Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-78/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsini n 28 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1-1(093)-35/2023 nömrəli (hakim Ramazanov Camal Cumar oğlunun sədrliyi) hökmü ilə xx xxxxx-cı il tarixdə x rayonunun x kəndində anadan olmuş, ünvanında qeydiyyatda olmaqla ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxxxx Məhkum Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 1 (bir) il müddətə şamil edilməsi, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablanması, hökmün icrası yaşadığı yer üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməsi, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə qarşı 13.000 (on üç min) manat maddi ziyan və 7.000 (yeddi min) manat mənəvi ziyan, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Məhkum tutularaq X11 verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Məhkum tutulub X11 qaytarılması, qalan hissədə mülki iddia tələbinin təmin edilməməsi hökm edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) 1 iyun 2023-cü il tarixli 11(105)-5/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmi n edilməmiş, Bakı Hərbi Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu birgə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, Dövlət Sərhəd N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - baş çavuş hərbi rütbəsində xidmətdə olarkən 23 avqust 2022-ci il tarixdə hərbi hissə tərəfindən ona təhkim edilmiş "Kamaz 43114” markalı "X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobillə 11, 12, 13 və 14-cü sərhəd zastavalarına ərzaq təminatı aparmaq məqsədi ilə Qusar rayonunda yerl əşən 11-ci sərhəd zastavasına getmək üçün Dağıstan sərhədi istiqamətində hərəkət etmiş, Bakı-Quba-Dağıstan yolunun Qusar rayonunun ərazisindən keçən 201,5-ci kilometrliyində təxminən 30-35 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin "sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini, habelə həmin qanunun 65-ci maddəsinin 1-ci hissəsinin "məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini göstərir” (4.1.2 "sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı) tələblərini pozaraq avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmalı oldu ğu halda əyləcdən istifadə etməyərək yolu sağdan sola keçən piyada Türkiyə Respublikası vətəndaşı X12 vurmuş və nəticədə ehtiyatsızlıqdan İsmail Şahinin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "alnın ortasında, burnun üstündə, sol almacıq nahiyəsində, sol qulaq seyvanın iç səthində, sol çiynin arxa səthində, sol saidin yan səthində, sağ bazunun yuxarı 1/3-nin yan səthində, sağ dirsəyin yan səthində, sağ əlinin arxa səthində, sol çiynin yan səthində, sol əlinin arxa səthində, döş qəfəsində sümük xırçıltı səsi, qarnın ön səthində, sağ və sol dizin ön səthində, sol baldırın orta 1/3-nin ön səthində, sağ və sol ayağının üstündə sıyrıqlar, sol və sağ qasıq nahiyələrində cırılmış yaralar, həmin yaralardan çölə çıxmış bağırsaqlar, sağdan 4, 5, 6, 7, 8, 9, 10-cu qabırğaların q apalı, çanaq sümüklərinin isə açıq sınıqları, sağ ağciyərin, qaraciyərin və dalağın cırılmaları” xəsarətlərini alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da Məhkum hərbi texnikanı idarə etmə qaydalarını pozaraq ehtiyatsızlıqdan X9 ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və onun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının Məhkum barəsindəki qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, cinayət işində olan xx.xx.2022-ci il tarixli şahid Məhkum dindirilməsi protokolundan görünür ki, 23 avqust 2022-ci il tarixdə hərbi hissə tərəfindən ona təhkim edilmiş "Kamaz 43114” markalı "X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobillə N saylı hərbi hissədən Qusar rayonu, Samur keçid məntəqəsində olan hərbi hissəyə təxminən 1,5 ton ərzaq aparmış, idarə etdiyi avtomobildə ondan başqa kiçik çavuş Şahid1 olmuş, BakıQuba-Dağıstan yolunun Qusar rayonunun ərazisindən keçən hissədə Samur keçid məntəqəsi istiqamətində hərəkətdə olarkən, ondan təxminən 150-200 metr məsafədə dövlət qeydiyyat nişanın a fikir vermədiyi “Opel” markalı avtomobil hərəkət etmiş, qarşıda yolun hərəkət hissəsinin sağında və solunda xarici qeydiyyat nişanlı qoşqulu yük avtomobillərinin dayandığını, həmin vaxt təxminən 30-35 km/saat sürətlə hərəkət etdiyini, yolun sağ hissəsində dayanan qoşqulu yük avtomobilinin bərabərinə çatıb onu keçmək istəyəndə gözlənilmədən həmin yük avtomobilinin arxasından bir nəfər piyada kişinin yola daxil olub adi qaçışla yolu sağdan sola keçmək istədiyini gördüyünü, onu görən kimi ayağını tormoza atıb sükanı sağa qaçırmaq istəsədə buna macal tapa bilmədiyini və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin piyadanı yolun ortasında vurduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid1 Məhkum ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işinin materialların da olan 30 sentyabr 2023-cü il tarixli məhkəmə yolnəqliyyat ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, piyada xx.xx.1974cü il təvəllüdlü İsmayıl Şahinin iti yerişlə yolu keçməsi göstərilmişdir. Bununla bağlı, iş materiallarında piyada İsmayıl Şahinin yolu iti qaçışla keçməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq, istintaq orqanı heç bir sübut olmadan piyadanın iti yerişlə yolu keçməsini bilərəkdən qəsdən göstərməklə saxtakarlığa yol vermiş və nəticədə Məhkum qanunsuz olaraq ittiham verilməsinə nail olmuşdur. Beləliklə qeyd olunanlara istinad edərək, ibtidai istintaq zamanı əldə edilmiş ekspert rəyi iş materiallarına istinad etmədiyindən sübut kimi qəbul edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ilk əvvəl iş materiallarında olmayan sübutlara istinad edildiyini, daha sonra ekspertizadan rəy alınan zaman müstəntiqin ekspertiza rəyinə uyğun əlavə ifadələr aldığını bildirib, işin obyektiv araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət i ttihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv e dilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni hərbi texnikanı idarəetmə qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası ka ssasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət tə qibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yaln ız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlə rinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş hərbi texnikanın idarəetmə qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat va sitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə- texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisə sinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, «D övlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Belə ki, cinayət işinin materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan yolunun Qusar rayonunun ərazisindən keçən 201.5-ci kilometrliyində baş vermiş, yolun hərəkət hissəsi üfüqi, düz, yol örtüyü asfalt-beton, örtüyün vəziyyəti quru, y ol örtüyünün eni 14,2 metr olmuş, yolun hərəkət hissəsinə sağdan beton plitə və əks hərəkət yolu, soldan eni 2 metr olan yol çiyni və su kanalı birləşmiş, yolda şin və tormozlanma izləri aşkar olunmamış, vurulma nöqtəsindən 5 metr qarşıda yolun sağ kənarından 7,8 metr məsafədə qan izləri mövcud olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 oktyabr 2022-ci il tarixli 8/2726 nömrəli ekspert rəyindən görünür ki, “Kamaz 43114” markalı “X 079 SQ” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 65-ci maddəsinin 1-ci hissəsinin (4.1.2 “Sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı nın) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə məxsus avtomobil “Kamaz 43114” markalıdır, “X 079 SQ” hərbi qeydiyyat nişanlıdır, yük avtomobilidir, qismən çirklidir, yaşıl rənglidir, 2 (iki) qapılıdır, saz vəziyyətdədir. Baxış keçirilən zaman avtomobilin ön hissəsində aşınma nəticəsində sürtünmə izləri aşkar edildi. Avtomobilin yük yerinin üzəri qapalı, içərisi isə boşdur. Avtomobilin xarici görünüşünə baxış keçirildikdən sonra avtomobilin içərisinə də baxış keçirildi, baxış zamanı avtomobilin içərisində hər hansı zədə və ya zədə izi aşkar olunmadı. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair verdiyi ifadəsindən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrindən, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan, “baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 oktyabr 2022-ci il tarixli 8/2726 nömrəli ekspert rəyindən, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 23 avqust 2022-ci il tarixli 30 nömrəli ekspert rəyindən, həmçinin cinayət işinin topla nılmış və tədqiq edilmiş digər sübutlarından məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmamasına baxmayaraq, idarə etdiyi “Kamaz 43114” markalı “X 079 SQ” hərbi qeydiyyat nişanlı avtomobil ilə həmin zaman yolu keçmək istəyən X12 vuraraq xəsarətlər yetirməsi və yekunda ölümünə səbəb olması barədə şikayətinin dəlillərinin isə əsassız hesab edir. Bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən protokolları və rəyləri iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Belə ki, hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi təqsirləndirilən şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə toplanılmış digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 351.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində 2 (iki) azyaşlı uşağın olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə mə hkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edil məməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum, onun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum, onun müdafiəçiləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-78/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-78/2023
05.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver