Məhkəmə qərarları › İş №1-1(102)-79/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-79/2018

17.10.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-79/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-79/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ 17 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin xx xx 20 18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci tarixli qərarından məhkum X1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.H.Hacıyev) xx xx1988-ci il tarixdə Qəbələ rayonunun Abrıx kəndində anadan olmuş və həmin kənddəqeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər:Bakı Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi nin Aviasiya Silahları və X3 Xidmət qrupun texniki vəfizəsində gizir hərbi rütbəsində xidmət edən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı X2 Vəfa Eltun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilətəqsirlibilinib, CM-in 333.3-cümaddəsiilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.4cümaddəsiilə 02 (iki) ilmüddətə azadlıqdanməhrumetməcəzasına məhkum edilmiş, CM-in66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalarqisməntoplanılmaqla ona 02(iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, onun xx xx 2018-ci il tarixdən xx xx 2018-ci il tarixədək həbsdə saxlandığı 22 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona 02 (iki ) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in67-ci maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsininxx xx 2017-ci il tarixli hökmü ilətəyin edilmiş 1.500 (bir min beş yüz) manat cərimə cəzası hazırkıhökmlətəyin olunmuş 02 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası iləbirləşdirilməklə, üzərində qəti olaraq1.500 manat cəriməcəzası və 02 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 68.2cimaddəsinəəsasəncəriməcəzasınınmüstəqilicraedilməsi, onun barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunaraq və 01 (bir) il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bil inib məhkum edilmişdir ki, o, xidmət etdiyi dövrdə üzürlü səbəb olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə və bir aydan artıq, lakin üç aydan çox olmayan müddətinəxidmətetdiyi hərbi hissəni özbaşına tərk etmişdir Belə ki, Məhkum AzərbaycanRespublikasınınMüdafiəNazirliyininN nömrəli hərbi hissənin Aviasiya Silahları və X3 Xidmət qrupunun texniki vəzifəsində gizir rütbədə xidmət edərkən, 29 sentyabr 2017-ci ildə saat N radələrində hərbi hissəni özbaşına tərk etmiş və xx xx 2017-ci iltarixdə saat N radələrində xidməti yerinə qayıtmışdır. Beləliklə də, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan sonra, Məhkum həmin vəzifədə hərbi xidmətdə olarkən, xx xx 2017-ci il tarixdə saat N radələrində hərbi hissəni özbaşına tərk etmi ş və xx xx 2017-ci il tarixdə saat N radələrində xidmət yerinə qayıtmışdır. Beləliklə də, Məhkum bir aydan artıq müddətə, lakin üç aydan çox olmayan müddətinə hərbi hissəni özbaşına tərk etmişdir. Hökmdən dövlət ittihamçısı R.Gözəlov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: İ.M.Murquzov (sədrlik edən və məruzəçi), Q.F.Məmmədov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin edərək hökmü dəyişdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum X1 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına, məhkumu xarakterizə edən fərdi xüsusiyyətlərə, həm ibtidai istintaq, həm də məhkəmə baxışları zamanı məhkumun özünü təqsirli bilərək etirafedici ifadələr verməsinə, ilk dəfə hərbi cinayət törətməsinə, xeyli müddət yəni 01 aprel 2011-ci il tarixdən müddətdən artıq hərbi xidmətdə olmasına, intizamlı surətdə əsgəri xidmət aparmasına, həmçinin onun ailə vəziyyətinə, sağlamlıq durumuna düzgün hüquqi qiymət verməmiş və nəticədə haqsız qərar qəbul etmişdir. Qeyd olunanalara əsasən Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilməli, məhkum barəsində Cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə dair qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum X1 müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.X.Alverdiyevin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-in 419.4cümaddəsinəəsasənişəonun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, X1 cinayət əməli CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlmə yə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-in 333.3 və 333.4-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı R.Gözəlovun apellyasiya protesti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum 01 (bir) ilsınaqmüddətimüəyyənolunmaqlatəyinedilmiş 02 il 01 ay 08 günmüddətinəazadlıqdanməhrumetməcəzasınınşərtiməhkumetməhesabedilməsibarədəAzərbayca n Respublikası CinayətMəcəlləsinin 70 -ci maddəsinin tətbiqinədair və icrası ilə bağlı müddəalar hökmdən xaric edilmiş, X1 üzərindəqəti olaraq1.500 manat cəriməcəzası və 02 (iki) il 01 (bir) ay 08 (gün) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 68.2cimaddəsinəəsasənhərikicəzanövümüstəqilicraedilməsi, Məhkum barəsindəseçilmiş “başqayerəgetməməkhaqqında” İltizamqətimkantədbiriləğvedilərək dərhalməhkəməiclaszalındahəbsəalınması vəcəzasınınəvvəlinin xx xx 2018ciiltarixdənhesablanması qərara alınmışdır. Hazırkı kassasiya şikayətində isə məhkum X1 müdafiəçisi Müdafiəçi əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə koll egiyası məhkum X1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum barəsində onun müdafiəçisinin qeyd etdiyi yüngülləşdirici hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. İş materiallarından görünür ki, Məhkum əvvəllərtəkrarəndələduzluqvərüşvətalmağatəhriketməcinayətləritörətdiyinəgörəBakıHərbiMəhkəmə sinin xx xx 2017-ciiltarixlihökmüiləAzərbaycanRespublikasıCinayətMəcəlləsinin 178.2.2 və 32.4,312.1-cimaddələriilətəqsirlibilinib 1.500 manatməbləğindəcəriməcəzasınaməhkumedilmişdir.Qeyd olunan cinayə tlər azağırcinayətlərsırasınaaidolmasınabaxmayaraq, birinciinstansiyaməhkəməsihumanizmprinsipinirəhbərtutmaqlayanaşı, ilkdəfəcinayəttörətməsinivəailəvəziyyətininəzərəalaraq, onacəriməcəzasıtəyinetsədəcəriməniödəməmişdir. Digərtərəfdən, törətdiyiəməllərdənözünəbirnəticəçıxarmamışvəyenidənqəsdənböyükictimaitəhlükətörətməyənvəaz ağırcinayətəməllərinitörətməklə, faktikiolaraqcinayətlərəmeyillişəxsolmasınıözhərəkətləritəsdiqetmişdir. Bundan başqa iş materiallarında olan xidməti xasiyyətnamədə X1 xidmət etdiyi yer üzrə mənfi xarakterizə olunması, onun 2017-ci ildə ayrı-ayrı vaxtlarda intizamı pozduğuna görə dəfələrlə intizam cəzalarına məruz qalması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin xarakteri, ictimai təh lükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, onun real olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. İşin halları məhkum X1 təqsirli bilindiyi maddələrə CM-in 70ci maddəsinin tətbiqinin mümkünlüyünü istisna edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhk umun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələr i və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanıağırlaşdıranhalı, cəzanıyüngülləşdirənhallarınolmamasını, habelətəyinolunancəzanınhəmməhkum, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədilətətbiqini, şəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirininəzərə alaraq onaazadlıqdanməhrumetməcəzasıtəyin etmişdir.Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəs ində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərtiməhkumetmənintətbiqinimümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əziz Seyidov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar