Məhkəmə qərarları › İş №1-1(102)-78/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-78/2017

23.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-78/2017 23.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-78/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Ceyhun Zülfüqar oğlunun iştirakı ilə, Füzuli Hərbi Məhkəməsini n xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 333.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X5 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: X6) xx xxxxxx 1988-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, məhkumluğu olmayan, Ağstafa rayonu Poylu kəndində daimi qeydiyyatda olan və yaşayan, N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu (gizir), barəsində «həbs» qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 331.2, 331.3 və 333.3-cü maddələri ilə təqsirli bilinərək, ARCM-in 331.2-ci maddəsinə həmin məcəllənin 62-ci maddəsini tədbiq etməklə 400 (dörd yüz) manat cərimə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 03 (üç) il, AR CM-in 333.3-cü maddəsi ilə isə 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 400 (dörd yüz) manat cərimə cəzası və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbirinin ləğv olunması, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalında həbs edilməs i, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzasının əvvəlinin xx xxxxxx 2017-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 AR CM-in 330.1 və 331.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 330.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, AR CM-in 331.2-ci maddəsinə həmin məcəllənin 62-ci maddəsini tətbiq etməklə 400 (dörd yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, AR CM-in 66.2-ci maddəsi ilə təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 400 (dörd yüz) manat cərimə cəzası və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissənin 1-ci taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmət üzrə vəzifələrini yerinə yetirən zaman xx xxxx 2016-cı il tarixdə saat 16 radələrində batareyanın qərargahının qarşısında rütbə üzrə tabeliyində olan tank bölüyünün baş mexanik sürücüsü vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X4 ilə aralarında yaranmış mübahisə zamanı AzərbaycanRespublikasıSilahlıQüvvələrininDaxiliXidmətNizamnaməsinin 47-cimaddəsinə əsasən tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarınа qalmalı, kobudluq etməməli və onların ləyaqətini alçalda biləcək hərəkətlərə yol verməməli olduğu halda, şəxsi heyətin qarşısında xxxun ünvanına söyüşlər söyüb şərəf və ləyaqətini alçaldıb təhqir etmiş, bundan sonra əlləri ilə onu sinəsindən itələyərək yerə yıxmış, ardınca isə sinə nahiyəsinə bir təpik, sifət nahiyəsinə isə bir yumruq zərbəsi vurub “bədənin çoxsaylı qançırı, hər iki çiyin, kürək və bel nahiyəsinin, sağ gicgah nahiyəsinin qançırı, sol almacıq nahiyəsinin postravmatik ödemi, hər iki dirsək nahiyəsinin sıyrılmış yarası” diaqnozlu dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa gizir Məhkum qeyd olunan yerdə və vəzifədə qulluq edən zaman hərbi hissə komandirinin xx xxxxxxxx 2016-cı il tarixli 253 №-li əmri ilə məzuniyyətə buraxılmış, xx xxxxxxx 2016-cı il tarixdə məzuniyyət müddətinin başa çatmasına baxmayaraq o, üzrlü səbəblər olmadan on gündən artıq, bir aydan az müddətə məzuniyyətdən g ecikərək xx xxxxxxx 2016-cı il tarixdə qulluq yerinə qayıtmışdır. Hökmdən məhkum xxx və Məhkum müdafiəçisi V.Y.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi V.Y.Quliyevin apellyasiya şikayətini təmin etməmiş, digər məhkum xxxun apellyasiya şikayətini isə təmin edərək ona münasibətdə hökmü dəyişdirmiş, xxxa AR CM-in 330.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin məcəllənin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq olunmuş, xxx barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edi lərək o məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Y.Quliyev kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının dəyişdirilməsini və AR CM-in 331.2, 331.3 və 333.3-cü maddələri ilə məhkum edilmiş Məhkum barəsində həmin məcəllənin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi V.Y.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı qəbul edilərkən Məhkum gəncliyi, törətmiş olduğu cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayət olması, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, döyüş şəraitində olan hərbi hissədə xidmət etməsi və cinayətiin digər məhkumun qanunsuz hərəkətlərinin nəticəsində baş verməsi məhkəmə tərəfindən yüngülləşdirici hallar kimi nəzərə alınmamış, məhkəmələr tərəfindən Məhkum barəsində həddindən artıq ağır cəza təyin olunmuşdur. Bundan başqa Məhkum barəsində AR CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmasına baxmayaraq qərar qəbul edilərkən sadalanan hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən Məhkum müdafiəçisi V.Y.X7 Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilməsini və onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Z.Əliyevin çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı Məhkum AR CM-in 331.3-cü maddəsi ilə cəza təyini hissəsində dəyişdirilməli, həmin maddə ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə endirilməli, AR CM-in 66.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla CM-in 331.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, habelə birinci instansiya məhkəməsinin hökmü ilə AR CM-i n 331.2-ci maddəsi ilə təyin edilmiş 400 (dörd yüz) manat cərimə cəzası və həmin məcəllənin 333.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, Məhkum cinayətlərin məcmusu qaydasında qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 400 manat cərimə cəzası təyin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi V.Y.Quliyev isə məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Proessual Məcəlləsinin 419.4cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəti cəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Füzuli Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ARCM-in 331.2, 331.3 və 333.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi V.Y.Quliyevin apellyasiya şikayəti təmin edilməmiş və hökm Məhkum münasibətdə dəyişinin materiallarındanvə məhkəmətərəfindən qəbu ledilmiş yekun məhkəmə aktından görünürki, Məhkum ittiham olunduğu cinayətə məlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanun iüsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hər tərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, ocümlədəntəqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-cimaddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yolverilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətmişolduğucinayətəməliAR CM-in 331.2, 331.3 və 333.3-cü maddələriilədüzgüntövsifedilmişdir. Hazırkı kassasiya şikay ətində isə müdafiəçi V.Y.Quliyev Məhkum əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız onun barəsində AR CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum Füzuli hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Füzuli hərbi məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2468 №-li arayışına əsasən isə qeyd olunan cərimə xx xxxxxxx 2015-ci il tarixdə gizir Məhkum tam şəkildə tutularaq dövlət nəfinə köçürülmüşdür. AR CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin məcəllənin 15.2-ci maddəsinə əsasən bu kateqoriya cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aiddir. Azərbaycan Respublikası CM-in 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluğu ödənilmiş şəxs hesab olunurlar. Həmin məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluğu ödənilmiş hesa b edilirlər. Cinayət işinin materiallarından görünür ki, Məhkumluğu xx xxxxxxx 2016-cı il tarixdə ödənilmiş, beləliklə Məhkum birinci cinayətə görə məhkumluğu ödənilmədiyi halda yenidən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olan bir neçə cinayətlər törətmişdir. Məhkum əvvəllər cərimə cəzasına məhkum edilməsi onun əməlinin residiv kimi qiymətləndirilməsinə əsas verməsə də, bu onun əvvəl törətdiyi cinayət əməlinə görə təyin olunmuş cəzanın onun islah olunmasına yetərli olmamasına dəlalət edir. Yuxarıda qeyd olunan xüsusatlar Məhkum cəza çəkmədən islah olunmasını qeyri-mümkün edən amillər kimi onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını istisna edir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından gö rünür ki, Məhkum cəza təyin edilən zaman onun döyüş şəraitində olan hərbi hissədə xidmət etməsini, ailəli olmasını, törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi sadalansa da, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunsa da, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, AR CM-in 62-ci maddəsi tətbiq o lunmaqla ona təqsirli bilindiyi AR CM-in 331.3-cü maddəsinin sanksiyası həddindən də aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət e tməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Bundan başqa qeyd edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum X1 müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. ŞirvanApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxxx 2017-ci il tarixliqərarıməhkum X5 barəsində cəza təyini hissəsində dəyişdirilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məh rum etmə cəzasının müddəti həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X3 hazırki qərarla Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, habelə ona birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təyin edilmiş 400 manat miqdarda cərimə cəzası və Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, X3 cinayətlərin məcmusu qaydasında qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 400 manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar