə təmiz çəkisi 0,311 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəni, yəni qurudulmuş marixuananı satmış və Məhkum2 vasitəsi ilə almış olduğu 100 (yüz) manat puldan 50 (əlli) manat pulu Məhkum1 qaytarmışdır. Həmin gün Məh kum1 saat 19:30 radələrində hərbi hissənin idman şəhərciyində Şahid ondan aldığı 120 (yüz yirmi) manat pul əvəzinə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı, daşıdığı həmin narkotik vasitələrin bir hissəsini, yəni təmiz çəkisi 0,327 qram, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq Şahid satmışdır. Hökmdən dövlət ittihamçısı Xankişiyev Emil Əlimösüm oğlu tərəfindən verilmiş apellyasiya protestinə, məhkum olunmuş şəxs Məhkum3 və Məhkum2 müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu tərəfindən isə verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 05 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, iş üzrə Tərtər Hərbi Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum1 CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il 06 (altı) ay müddətə, Məhkum3 isə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmaqla, ərazi narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 05 noyabr 2021-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi R.A.Məhərrəmli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə) 09 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, hökm isə Məhkum2 aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya instansiyası məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmündən: - Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayəti verərək həmin hökmün ləğv edilərək Məhkum3 barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini; - Məhkum1 isə kassasiya şika yəti və kassasiya şikayətinə əlavə verərək əməlində ona istinad edilən ittiham üzrə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işi üzrı icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkum olunmuş Məhkum2 və Məhkum1 ifadələrinə əsasən, Məhkum3 yalnız Məhkum1 üçün narkotik vasitə alınması barədə söz deyilmiş, onun Şahid narkotik vasitənin satılmasında digər şəxslərlə birlikdə iştirak etməsi sübuta yetirilməmiş və bu əmələ görə ona qarşı ittihamın sürülməsi üçün əsaslar olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin əməlini CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmiş, lakin işə baxan apellyasiya inst ansiyası məhkəməsi qanunsuz və əsassız olaraq həmin hökmü Məhkum3 da aid hissədə ləğv etmişdir. Həmçinin şikayət müəllifi qeyd etmişdir ki, Şahid narkotik vasitənin gətirilməsi üçün pulun hərbi hissənin zabiti X19 tərəfindən verilməsi və eyni zamanda Şahid telefonla təhciz edilməsi onu deməyə əsas verir ki, həmin tədbir əvvəlcədən hazırlanmış tədbir olmuşdur, halbuki hərbi hissənin hərbi qulluqçularının əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək kimi səlahiyyətləri olmamış və onlar qanunsuz olaraq hüquqlarını müdafiə etdiyi şəxsi narkotik vasitə almağa təhrik etmişlər. Bundan başqa müdafiəçi bildirir ki, Şahid iki gün diş ağrısına dözməyi də onun hansı niyyətdə olmasını aydın sürətdə göstərir. Belə ki, iş materiallarından görünür ki, Şahid guya dişi 05 mart 2020-ci il tarixdə ağrımağ a başlamış, 07 martda isə yenidən dişinin guya ağrısı başlamışdır. Məhkum1 ilkin ifadəsində “tramadol“ dərman peraparatının gətirilməsini Şahid ona təklif etmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxs baş vermiş təhrikin qurbanı olmuş və bu səbəbdən onun təhrik edilməsi nəticəsində narkotik vasitənin gətirilməsinə dair sübut qanunsuz yolla əldə edilməsinə dalalət etdiyindən Məhkum 3un əməlində cinayət tərkibi yoxdur. Məhkum3 narkotik vasitəni satmağa təhrik edilməsi ilə bağlı hərəkətlər əslində qanunu pozuntusu ilə müşaiyət olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, əgər sübut müstəsna olaraq polis provokasiyasının nəticəsində əldə oluneursa və şəxsin yalnız belə provokasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi qiym ətləndirilən) ifşa edirsə, bu kimi sübutlar şəxsin cinayətdə təqsirli olmasını göstərən əsaslar kimi qəbul edilə bilməz. Əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provokasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqi qaydalarına, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində qeyd olunanlarla bağlı müdafiə tərəfi olaraq qaldırdıqları məsələlər məhkəmələr tərəfindən nəzərə alınmamış və bu məsələlərə dair heç bir əsaslı yanaşma hö kmdə öz əksini tapmamışdır. Bu hallara əsaslanan müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum1 özü tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası onun barəsində yeni hökm çıxararkən CPM-nin 144-145-ci maddələrinin tələblərini pozaraq işin mahiyyətini araşdırmadan, işin hallarına hüquqi qiymət vermədən tam əsassız və qərəzli nəticəyə gəlmişdir. Məhkum1 öz kassasiya müraciətlərində qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi onu CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərkən, həm də apellyasiya instansiya məhkəməsi onun əməlini CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Halbuki, məhkəmə istintaqı zamanı onun təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilmiş və onun təqsirsiz olmasına dair hallar həmin sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona edilmiş əlavənin müəllifinin qənaətinə görə, birinci instansiya məhəməsində cinayət işi üzrə araşdırma tam və ətraflı aaparılmamış, onun əməlində istər CM-nin 234.2, istərsə də CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin bütün əlamətlərinin olması müəyyən edilməmiş, həm o, həm də iş üzrə məhkum olunmuş Məhkum3 və Məhkum2 müxtəlif vaxtlarda birlikdə narkotik vasitələr qəbul etdiklərini etiraf etsələr də, onlar heç vaxt belə vasitələrin satışı ilə məşğul olmamışlar. Göstərilənləri nəzərə alaraq Məhkum1 onun əməlində cinayət tərkibi olmadığı üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə və Məhkum1 kassasya şikayətinə əlavəsinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum3 məhkəmə iclasında iştirak etmək istəmələrini bildirməmiş və bu barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanov isə naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkumlar Məhkum3 və Mə hkum1 və Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin və ona edilmiş əlavənin, habelə Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətlərin əsas dəlil ləri ondan ibarətdir ki, adları çəkilən məhkumların onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələri sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və onlar təqsirlilikləri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişlər. Bununla da, kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması və Məhkum1 və Məhkum 3un barələrindəki cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi haqda tələblərini CPM-nin 416.1.2, 416.1.6 və v 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanovun və Məhkum1 şikayətlərini, habelə sonuncunun öz şikayətinə etdiyi əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 05 noyabr 2011-ci il tarixli hökmünü yoxlayıb aşağıdakı ları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habel ə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticə si olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquq i qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat ve rən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət pro sesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdi rən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittiha mın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsi n təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələb lərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum3 və Məhkum1 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, Tərtər Hərbi Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə qismən məhkəmə istintaqı aparmaqla baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə çıxardığı hökmdə ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm özü tərəfindən, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədən fər qli olaraq 05 noyabr 2021-ci il tarixli hökmdə Məhkum3 və Məhkum1 onlara elan olunmuş ittiham üzrə cinayətin bütün cəhətlərinə aid olan hərəkətləri etmələri barədə qənaətə gəlmiş və eyni zamanda araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduqları əməlin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini müəyyən edərək onların həmin əməllərini CM-nin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum3 və Məhkum1 həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxım dan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətlərində və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum3 və Məhkum1 təqsirliliklərinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında həm məhkum olunmuş şəxslərin, əsasən də Məhkum1 və Məhkum2 ibtidai araşdırma mərhələsində müdafiəçilərinin iştirakları ilə və heç bir təsir və ya təzyiq göstərilmədən dəfələrlə verdikləri etirafedici ifadələri ilə yanaşı şahidlər Şahidnin, X9in, S.İ.Mehdiy evin ifadələri, şəxsi axtarış və götürmə, ifadələrin yerində yoxlanılması və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış başqa təkzibolunmaz sübutlar dayanır. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək hər hansı şəxslə qabaqcadan əlbir olaraq Şahid narkotik vasitə satmadığını bildirsə də, ibtidi araşdırma zamanı 02, 10 və 13 iyun 2020-ci il tarixlərdə müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin ittiham üzrə təqsirli bilərək bu ittiham üzrə etirafedici ifadələr vermiş və həmin ifadələrini həm digər məhkum olunmuş şəxslərlə üzləşdirmə zamanı və yerində yoxlanılarkən bir daha təsdiq etmişdir. Belə ki, ifadənin yerində yoxlanılması haqqında tərtib olunmuş 02 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum1 şübhəli şəxs qismində verdiyi 02 iyun 2020-ci il tarixli ifadələri yerində yoxlanılarkən o, ifadələrini təsdiq edib hadisələrin baş vermə şəraitini və mexanizmini əyani olaraq göstərməklə bildirmişdir ki, əsgər Şahidyə narkotik vasitəni satmasına sonuncu ilə razılaşdıqdan sonra Məhkum2lə bu hərəkətin edilməsi nəticəsində pul qazanaraq həmin puluu yarı bölü b gəlir əldə etməyi qərarına gəlmişlər, bu məqsədlə Məhkum2 əvvəlcə taksi sürücüsü Məhkum3 əsgər üçün narkotik vasitə gətirməyi, sonuncu isə narkotik vasitənin əldə edilməsi üçün nağd pul lazım olduğunu bildirdiyini ona dediyindən həmin gün Şahid 120 manat pulu götürüb Məhkum2la birlikdə Məhkum3la sonuncunun avtomobilində görüşmüş, Məhkum2 Məhkum3 bir daha 30-40 manatlıq narkotik vasitəni əsgər üçün gətirməyi təklif ona Şahid aldıqları 100 manat məbləğində pul vermiş, Məhkum3 da həmin puldan 10 manatını özünə götürməklə narkotik vasitə gətirəcəyinə söz verib bundan sonra narkotik vasitəni əldə edib vədini yerinə yetirərək həmin gün 2 büküm narkotik vasitəni və qalan 70 manat pulu Məhkum1 vermiş, sonuncu isə həmin narkotik vasitəni Şahid verərkən tutulmuşdur. Eyni ilə Məhkum2 da 30 iyun 2 020-ci il tarixdə şübhəli şəxs qismində, 01 iyul 2020ci il tarixdə isə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə və heç bir təzyiq və təsir göstərilmədən dindirilərkən Məhkum1in verdiyi ifadələrə uyğun ifadələr vermişdir. Həmçinin Məhkum1lə Məhkum2 arasında 10 iyun 2020-ci il tarixdə, habelə Məhkum1lə Məhkum3 arasında isə 11 iyun 2020-ci il tarixdə keçirilmiş üzləşdirmə zamanı Məhkum1 02 iyun 2020-ci il və 10 iyun 2020-ci il tarixdə sərbəst şəkildə verdiyi ifadələrini təsdiq etmişdir. Birinci instaniya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtida araşdırma zamanı verdiyi ifadələrini təsdiq edərək bir daha göstərmişdir ki, 05 mаrt 2020-ci il tаrixdə onun dişi ağrıdığından аğrıkəsici dərmаn аxtаrmış və bununla bağlı Məhkum1 müraciət edərək ondan bel ə dərman gətirə bilib-bilməyəcəyini sоruşduqda, sonuncu ona ağrı kəsici dərmanların reseptsiz satılmadığını, lakin 40 (qırx) manat pul müqablində ağrıkəsici dərman gətirə biləcəyini demiş, o, isə Məhkum1in təklifi ilə razılaşmışdır. Bundan sonra o, dişinin ağrısı nisbətən azaldığına görə tibb məntəqəsinə getməmiş və eyni zamanda dərman axtarmağı dayandırmışdır. 07 mart 2020-ci il tarixdə isə onun dişi yenidən аğrımаğа başladığına görə saat 21 radələrində 3-cü taborun 7-ci bölüyünün əsgər yataqxanasında təkrаrən Məhkum1 yaxınlaşaraq ondan dərman tapıbtapmamasını soruşmuşyаxınlаşmış, sоnuncu isə bu dərmanın əvəzinə 120 manat məbləğində pulun müqabilində ona narkotik vasitə gətirə biləcəyini, həmin vasitədən istifadə edərsə 3 gün hallı gəzəcəyini və dişinin ağrımayacağını söyləmiş, narkotik v asitəni isə Məhkum2 təşkil edərək gətirəcəyini bildirmişdir. O, yəni Şahid Məhkum1in dediyi məbləğdə pulu olmadığına görə əvvəl Məhkum1un təklifi ilə rаzılаşmаmış, sоnrаdаn əvvəllər də tabor komandiri X9dən bоrc pul alıb sonradan qаytаrdığındаn sоnuncudаn 08 mаrt 2020-ci il tаrixdə təxminən səhər sааtlаrındа 1 ədəd 100 (yüz) manat, 1 ədəd isə 20 (iyirmi) manatlıq əskinaslar оlmаqlа cəmi 120 manat bоrc pul аlaraq Məhkum1 vermiş və bundan sonra onun narkotik vasitə alıb gətirəcəyi barədə X9ə məruzə etmişdir. 08 mart 2020-ci il tarixdə saat N radələrində o, hərbi hissənin 3-cü taborunun sağ yan hissəsində Məhkum1 ilə qarşılaşdığı zaman maraq üçün sonuncudan “nəşə”ni gətirib-gətirməyəcəyini soruşmuş, Məhkum1 isə 120 (yüz iyirmi) manat pul verəcəyi halda bunu həmin gün həll edəcəyini, Məhkum2 v ə taksi sürücüsü X adlı şəxslə ilə birlikdə narkotik vasitə alıb gətircəyini vəd etmişdir. Həmin gün o, X9dən aldığı 120 manat məbləğində pulu Məhkum1ə vermiş və sonuncu da narkotik vasitəni axşam gətircəyini bildirərək onun yanında Məhkum2 mobil telefonuna zəng edib pulun onda olmasını və “həmin şeyi” gətirmək lazım olduğunu demiş, Məhkum2 da məsələni həll edəcəyini vəd etmişdir. Həmin gün saat 16 radələrində o, Məhkum1 ilə qarşılaşdığı zaman sonuncudan “nəşə”ni həmin gün gətirib-gətirməyəcəyini soruşmuş və narkotik vasitəni gətirəcək həmin adama zəng vurmasını xahiş etdikdə Məhkum1 telefonu mikrofona qoyub X adlı şəxsə zəng edərək «əmanət üstündədirmi?» sualını vermiş, X adlı şəxs də Mingəçevir şəhərində olduğunu, əmanətin üzərində olmasını və gətirəcəyini bildirmişdir. Eyni tarixdə saat 19:19-da Məhkum1 onun üzərində olan baş leytenant X5yə məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edərək, nаrkоtik vаsitənin onda оlduğunu bildirib həmin vasitəni idman şəhərciyinə gəlib götürə bilməsi barədə məlumat verdikdə o, öz növbəsində bu haqda X9ə məruzə etmiş və çonuncu əvvəl оnа «Məhkum1 narkotik gətirəndə mənə deyərsən», sоnrа isə «sən get idman şəhərciyinə, Məhkum1un yаnınа, mən də gəlirəm» demişdir. Bundan sonra, o, hərbi hissənin idman şəhərciyinə gedərək orada Məhkum1lə, sonuncu kitelinin sağ yan cibindən kağız parçasının içərisində olan bir büküm narkotik vasitəni çıxarıb ona vermiş, o isə həmin bükümü kitelinin sağ yuxarı cibinə qoymuş, həmin vaxt X9, ardınca isə gizir X16 onların yanına gəlmişlər. X9 Məhkum1in ona nəsə verdiyini görüb Məhkum1ın üzərinə baxdıqda kit elinin sağ yan cibindən bir ədəd kağız parçasına bükülmüş narkotik vasitə, sol cibindən isə 70 manat pul (1 ədəd iyirmi, 1 ədəd əlli manatlıq əskinazlar) aşkar etmişdir. Bu zaman o, Məhkum1in ona verdiyi bükümü, yəni narkotik vasitəni könüllü olaraq kitelinin yuxarı sağ cibindən çıxarıb X9ə təhvil vermişdir. Bundan sonra X9 bu barədə yuxarı komandanlığa məruzə etmiş və Məhkum1in üzərindən aşkar etdiyi bir büküm narkotik vasitəni və 70 manat pulu, eləcə də onun təqdim etdiyi bükümdə olan narkotik vasitəni, bu haqda akt tərtib etdikdən sonra, hərbi hissənin təhqiqatçısına təqdim etmişdir. Daha sonra təhqiqatçı onun və digər iştirakçıların, həmçinin hal şahidlərinin iştirakı ilə həmin bükümləri ayrı ayrılıqda tərəzidə çəkib qablaşdırmaqla müvafiq protokol tərtib etmişdir. Həmin bükümlər açı ldıqda o, bükümlərin içərisində açıq yaşıl rəngli qurumuş vəziyyətdə olan ota bənzər kütlə olmasını görmüşdür. Analoji ifadələri Şahid həmçinin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə saat 21:30 radələrində əsgər Şahid ondan 120 (yüz iyirmi) manat pul borc pul istəmiş, yaxın müddət ərzində valideynləri tərəfindən pul göndəriləcəyini və pulu geri qaytaracağını bildirmiş, o isə Şahid nizam-intizamlı əsgər olmasını nəzərə alıb bir ədəd 20 (iyirmi) manatlıq və bir ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət olmaqla sonuncuya 120 manat mməbləğində borc pul vermişdir. 08 mart 2020-ci il tarixdə saat 19 radələrində əsgər Şahid onun xidməti ota ğına gələrək Məhkum1 hərbi hissəyə ona satmaq üçün narkotik vasitə gətirdiyini məruzə etmiş və bildirmişdir ki, bundan bir gün əvvəl saat 21 radələrində o, əsgər yataqxanasında Məhkum1 yaxınlaşıb ağrıkəsici dərman gətirib-gətirmədiyini soruşduğu zaman sonuncu ona 120 manat pul müqabilində Məhkum2lə birlikdə narkotik vasitə gətirməyi təklif etmiş, o, da buna inanmasa da maraq üçün Məhkum1 təklifi ilə razılaşmışdır. Şahid deməsinə görə, 08 mart 2020-ci il tarixdə saat N radələrində 3-cü taborun sağ yan hissəsində Məhkum1 ona 120 (yüz iyirmi) manat pul müqabilində Məhkum2 və taksi sürücüsü Məhkum3la birlikdə narkotik vasitə gətirəcəyini demişdir. Ardınca Məhkum1 taborun yan tərəfində Şahid yaxınlaşaraq ondan 1 ədəd 100 (yüz) manatlıq, 1 ədəd 20 (iyirmi) manatlıq əskinaslardan ibarət olmaqla c əmi 120 (yüz iyirmi) manat pulu alaraq narkotik vasitəni həmin gün gətirəcəyini demiş, saat 15 radələrində isə Məhkum1 əsgər Şahid yanında Məhkum3 zəng etdiyi vaxt sonuncu “nəşə”nin üstündə olduğunu demişdir. Bundan sonra saat 19:19 radələrində Məhkum1 Şahid idman şəhərciyinə gəlib narkotik vasitəni götürməsini demişdir. Şahid isə qorxduğundan bu barədə ona məruzə etdikdən sonra o, həmin əsgərin düz dаnışıb-dаnışmаmаsını yоxlаmаq üçün sonuncuya idman şəhərciyinə getməsini təklif etmiş, saat 19:30 radələrində isə özü idman şəhərciyinə, turniklərin yanına getmiş, həmin yerə çatdıqda isə Məhkum1 Şahid nəsə, yəni kağız bükümdə narkotik vasitə verdiyini görüb dərhal onlara yaxınlaşmış, eləcə də həmin vaxt oradan keçən gizir X16 da onların yanına gəlmişdir. Ardınca o, Məhkum1 Şahid kağız bükümdə narkotik vasitə verdiyini aşkar etdiyindən sonuncunun üzərinə baxmış və onun kitelinin sağ yan cibindən bir bükümdə qablaşdırılmış narkotik vasitə və kitelinin yuxarı sol cibindən 70 manat pul (1 ədəd 20, 1 ədəd 50 manatlıq əskinazlar) aşkar etmişdir. Həmin vaxt Şahid isə Məhkum1in verdiyi bir bükümdə narkotik vasitəni kitelinin sağ döş cibindən çıxararaq ona təhvil vermişdir. Bundan sonra o, hərbi hissə komandanlığına məlumat verərək bu barədə raport yazmışdır. Eləcə də Məhkum1 üzərindən bir büküm narkotik vasitə və 70 manat pul aşkar etməsi, həmçinin Şahid Məhkum1 verdiyi bir bükümdə narkotik vasitəni ona təqdim etməsi barədə şəxsi heyətlə iş üzrə müavini, mayor X23, maddi-texniki təminat üzrə müavini, baş leytenant X11, həmin taborun 7-ci bölüyünün komandiri, baş leytenant X20, 7-ci bö lük komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant X2, Məhkum1 və Şahid iştirakı ilə akt tərtib etdikdən sonra həmin narkotik vasitələri və pulu hərbi hissənin təhqiqatçısına təqdim etmişdir. Həmçinin o, Məhkum1 Şahid narkotik vasitə satmasını aşkar etməsindən sonra Məhkum2 Məhkum1 mobil telefonuna zəng etdikdə o, telefona cavab vermiş, lakin həmin vaxt səsini çıxarmamış, Məhkum2 isə danışanın kim olmasına fikir vermədən Məhkum1 “hardadı mənim pulum, hardadı mənim payım, mən bayaqdan səni gözləyrəm, adam kişi olar, mənə çatan pulu çatdırmasan başına oyun açacam” demiş, o isə Məhkum2 danışıb qurtarmasını gözləmiş və bundan sonra sonuncunu təhqiqatçının xidməti otağına çağırmışdır. Ardınca o, təhqiqatçının xidməti otağında Məhkum2 telefonda Məhkum1 hansı səbəbdən pul istəməsini soru şduqda, Məhkum2 Məhkum1 ilə əvvəlcədən danışıb razılaşdıqlarını, yəni əsgər Şahid 120 manat pul alıb, həmin pulun 20-30 manatına narkotik vasitə alıb əsgərə satacaqlarını, qalan pulu isə yarı böləcəklərini, buna görə də Məhkum1 payını, yəni qalan pulun yarısını istədiyini etiraf etmişdir. Məhkum1 və Məhkum2 hаdisəni yuxаrıdа qeyd edilən kimi оnа dаnışаndаn sоnrа bu bаrədə müvаfiq sənədləşmə аpаrılmış, həmin hərbi qulluqçular isə iki gündən sоnrа xidməti uyğunsuzluğа görə hərbi xidmətdən ehtiyyаtа tərxis оlunmuşlar. N nömrəli hərbi hissənin 3-cü taborunun komandiri, kapitan X9in 08 mart 2020-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:25 radələrində taborun əsgəri Şahid ona yaxınlaşaraq Məhkum1 ona pul müqabilində narkotik vasitə olan “nəşə” gətirdiyini və hərbi hissənin idm an şəhərciyində görüşəcəyini bildirmiş, bundan sonra isə o, yəni X9 bu məsələni dəqiqləşdirmək məqsədilə saat 19:30 radələrində hərbi hissənin idman şəhərciyinə getmiş, orada Məhkum1 Şahid narkotik vasitəyə bənzər kağız bükümlərdə olan yaşımtıl rəngli qurudulmuş otu verən zaman aşkar etmişdir. İş materiallarında olan 08 mart 2020-ci il tarixli 2983 nömrəli aktdan görünür ki, 08 mart 2020-ci il tarixdə saat 19:30 radələrində əsgər Şahid təqdim etdiyi bir büküm narkotik maddəyə oxşar qurudulmuş ot və Məhkum1 üzərindən bir ədəd bükümdə narkotik maddəyə oxşar qurudulmuş ot, bir ədəd 20 (iyirmi) manatlıq, bir ədəd 50 (əlli) manatlıq əskinaslar aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 09 mart 2020-ci il tarixli, 04 nömrəli protokoldan görünür ki, baxış zamanı kapitan X9 təqdim et diyi iki ədəd üzərində ağ rəngli bükülmüş vəziyyətdə olan kağız parçaları açılaraq içəri hissələrinə baxıldıqda yaşıl rəngli qurudulmuş vəziyyətdə olan narkotik maddəyə bənzər predmet aşkar edilmiş, X9 həmin bükümlərin birinin əsgər Şahid təqdim etdiyini, digərinin isə Məhkum1 üzərindən aşkar etdiyini bildirmiş, bundan sonra həmin predmetlər tərəzi vasitəsilə çəkilərkən Şahid təqdim etdiyi birinci bükümdəki maddənin çəkisinin 0,65 qram, Məhkum1 üzərindən aşkar olunmuş ikinci bükümdəki maddənin çəkisinin isə 0,76 qram olduğu müəyyən edilmişdir. Həmçinin X9 Məhkum1 üzərindən aşkar etdiyi bir ədəd 20 manat (B********), 1 ədəd 50 (A********) manat pul əskinaslarını da təqdim etmişdir. Bundan sonra Məhkum1 və Məhkum2 onların üzərilərində yad əşya və ya narkotik maddələrin olub-olmadığı barədə s ual verilmiş və Məhkum2 könüllü olaraq 1 ədəd “Nokia” markalı mobil telefonu (telefonun kodu 12345), Məhkum1 isə üzərində olan 1 ədəd FLY markalı mobil telefon (telefon kodu 0000/, ikinci kod 2949), 3 ədəd sim kartı könüllü olaraq təhvil vermişlər. Göstərilən predmetlər ayrıayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 16 mart 2020-ci il tarixli, 16/198 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “X1 üzərindən götürülmüş.....” yazı və imzalar olan bir ədəd kağız paketdəki, bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,327 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “MAHHXHQ əs gər Məhkum1 Əlisəfa oğlunun üzərində olmuş.....” yazı və imzalar olan bir ədəd kağız paketdəki, bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,311 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. "xxxx" MMC mobil operatorundan daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 20 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum1 istifadəsində olan ********* saylı mobil nömrəsi ilə X5 məxsus, müvəqqəti olaraq Şahid istifadəsində olan ********** saylı mobil nömrəsi arasında 08 mart 2020-ci il tarixdə saat 19:19:59-da 29 saniyə, saat 19:21:54-də 26 saniyə, saat 19:24:28-də 51 saniyə, saat 19:27:01-də 23 saniyə müddətində zənglər qeydə alınmışdır. “Azer cell Telecom MMC”-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 30 iyul 2020-ci il tarixli protokoldan göründüyü kimi, Məhkum3 istifadəsində olan 99450 *** ** ** saylı mobil telefon nömrəsi ilə Məhkum1 istifadəsində olan 9947 *** ** ** mobil telefon nömrəsi arasında 08 mart 2020-ci il tarixdə saat 16:13:36da 5 saniyə, saat 16:13:48-də 15 saniyə, saat 18:06:28-də 24 saniyə, 19:01:05-də 33 saniyə və saat 19:06:00-da 10 saniyə müddətində zənglər qeydə alınmış, həmçinin Məhkum2 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Məhkum1 istifadəsində olan 050 *** ** ** və ********* mobil telefon nömrələri, eləcə də Məhkum3 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında çoxsaylı zənglər qeydə alınmışdır. Bundan başqa 08 mart 20 20-ci il tarixdə saat 13:27:49-də Məhkum1 istifadəsində olan **********0 mobil telefon nömrəsindən Məhkum2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “ELNURUN NOMRESİN VERDE MENE SEN CANİN” məzmunlu SMS mətni göndərmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 10 avqust 2020-ci il tarixli protokolda göstərilmişdir k, Məhkum1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Məhkum2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi, Məhkum3 istifadəsində olan ********** mobil telefon nömrəsi və X5 məxsus, müvəqqəti olaraq Şahid istifadəsində olan ********** saylı mobil nömrəsi arasında 08 mart 2020-ci il tarixdə çoxsaylı zənglər qeydə alınmışdır. Bundan başqa 08 mart 2020- ci il tarixdə saat 13:27:49-da Məhkum1 istifadəsində olan **********0 mobil telefon nömrəsindən Məhkum2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “ELNURUN NOMRESİN VERDE MENE SEN CANİN” məzmunlu SMS mətni göndərmiş, həmin tarixdə saat 21:00:40-da Məhkum2 həmin mobil nömrəsindən Məhkum1 qeyd olunan mobil nömrəsinə “Sagol Tural.meni pis vezyete qoydun camatin yaninda.problem yoxdu.” məzmunlu SMS göndərmişdir. Əvvəla bütün bu sübutların təhlilindən Məhkum1, Məhkum2 və Məhkum3 kiminsə əvvəlcədən hazırladığı plan əsasında təhrik edilməklə Şahid narkotik vasitənin satışını həyata keçirmələri müəyyən edilmir və əksinə, həmin sübutlardan görünən odur ki, belə təşəbbüslə istər Şahid, istərsə də X9 və ya hərbi hissənin digər hərbi qulluqçuları deyil, Məhkum1 özü çıxış etmiş və məhz o, Şahid 120 manat məbləğində pul müqabilində narkotik vasitə gətirə biləcəyini bildirrib onun razılığını aldıqdan sonra Məhkum2la və Məhkum3la qabaqcadan razılaşaraq iş üzrə maddi sübut olan qurudulmuş marixuananı ona da pul verməklə sonuncudan götürüb həmin narkotik vasitənin bir hissəsini Şahid satmış, qalan hissəsini isə özündə saxlamış, eyni zamanda Məhkum2la böləcəyini nəzərdə tutmuş 70 manat məbləğində pulu mənfəət, yəni qazanc kimi əldə etmişdir. Bu hallar isə, Məhkum1, Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə narkotik vasitəni satmalarına, yəni CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətmələrinə dəlalət edir. Cinayət işinin materallarına əsasən, bu haqda nəticəyə gələn apellyasiya instansiyası çıxardığı hökmdə iş üzrə əhəmiyyət kəsb edən hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirmiş, həmin nəticənin əsasında duran sübutlar isə qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətlərində və Məhkum1 kassasiya şikayətinə etdiyi əlavədə irəli sürülmüş iddialar əksinə olaraq məhkəmə iş üzrə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, istər məhkum olunmuş şəxslərin, istərsə də şahidlərin dindirilmələri, habelə müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı və digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM -nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təq sirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma h allarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların həyata keçirilməsi üçün lazımi imkanlar yaradılmış, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum3 və Məhkum1 əməlinin CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Bu qənaətlə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 234.4.1ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuş dur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən Plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayə tlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinay ət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satan və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narko tik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həm Məhkum3 və Məhkum1 onlara qarşı irəli s ürülmüş ittiham üzrə təqsirli bilinmələri, həm də onların törətdikləri əməllərin hüquqi tövsif ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, bunun üçün, kassasiya müraciətlərində idda olunduğu kimi, Məhkum3 və Məhkum1 təqsirli bilindikləri əməllərinin başqa cür qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan həmin müraciətlərdə irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış b aşqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktrının mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. CPM-nin 28.5-ci maddəsinin tələbi isə ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası 05 noyabr 2021-ci il tarixli hökmü qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, həmin hökm həmçinin prosessual qanunvericiliyinin aşağıdakı tələblərinə də tam uyğundur. Belə ki, CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müə yyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirl əndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-ni n 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum3 və Məhkum1 tərəfindən ittiham olunduqları cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya müraciətlərinə Məhkum1 və Məhkum 3a onların təqsiri bilindikləri maddə ilə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi mübahisələndirilməyərək bu haqda hər hansı dəlil və tələb irəli sürülməsə də, məhkəmə kollegiyası bu müraciətlərin dəlillərindən asılı olmaya raq, CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən bu məsələnin həll edilməsi ilə bağlı da maddi hüquq normalarının tələblərinə əməl edilibedilməməsini yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü ilə məhkumlar Məhkum3 və Məhkum1 barələrində cəza tədbirinin seçilməsi məsələsi həll edilərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, habelə Məhkum3 himayəsində ik azyaşlı uşaqların olmalarını cəzanı yüngülləşdirən hal kimi kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq adları çəkilən məhkumlara təqsirli bilindikləri maddə ilə ayrı-ayrılıqda qanuni və ədalətli cəzalar təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli və Məhkum3 və Məhkum1, hər birisinin CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2021-ci il tarixli hökmü adları çəkilən məhkumlara aid hissədə və onların haqqında verilən kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum3 müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayəti və Məhkum1 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum3 və Məhkum1, hər birisinin Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2021-ci il tarixli hökmü Məhkum3 və Məhkum1 aid hissədə və onların haqqı nda verilən kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar