Məhkəmə qərarları › İş №1-1(102)-77/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-77/2021

30.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-77/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-c i il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim Əhməd Sarıyev) hazırlıq iclasının 1(098)-37/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qərarı ilə 10 mart 1984-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, 27 yanvar 2015-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 2ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, ünvan 1 ünvanda yaşayan, hazırda N nömrəli hərbi hissədə xidmət edən əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.4-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Məhkum 02.08.2019-cu il tarixdən etibarən Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 2-ci taqımının 2-ci manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər hərbi rütbəsində xidmətdə olarkən xəstəliyi ilə əlaqədar 07.05.202 0-ci il tarixdən 10.06.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunduqdan sonra 10.06.2020-ci il tarixdə hərbi hissəyə qayıtması üçün buraxılsa da o, 29.07.2020-ci il tarixdə saat N radələrində hərbi hissəyə gəlməklə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Həmin hərəkətləri ilə Məhkum CM- nin 333.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyevdən ibarət tərkibdə) 1-1(106)14/2021 nömrəli 06 may 2021-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 1(098)37/2021 nömrəli 09 fevral 2021 -ci il tarixli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarı ləğv edilsin və Tərtər Hərbi Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı qüvvədə saxlanılsın. Kassasiya şikayətinin dəlilləri: Kassator Məhkum kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Belə ki, apellyasiya məhkəməsinin qərarı birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsini, o cümlədən dövlət ittihamçısının protestinin məzmununu köçürməklə kifayətlənmiş, sonda əsaslandırma anlayışını əhatə etməyən, ümumi sözlərlə ifadə olunan və şəxsi mülahizələrə əsaslanan fikirlərlə qərar çıxartmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassator Məhkum kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi materiallarının birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Tərtər Hərbi Məhkəməsi 09.02.2021-ci il tarixdə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs Məhkum vəsatətini nəzərə alıb, Azərbaycan Respublikası CPM-in 39.1.11 və 305-ci maddələrini rəhbər tutaraq, CM-in 74-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə 06 may 2021-ci il tarixli qərarı ilə həmin hazırlıq iclasının qərarı ləğv edib, cinayət işinin materiallarını Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı əsaslıdır. Belə ki, birinci in stansiya məhkəməsi öz qərarı Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə istinadən qəbul etmişdir. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən “Cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda” cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmi n Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 731.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göründüyü kimi Azərbaycan Respublikası C PM-in 305.1-ci maddəsinə əsasən yalnız cinayət işi üzrə icraata xitam verilməsini tələb edən qanunun imperativ normalarında ( CPM-in 39.1.11, 40.3 və 40.4-cü mad.) nəzərdə tutulmuş halların müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında cinayət işinin icraatına xitam verilməsi barədə əsaslandırılmış qərarın çıxarılmasına yol verilir. Azərbaycan Respublikası CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 7 4-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Apellyasiya məhkəməsinin vurğuladığı kimi, Azərbaycan Respublikası CM-in 74-cü maddəsinin norması imperativ xarakter daşımır və həmin maddəyə əsasən cinayət işi üzrə icraata xitam verilməsi normaları olan CPM-in 40.3 və 40.4-cü maddələrinə əsasən deyil, məhz imperativ xarakter daşımayan CPM-nin 40.2-ci maddəsinə əsasən mümkündür. Beləliklə, Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsi CPM-in 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda (CM-in 74-cü maddəsinə əsasən) məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraata xitam verilməsinə əsas vermir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən CPM-in 305. 1-ci maddəsinin tələblərini rəhbər tutub hazırlıq iclasında CM-in 74-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi əsassız və qanuna zidd olmuşdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar