Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-75/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsini X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 11(103)-27/2018 nömrəli qərarından Məhkum3 və müdafiəçisi Müdafiəçi5 tərəfi ndən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum3 xx xxxxx 1979-cu il tarixdə Qax rayonunun Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan. 2. 03 sentyabr 2016-cı il tarixli ittiham aktına görə Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir 3. 10 noyabr 2016-cı il tarixdə Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum3 2013-2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və X3 Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində xidmət etdiyi dövrdə birlikdə işlədiyi və gizli qaydada informasiya almaq səlahiyyətlərinə malik olan nazirliyin digər vəzifəli şəxsləri Energetika və X3 baş idarəsinin rəisi Məhkum4, həmin baş idarənin 2-ci idarəsinin rəisi Məhkum2 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət etdiyi qurum un müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamahkarlıq məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək məqsədilə qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-İİQ nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən iqtisadi və sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bir araya sığmayan cinayətkar əməlləri Bakı şəhərində törətməklə, « Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə si rri təşkil edən çoxsaylı sahibkar və ayrıayrı şəxslərin əmlak vəziyyəti, iqtisadi və kommersiya sahələrində fəaliyyəti, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirrləri barədə məlumatlardan istifadə edib hədə-qorxu və şantaj etmə yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədilə MTN-nin inzibati binasına gətirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və da şınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə külli miqdarda pul vəsaitlərini tələb edib əllərindən almaqla, eləcə də törədilməsini yəqinliklə bildiyi və ya bilməli olduğu halda xidməti vəzifəsinin tələblərinə uyğun olaraq qarşısının alınması üçün qanuni tədbirlər görmədiyi digər cinayətlər nəticəsində mütəşəkkil dəstə tərkibində az ağır, ağır və xüsusilə ağır cinayətləri dəfələrlə törətməklə külli miqdar təşkil edən nağd pul vəsaitlərini hədə-qorxu tətbiq olunmaqla şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Belə ki, o, mütəşəkkil dəstənin üzvləri Məhkum4, Məhkum2 və digərləri ilə birlikdə 2013-cü ilin iyun ayında Bakı şəhərində brilyant qaşların, qızıl-zinət məmulatlarının ticarəti ilə məşğul olan X4 miqdarda əmlakını əldə etmək məqsədi ilə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamahkarlıqla sui-istifadə edərək X18 və digərlərinin tarixi-arxeoloji sərvət olan əşyaların, eləcə də metalların qaçaqmalçılığı və qanunsuz satışı ilə məşğul olmalarına dair rəsmi surətdə qeydiyyata alınmış siqnal işi üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tofiq Rəcəbovla dostluq münasibətlərində olan X13 “İDL Diamond Certifi cate” sertifikatına malik 14,82x12,34x8,57 mm ölçüdə 14 karatlıq brilyant qaşı dostu Tofiq Rəcəbov, əmisi oğlu X25 ilə birlikdə 400.000 manata müştəriyə satmaq üçün Bakı şəhərində yerləşən «Nizami» kinoteatrının qarşısında görüş təyin etmələri barədə məlumatları əldə etdikdən sonra, 2013-cü ilin iyun ayında saat 13 radələrində dəstə üzvləri Məhkum4, Məhkum2 və digərləri vasitəsilə qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri, Bülbül prospekti, 35 b ünvanda yerləşən “Nizami” kinoteatrının qarşısında, mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hər hansı prosessual qərar və protokol tərtib etmədən Elçin Hacıyev, Tofiq Rəcəbov və Əjdər Hacıyevə fiziki zor t ətbiq edib iradələri əleyhinə nazirliyin inzibati binasının komendaturasının 2-ci mərtəbəsinə gətirilməsini təşkil etmiş, Məhkum4 göstərişləri əsasında dəstə üzvü Məhkum2lə birgə adlarını qəsdən yanlış olaraq özü “İsmayıl” kimi, Məhkum2 isə «Rəşad» kimi təqdim edib Elçin Hacıyevdən 14 karatlıq brilyant qaşı alaraq sonuncunu Tofiq Rəcəbov və Əjdər Hacıyev ilə orada qanunsuz azadlıqdan məhrum etməklə guya qaçaqmalçılıqla məşğul olduqlarına görə barəsində cinayət işi başlanılmaqla həbs olunacaqları ilə hədə-qorxu gəlib, sərbəst buraxılmaları və 14 karatlıq brilyant qaşın qaytarılması müqabilində Elçin Hacıyevdən 150.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaiti tələb etmiş, inzibati binada qanunsuz saxlanılmaqla onların səlahiyyətinə görə hədəni real qəbul edən Elçin Hacıyev günü n sonunadək 80.000 ABŞ dolları məbləğində pulun veriləcəyi ilə razılaşaraq 14 karatlıq brilyant qaşı özlərində, Tofiq Rəcəbov və Əjdər Hacıyevi isə komendaturada saxlayaraq Elçin Hacıyevi sərbəst buraxdıqdan sonra sonuncu evində olan 15.000 ABŞ dollarını götürüb, dostu Fuad Süleymanovdan 20.000 ABŞ dolları borc alaraq, «Uni Lizinq» şirkətində girovda olan ** AV *** dövlət qeydiyyat nişanlı, «Mercedes-Benz GL 450» markalı avtomaşınını dəyərindən ucuz qiymətə, 45.000 ABŞ dollarına satıb topladığı rəsmi məzənnə ilə 62.760 manata bərabər 80.000 ABŞ dolları əskinaslarında pul vəsaitlərini həmin gün saat 21 radələrində Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yaxınlığında dəstə üzvü Məhkum2lə görüşüb verməsi ilə şəxsən qəbul edib mütəşəkkil dəstə tərkibində külli miqdarda rüşvət alara q fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa o, mütəşəkkil dəstə tərkibində Məhkum4 və digərləri ilə birlikdə 2014-cü ilin mart-aprel aylarında Bakı şəhərində hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamahkarlıq məqsədilə sui-istifadə edərək Bakı Metropoliteninin rəisi vəzifəsindən azad edilmiş X1 miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədilə, rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda, Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» xx.xx.1999-cu il tarixli İQ-728 nömrəli Qanununun 1-ci maddəsinin İİ hissəsi, 6-cı maddəsinin 2-ci bəndi, 10-cu maddəsinin İİİV hiss ələri və 11-ci maddəsinin tələblərini kobud surətdə pozub əməliyyat-axtarış fəaliyyətini qanunçuluq prinsipi əsasında insan hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini müdafiə etmək məqsədi ilə məhkəmənin (hakimin) və əməliyyataxtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirməli olduğu halda heç bir səbəb və qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan dəstə üzvü Məhkum4 tabeliyində olan şəxsə verdiyi göstəriş əsasında sonuncu tərəfindən tərtib olunmuş 007835, 007849 nömrəli tapşırıqlar müvafiq olaraq xx.xx.2014, xx.xx.2014-cü il tarixlərdə, 007831 nömrəli tapşırıq xx.xx.2014-cü ildə, 007848 nömrəli tapşırıq xx.xx.2014-cü ildə Məhkum4 tərəfindən imzalanıb, rəhbərlik tərəfindən təsdiq olunduqdan sonra Tağı Əhmədovun istifadəsində olan 502135026, 502114148, 702110101, sonuncunun Bakı Metropoliteninin stansiyalarında ticarətlə məşğul olan qardaşı oğlu X6 513854444, tanışı X14 502000162, 552000162, ********* mobil telefon nömrələri üzrə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə dinləmə və statistik məlumatları toplama proqramları tətbiq olunmaqla telefon danışıqlarına qulaqasma və texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təşkil edərək müvafiq qanunvericiliyin tələblərini qəsdən pozmuş, 2014-cü ilin mart ayında Məhkum4 rəhbərlik etdiyi baş idarənin əməkdaşı Tağı Əhmədovla görüşüb səlahiyyəti üzrə əməliyyat-axtarış və başqa xüsusi fəaliyyətindən istifadə etməklə onun metropolitenə rəhbərlik etdi yi dövrə aid daxil olmuş şikayətlərlə əlaqədar özünün və yaxın qohumlarının həbs olunacağı, şəxsiyyətləri üzərində zor tətbiq olunacağı ilə hədələyib 3.000.000 manat pul verməsinə dair tələbini çatdırmış, 11 aprel 2014-cü ildə saat 14 radələrində Bakı Metropoliteninin stansiyalarında ticarətlə məşğul olan Tağı Əhmədovun qardaşı oğlu X15 və tanışlıq münasibətlərində olduğu X19 Nazirliyə çağırıb, saat 22:30 radələrinədək, 7 saatdan artıq ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdırıb xidməti otaqlarda saxlayaraq onların hər ikisini də qanunsuz azadlıqdan məhrum etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərlə hakimiyyət həddini və vəzifə səlahiyyətlərini aşıb şəxsən və dəstə üzvü Məhkum 2 ilə birgə onlara fiziki və psixi təzyiq göstərməklə, nalayiq ifadələrlə təhqir edərək Şövqü Əhmədovun sifət və qarın nahiyəsinə, Elşən Tağıyevin isə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və sillə ilə zərbələr endirərək ona baş beyin silkələnməsi, sol təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə döyüb, Tağı Əhmədovun əleyhinə məlumatlar almağa cəhd göstərməsindən, Elşən Tağıyevin 12 aprel 2014-cü ildə Bakı Baş Səhiyyə İdarəsinin X20palı kəllə beyin travması, baş beynin silkələnməsi, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu ilə daxil olub müalicə olunmasından sonra, Tağı Əhmədovun 12 aprel 2014-cü ildə oğlu Ruslan Əhmədov və qardaşı oğlu X21 vasitəsilə Bakı şəhəri Parlament prospektində, qara rəngli idman çantasının içində dəstə üzvü Məhkum4 verdiyi ümumilikdə 3.000.000 manata bərabər 1.200.000 ABŞ dolları, 1.500.000 avro, 300.000 manat məbləğində nağd pul əskinaslarını qəbul etməklə özgənin külli miqdarda pul vəsaitini mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə tələb edib ələ keçirməklə zərər çəkmiş şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa o, mütəşəkkil dəstə tərkibində Məhkum4, Məhkum2 ilə cinayət əməllərini davam etdirərək 2014-cü ilin iyul və dekabr aylarında Bakı şəhərində rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, əməliyyat məlumatı, siqnal işi və ya şikayət ərizəsi olmadığı halda av tomobil nəqliyyatı ilə yük daşımaçılığı ilə məşğul olan “Süleyman Transport” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X2 miqdarda pul vəsaitini ələ keçirmək üçün hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, 2014-cü ilin iyul ayının 5-də özünü “Mübariz” adı ilə təqdim edərək X11 çağırıb saat 11:15-dən 15:30-dək vətəndaşların qəbulu üçün otaqların yerləşdiyi inzibati binada iradəsinin əleyhinə saxlayaraq qanunsuz azadlıqdan məhrum etmiş, dəstə üzvü Məhkum4 tapşırığı əsasında Məhkum2lə birlikdə onun rəhbərlik etdiyi hüquqi şəxsin iqtisadi fəaliyyəti barədə sorğusual edib, vergidən yayındığına görə barəsində cinayət işi başlanmaqla həbs ediləcəyi ilə hədələyib 30.000 manat məbləğində pul tələb etmiş, 07 iyul 2014-cü ildə Fikrət İbrahimov un MTN-nin inzibati binasının yaxınlığında ona 12.000 manat məbləğində pul vəsaitini şəxsən verməsi, həmçinin həmin ilin dekabr ayının əvvəllərində dəstə üzvü Məhkum2 Fikrət İbrahimovu yenidən şəxsən Nazirliyə çağırıb qanunsuz iqtisadi fəaliyyətdə ittiham edərək həbs olunacağı ilə hədələməsi qarşılığında əlavə olaraq 17 dekabr 2014-cü ildə 40.000 manat, 05 yanvar 2015-ci ildə isə 10.000 manat məbləğində pul əskinaslarını iki ədəd bağlamanın içində digər şəxsin vasitəsilə Məhkum2 şəxsən qəbul etməsi ilə, ümumilikdə Fikrət İbrahimovun 62.000 manat məbləğində külli miqdarda pul vəsaitini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə sahibkarın maliyyə vəziyyətinin pisləşməsi ilə onun hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelə rinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.
5. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)-10/2017 nömrəli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 145.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 311.3.1, 311.3.2, 311. 3.3 və 311.3.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum3 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməsi, cəzaçəkmənin başlanğıcının 05 noyabr 2015-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin Azərbaycan Respublikası CM-nin 48-ci maddəsinə əsasən hərbi rütbədən (mayor) məhrum edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
6. Həmin hökmlə Məhkum4, Məhkum1 və Məhkum2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxslər Məhkum4, Məhkum1, Məhkum2, Məhkum3 və onların müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi7, X26 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüququ varisi və mülki iddiaçı X22 və zərərçəkmiş X5, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi X16, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Əcdər oğlu, zərərçəkmiş Zərərçəkmiş şəxs11 müdafiəçisi Coşqun İskəndərov, X23, mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, maraqlarına toxunan şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs X27, X9 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 11(103)-27/2018 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)-10/2017 nömrəli hökmü dəyişdirilmiş, Məhkum4 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apell yasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum3 və müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Məhkum3 əməlində cinayət tərkibinin olmadığını iddia edilir, bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 1-1(103)-27/2018 nömrəli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməklə barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bund an sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər han sı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum və müdafiəçi Məhkum3 əməlində cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməli olduğunu iddia edərək, faktiki ol araq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 1-1(103)-27/2018 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Məhkum3 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM- nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
19. Məhkum və onun müdafiəçisinin qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri verdikləri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, Məhkum3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2və 341.2.3-cü maddələrinin dispozisiyalarından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edilərək, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlinmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin halların ın obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum3 əməlinin Azərbaycan Respublikası CM-nin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə tövsif edilməsi və onun bu maddələrlə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tər əfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə u yğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmü Məhkum3 münasibətdə dəyişdirmədən saxlamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum3 və müdafiəçisi Müdafiəçi5 birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 1-1(103)-27/2018 nömrəli qərar ı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum3 və müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2018-ci il tarixli, 11(103)-27/2018 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.