Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-78/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 yanvar 2021-cu il tarixli hökmündən Məhkum Ədülfət oğlunun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim X3) 1(098)-264/2019 nömrəli 11 sentyabr 2019-cu il tarixli hökmü ilə 11 fevral 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məһkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan, N nömrəli hərbi hissənin HAD divizionunun 1-ci batareyasının 1-ci taqımının 3-cü topunun tuşlayıcısı vəzifəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunun Ballıqaya kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyündə əsgər hərbi rütbəsində qulluq edərkən, 16 may 2019-cu il tarixdə saat 23 radələrində bölüyün gün növbətçisi naryadında olarkən həmin bölüyün digər gün növbətçisi, tabelik münasibətində olmayan əsgər X4 ondan əsgər yataqxanasını təmizləməyə köməklik etməsini xahiş etmiş, sonuncu kömək etməyəcəyini bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Məhkum tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri nizamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrində nəzərdə tutulmuş «Hərbi qulluqçular bir-biri ilə həmişə nəzakətli və təmkinli olmalıdırlar» kimi tələblərini kobud surətdə pozaraq əlinin iç nahiyəsi ilə əsgər Vüsal Bədəlovun burun nahiyəsinə bir zərbə vuraraq on a zor tətbiq etmiş, beləliklə, o, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən əsgər Məhkum 16 may 2019-cu il tarixdə saat 23 radələrində bölüyün gün növbətçisi naryadında olarkən əməli, yalnız ona qarşı yönəlmiş qanunsuz hərəkətin qarşısını almağa yönəldiyindən, hərəkətlərində fiziki gücün tətbiqi əlamətləri olsa da belə bu hərəkətləri xidmətinə maneə törədilməsinin qarşısını almaq niyyəti ilə edildiyindən və az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından cinayət hesab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Şamil Rzaquliyev, hakim lər Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1-1(104)-07/2020 nömrəli 16 yanvar 2020-ci il tarixli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli bəraət hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi təqsirli bilinərək 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Kamal Əliyev verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cin ayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçi Əliyev Kamal Vəli oğlu kassasiya şikayətini onunla əsaslandırır ki, Tərtər Hərbi məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmaq niyyətində olmamış, bu qaydaların pozulmasını da arzu etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlinə hüquqi qiymət verərkən qeyd edir ki, onun əməlində formal cəhətdən əsgər Vüsal Bədəlova qarşı fiziki cəhətdən təsir göstərmə əlamətləri mövcud olsa da, müəyyən edilmiş vaxt ərzində təyin olunmuş xidməti yerin tərk edilməsinin qadağasına dair Daxili Xidmət Nizamnaməni n tələblərini pozmadığına və zərərçəkmiş Vüsal Bədəlovu xidmətinə maneə törətdiyinə görə əlinin iç hissəsi ilə özündən kənarlaşdırarkən burun nahiyəsinə toxunmaqla zərər yetirməməsi və zərər yetirmək təhlükəsi yaratmadığına görə onun əməli CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmadan az əhəmiyyətli kimi qiymətləndirilməlidir. Cinayət işinin yuxanda şərh olunmuş faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, istintaq orqanı tərəfindən Məhkum əməli CM-in 332.1-ci maddəsi ilə tövsif olunarkən yalnız hərbi qulluqçuların bir-birinə qarşılıqlı zor tətbiq etməsi görüntüsü əsas götürülmüş, hər bir cinayətin cinayət qanununun müvafiq maddəsi ilə düzgün tövsifi üçün zəruri olan cinayət tərkibinin həm əsas, həm də fakültativ əlamətlərinin hərtərəfli və (obyektiv yoxlanılması, ci nayət qanunu ilə müqayisə edilməsi və bundan sonra əməlin tövsif edilməsi zəruriliyi barədə həm cinayət qanununun tələbləri, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyi nəzərə alınmamış, nəticədə Məhkum əsassız olaraq CM-in 332.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. Tərtər Hərbi Məhkəməsi yuxarıda təsvir olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Məhkum əməli, yalnız ona qarşı yönəlmiş qanunsuz hərəkətin qarşısını almağa yönəldiyindən, hərəkətlərində fiziki gücün tətbiqi əlamətləri olsa da belə, bu hərəkətləri xidmətinə maneə törədilməsinin qarşısını almaq niyyəti ilə edildiyindən və az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından cinayət hes ab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Bu kimi səbəbdən də, Məhkum təqsirsiz hesab olunmaqla ona Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə bəraət verilməkdə haqlı olmuşlar. Kassator qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Məhkum hər hansı bir cinayət əməlini törətməsini sübut edən bir dənə də olsun, yanaki olsa belə, sübut yoxdur. Bu da təbiidir. Cinayət əməli olmayan yerdə, sübut da olmur. Gəncə Apellyasiya Məhkəməsi isə işə tam qərəzli və qeyri-obyektiv qiymət vermişdir. Müdafiə tərəfi belə hesab edir ki, məhkəmələr heç olmazsa, nəzərə almalı idilər ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən 21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs on un təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr ışın faktiki hallarına tamamilə uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarında əks etdirilmiş apellyasiya insta nsiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işində olan və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla da qətiyyən təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəinki tədqiq etməmiş, təqdim olunmuş sübutları belə nəzərə almamış və istintaq hərəkətlərinin nəticələrinə düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların obyektiv tədqiqindən əsassız imtina edərək, yekun qərarı qəbul etmişdir. Yuxanda göstərənlərdən belə nəticəyə gəlinir ki, Gəncə Apellyasiya məhkəməsi hüquqları müdafiə etdıyı şəxsin hərəkətlərində cinayət tərkibinin olmamasına baxmayaraq ona tam bəraət vermək əvəzinə ona heç bir sübuta əsaslanmayan qanunsuz ittiham irəli surən saxta yekun qərar - hökmünü qəbul etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam zidd olaraq, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürütmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların obyektiv və düzgün tədqiqindən əsassız imtina etmiş, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası, Cinayət Prosessual Məcəlləsinin maddələrinin normalarının tələblərini tam görməməzlikdən gəlmiş, görünməmiş də rəcədə ədalətsiz, tam əsassız və qanunsuz yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Kamal Əliyevin kassasiya şikayətinin ilkin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsa slanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmək istəyir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxmış və Azərbaycan Respublikası CM-in 4-9 -cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verməmişdir. Buna əsasən də kassasiya kollegiyası müdafiəçinin bu dəlilini əsassız sayır. Kassatorun kassasiya şikayətinin digər dəlili isə Məhkum hazırkı cinayət işi üzrə təqsirsiz olduğundan barəsində birinci instansiya məhkəməsinin bəraət hökmünün ləğv edilməklə ittiham hökmün çıxarılmasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. t əqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində özünü qismən təqsirli bilməsi ilə yanaşı cinayət hadisəsi və onun qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları ilə təsdiq olunur. Hökmündən görünür ki, apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verərək əsaslı nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması, yəni hökm çıxarıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam təsdiq edilmişdir. Apellyasiya məhkəməsi cinayət işinin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində bəraət hökmünün çıxarılması və ya barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar olmamışdır. Odur ki, Məhkum əməli hökm çıxarıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiy a instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə etməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət vermişdir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində sadalanan əsasları müəyyən edərkən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdi rmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gənc ə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-78/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-78/2021
30.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver