Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-77/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177. 2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(098)-50/2018 saylı hökmü ilə (hakim V.Z.Nəsirov) 08 aprel 1994-ci il tarixdə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, tam orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Tərtər rayonunun ********** kəndində yaşayan, N nömrəli Hərbi Hissəsinin 1-ci artilleriya divizionunun idarəetmə tağımının idarəetmə manqasında sürüc ü-elektrik vəzifəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, 23 sentyabr 2017-ci il tarixdə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmış, barəsində 23 oktyabr 2017-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına, 06 dekabr 1990-cı il tarixdə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, tam orta təhsilli, məhkum olunmamış, Yevlax rayonunun ********* kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan, N nömrəli Hərbi Hissəsinin 2-ci artilleriya diviz ionunun 2-ci artilleriya tağımının 6-cı topunda sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, 23 sentyabr 2017-ci il tarixdə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmış, barəsində 23 oktyabr 2017-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişlər. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs kimi, təkrarən, binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Məhkum1 Müdafiə Nazirliyinin N nömrəli h ərbi hissəsinin 1-ci artilleriya divizionunun idarəetmə tağımının idarəetmə manqasında sürücüelektrik vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən 29 iyun 2017-ci il tarixdə həmin divizionun 2-ci artilleriya batareyasının 2-ci artilleriya tağımının 6-cı topunun sürücüsü kiçik çavuş Məhkum2 ilə Naftalan şəhərində yerləşən “xxxx” ASC-nin inzibati binasında olan elektrik avadanlıqlarını oğurlamaq barədə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs kimi həmin gün saat 19 radələrində ASC-nin inzibati binasına qanunsuz daxil olmaqla giriş hissəsində yerləşən tikilidə olan “xxxx” ASC-yə məxsus, 275 (iki yüz yetmiş beş) manat dəyərində 1 ədəd elektrik yarım ötürücüsünün içərisində olan mis naqilləri və digər el ektrik avadanlıqlarını, binanın içərisində olan xəmiryoğuran maşının hər biri 105 (yüz beş) manat dəyərində 2 ədəd və xəmirkəsən maşının hər biri 63 (altmış üç) manat dəyərində 2 ədəd üç faza motorlarını, yəni ümumilikdə 611 (altı yüz on bir) manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə xidmət edərkən 15 iyul 2017-ci tarixdə həmin divizionun 2-ci artilleriya batareyasının 2-ci artilleriya tağımının 6-cı topunun sürücüsü kiçik çavuş Məhkum2 ilə Naftalan şəhərində yerləşən “xxxx” ASCnin inzibati binasında olan elektrik avadanlıqlarını oğurlamaq barədə yenidən əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs kimi həmin gün saat 19radələrində ASC-nin inzibati binasına qanunsuz daxil olmaqla özünün bir-iki saat əvvəl həmin binanın içərisində söküb hazırladığı, “xxxx” ASC-yə məxsus, hər biri 181 (yüz səksən bir) manat dəyərində 2 ədəd elektrik yarım ötürücüsünün içərisində olan mis naqilləri, suxaridoğrayan maşının 75 (yetmiş beş) manat dəyərində 1 ədəd, xəmiryumrulayan maşının 63 (altmış üç) manat dəyərində 1 ədəd və qaldırıcı maşının 120 (yüz iyirmi) manat dəyərində 01 ədəd üç faza motorlarını, yəni ümumilikdə 620 (altı yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər İ.Ə.Şəfiyev və Ş.Q.Rzaquliyevdən ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ap ellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 19 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi, ASC-nin idarə heyətinin sədri Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ekspert, mütəxəssis tərəfindən dağıdılmış, sökülmüş yerlərə, yararsız hala salınmış yerlərə, əmlaklara, avadanlıqlara, qurğulara baxış keçirilməmiş, dəqiq qiymətləndirmə aparılmamışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı dəfələrlə xatırlatmasına baxmayaraq, göstərdiyi hallara, faktlara heç bir əhəmiyyət veril mədiyini, təkrar ekspertiza təyin edilmədiyini, real faktiki zərərin düzgün müəyyən edilmədiyini qeyd etmişdir.Təqsirləndirilən şəxslər özləri etiraf etmişlər ki, müəssisəyə 5000 manat zərər vurmuşlar, onlar 5000 manatı müştərək olaraq ödəməyə razılıq vermiş, 2500 manatı ödəmiş, qalanı isə ödənilməmişdir. Belə olan halda, məhkəmə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.11.2017-ci il tarixli 30206 №-li ekspert rəyindən görünür ki, “xxxx” ASC-nə dəymiş zərərin ümumi məbləği nəzəri hesablama yolu ilə şərti olaraq 1231.00 manat müəyyən edilmişdir. Bu isə ekspert rəyinin kifayət qədər əsaslı olmadığını və şübhə doğurduğunu təsdiq edir. Belə ki, cəmiyyətə 1231 (611 və 620) manat yox, 5000 (beş min) mana t əmlak zərəri (oğurlanmış avadanlıqların dəyəri və onların yerlərinə quraşdırılması) vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından məhkumlar Məhkum2 və Məhkum1 barələrində olan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və vurulmuş zərərin həcminin, məbləğinin dəqiq müəyyən edilməsi, ödənilməsi, ziyan vurmuş şəxslərin ədalətli şəkildə ağır cəza növü ilə cəzalandırılması üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş hü quqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısı C.Z.Əliyevin kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum2 və Məhkum1 barələrindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayı r. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instasiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək zərərçəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsinin kassasiya şikayəti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdak ıları qeyd edir. Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum2 və Məhkum1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hal larına və qanun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “... məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanand an məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsindən hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansə məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz t əşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri- mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Məhkəmə kollegiyası işin hallarını qanunun tələbləri ilə müqayisə edərkən müəyyən etdi ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddianı müdafiə etmək qabiliyyətinə ibtidai istintaq və birinci instansiya məhkəməsinin istintaqı zamanı da malik olmuş, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş maddi ziyanın məhkəmənin təşəbbüsü ilə tələb edilməsinə zərurət olmamışdır. Bununla yana şı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi cinayət təqibi başlanandan məhkəmə istintaqı başlanana qədər mülki iddia verməmiş, eləcə də rəhbərlik etdiyi müəssisəyə dəymiş maddi, ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olarkən həmin rəyə qarşı heç bir şikayət və tələbi, eləcə də ekspertin əsaslandığı sübutların qeyri-mötəbər hesab edilməsi barədə müraciəti olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 27 noyabr 2017-ci il tarixli 30206 №-li ekspert rəyindən görünür ki, tədqiqat obyektlərinin (üç fazalı elektrik mühərrikləri) tədqiqi ilə bağlı ekspert aşağıdakı nəticəyə gəlmişdir. -Aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən ekpertizaya təqdim edilməyən tədqiqat obyektlərinin, 29 iyun və 15 iyul 2017-ci il tarixə, qərarın təsviri hissəsində göstərilən məlumatlara, təqdim edilmiş arayışda və bir ədəd CD diskdə olan məlumatlarına əsasən respublikadaxili orta bazar satış ümumi qiymətlə "xxxx” ASC-nə dəymiş zərərin ümumi məbləği nəzəri hesablama yolu ilə şərti olaraq 1231.00 manat müəyyən edilmişdir. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan 29 noyabr 2017-ci il tarixli tanış etmə protokolundan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə vaxt məhdudiyyəti olmadan tanış olmuş və hər hansı vəsatət, şikayət və tələbi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instans iya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in 143-146-cı tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi sözügedən cinayət işi üzrə cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək mülki iddia ilə nə ibtidai istintaq orqanına, nə də məhkəməyə müraciət etməmişdir. Buna görə bir inci instansiya məhkəməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə hökmdə mülki iddia ilə müraciət etmək hüququnun olmasını xatırladaraq mülki iddianı mülki mühakimə icraatı qaydasında tələb edə biləcəyini izah etmişdir. Bununla da birinci instansiya məhkəməsi cinayət prosesini həyata keçirən orqan kimi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin hüquqlarını icra etməsinə istiqamət vermişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətində mübahisələndirilən məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə münasibətdə qeyd edir ki, rəy əmtəəşünaslıq sahəsində xüsusi biliyə malik olan mütəxəssis tərəfindən yazılı şəkildə tərtib edilmişdir, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar rəydə öz əksini tapmışdır, eləcə də ibtidai istintaq orqanı tərəfindən qoyulmuş suallara dair cavablar müfəssəl şəkild ə göstərilmişdir. Yəni, ekspertin rəyi kifayət qədər əsaslıdır, ekspertin əsaslandığı sübutlar etibarlıdır, ekspertiza aparılarkən prosessual qaydalar pozulmamışdır. Buna görə doğru olaraq nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasına zərurət duymamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun poz untusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Belə olan halda məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlil lər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Məhkum1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(098)-50/2018 saylı hökmü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onunla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 və Məhkum1 təqsirlərinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməs i dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar, Məhkum2 və Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbl ərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslı olduğundan (zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının məhkumlar Məhkum2 və Məhkum1 barələrində olan 16 may 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs “xxxx” ASCnin nümayəndəsi Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-77/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-77/2019
26.09.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver