Məhkəmə qərarları › İş №1-1(102)-76/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-76/2023

28.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-76/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verilmiş X6 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1(098)-269/2022 nömrəli (hakimlər: İ.Quliyev (sədrlik edən), S.Əzizov (məruzəçi-hakim) və Ə.Sarıyevdən ibarət məhkəmə tərkibində) qərarı ilə 15 may 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, məhkumluğu olmayan, xxx vəzifəsində, xxx xidmət etmiş, hazırda ordu sıralarından ehtiyyata buraxılmış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamdan CM-nin 32.4,312.2-ci maddəsinin xaric edilməsi, CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddələrinin tələbinə əsasən X6 CM-nin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardan Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) 25 may 2023-cü il tarixli 1-1(107)-4/2023 nömrəli hökmü ilə apellyasiya protesti qismən t əmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı X10 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın xaric edilməsi hissəsində ləğv edilmiş, ona əməlində CM-nin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmiş, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, qərar baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protestinə verilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama görə X12 təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, həmçinin digər şəxsləri təkrarən rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət verilməsinə təkrarən təhrik etmişdir. Belə ki, X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun minaatan batareyasının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən 16 noyabr 2020-ci il tarixdə, saat 22:44-də şəxsi tanışlıqları olan Qəbələ rayonunun Bum qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 şəxsi istifadəsində olan xxx mobil nömrəsindən onun istifadəsində olan xxx mobil nömrəsinə zəng etmiş, telefonda söhbət zamanı Zərərçəkmiş şəxs1 avtomobillərin yuyulması məntəqəsində fəhlə işlədiyini bildirərək qazancının az olmasından şikayətlənmişdir. O, Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul olmaq istəyib-istəməməsi barədə soruşmuş və müsbət cavab aldıqdan sonra mülki şəxslərin Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulu ilə bağlı hər-hansı səlahiyyəti və imkanı olmadığı halda, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə X-ə yalandan 2000 (iki min) manat məbləğində maddi pul vəsaitinin rüşvət kimi Müdafiə Nazirliyinin şəxsiyyətini bildirmədiyi vəzifəli şəxsinə birbaşa onun özünün vasitəçiliyi ilə verilməsi müqabilində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul etdirə biləcəyini deməklə Zərərçəkmiş şəxs1 rüşvət verməyə təhrik etmiş, bundan sonra, 23 noyabr 2020-ci il tarixdə, saat 21:41-də Zərərçəkmiş şəxs1 ona zəng edərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vasitəçidən istifadə etməklə vəzifəli şəxsə 2000 (iki min) manat maddi pul vəsaitini rüşvət verməyə razı olduğunu bildirmişdir. Daha sonra, o, Zərərçəkmiş şəxs1 ilə mobil telefonda sövdələşərək 23 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində Yevlax şəhərində yerləşən avtovağzalın girişində, magistral yolun kənarında görüşmüş, həmin görüş zamanı Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs1 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasına dair hər hansı hərəkət etməmiş, bununla da, qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 2000 (iki min) manat maddi pul vəsaiti məbləğində əmlakını ələ keçirərək sonuncuya həmin miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin digər şəxsi rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə özü üçün birbaşa yolla, vasitəçidən istifadə etməklə maddi nemət verilməsinə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 23 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 ilə Yevlax şəhərində avtovağzalın yaxınlığında görüş zamanı sonuncunun xalası oğlu, Qəbələ rayonunun Bum qəsəbəsinin sakini Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, Zərərçəkmiş şəxs2 onun Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyinə dair vəd verdiyini bildiyi üçün özünün də gizir kimi həqiqi hərbi xidmətə qəbul olunmaq arzusunda olduğunu ona bildirmişdir. Daha sonra, o, mülki şəxslərin Müdafiə Nazirliyində gizir kimi həqiqi hərbi xidmətə qəbulu ilə bağlı hər-hansı səlahiyyəti və imkanı olmadığı halda, öz qulluq mövqeyindən isti fadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə yalandan 2000 (iki min) manat məbləğində maddi pul vəsaitinin rüşvət kimi Müdafiə Nazirliyinin şəxsiyyətini bildirmədiyi vəzifəli şəxsdən birbaş onun özünün vasitəçiliyi ilə verilməsi müqabilində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində gizir kimi həqiqi hərbi xidmətə qəbul olunacağını vəd edərək Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etmiş, razı olacağı təqdirdə mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 alıb onunla əlaqə saxlamasını tapşırmışdır. Zərərçəkmiş şəxs2 həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 ilə Qəbələ rayonunun Bum qəsəbəsində görüşərkən Zərərçəkmiş şəxs1 mobil telefonunu alıb 23 dekabr 2020-ci il tarixdə, 22:38-də sonuncunun istifadəsində olan ***-** *-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək gizir kimi hərbi xidmətə qəbul olunmaq müqabilində 2000 (iki min) manat məbləğində maddi pul vəsaitini verməyə razı olduğunu bildirmişdir. Daha sonra o, 24 dekabr 2020-ci il tarixdə, saat 14:45-də Zərərçəkmiş şəxs1 zəng edərək Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamasını xəbər etməsini xahiş etmiş, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 Qəbələ rayonunun Bum qəsəbəsində görüşərkən Zərərçəkmiş şəxs2 bu barədə məlumat verdikdən sonra Zərərçəkmiş şəxs2 24 dekabr 2020-ci tarixdə, saat 22:13-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan xxx mobil nömrəsinə zəng edərək onunla danışmışdır. Telefonda danışıq zamanı o, Zərərçəkmiş şəxs2 28 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə gedəcəyini, gizir kimi həqiqi hərbi xidmətə qəbul olunmaq müqabilində Müdafiə Nazirliyində şəxsiyyətini bildirmədiyi vəzifəli şəxsə rüşvət kimi verəcəyinə dair yalan vədinə görə istədiyi 2000 (iki min) manat məbləğində maddi pul vəsaitini Yevlax şəhərinə gətirməsini istəyərək Bakı şəhərinə gedərkən həmin məbləği Zərərçəkmiş şəxs2 götürəcəyini bildirmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs2la mobil telefonda sövdələşərək 28 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində Yevlax şəhərində yerləşən avtovağzalın girişində, magistral yolun kənarında görüşmüş, həmin görüş zamanı Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs2 gizir kimi həqiqi hərbi xidmətə qəbul olunmasına dair hər hansı hərəkət etməmiş, bununla d a, qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat maddi pul vəsaiti məbləğində əmlakını ələ keçirərək sonuncuya həmin miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin digər şəxsi rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə özü üçün birbaşa yolla, vasitəçidən istifadə etməklə maddi nemət verilməsinə təkrarən təhrik etmişdir. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndir ilmədiyindən hökm ləğv olunmalı və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyin normaları və Ali Məhkəmə Plenumunun izahları nəzərə alındıqda məhkəmənin təqsirləndirilən şəxsin əməlinə bəraət verilməsinə dair qənaətinin əsasını təşkil edən xüsusatın düzgün müəyyən edilmədiyi məlum olur. İş materiallarına əsasən müəyyən olunmuş sadalanan faktlardan da görünür ki, təqsirləndirilən şəxs Q.İmanovun əməllərində verilmiş ittiham üzrə cinayət tərkibinin əlamətləri mövcud olmuşdur, hansı ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrdə cinayət faktının doğruluğunu təsdiq etmiş, dələduzluq cinayətinin obyektiv cəhətinin icrasını, aldatmanın üsulunu ittihamda olduğ u kimi qəbul etmiş, bunun da nəticəsi olaraq, CM-nin 73-1.2-ci və CPM-nin 43.1.2-ci maddələrinin tələbinə əsasən şəxs CM-nin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hökmün nəticəvi hissəsində şəxsə CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verərkən, düzgün olmayaraq bəraətin əsası kimi cinayət hadisəsinin olmamasını göstərmişdir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən əsassız olaraq, X10 Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ izah edilmişdir. Odur ki, yuxarıda yazılan ları nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-nin 32.4,312.2-ci maddəsini çıxarmalı olduğu halda, səhvən bəraət hökmü çıxarmış, həmçinin bəraətin əsasını düzgün müəyyən etməmiş, bu əsasla Şəki Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünün ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, A li Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum barəsində yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının məhkəmələr tərəfindən düzgün tətbiq edilmədiyini, qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin t ələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzər ində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayə tin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tə rkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini ümumilikdə 1.000 (bir min) manat miqdarında pulu dövlət nəfinə ödəniş etmiş X6 CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddələrinin tələbinə əsasən CM-nin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, CM-nin 32.4,312.2-ci maddə si ilə cinayət hadisəsi olmaması əsası ilə ona bəraət verərək, Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnu izah etməklə qanunsuzluğa yol vermişdir. Kassasiya protestində Bəraət almış şəxsin barəsində CM-nin 178.2.2 və 178.2.3cü maddələri ilə cinayət işinin icraatına xitam verərək, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə məhkəmələr tərəfindən gəlinən nəticə mübahisələndirilməmişdir. Bəraət almış şəxsin CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsinə gəldikdə isə kassasiya protestinə əsasən dövlət ittihamçısı apelyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə verilmi ş ittihamdan CM-nin 32.4, 312.2-ci maddəsini çıxarmalı olduğu halda, səhvən bəraət hökmü çıxarmasını və təqsirləndirilən şəxsə cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnu izah etməklə düzgün nəticəyə gəlmədiyini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. X6 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin dispozisiyası - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik kimi müəyyən edilmişdir. İşdə olan sübutları və “Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, onlar Bəraət almış şəxsin CM-nin 32.4,312.2-ci maddəsi ilə əhatə olunan cinayət əməli üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, həmin Plenumunun qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin ni yyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət işinin materiallarına nəzər yetirdik də müəyyən olunur ki, X6 niyyətinin həmin insanların əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyekti nə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan və yalnız CM-in 73-1.2-ci və Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddələrinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verildiyindən, X6 CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət hökmünün çıxarılması əsassız hesab edilməlidir. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən ş əxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar hallar üzrə təqsirləndirilən şəxsə CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməli, yoxsa elan olunmuş ittihamdan xaric edilməsinə dair məhkəmə təcrübəsində müxtəlif fikirlər və hüquqi yanaşmalar mövcud olmuş və həmin yanaşmalara uyğun fərqli qərarlar qəbul edilmişdir. Lakin son dövr Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən bir mənalı şəkildə müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən ci nayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsi ittihamdan xaric edilməlidir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hökmünün nəticəvi hissəsində şəxsə CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verən zaman düzgün olmayaraq bəraətin əsası kimi “cinayət hadisəsinin olmamasını” göstərmişdir. Belə ki, cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlanılması üçün faktın (hadisənin) olmaması, yəni ictimai-təhlükəli hərəkət və ya hərəkətsizliyin həqiqətdə mövcud olmaması başa düşülməlidir. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş qərar və hökmün məzmunundan da aydın olduğu kimi, X6 əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkm iş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən X10 CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməsi düzgün nəticə kimi qiymətləndirilə bilməz. Kassasiya protestinin dəlillərində həm də, haqlı olaraq hökmdə X10 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi zamanı apellyasiya instansiyası məhkəməsinin prosessual əsaslara və qaydalara riayət edilmədiyi qeyd edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına və iş üzrə gəlinmiş nəticələrə nəzər yetirirkən həmçinin onu da qeyd edir ki, həm yuxarıda göstərilən əsasla yəni X6 əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapması, həm də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinə görə onun barəsində olan cinayət işi üzrə hissəvi bəraət verilməsi, iş üzrə tam bəraət verilməsi barədə hökmün çıxarılmaması, təqsirləndirilən şəxsin kompensasiya almaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin hökmü X10 CM-nin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməs i, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilməli və cinayət işi üzrə icraat həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin ittiham üzrə cinayət işinin icraatına xitam verilmiş X6 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən X10 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində v urulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar