Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-8/2022 07.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli-İskəndər oğlu Novruzov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, zərərçəkmiş şəxs X5 və Məhkum iştirakları ilə, Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakim Kamran Muxtarov) 1-1(095)-071/2021 nömrəli, 02 mart 2021-ci il tarixli hökmü ilə 12 fevral 1989-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə Hərbi Məhkəməsinin 05.12.2017ci il tarixli hökmü ilə məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 6 (alt ı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Qəribov X10 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində şərti olaraq “Yanşaq” adlandırılan döyüş postunda “post başçısı” kimi həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin fevral ayının sonlarında tabeliyində olmaqla həmin postda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 digər hərbi qulluqçu ilə birlikdə postdan aşağıda yerləşən “İstilik” deyilən əraziyə göndərib taksi sürücünün şəxsi heyətin sifa rişi ilə alıb oradakı kunqa qoyduğu siqaretləri posta gətizdirmiş, postdakı şəxsi heyətin hər biri özünə aid siqaretləri götürən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər X9 məxsus “LD” markalı siqaretin bir qisminin əskik olması aşkar edilmiş, siqareti götürənin ünvanına söyüş söyməsinə baxmayaraq Elçin Quliyev gətirdiyi siqaretdən götürməsini təkzib etmişdir. Bir neçə gün sonra hamamın içərisində “LD” markalı siqaret kötüyü tapıldığından, Məhkum saat 20 radələrində postun şəxsi heyətini yataqxanada düzüb ciblərinə baxış keçirərkən Elçin Quliyevin isti gödəkçəsinin cibindən “LD” markalı siqaret aşkar edib oğurluq etdiyi və siqaretə görə hər kəsin içərisində nalayiq sözləri qəbul etdiyi üçün onu danlamış, daha sonra isə Elçin Quliyevin düşdüyü xoşagəlməz vəziyyətdən i stifadə edib, ona məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, siqaretə görə özünə nalayiq sözlər götürməsini, bununla da özünü hörmətdən salmasını, özünə söyüş götürənin hərbi qulluqçular arasında “peysər” kimi qəbul olunmasını deyərək ondan 400 manat məbləğində pul verməsini, əks təqdirdə bu barədə hərbi hissədə tanıdığı şəxslərə məlumat verəcəyini və onu biyabır edəcəyini bildirməklə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, barəsində rüsvayedici məlumatların yayılacağından və biyabır olacağından qorxaraq ona tələb etdiyi məbləğdə pul verməyə razılaşıb 200 manatını fevral ayının sonlarında, qalan 200 manatını isə mart ayının aylıq məvacibində verə biləcəyini bildirən Elçin Quliyevin ona çatdırılma sı üçün atası X4 28.02.2020-ci il tarixdə Şəmkir rayonunun Qılıncbəyli kəndindəki poçtdan taksi sürücüsü vətəndaş X7 adına poçt vasitəsilə göndərdiyi 200 manat məbləğində puldan 100 manatı bölüyün ərazisində sonuncudan almış, 100 manatı isə borclu olduğu xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X8 plastik kartına yüklətdirmiş, qalan 200 manat pulu isə qanunsuz əməli aşkar edilərək hərbi hissədə araşdırma təyin edildiyindən Elçin Quliyevdən ala bilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Salman Hüseynovdan ibarət tərkibdə) 1-1(104)-43/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdiri lmədən saxlanılmış, dövlət ittihamçısı Cavid Cümşüdov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı R.N.Alıkişiyev verdiyi kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, Məhkum yüngül cəza təyin etməsi gələcəkdə eyni xarakterli cinayətlərin törədilməsi nin qarşısını almaq məqsədinə xidmət etmir. Məhkəmə tərəfindən hökmdə Məhkum cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olması, xidməti cəhətdən müsbət xarakterizə olunması, xidmət müddətində bir sıra nailiyyətlərinə görə fəxri fərmanlar və medallarla təltif olunması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilsə də, bu hallar həmin əməlin ictimai təhlükəliliyini aradan qaldırmır. Bu kimi əməllər yüksək ictimai təhlükəliliyinə görə seçilməklə, döyüş tapşırığını yerinə yetirən hərbi hissənin, həmçinin dövlətin təhlükəsizlik mənafelərinə, Silahlı Qüvvələrdə mövcud olan hüquq qaydasına ciddi zərər vurur, hərbi intizamı zəiflədir, şəxsi heyətin döyüş hazırlığını və döyüş qab iliyyətini pozur. Bundan başqa müəyyən edilmişdir ki, Məhkum yalnız zərərçəkmiş şəxs ondan şikayət etdiyi və ona qarşı ifadə verdiyi üçün ifşa edildikdən sonra təkzibedilməz sübutların qarşısında aciz qalıb, törətdiyi cinayət əməlini etiraf etmiş və vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, etirafedici ifadə vermişdir. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarından asılı olmayan qeyri-obyektiv nəticəyə gələrək, Məhkum törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Məhkumluğu ödənilmiş olsa belə, əvvəllər cinayət törətdiyinə görə məhkum olunması, onun cinayət əməllərini törətməyə meyilli olduğunu və islah olunmaq yolunda olmadığını göstərir. Azərbaycan Respubli kası CM-in 62-ci maddəsinin mənası baxımından müstəsnalıq əlaməti hər bir fərdə aid olan onun ailəli olması, azyaşlı övladlarının olması, əməlindən peşman olması və sair sıradan olan hallarla bağlı deyil, daha çox təqsirkarın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini azaldan və bilavasitə təqsirkarın cinayəti törədərkən və ya bundan sonrakı davranışı ilə əlaqədar istisna hallarla bağlı olan əlamətləri özündə ehtiva edir. Lakin, hökmdən görünür ki, məhkəmə təqsirkara aid olan CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müstəsna hal hesab etməklə səhvə yol vermişdir. Məhkəmə müstəsnalığın nədən ibarət olmasını, özünü nədə biruzə verməsini, təqsirkarın hansı hərəkətlərinin müstəsna bir hərəkət olmasını nəinki əsaslandırmamış, hətta hökmdə bu kimi hal lara istinad edə bilməmişdir. Buna görə, Məhkum səmimi peşman olması, habelə məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi qəbul etdiyi digər hallar və onların məcmusu CM-nin 62-ci maddəsinin mənasına görə, müstəsna hal kimi qəbul edilə bilməz. Bu kateqoriyalı cinayətləri döyüş şəraitində törətmiş şəxslərə yüngül cəzanın təyin edilməsi gələcəkdə həmin qəbildən olan cinayətlərin qarşısının alınmasına öz mənfi təsirini göstərməyə bilməz. Bundan başqa, məhkəmə məhkumun şəxsiyyətini araşdırarkən, obyektiv mövqe tutmamış, Məhkum komandanlıq tərəfindən müsbət səciyyələndirildiyinə tənqidi yanaşmamış, bunun törədilmiş cinayətlərin xarakteri və məhkumun şəxsiyyəti ilə uzlaşmadığına düzgün qiymət verməyərək, yüngülləşdirici hal kimi nəzərə almış, əvvəllər tabeliyində olan şəxsə qarşı zorak ı hərəkətə görə məhkum olunmasını isə onu mənfi səciyyələndirən əsas hallardan biri kimi nəzərə almamışdır. Məhkəmə Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hər hansı halın olmasını nəzərə almadan yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Göründüyü kimi işin halları ilə müəyyən edilir ki, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün hər hansı müstəsna hal, yaxud hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il t arixli 4 saylı qərarının 1-ci bəndində tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Lakin məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının tələblərini nəzərə almamış, N.Qurbanova onun törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan yüngül cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin dəlili M əhkum əməlinin cinayətin məqsədi və motivi, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan, barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Kassasiya kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini və mümkünlüyünü qəbul etdiyi qərarında kifayət qədər əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcə də azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilin ən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, apellyas iya instansiyası məhkəməsi cinayət qanunu normalarının tələblərinə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarındakı tövsiyələrə əsaslanıb Məhkum cinayət əməlini etiraf edib, hərəkətindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, xidmət müddətində bir sıra nailiyyətlərinə görə fəxri fərmanlar və medallarla təltif olunmasını, xidməti cəhətdən müsbət xarakterizə olunmasını, özünü öz vicdanı qarşısında mühakimə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onların məcmusunu müstəsna hal kim i nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi CM-in 182.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini mümkün hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2 003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 iyul 2021ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-8/2022
Ali Məhkəmə Qərar — İş №1-1(102)-8/2022
07.01.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver