Məhkəmə qərarları › İş №1-1(102)-76/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-76/2025

07.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-76/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli ilkin baxış qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçə kmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Təqsirləndirilən şəxs xx xxxxxx xxxxx-cü il tarixdə Kürdəmir rayonunun Öyləqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin minaatan batareyasının komandiri, baş leytenant vəzifəsində xidmət etmiş, Kürdəmir rayonunun Öyləqulu kəndində qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Ağcabədi rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin minaat an batareyasının baş çavuşu, baş gizir vəzifəsində xidmət etmiş, Ağcabədi rayonunun Şotlanlı kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-1/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 329.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən həmin maddə üzrə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla aylıq pul təminat ından 10 (on) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətin hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq, təyin edilmiş 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilmiş hesab edilməsi; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 329.2.1-ci nəzərdə tutulmuş cinayət əm əlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla aylıq pul təminatından 10 (on) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 01 (bir) il 06 (altı) ay 17 (on yeddi) gün müddətin hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq, təyin edilmiş 02 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilmiş hesab edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şə xslər və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli ilkin baxış qərarı ilə verilən apellyasiya müraciətlərinə baxılmasına xitam verilməsi, Tərtər Hərbi Məhkəməsinin 1-1(098)-1/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs9 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qe yd edilən nöqsanların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə 10 gün müddətin verilməsi kifayət etsə də, cinayət işi hər hansı konkret müddət təyin edilmədən yeni baxışa qaytarılmışdır. Uzun müddət davam edən məhkəmə iclaslarının yenidən başlanması çox çətindir, iş üzrə iki dəfə hakim dəyişmiş, hər dəfə hakim dəyişəndə prosesin təzələnməsi o deməkdir ki, məhkəmə prosesi illərlə davam edəcəkdir. Protokollar və audioyazılarda olan nöqsanların aradan qaldırılması mümkündür, etiraz məsələsi həll olunmuşdur. Məhkəmə tərkibinin dəyişməsindən zərərçəkmiş şəxslərin çox hissəsi xarici ölkələrdə olduğu üçün onlara məktub göndərilsə də məhkəmə iclasında iştirak etməmişlər, buna görə də onların yenidən dindirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqının təzələnməsi üçün ümumiyyətlə he ç bir əsas olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası CPM-nin tələblərinə ziddir və buna görə də həmin qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Zərərçəkmiş şəxsin hüquqi varisinin mübahisələndirdiyi və ləğv edilməsini tələb etdiyi apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış qərarının kassasiya qaydasında ləğv edilməsi əsası Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, məhkəmə bu Məcəllənin 391.3.2391.3.5, 391.3.7-391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

13. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Baxılan cinayət işi üzrə cinayət-prosessual normalarının tələblərinə riayət olunubolunmaması məsələsini araşdıran a pellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında belə nəticəyə gəlmişdir ki, hazırki kassasiya şikayətində göstərilən nöqsanlar – iş materiallarında müəyyən iclas protokollarının və audioyazılarının mövcud olmaması kimi prosessual pozuntularla yanaşı, məhkəmə baxışı məhkəmə tərkibinin dəyişməzliyinə dair tələb üzrə kobud pozuntuya yol verilməklə həyata keçirilmişdir. Bu pozuntu Azərbaycan Respublikası CPM-nin 391.8-ci maddəsində təsbit edilmiş kobud pozuntu olduğundan, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 391.9-cu maddəsinin tələblərinə əsasən hökmün ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarılmasını zəruri hesab etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işi 05 sentyabr 2023-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinə daxil olmuş və hakim İlqar Quliyevin sədrliyi, hakim Vidadi Nəsirovun məruzəsi və hakim Əhməd Sarıyevdən ibarət məhkəmə tərkibi müəyyən edilməklə icraata götürülmüşdür. Məhkəmə icraatı həmin tərkibdə davam etdirilmiş, təqsirləndirilənlər və zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər dindirilmişdir. 17 sentyabr 2024-cü il tarixdə məruzəçi hakim Vidadi Nəsirovun pensiya yaşına çatması ilə əlaqədar səlahiyyətinə xitam verildiyindən onu hakim Sevindik Əzizov əvəz etmişdir. 04 dekabr 2024-cü il tarixdə məhkəmə tərkibində olan hakim Sevindik Əzizov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar Tərtər Hərbi Məhkəməsinə yeni təyin edilmiş hakim Tağı Qənbərovla əvəz edilmişdir. 04 dekabr 2024-cü il tarixli məhkəmə icla s protokolundan görünür ki, protokolda həmin iclasın hakimlər İlqar Quliyev (sədrlik edən), Əhməd Sarıyev (məruzəçi) və Tağı Qənbərovdan ibarət məhkəmə tərkibində keçirildiyi, iclasda hakim Tağı Qənbərova etirazın olub-olmadığının araşdırıldığı, proses iştirakçılarının hakimə etirazlarının olmadığını bildirdikləri, bundan sonra ittihamın nəticəvi hissəsinin elan edildiyi, daha sonra hakim Tağı Qənbərovun (protokolda onun adı səhv olaraq Sevindik Əzizov kimi göstərilmişdir) cinayət işi materialları ilə tanış olduğunu, bundan əvvəl keçirilmiş məhkəmə hərəkətlərinin təzələnməsinə ehtiyac olmadığını bildirdiyi, cinayət prosesi iştirakçılarının fikirləri dinlənildikdən sonra məhkəmə istintaqının qaldığı yerdən davam etdirildiyi göstərilmişdir.

16. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası il k öncə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 308.1 və 308.2-ci maddələrində əksini tapan imperativ normaya görə, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə hakimlərin eyni tərkibində baxılır. Hakimlərdən birinin məhkəmə baxışında iştirakı davam etdirmək imkanı olmadıqda o, digər hakimlə əvəz edilir, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması isə bu Məcəllənin 309-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəldən başlanır.

17. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması məsələsi Azərbaycan Respublikası CPM-nin 391-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası CPM-nin 391.6 və 391.6.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadığı hallarda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.

18. Eyni Məcəllənin 391.7-ci maddəsinə müəyyən edilmiş qaydaya görə 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı hərəkətlər yerinə yetirilir: 391.7.1. apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir; 391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş pozuntuları imkan daxilində aradan qaldırır və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları apellyasiya şikayətinə və ya apellyasiya protestinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir.

19. Azərbaycan Respublikası CPM-nin 391.8 və 391.8.5-ci maddələrində təsbit edilir ki, bu Məcəllənin müddəlarının aşağıdakı kobud pozuntuları na yol verildiyi - birinci instansiya məhkəməsində məhkəmə baxışı hakimlərin tərkibinin dəyişilməzliyi barədə tələblər pozulmaqla keçirildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.

20. Yenə də eyni Məcəllənin 391.9-cu maddəsində isə qeyd edilir ki, bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci in stansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir.

21. İstinad edilən cinayət-prosessual normaların tələblərindən göründüyü kimi, cinayət işinə baxan məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin məhkəmə baxışında iştirakı davam etdirmək imkanı olmadıqda və o, digər hakimlə əvəz edildikdə cinayət işinə baxılması əvvəldən başlanmalı və hakim əvəz olunanadək işə baxılarkən keçirilmiş bütün prosessual hərəkətlər təzələnərək qanunun tələblərinə müvafiq qaydada yenidən həyata keçirilməlidir. Məhkəmə baxışının məhkəmə hərəkətləri təzələnmədən keçirilməsi yalnız o vaxt mümkün olardı ki, əvəz edən hakim məhkəmə hazırlıq iclasının qərarı ilə ehtiyat hakim kimi çağırılmış olsun. Baxılan cinayət işinin materiallarından isə görünür ki, A zərbaycan Respublikası CPM-nin 309-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olmamış və məhkəmə tərkibinə yeni hakim daxil olduğundan məhkəmə baxışı əvvəldən başlamalı və əvvəlki məhkəmə tərkibi tərəfindən işə baxılarkən keçirilmiş Azərbaycan Respublikası CPMnin XLİİ və XLİİİ fəsillərinin maddələrində nəzərdə tutulan bütün prosessual hərəkətlər (o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin dindirilməsi istintaq hərəkətləri) təzələnərək qanunla müəyyən edilmiş ardıcıllıqda yenidən edilməli olduğu halda həmin hərəkətlər təzələnməyərək məhkəmə baxışı qaldığı yerdən davam etdirilmiş, bununla da Azərbaycan Respublikası CPM-nin 308-ci maddəsinin tələbi pozulmuşdur.

22. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkə məsi yuxarıda qeyd edilmiş mövqeyində haqlı olmuş, apellyasiya müraciətlərinə ilkin baxılması zamanı Azərbaycan Respublikası CPM-nin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını araşdırarkən, birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntuya yol verdiyini aşkar etdiyindən, hökmün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsində yeni baxışa qaytarılması barədə əsaslı və düzgün nəticəyə gəlmişdir.

23. Təfsir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-56/2025 nömrəli, 06 may 2025-ci il tarixli ilkin baxış qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar