Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-74/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 2001-ci il tarixdə Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Sədərək rayonunun Dəmirçi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, MAHHXHQ-s u kimi N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli 1-1(108)-15/2024 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Şərur Rayon Vəkil Bürosunun vəkili Əliyev Azər Musa oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan MR Hərbi Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1-1(092)-17/2024 nömrəli hökmü ilə (hakim A.E.Orucəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 23 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ə.N.Novruzov (sədrlik edən), İ.M.Mirzəyev və F.M.Abbasov) apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan MR Hərbi Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin olunmuş 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 1 (bir) ay müddətə qədər artırılmaqla ağırlaşdırılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Yusifli X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun maddi texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 06 oktyabr 2023-cü il tarixdə, saat 22:45 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi, atası X2 məxsus “Volqa Qaz-3110” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sədərək rayonunun Dəmirçi kəndinin mərkəzi istiqamətində hərəkətdə olarkən kəndin mə rkəzi hissəsində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni “nəqliyyat vasitələri yaşayış zonalarında və həyət ərazilərində saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərini pozmuş və nəticədə asfalt yolun sağ kənarı ilə piyada hərəkət edən 1993-cü il təvəllüdlü Sədərək rayonunun Dəmirçi kənd sakini X3 idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan ona “alın-təpə sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyin toxumasının əzilməsi, alın nahiyəsində hematoma, hər iki göz yarığını əhatə edən qançırlar, sol diz və sol əl pəncəsində sıyrıqlar” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən 12 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il il tarixli qərarının dəyişdirilməsi və ona Naxçıvan MR Hərbi Məhkəməsi tərəfindən təyin edilmiş həddə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiya sı məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsinə dair hissədə ədalətsiz və ağırdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Məhkum baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirici hal kimi nəzərə aldığını göstərsə də, onun gəncliyini, hərbçi olmasını, 2020ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini, ilk dəfə cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halları nəzərə almamışdır. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasına dəfələrlə cəhd edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kolle giyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Ona görə də məhkəmə kollegiyası məhkum edi lmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Kons titusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə c əza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şə raitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin t ələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Gö stərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmünü Məhkum cəza təyini hissəsində dəyişərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...təqsirləndirilən şəxs barəsində təyin edilən cəza cinayətin törədilmə hallarına, şəxsin xarakterinə, ictimai təhlükəli əməlin törədilməsinə adekvat olmaqla sosial ədalətin bərpasını təmin etməlidir. Lakin icraatda olan işin kollegiyada araşdırılmış, tədqiq edilmiş hallarından da göründüyü kimi təqsirləndirilən şəxsin barəsin də təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti onun şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədinə xidmət etmir. İş materiallarına əlavə edilmiş N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti xasiyyətnamədən və Sədərək Rayon İHB-nın Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məhkum sonuncu xidmət yer olan N №-li hərbi hissənin komandanlığı tərəfindən və yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur.... Həmçinin birinci instansiya məhkəməsinin tədqiq olunmuş sübutlar əsasında çıxarılmış hökmündə Məhkum hadisənin törədildiyi günədək olan təqribən 18 aylıq müddətdə müxtəlif yol hərəkəti qaydalarını pozmağa görə 4 (dörd) dəfə inzibati məsuliyyətə cəlb edilmə si, o cümlədən kəndin mərkəzi hissələrində yüksək sürətlə avtomobil idarə etməsi ilə bağlı müxtəlif şəxslər tərəfindən ona iradlar tutulduğunu, onun eyni qayda ilə yaşayış sahələrində avtomobili yüksək surətlə idarə etdiyini həmin iradlardan nəticə çıxarmadığını, bunun isə nəticə etibarilə onun ictimai təhlükəli şəxs olması faktı düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılan hökmdə öz əksini tapmışdır. Mövcud vəziyyət onun şəxsiyyətini səciyyələndirən hal qismində nəzərə alınmalı olduğu halda birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilən zaman bunlar nəzərə alınmamışdır Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, istər təqsirləndirilən şəxs istərsə də yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi və ailəsi ilə barışıq üçün kifayət qədər təşəbbüs göstərilməmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi cəzanın əsas məqsədi cinayət əməli törətmiş şəxsi islah etməkdən ibarətdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəzanın təyin edilməsinin ümumi əsasları rəhbər tutulmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı olduğu halda birinci instansiya məhkəməsi həmin halları kifayət qədər nəzərə almamış və onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəmə sinin gəldiyi nəticə ilə razılaşır və Məhkum barəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsasların olmadığı nəticəsinə gəlir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-74/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-74/2024
04.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver