Məhkəmə qərarları › İş №1-1(102)-76/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-76/2018

17.10.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-76/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-76/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının Q Ə R A R İ 17 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum və müdafiəçisi X3 iştirakları ilə, Ağır Cinayətlərə dair işlər üzrə Respublika Məhkəməsinin xx xx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xx 2009-cu il tarixli 1(091)-xx/2009 saylı hökmü ilə (sədrlik edən hakim X6) xx xx1989-cuiltarixdəAğdaşrayonunun Orta Ləki kəndində anadanolmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, natamamortatəhsilli, əvvəllərməhkumolunmamış, N saylıhərbihissəsinin əsgəri,Ağdaşrayonunun Orta Ləki kəndində qeydiyyatda olan x x xx 2009-cu il tarixdə intizam qaydasında həbs olunmuş, xx xx 2009-cu il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 cəza çəkən Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 120.2.2-ci maddəsi ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 332.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin xx.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2009-cu il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N saylıhərbihissəsinin2-cimotoatıcıtaborunun5-cibölüyünün3-cütağımının2-cimanqasının atıcıqumbaraatan köməkçisi vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, N və N saylı hərbi hissə komandirlərinin “döyüş növbətçiliyinin və bilavasitə mühafizənin təşkili haqqında” əmrlərinə əsasən Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması məqsədi ilə qulluq etdiyi manqanın tərkibində Füzuli rayonunun ərazisində yerləşən bölüyün dayaq məntəqəsinin bilavasitə düşmənlə üzbəüz olan 30 nömrəli postuna döyüş növbəsinə təyin edildiyi vəziyyətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Quru Qoşunlarının müvəqqəti döyüş nizamna məsi”nin 180-ci maddəsinə və döyüş növbəsinə tərtib edilmiş qrafikə uyğun olaraq düşmənin kəşfiyyatının mühafizə edilən postun yerləşdiyi yerə soxulmasına yol verməmək, düşmənin qəfil basqınını vaxtında aşkara çıxarıb atəş açmaqla taqımın şəxsi heyyətinin həyəcan üzrə döyüş mövqeyini tutması və döyüşə başlaması üçün vaxt və əlverişli şərait təmin etmək məqsədi ilə 2009-cu ilin aprel ayının 6-da saat 06-00-dan saat 08-00-dək həmin döyüş postunun müşahidəçisi qismində təyin edilmiş və üzərinə növbətçi vəzifəsi qoyulmuşdur. Məhkum müşahidəçi olarkən yuxarıda qeyd edilən əmrlərlə üzərinə düşən təhkim olunduğu sektordan fasiləsiz düşmən mövqelərinin müşahidəsinin aparılması vəzifəsini icra etməməklə döyüş növbəsi çəkilməsi qaydalarını kobud surətdə pozaraq saat 07-45 radələrində düşmənin müşahi dəsini dayandırıb müşahidə sektorunu özbaşına tərk edərək tağımın şəxsi heyyəti üçün nəzərdə tutulmuş ayaq yoluna getmiş, orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin «hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək» kimi tələblərini kobud şəkildə pozub tağıma xidmət keçmək üçün təzə gəlmiş əsgər X2 döyərək sonuncuya qarşı zor tətbiq etmişdir. Məhkum düşmənin müşahidəsini dayandırıb müşahidə məntəqəsini tərk etməsi nəticəsində həmin vaxt ərzində Azərbaycan Respublikasına ola biləcək qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması mümkün olmadığından dövlətin təhlükəsizlik mənafelərinə zərər vurma imkanı yaranmışdır. Bundan başqa xx xx 2009-cu il tarixdə saat 19-50 radələrində 30 nömrəli postda müşahidəçi qismində döyüş növbəsi apararkən Məhkum əsgər X1 posta içməli su gətirməsini tələb etmişdir. x2 manqa komandiri, kiçik çavuş x3 müraciət edərək əsgər Məhkum tapşırığı ilə su gətirməyə getməyə icazə istəmiş, lakin icazə verilmədiyindən bu barədə Məhkum demiş və su gətirməyə getməmişdir. Məhkum öz qanunsuz hərəkətlərini davam etdirərək təkrarən X1 posta su gətirməyi tələb etmişdir. x2 Məhkum tələbi barədə kiçik çavuş x3 məruzə edərək təkrarən su dalınca getməyə icazə istəmiş, icazə verilmədiyi halda X4 özünün bu barədə Məhkum deməsini xahiş etmişdir. Kiçik çavuş x2 sığınacaqdan çıxaraq əsgər Məhkum x2a su gətirməyə icazə vermədiyini, su gətirməyi digər əsgərlərə tapşıracağını demişdir. Məhk um x2un onun tələbini icra etməməsindən və bu barədə kiçik çavuş x3 məruzə etməsindən narazı qalaraq əsgər x2a öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə hərbi qulluqçular arasında nizamnamə qaydasını pozaraq xidməti istifadəsinə verilmiş AKM markalı BC6460 nömrəli avtomat silahı döyüş vəziyyətinə gətirmiş və x2a qarşı açıq etinasızlıq göstərməklə və sonuncunun həyatına münasibətdə laqeyidlik ifadə etməklə bu cüzi səbəbə görə, yəni xuliqanlıq niyyəti ilə silahını x2a tərəf tuşlayaraq yaxın məsafədən ona bir atəş açmış, atəş nəticəsində x2 aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.H.Əkbərovdan ibarə t tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi A.R.Məmmədov ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində vərəm xəstəliyindən və bir sıra başqa xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmiş və bu səbəbdən cəzasının çəkilməmiş hissəsinin azaldılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkum müdafiəçisi A.R.Məmmədov isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarla razı olmadığını, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə düzgün tövs if edilmədiyini, onun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini, yüngülləşdirici halları, anasının vəfat etməsini, atasının ağır xəstə olmasını, özünün vərəm və hepatit C xəstəliklərinə tutulmasını nəzərə almaqla ona bu maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa məhkumun müdafiəçisi məhkəmə kollegiyasına kassasiya şikayətinə əlavə olaraq ərizə göndərmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və məhkumun cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, müdafiəçisi z1 və kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovu n çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum cəza təyininə dair hissədə dəyişdirilməlidir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-in 419.4-cümaddəsinəəsasənişəonun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanu nunun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cinayət əməli AR CPM-in 143-146cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Ağır Cinayətlərə dair işlər üzrə Respublika Məhkəməsinin xx xx 2009-cu il tarixli hökmü ilə CM-in 120.2.2, 332.3 və 338.1-ci maddə lərinə tövsif edilmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və belə hallar aşkar olunmamaqla apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum CM-in 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə irəli sürülmüş ittiham məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Bundanbaşqa, cinayətişininmateriallarındanvəməhkəmələrtərəfindənqəbuledilmişyekunməhkəməaktlarındangörün ürki, Məhkum ittihamolunduğucinay ətəməlinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarbirincii nstansiyaməhkəməsininməhkəməiclaslındatam, hərtərəflivəobyektivaraşdırılmış, apellyasiyainstansiyasıməhkəməsitərəfindənətraflıtəhliledilmiş, həminiclaslardasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmiş, hökmvəapellyasiyaşikayətinəməhkəməbaxışınınyekunqərarıisəadıçəkilənməhkumunbarəsindəqan ununtələblərinəuyğunqaydadatərtibedilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müda fiəçi z1 kassasiya şikayətində istinad etdiyi dəlillərin hər biri işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən CPM-in 397-ci maddəsinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmış, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və Məhkum törətdiyi cinayətəməlini düzgün olaraq CM-in 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası Məhkum CM-in 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən əməlin qeyd olunan maddələrdən CM-in 120.1-ci maddəsinə tövsif edilməsini mümkün hesab etmir. Hazırkı kassasiya şikayətlərində Məhkum əməlinin hüquqi tövsifi ilə yanaşı, ona təyin olunmuş cəzanın azaldılması da xahiş edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törməsini, hərbi xidmətdən əvvəl və hərbi xidmət zamanı müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə, onun əməlinin odlu silahdan istifadə etməklə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmi ş, apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin Məhkum münasibətdə cəza təyini ilə əlaqədar mövqeyini düzgün olması qənaətinə gələrək onun cəzasının yüngülləşdirilməsiüçün qanuni əsaslar olmadığını qeyd etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının və onun müddətinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsa da, həmin cəzanın müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmalıdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs x2un hüquqi varisi S.M.Heydərov məhkəmə ko llegiyasına notarial qaydada təsdiq olunmuş xx xx 2018-ci il tarixli ərizə ilə müraciət etmiş, Məhkumla barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını qeyd etmişdir. Bundan başqa iş materiallarında olan hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədə Məhkum müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsi, törətdiyi əməldən peşman olması yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinin tələblərinə əsasən zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar sırasına daxildir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdir ən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərd ə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub- olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğ u nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum cəza təyini məsələsi həll edilərkən yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Məhkum AR CM-in 120.2.2-ci maddəsiilətəyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 12 (on iki) il müddətinə endirilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in “Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar” adlanan 416-cı maddəsinin tələblərinə əs asən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir (maddə 416.0.21.). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum cəza təyininə dair hissədə dəyişdirilsin. Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin120.2.2-ci maddəsiilətəyin edilmiş 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 12 il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, habelə ona birinci instansiya məhkəməsinin hökmü ilə AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 338.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, Məhkum cinayətlərin məcmusu qaydasında qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xx 2009-cu il tarixdən hesablanmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar