Məhkəmə qərarları › İş №1-1(102)-77/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-77/2023

07.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-77/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 232.2.3cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1-1(104)-53/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1997-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Samux rayonunun Kolayır kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyini səfərbərliklə əlaqədar çağırılmış sabiq hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum döyüş sursatın ı öz qulluq mövqeyindən istifadə etməklə talamış, təkrar saxlamış, daşımış, gəzdirmiş, başqasına vermiş, qabaqcadən əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlamış, daşımış və satmışdır. Belə ki, Məhkum 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə bilavasitə təmas xəttində yerləşən mövqelərinə və mülki obyektlərə təxribat məqsədi ilə iriçaplı silahlardan atəş açması, həmçinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin ölkənin digər ərazilərini işğal etmək məqsədi ilə təcavüzkar müharibəni planlaşdırması və hazırlamasından sonra düşmənə qarşı həyata keçirilən əks hücum və digər ərazilərimizin işğaldan azad olunması əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Preziden tinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliklə əlaqədar 07 oktyabr 2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsindən səfərbərlik üzrə hərbi xidmətə çağrılaraq 1-ci tamamlama mərkəzi hesab edilən N nömrəli hərbi hissəyə göndərilmiş, N oktyabr 2020-ci il tarixdə isə N nömrəli hərbi hissəyə göndərilərək həmin hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 308 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib əsgər hərbi rütbəsi ilə həmin vaxt hərbi hissənin Naftalan rayonunun Qaşaltı kəndi ərazisində yerləşən 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının atcısı vəzifəsinə təyin olunmuşdur. Məhkum həmin vəzifədə və rütbədə xidmət etdiyi müddətdə xi dməti zərurətlə əlaqədar olaraq qulluq mövqeyinə görə ona verilmiş N nömrəli hərbi hissəyə məxsus döyüş sursatı hesab edilən bir ədəd alışdırıcısı ilə birlikdə “RQD-5” tipli qəlpəli hücum əl qumbarasını 2020-ci ilin noyabr ayının əvvəllərində qulluq mövqeyindən istifadə edərək talayıb qanunsuz olaraq daşıyıb gəzdirərək yaşadığı Samux rayonu Kolayır kəndində yerləşən evinə gətirib saxlamışdır.

3. Bundan əlavə, Məhkum qeyd olunan yerdə və vəzifədə xidmət edərkən 2020-ci ilin noyabr ayının əvvəllərində xidməti zərurətlə əlaqədar olaraq qulluq mövqeyinə görə ona verilmiş N nömrəli hərbi hissəyə məxsus döyüş sursatı hesab edilən alışdırıcısı ilə birlikdə bir ədəd “RQD-5” tipli qəlpəli hücum əl qumbarasını talayaraq gətirib yaşadığı Samux rayon Kolayır kəndində yerləşən evlərində gizlətdikdən so nra xidmət yerinə qayıtmış və törətdiyi cinayəti gizlətmək məqsədilə növbəti gün saat 08 radələrində taladığı həmin qumbaranın əvəzinə xidmət etdiyi bölüyün yerləşdiyi düşərgənin ərazisində olan sursat qutusundan döyüş sursatı hesab edilən bir ədəd “RQD-5” tipli əl qumbarasını alışdırıcısı ilə birlikdə götürərək təkrar döyüş sursatını daşımış, gəzdirmişdir.

4. Bundan başqa, Məhkum 2020-ci ilin noyabr ayının əvvəllərində talayaraq yaşadığı Samux rayon Kolayır kəndində yerləşən evlərində gizlətdiyi N nömrəli hərbi hissəyə məxsus döyüş sursatı hesab edilən alışdırıcısı ilə birlikə bir ədəd “RQD-5” tipli qəlpəli hücum əl qumbarasını 09 yanvar 2021-ci il tarixdə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxıldıqdan sonra satmaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin aprel ayının sonları nda tanışı Göygöl rayon Mollacəlilli kənd sakini Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq qeyd olunan əl qumbarasını alışdırcısı ilə birlikdə saxlayaraq daşımış və 10 may 2021-ci il tarixdə satmaq üçün Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin gün saat 15 radələrində Göygöl şəhəri ərazisində yerləşən “Böyük İsgəndər” adlı restoranda qeyd olunan əl qumbarasını alışdırıcısı ilə birlikdə 80 manat pul müqabilində qabaqcadan əlbir olan bir qrup şəxs halında satarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır.

5. Gəncə Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(095)-017/2022 nömrəli hökmü ilə (hakimlər X9 (sədrlik edən), X5 (məruzəçi) və X2 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 232.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 232.2.3-cü maddəsi ilə isə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi apellyasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini, məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş etmişlər.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 11(104)-53/2022 nömrəli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 232.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(095)-017/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 11(104)-53/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (himayəsində iki ağır xəstə və İİ qrup əlilliyi olan valideyninin olması, Vətən müharibəsi iştirakçısı olması, evin tək övladı olması və.s) sadala yaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1-1(104)53/2022 nömrəli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini x ahiş etdi. IV.Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azə rbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən həm özü, həm də müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (himayəsində iki ağır xəstə və İİ qrup əlilliyi olan valideyninin olması, Vətən müharibəsi iştirakçısı olması, evin tək övladı olması və.s) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1-1(104)-53/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliy yətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələri ndə təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin ed ərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 25. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Rspublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir.

26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xar akterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

27. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq ma terialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

28. Belə ki, Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 232.2.3-cü maddələri ilə Gəncə Hərbi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1-1(095)-017/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinay ətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 232.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

30. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə və şərti olaraq tətbiq edilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərlə razılaşmayaraq hökmün də yişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və ya ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və a pellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübah isələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1-1(104)-53/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 232.2.3cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 28 oktyabr 2022-ci il tarixli, 1-1(104)-53/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar