Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-79/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 və məhkum X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 15 iyul 2024-cü il tarixli 11(103)-30/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakim Zeynal Ağayev (sədrlik edən və məruzəçi) 13 may 2024-cü il tarixli 1-1(093)-73/2024 nömrəli hökmü ilə xx xxx 1991-ci il tarixdə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci radiotexniki kəşfiyyat, radiolokasiya stansiyaları əleyhinə 3-cü radiotexniki kəşfiyyat stansiyasının baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olmuş, Kəlbəcər rayonu Ağdaban kəndində d aimi qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.3cü maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 5 (beş) gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullu qçusu kimi Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci radiotexniki kəşfiyyat və radiolokasiya stansiyaları əleyhinə radiomaneə bölüyünün radiotexniki kəşfiyyat taqımının radiotexniki kəşfiyyat stansiyasının baş operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən anası Şahid3 mülkiyyətində olan ünvan 1 ünvanında və qardaşı Şahid5 Elburus oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən mənzillərdə ailə üzvləri ilə birlikdə yaşamasına baxmayaraq, bağladığı kirayə müqaviləsi üzrə heç bir ödəniş etmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, guya kirayədə yaşaması görüntüsü yaradı b aldatma yolu ilə dövlətin əmlakını ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 6 №-li qərarının 3.14.3-cü maddəsinin, yəni «yaxın qohumlarının (ata, ana, arvad (ər) və övladlar) yaşayış sahələrində yaşayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir» tələblərini pozaraq 12 yanvar 2023-cü il tarixdə raportla hərbi hissə komandanlığına müraciət edib zəruri olan sənədləri təqdim etmiş, 25 fevral 2023-cü il tarixdə isə vətəndaş Şahid4 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin kirayə götürülməsinə dair Şahid4 ilə bağladığı müqaviləni 2023-cü ilin fevral ayında mənzil komissiyasına təqdim edərək, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması və hər ay kirayə verənə ödəniş etməsi barədə yalan məlu mat verməklə 2023-cü ilin fevral ayından 2023-ci ilin oktyabr ayınadək ümumilikdə 2030 manat 18 qəpik məbləğində müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasını dövlət büdcəsindən almaqla şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2023-cü ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs1 istifadə olunması üçün müxtəlif təyinatlı məişət əşyalarına ehtiyacının olduğunu, həmin əşyaların alınmasında ona köməklik göstərməsini xahiş etmiş, sonuncu da ona tanıdığı Şahid1 Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin ərazisində yerləşən məişət texnikaları satılan mağazada işlədiyini bildirdikdən sonra, o heç ödəniş etmək niyyəti olmadığ ı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Şahid1 öz adına nisyə məişət əşyaları almasını Zərərçəkmiş şəxs1 xahiş edib qısa müddət ərzində pulu ödəyəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs1 onun verdiyi siyahı əsasında Şahid1 ilə əlaqə saxlayıb siyahıda adları yazılmış əşyaları sifariş etmişdir. Zərərçəkmiş şəxs1 həmin əşyaların ümumi dəyərinin 2000 manat olduğunu bildirdikdən sonra, Məhkum razılaşaraq həmin əşyaları nisyə götürməsini xahiş edib həmin pulu 20 gün müddətində ödəyəcəyini bildirmişdir. Təxminən 5 gün sonra, yəni 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 Şahid1 işlədiyi mağ azaya gedərək dəyəri ümumilikdə 2000 manat olan müxtəlif təyinatlı məişət texnikaları və ev ləvazimatlarını öz adına nisyə şəkildə götürmüş və həmin əşyaları taksi vasitəsi ilə yaşadığı ünvana gətirmişdir. Həmin gün Məhkum Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri ünvan 5 ünvanında sonuncu ilə görüşüb 20 gün müddətində 2000 manat pulu ödəyəcəyini dair vəd verib, həmin məişət texnikaları və ev ləvazimatlarını taksi vasitəsilə Gəncə şəhərində yerləşən anasına məxsus evə aparmış, lakin, verdiyi vədə əməl etməyərək mağazaya heç bir ödəniş etməmiş, həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən mağazaya ödənilmiş 2000 manat pulu sonuncuya verməyərək, Zərərçəkmiş şəxs1 aldatma yolu ilə əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İb rahimov (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 15 iyul 2024-cü il tarixli 1-1(103)-30/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2024 nömrəli 13 may 2024-cü il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 1-1(103)-30/2024 nömrəli qərarını ləğv edilib, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə münasibətdə ona bəraət verilməsi, CM- in 178.2.3-cü maddəsinə münasibətdə isə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqı subyektiv səbəblərdən səthi və birtərəfli aparılmış, iş üzrə şahidlərin ifadələrində göstərilən xüsusatlar hərtərəfli, tam, obyektiv araşdırılmadan Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətmədiyi dələduzluq cinayətinə görə əsassız olaraq ittiham edilmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfindən vəsatət qaldırılmış, məhkəmənin qərarına əsasən hər üç şəxsin, yəni Zərərçəkmiş şəxs1, Məhkum və Şahid3 istifadəsində olmuş mobil telefon danışıq məlumatları və anten dairələri müvafiq operatorlardan götülülmüşdür. Məlumatlar əsasında müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 ilə Şahid3 arasında ümumiyyətlə 2019-cu ildən hal hazıra kimi hər hansı telefon əlaqəsi olmamış, Zərərçəkmiş şəxs1 istintaqda və məhkəmədə qeyd etdiyi vaxtlarda Şahid3 nəinki Zərərçəkmiş şəxs1 evində, hətta Bakı şəhərində belə olmamışdır. Lakin nə istintaq orqanı, nə məhkəmələr həmin xüsusata və Zərərçəkmiş şəxs1 qeyri-səmimi və yalan ifadəsinə heç bir qiymət verməmişdir. Zərərçəkmiş şəxs1 Şahid3 tanımamış, sonuncu onun yaşadığı ünvanda olmamış, onlar arasında heç bir tanışlıq münasidəti ünsiyyət və telefon əlaqəsi olmamışdır. Məhkum heç bir vaxt Zərərçəkmiş şəxs1 etibarını qazanmaqla onun hər ha nsı əmlakını və ya əmlaka olan hüququnu ələ keçirmək məqsədilə onunla münasibət qurmamışdır. Məhkum bank kartına ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 tərəfindən müəyyən miqdarda pul məbləği Məhkum sifarişi, xahişi, tələbi və təkidi ilə deyil, Zərərçəkmiş şəxs1 müəyyən məqsədlərə nail olması (telefon məlumatlarından müəyyən olunur ki, gənc ailəsinin dağılmasına bais olmaq, onunla ailə qurmaq məqsədi ilə) üçün onun özünün təşəbbüsü ilə köçürülmüşdür. Zərərçəkmiş şəxs1 öz şəxsi məqsədlərinə nail olmayacağını bildikdən və bu səbəbdən Elvinlə aralarında olan şəxsi münasibət pozulduqdan sonra o, hədiyyə etdiyi əşyaların pulunu geri tələb edərkən Məhkum həmin əşyaların tam toxunulmamış və istifadə olunmamış halda saxlanıldığını və həmin vəziyyətdə də qaytara biləcəyini bildirsə də Zərərçəkmiş şə xs1 onunla razılaşmamış və ondan əşyaların əvəzi olaraq 2000 manat pul tələb etmişdir. Əgər Məhkum həqiqətən də əvvəlcədən həmin əşyaları aldatma və ya dələduzluq yolu ilə ələ keçirmək məqsədi olsaydı onda həmin əşyaları və ya onun dəyərini qaytarmaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırardı. Bundan əlavə iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Elvindən həmin əşyalara görə 2000 manat tələb edərkən və əşyaların qaytarılması ilə razılaşmadıqda Elvin ona həmin əşyaların dəyərinin maksimum 1300-1500 manat olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 isə bununla razılaşmamışdır. Lakin Zərərçəkmiş şəxs1 ifadəsində göstərilmişdir ki, Elvinin verdiyi “siyahı”da adları qeyd edilən əşyalar barədə tanışı Məryəmə demiş, həmin əşyaların ümum dəyərinin 2000 manat təşkil etdiyini öyrənib Elvin ə bildirmiş, Elvin əşyaların dəyəri olan həmin qiymətlə razılaşdıqdan sonra o, həmin əşyalar hazırlamasını Şahid1 sifariş vermişdir. Bundan əlavə Bakı Hərbi Məhkəməsi tərəfindən Məhkum barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirinə dəyişdirilməsi məqsədi ilə onun yaxın qohumları çarəsizlikdən Respublika Hərbi Prokurorluğunun depozit hesabına 4030 ( dörd min otuz) manat pulu ( 2030 manat Müdafiə Nazirliyi və 2000 manat isə Zərərçəkmiş şəxs1 vurulmuş (güya) ziyanın qarşılığı olaraq) ödədikdən sonra onun barəsində “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, işə Bakı Hərbi Məhkəməsində baxılarkən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti-zərərçəkmiş şəxsin nümayəndəsi Z ərərçəkmiş şəxs2 hərbi hissəyə vurulmuş maddi ziyan olan 2030 manat pulun depozit hesabına ödənildiyi üçün Məhkum şikayət və tələbinin olmaması, onunla barışması barədə rəsmi ərizə vermək və sonrakı məhkəmə iclaslarında iştirak etmək istəmədiyini bildirsə də məhkəmə iclasında sədrlik edən onun bu xahişini qəbul etməmiş, barışıq ərizəsi yazmaq üçün ona şərait yaratmamış və məhkəmə istintaqının sonunda işin gedişatından asılı olaraq hətta Məhkum barəsində bəraət hökmünün belə çıxarıla biləcəyini bildirmiş, zərərçəkmiş şəxsin nümayəndəsinə məhkəmənin son qərarına kimi iştirak etməsinin zəruriliyi barədə məsləhət vermişdir. Göstərilənlər barədə məhkəmə iclas protokolunda qeydiyyat aparılmışdır. Bundan sonra Məhkum Zərərçəkmiş şəxs1 qarşı olan “hərəkətlərdə ona elan olunmuş ittiham üzrə özünü ü mumiyyətlə təqsirli bilmədiyindən depozitə qoyulmuş, guya maddi ziyanın Zərərçəkmiş şəxs1 aid 2000 (iki min) manatının deyil, Müdafiə Nazirliyinə vurduğu 2030 (iki min otuz) manatın 25 faizi olan 509 (beş yüz doqquz) manatın dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzi məhkəməyə təqdim etmiş və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir qanuni əsas gətirmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə zidd olaraq dövlət büdcəsinə ödənilmiş 509 manat məbləğində pulun ona geri qaytarıb Məhkum barəsində hökm çıxarmışdır. Göründüyü kimi Bakı Hərbi Məhkəməsi Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsinə münasibətdə Məhkum barəsində tamamilə qanunsuz olaraq ittiham hökmü çıxarmış, Bakı Apellyasiya Məhkəməsi isə həmin qanunsuz və əsassız hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etdiyindən hökm və qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2024-cü il tarixli 1-1(103)-30/2024 nömrəli qərarı aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq törətmədiyi üçün məhkəmələr əsassız olaraq onun barəsində həmin epizod üzrə CM-in 178.2.2-ci maddəsi ilə ittiham hökmü çıxarmış, kirayə pulunun ələ keçirilməsi epizodu üzrə isə Məhkum cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxs ilə barışmasına və ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsinə baxmayaraq, məhkəmələr qanun tələblərini pozaraq həmin cinayət əməlinə görə onu cinayət məsuliyyətindən azad etməmiş və cinayət işi üzrə icraata xitam verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldi yi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə cinayət əməllərinin Məhkum tərəfindən törədilməsi, onun təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittihamın sübutları – məhkumun özünün, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid6, Şahid2 ifadələrini, əşyalara baxış keçirilməsi haqqında 05 noyabr 2023-cü il tarixli protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2024-cü il tarixli rəyini, zərərçəkmiş şəxslə məhkumun arasında olan danışıqları və “whatsapp” proqramı vasitəsi ilə aparılmış ya zışmaları əks etdirən CD diski məhkəmə iclasında tədqiq edərək, həmin sübutlara qiymət vermiş və nəticəyə gəlmişdir ki, həmin sübutlarla məhkumun Zərərçəkmiş şəxs1 qarşı ittihamda göstərilən dələduzluq əməllərini törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə məhkumun müdafiəçisinin və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, onların məcmusu məhkumun Zərərçəkmiş şəxs1 qarşı hökmün təsviri hissəsində göstərilən dələduzluq əməllərini törətməsi barədə yekun və mötəbər nəticəyə gəlməyə imkan verir. Məhkəmələr iş üzrə nəticəyə gələr kən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum həmin epizod üzrə əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 qarşı epizodla əlaqədar məhkuma qarşı əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılması barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinin tələblərinə əməl edilməməsi, ittihamın mənzil kirayəsinə ayrılmış pulun dələduzluq yolu ilə əldə edilməsi epizodu üzrə məhkumun cinayət məsuliyyətindən azad edilməli olduğu halda barəsində əsassız və qanunsuz olaraq CM-in 178.2.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılması barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin əsaslarını müəyyən edən CM-in 73-1.2-ci maddəsi bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumun törətdiyi dələduzluq əməli iki epizoddan ibarət olmaqla zərərçəkmiş şəxslərə birinci epizod üzrə 2030 manat 18 qəpik, ikinci epizod üzrə 2000 manat olmaqla, ümumilikdə 4030 manat 18 qəpik ziyan vurulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Baş Prokururluğun depozit hesabına 4030 manat məbləğində pul qoymuş və məhkəmənin hökmü ilə həmin pul hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkumun müdafiəçisi tərəfindən 06 may 2024-cü il tarixdə məhkəməyə məhkum tərəfindən ittihamın kirayə pulunun dələduzluq yolu ilə əldə keçirilməsi epizodu üzrə vurulmuş maddi ziyanın iyirmi beş faiz miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə qəbzi təqdim etmiş və müşavirə otağında qərar qəbul edərkən bunu nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi məhkumun zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi ilə barışıq əldə edilməməsi ilə əlaqədar həmin epizod üzrə məhkumun Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinin müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saymamışdır. Apellyasiya instansiyası mə hkəməsi cinayət işinə məhkumun müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin bu barədə mövqeyi əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum kirayə pulunun dələduzluq yolu ilə əldə keçirilməsi epizodu üzrə cinayət məsuliyyətindən azad edilməməsi CM-in 73-1-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi həm CM-in 73-1.1-ci, həm CM-in 73-1.2-ci maddələrində göstərilən cinayətlərə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsindən ( 73-1.2-ci maddədə olan cinayətlərə görə həm də ziyanın 25 faizini dövlət büdcəsinə ödəməkdən) başqa zərərçəkmiş şəxslə barışığın əldə edilməsi də tələb olunur. Cinayət işinin materiallarından isə görünür ki, həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsi tərəfindən cinayət işi üzrə müvafiq olaraq hökm və qərar çıxarılarkən məhkumun zərərçəkmiş şə xslərlə barışıq əldə edilməsi barədə heç bir sübut mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 178.2.2ci maddəsi ilə tövsif edilməsini düzgün və əsaslı hesab etsə də, məhkəmələrin məhkumun törətmiş olduğu cinayət əməlinin CM-in 178.2.2-ci maddəsi ilə yanaşı, CM-in 178.2.3-cü maddəsi ilə tövsif etməsi əsaslı hesab etmir. Belə ki, CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İstintaq orqanı və məhkəmələr məhkumun kirayə pulunun dələduzluq yolu ilə əldə keçirilməsi epizodla bağlı əməlləri öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin “qulluq mövqeyindən istifadə etməklə” əlaməti təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərindən istifadə edərək özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməsini ehtiva edir. Cinayət işinin materiallarından görünür ki, cinayət törətdiyi zaman Məhkum müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmaqla N saylı hərbi hissənin 1-ci radiotexniki kəşfiyyat və radiolokasiya stansiyaları əleyhinə radiomaneə bölüyünün radiotexniki kəşfiyyat taqımının radiotexniki kəşfiyyat stansiyasının baş operatoru vəzifəsində xidmət etmişdir. Cinayət işi üzrə məhkumun tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərindən istifadə edərək dələduzluq cinayəti törətməsi müəyyən edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Beləliklə, Məhkum dələduzluq hərəkətləri törədərkən onun xidmət etdiyi vəzifə səlahiyyətlərindən istifadə etməmiş, onun kirayə pulunu almaq hüququ hərbi qulluqçuların statusundan irəli gələn hüquqdur. Məhkəmələr kirayə pulu əldə edilməsi epizodu üzrə məhkum tərəfindən cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi barədə nəticəyə gələrək səhvə yol vermişdir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin hüquqi statusu (hərbi qulluqçu, veteran, qaçqın və s.) ilə bağlı ona verilmiş hüququn həyata keçirilməsi zamanı dələduzluq etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsinin mənasında qulluq mövqeyindən istifadə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməlinin əlavə olaraq CM-in 178.2.3-cü maddəsi tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkum ittihamından dələduzluq əməlinin “qulluq mövqeyindən istifadə etməklə” törədilməsi əlaməti və CM-in 178.2.3-cü maddəsi xaric edilməli, onun kirayə pulu ələ keçirməsi epizodu təkrar dələduzluq kimi CM-in 178.2.2-ci maddəsi ilə tam əhatə olunduğundan Məhkum hər iki epizod üzrə dələduzluq əməli CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəm ə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülah izələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yet irilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yö nəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum hər iki epizod üzrə əməli birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutlarla – məhkumun özünün, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, məhkəmə ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tam təsdiq edilmişdir. Məhkum aldatma yolu ilə özgə nin əmlakını ələ keçirmə cinayət əməli təkrar törətməsi sübuta yetirilir, lakin onun tərəfindən həmin əməli öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi təsdiq edilmədiyindən onun əməli yalnız Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun mə hkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməli, CM-in 178.2.3-cü maddəsi ittihamdan xaric edilməli, Məhkum CM-in 178.2.2-ci maddəsi ilə 4800 manat miqdarında cərimə cəzası təyin edilməli, həbsdə qaldığı 4 ay 5 gün nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək 3300 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2024-cü il tarixli 11(103)-30/2024 nömrəli qərarı dəyişdirilsin. Bakı Hərbi Məhkəməsinin 13 may 2024-cü il tarixli 1-1(093)-73/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilsin. M əhkum ittihamından cinayət əməli qulluq mövqeyindən istifadə etməklə törədilməsi əlaməti və Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi xaric edilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilsin və ona təmin maddə ilə 4800 (dörd min səkkiz yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Məhkum həbsdə qaldığı 4 ay 5 gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək 3300 (üç min üç yüz) manat miqdarında müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-79/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-79/2024
11.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver