Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-8/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin 6 aprel N0NN-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,178.N.3, 178.N.N v ə 178.N.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun N0NN-ci il tarixli qərarından dövlət ittihamçısı X14 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, X1 və X5 ibarət tərkibdə) 6 aprel N0NN-ci il tarixli hökmü ilə N5 avqust 1989-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı, kapitan hərbi rütbəsində xidmət edən Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin N9, 178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə 6.000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. CM-in 69.4-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzası 06 aprel N0N1-ci il tarixdən 06 aprel N0NN-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınaraq yüngülləşdirilmiş və onun üzərində qəti olaraq 1000 (bir min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Hökmün icrasının yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, X15 və X7 ibarət tərkibdə) 16 iyun N0NN-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 06 aprel N0NN-ci il tarixli, 11(093)-11/N0NN nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 311.3.N-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadriar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi kapitan hərbi rütbəsində xidmətdə olarkən, N9 mart N0N1-ci il tarixdə saat N radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X17 xidməti zərurətlə əlaqədar onun xidməti otağına gəldiyini görüb Şahid1 yanına çağıraraq «bilirsən də Laçının komplektləşdirilmə məsələsini, korpusdan göstəriş gəlib, göstərişə əsasən sənin də adını siyahıya salıb korpusa göndərməliyəm, xidmət yerin Laçına dəyişəcək, sənin də torbanı tikiblər, ipin ucundasan, uçurumdasan, yaxın günlərdə getməlisən» sözlərini dəyib Şahid1 masanın üzərində olan leytenant İxtiyar Abdullayevin və onun özünün şəxsi işlərini göstərərək artıq onun da əmrini hazırlamalı olduğunu, hərbi hissənin kadrlar bölməsi rəisinin vəzifələrini icra etdiyi üçü n onun adını siyahıya daxil etdirib yuxarı komandanlığa göndərəcəyini, bundan sonra isə xidmət yerinin Laçin rayonunda yərləşən N və ya N nömrəli hərbi hissələrin birinə dəyişdiriləcəyini bildirmiş, bu zaman Şahid1 ona «cənab kapitan Siz mənim ailə vəziyyətimi bilirsiniz, anam xərçəng xəstəsi, atam da onun kimi, bacım heç bir yerdə işləmir, qardaşım da balacadır, ailəmizə ancaq mən baxıram, xahiş edirəm ailə problemlərimi həll edənə qədər mənim təyinat məsələmi saxlayın» sözlərini dedikdə kapitan Məhkum ona «get sonra mənə yaxınlaşarsan» deyə cavab vermişdir. 30 mart N0N1-ci il tarixdə saat N radələrində Məhkum yenidən Şahid1 xidməti otağına çağıraraq ona bir daha korpusdan göstəriş gəldiyini, göstərişə əsasən adını siyahıya daxil edib korpusa göndərməli olduğunu, müddətin az qaldığını, g öndərilməməsi üçün yuxarıya əmanətin çatmalı olduğunu, yalnız bu halda onu Qusar rayonundakı N nömrəli hərbi hissədə saxlada biləcəyini demiş, həmin vaxt Şahid1 ona hansı məbləğdə pul verməli olduğunu soruşduqda o, Şahid1 növbəti gün ona yaxınlaşmasını tapşırmışdır. 31 mart N0N1-ci il tarixdə səhər saatlarında Şahid1 N nömrəli hərbi hissənin qərargahının inzibati binasında olarkən Məhkum ona həmin mərtəbədə yerləşən sanitar qovşağa gədərək orada söhbət etməyi təklif ətmiş, təklifə əsasən hər ikisi sanitar qovşağa daxil olduqdan sonra Məhkum onun adının Laçın rayonundakı hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil edib korpusa göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən xidmətini Ousar rayonunda yerləşən hazırkı xidmət yeri olan N nömrəli hərbi hissədə davam etdirə bilməsi üçün ondan N500 (iki min bəş yüz) manat məbləğində pulu rüşvət kimi istəyərək həmin pulu yuxarı komandanlığa çatdıracağını, yalnız pulu aldıqdan sonra məsələni həll etdirəcəyini bildirmiş, həmin vaxt Şahid1 ona N500 manat pulun çox olduğunu, həmin məbləğə maddi imkanının çatmayacağını dedikdə Məhkum «a kişi bu yaxınlarda bir maxenin bölməsini dəyişdirmək üçün N manat pul almışam, hərbi hissə daxili bölmə dəyişdirmək N manatdırsa, sənin Laçın rayonundakı hərbi hissəyə göndərilməməyin üçün N500 manat heç nədir» demiş və ona narahat olmamağını, hərbi hissənin adından ona arayış alıb verəcəyini, həmin arayışı banka təqdim edib kreditlə pul götürməsinə imkan yaradacağını, arayışı banka təqdim edib kreditlə pul götürdükdən sonra ona N500 manat pul verməyini və yalnız bu halda Laçın rayonuna göndərilməmək məsələsini həll edə biləcəyini söyləmişdir. Ümumi razılıqdan sonra o, istədiyi N500 manat pulu əldə etmək üçün Şahid1 Qusar rayonunda yerləşən Kapital banka təqdim edib pul götürməsi üçün xx.xx.N0N1-ci il tarixli N490 nömrəli arayışı verərək kredit məsələsini həll edib N500 manat pulu ona verməsi üçün həmin gün saat 16:00-dək Şahid1 vaxt vermişdir. Bundan sonra Şahid1 hərbi hissədən çıxaraq Ousar şəhərində yərləşən Kapital bankın filialına gedib həmin arayışı banka təqdim edərək bankdan 3000 (üç min) manat məbləğində pul götürub saat 17:00-da kredit məsələsini həll edib bankdan çıxdıqdan sonra hərbi hissəyə qayıdaraq düzülüşdə iştirak etmiş, düzülüşdən sonra Məhkum ondan rüşvət kimi tələb ətdiyi N500 manat p ulu ona vermək məqsədi ilə sonuncunun yanına gəldikdə onun yerində olmadığını, xidməti zərurətlə əlaqədar harasa göndərildiyini görmüş, 01 aprel N0N1-ci il tarixdə xidməti zərurətla əlaqədar XN1, 0N-05 aprəl N0N1-ci il tarixlərdə isə barəsində aparılan araşdırma ilə əlaqədar Bakı şəhərində yərləşən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında 3 günlük müayinələrdə olduğu üçün Məhkumla görüşüb rüşvət qismində N500 manat pulu sonuncuya həmin tarixlərdə verə bilməmiş, 05 aprel N0N1-ci il tarixdə müayinələrini bitirib axşam saatlarında hərbi hissəyə qayıdıb Məhkum ondan tələb etdiyi N500 manat pulu sonuncuya vermək üçün Məhkum axtararkən sonuncunun N nömrəli hərbi hissənin hərbı qulluqçusu, leytenant ŞahidN Laçin rayonunda yərləşən N və ya N nömrəli hərbi hissələrdən birinə göndərməmək, ŞahidN adını N və N nömrəli hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil etməmək müqabilində ŞahidN 1000 manat pulu rüşvət kimi alarkən prokurorluq orqanı tərəfindən ifşa edildiyini, həmin vaxt barəsində araşdırma aparıldığını öyrənmiş, məhz bu səbəbdən də Məhkum verəcəyi N500 manat pulu sonuncuya verə bilməmişdir. Bununla da, kapitan Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün şəxsən, birbaşa maddi neməti rüşvət kimi istəmiş, lakin göstərilən səhəblərə görə Şahid1 rüşvət kimi istədiyi N500 manat pulu ala bilməmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 05 aprel N0N1-ci il tarixdə səhər saatlarında həmin hərbi hissənin N-ci taborunun qərargah rəisi, baş leytenant Şahid4 vasitəsi ilə həmin tabo run 5-ci bölüyünün N-ci taqımının komandiri, leytenant ŞahidN hərbi hissənin qərargahının yerləşdiyi inzibati binanın N-ci mərtəbəsindəki 7 nömrəli xidməti iş otağına çağıraraq ŞahidN 4-cü Ordu korpusundan ona Laçin rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə göndəriləcək taqım komandirləri vəzifəsində xidmət edən gənc zabitlərin siyahısının tərtib edilərək yuxarı komandanlığa göndərilməsi barədə göstəriş verildiyini, həmin göstərişə əsasən tərtib etdiyi və üzərində N nömrəli hərbi hissənin hərbi qulluqçuları- leytenant X4, leytenant X8 və bir neçə başqa hərbi qulluqçunun adlarının qeyd olunduğu siyahını göstərib onun da adının həmin siyahı ya daxil edilməli olduğunu, lakin 1000 manat məbləğində pulu rüşvət verəcəyi təqdirdə adını həmin siyahıya qeyd etməməyin hərbi hissənin kadriar bölmə rəisi kimi onun səlahiyyətində olduğunu bildirib rüşvət istəmiş, istədiyi 1000 manat pulu rüşvət olaraq verməyəcəyi halda adını Laçın rayonunda yərləşən N və N nömrəli hərbi hissələrə göndəriləcək taqım komandirləri vəzifəsində xidmət edən gənc zabitlərin siyahısına əlavə edəcəyini və yaxın günlərdə xidmət yerinin Qusar rayonu ərazisində yərləşən N nömrəli hərbi hissədən Laçin rayonunun ərazisində yərləşən N və ya N nömrəli hərbi hissələrdən birinə dəyişdiriləcəyini bildirmişdir. ŞahidN Məhkum onun təklifi ilə razılaşdığını bildirib hazırda 1000 manat məbləğində pulunun olmadığını deyərək həmin məbləğdə pulu düzəltmək üçün ona vaxt verməsini xahiş etmiş, lakin Məhkum qısa müddət ərzində siyahının 4-cü Ordu korpusuna göndərilməli olduğunu, həmin gün saat 18:00-dək 1000 manat pulu çatd ırmasa tərtib ediləcək siyahıya onun adını qeyd edib 4-cü Ordu korpusuna göndərəcəyini bildirmiş, ŞahidN həmin gün atası X6 tərəfindən ona göndərilmiş 700 manat pulun üzərinə özündə olan 300 manat pulu qoyaraq həmin gün saat N radələrinda hərbi hissənin qərargahının yerləşdiyi inzibati binanın N-ci mərtəbəsindəki 13 nömrəli sanitar qovşaqda 1000 manat pulu Fərid Əhmodova rüşvət olaraq vermiş, bununla da Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün şəxsən, birbaşa maddi neməti təkrarən rüşvət kimi istəmiş və almışdır. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərin ə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifındə səhvə yol verildiyindən, həmçinin məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, N nömrəi hərbi hissənin xx.xx.N0NN-ci tarixli 108N nömrəli məktubdan görünür ki, 0101N0NN -ci il taixdən xx.xx.N0NN -ci il tarixədək müddət ərzində N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə hərbi qulluqçuların (zabit, gizir. MAHHXHQ və ya əsgər) Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə xidmət yerini dəyişdirilməsi ilə bağlı hər hansı bir yazılı göstəriş daxil olmamışdır. Lakin, əlavə şahid qsmində dindirilmiş MN-nin N №-li hərbi hissəsinin kadr lar şöbəsinin rəisi, polkovnik X18 məhkəməvə ifadə verib göstərmişdir ki, kapitan Məhkum N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edərkən onun (yəni S.C.Məmmədovun) tərəfindən N nömrəli hərbi hissəyə şifahi göstəriş verilmiş və həmin göstərişə əsasən N018-N0N0-ci illərdə zabit kimi xidmətə başlamış gənc taqım komandirlərinin və təcrübəli gizirlərin xidmət yerlərinin Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməsi məsələsi N nömrəli hərbi hissənin kadrlar bölməsi tərəfindən təmin edilməli idi. Belə ki, zabit və gizirlərin xidmət yerlərinin dəyişdirilməsi barədə göstəriş N nömrəli hərbi hissənin kadrlar şöbəsi tərəfindən N nömrəli hərbi hissənin kadrlar bölməsinə verilir və həmin vaxt məhz kapitan Məhkum N nömrəli hərbi hissənin kadrlar bölməsi nin rəisi vəzifəsini icra edən şəxs kimi göstərişə əsasən N nömrəli hərbi hissədə xidmət edən gənc taqım komandirlərini müəyyən edərək onların, göstərişdə əksini tapmış kateqoriyalara uyğun olmasını aydınlaşdırmalı və kateqoriyalara uyğun gələn zabitlərin və gizirlərin adlarını siyahıya daxil edib hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimatla komandanlığa müraciət etmək səlahiyyətində olmuşdur. Göründüyü kimi, Məhkum N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi N №-li hərbi hissədən verilmiş göstəriş üzrə xidmət yerlərinin Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməsi ilə bağlı gənc taqım komandirlərinin və təcrübəli gizirlərin adlarını siyahıya daxil edib hissə komandirinə təqdim etmək səlahiyyəti olmuşdur, yəni bu onun vəzifəsinin tərkib hissəsidir, bu sahə üzrə sərəncam vermək hüququ vardır. N nömrəli hərbi hissədə qulluq edən hərbi qulluqçuların yuxarda qeyd olunan göstəriş üzrə Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməsi məhz həmin ərəfədə kadrlar rəisi vəzifəsini icra edən Məhkum tərəfindən səlahiyyətləri çərçivəsində tərtib etdiyi siyahı üzrə hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında 4-cü ordu korpusu, yəni N nömrəli hərbi hissənin komandanlığı tərəfindən həyata keçirilirdi. Məhz, bu qayda ilə də. N nömrəli hərbi hissdən verilmiş göstəriş üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçuları, levtenant X19 və X9 0N aprel N0N1-ci il tarixdə, leytenant XN isə 1N aprel N0N1-ci il tarixdə xidmətlərini davam etdirmək üçün Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərilmişlər və həmin vaxt hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edən kapitan Məhkum olmuşdur. Məhkum təqsirini sübut edəcək sübutların mötəbərliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin, buna baxmayaraq hər iki məhkəmə instansiyası sübutlara öz şəxsi subyektiv yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamışdır ki. bu hal işə birinci və apellyasiya instansiya məhkəmələrində baxılarkən müəyyən edilməmişdir. Həmçinin, Məhkum cəza təyinində də birinci instansiya məhkəməsi səhvə yol vermiş, apellyasiya məhkəmə kollegiyası də bu səhvi aradan qaldırmamışdır. Məhkəmələr hökmdə və yekun qərarda göstərmişlər ki. təqsirləndirilən şəxs Məhkum əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarakterizə, ailəli olmaqla yegan ə qazanc gətirən olmasını, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində iştirak etməsini, «Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli" medalla təltif olunmasını, Silahlı Qüvvələrdə zabit olaraq xidmətini davam etdirmək arzusunda olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alırlar. Lakin, məhkəmələr nəzərdən qaçırmışdır ki, şəxsin əvvəllər cinayət törətmədiyi üçün məhkum olunmaması, onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmələr Məhkum evli olmaqla ailənin yeganə maddi təminatçısı olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmələri də əsaslı olmamışdı r. Belə ki. Məhkum "evli" vətəndaşlıq vəziyyətinə malik olması cəmiyyətdə ona imtiyaz verən hal hesab olunmur, əksinə onun vəzifəli statusunda olaraq öhdəsində iki azyaşlı uşaq olmaqla ailənin yeganə maddi təminatçısı olması halına əsaslanaraq qanunla qadağan olnmuş əmələ yol verməsi, cəmiyyət tərəfindən ümümi qəbul olunmuş davranış qaydalarına ziddir, habelə arzuolunmaz haldır və o, şüurlu sürətdə öz əməlinin mahiyyətini dərk edərək ailəsinin təminatı ilə bağlı məsuliyyətini önəmsəməmişdir. Bu hal isə onun cəzasını yüngülləşdirən hal kimi deyil, ona irad kimi qəbul olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxs Məhkum “Vətən Müharibəsi"ndə iştirak etmiş şəxslərdən rüşvət istəməsinə və almasına tənqidi yanaşmamaqla gizir Şahid1 və leytenant R.X.Rəcəblinin "Vətən Müharibəsi"ndə iştirakları ilə bağlı yekun qərarda heç bir cümlə əks olunmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun N0NN-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tə tbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiy a protestində Məhkum əməlinin hüquqi tövsifi və ona cəza təyin edilərkən müəyyən edilən yüngülləşdirən halların düzgün müəyyən edilmədiyi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun N0NN-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 1N5-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 1N9-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsasla nmalıdır. Azərbaycan Respublikası CM-in NN1.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N0 may N011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsir li olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM N8.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması ded ikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Şərh edilən qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahl arı ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,178.N.3, 178.N.N və 178.N.3-cü maddələrinə tövsifi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi ba rədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum yalnız ŞahidN pulunu ələ keçirərək dələduzluq etməkdə özünü təqsirli bilərək Şahid1 pul istəmədiyini, onunla hər hansı bir işin görülməsi mövzusunda söhbətinin olmadığını qeyd edib məhkəmədə ifadə verərək göstərmişdir ki, N7 oktyabr N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş, hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 N mart N0N1-ci il tarixdən etibarən 30 gün müddətinə məzuniyyətə çıxdığından o, faktiki olaraq N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra etmişdir. N nömrəli hərbi hissənin hərbi qulluqçuları leytenant ŞahidN və gizir Şah id1 həmin hərbi hissədə xidmətdə olduğu müddətdə tanımış, münasibətləri xidməti olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Kadralar rəisin vəsifəsini icra edən zaman hər hansı hərbi qulluqçunun xidmət yerini dəyişdirmək səlahiyyəti olmamış, kadrlar rəisinin vəzifələrini icra edən zaman yuxarı komandanlıqdan hərbi qulluqçuların xidməti yerinin dəyişdirilməsi üçün şifahi və ya yazılı göstəriş gəlməmiş, hərbi qulluqçuların xidməti yer dəyişdirilməsi yuxarı komandanlıqdan verilmiş yazılı göstəriş əsasında həyata keçirilmiş, həmin göstərişin həyata keçirilməsinə birbaşa hərbi hissə komandiri özü nəzarət etmiş, hərbi qulluqçuların seçimi hərbi hissə komandirinin göstərişi ilə həyata keçirilmiş, ancaq birbaşa yuxarı komandanlığın özünün əmri olsa həmin hərbi qulluqçunun yeri nin dəyişməsinə komandirin hər hansı dəyişiklik etmək səlahiyyəti olmamışdır. Yuxarı komandanılıqdan birbaşa kadrlar rəsinə hər hansı hərbi qulluqçunun xidməti yerinin dəyişdirilməsi barədə göstəriş gələ bilmədiyini, göstəriş olsa birbaşa hərbi hissə komandirinə gəldiyini, hətta hərbi hissənin daxilində və ya xidməti yerinin dəyişdirilməsi barədə qərarları birbaşa hərbi hissə komandiri qəbul etdiyini, onun ancaq komandirin göstərişi ilə sənədləri hazırlaya biləcəyini, hərbi qulluqçunun seçimində hər hansı fikir irəli sürmək və komandirin əmrini icra etməmək kimi səlahiyyətinin olmadığını, hadisə vaxtı adlı siyahı olmadığını, həmçinin Şahid1 və ŞahidN xidmət yerinin dəyişdirilməsi üçün heç bir göstəriş olmadığını, zabitlərin xidməti yerdəyişməsi bir başa korpusun rəhbərliyinin səlahiyyətind ə olduğunu, onun hər hansı hərbi hissəni komlektləşdirmə səlahiyyətinin olmadığını qeyd etmişdir. Buna baxmayaraq xidməti vəzifəsindən istifadə edərək şəxsi heyətin yerdəyişməsinə səlahiyyətli şəxs olması görüntüsünü yaradıb həqiqətən də ŞahidN 1.000 manat məbləğində pul istəmiş və həmin pulu alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində tutulmuşdur. Ancaq Şahid1 N500 manat məbləğində pul istəməmiş, ona verdiyi arayışı isə heç bir maddi və digər təmanna güdmədən təqdim etmişdir Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, N8 dekabr N019-cu il tarixdən xidmətini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N -ci taborunun 3-cü bölüyünün 3-cü taqımının döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətini davam etdirir. Məhkumla mü nasibətləri xidməti olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. N9 mart N0N1-ci il tarixdə saat N radələrində xidməti zərurətlə əlaqədar hərbi hissənin qərargahının ikinci mərtəbəsində yerləşən kadrlar bölməsinə gedib orada sənəd işləri ilə maraqlanarkən hərbi hissənin kadrlar bölməsi rəisinin köməkçisi, həmin müddətlərdə faktiki olaraq hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifələrini icra edən kapitan Məhkum onu yanına çağıraraq ünvanına «bilirsən də Laçının komplektləşdirilmə məsələsini, korpusdan göstəriş gəlib, göstərişə əsasən sənin də adını siyahıya salıb korpusa göndərməliyəm, xidmət yerin Laçına dəyişəcək, sənin də torbanı tikiblər ipin ucundasan, uçurumdasan, yaxın günlərdə getməlisən» sözlərini deyib ona masanın üzərində olan iki nəfərin şəxsi işini göstər miş və artıq onların əmrlərinin hazırlanmaq üzrə olduğunu, hərbi hissənin kadrlar bölməsinin rəisi kimi onun da adını siyahıya daxil etdirib yuxarı komandanlığa göndərəcəyini, bundan sonra isə xidmət yerinin Laçın rayonundakı hərbi hissəyə dəyişdiriləcəyini bildirmiş, o, da, məsələnin ciddiyyətini anlamışdır. Belə ki, ailə üzvlərinin, yəni atasının və anasının səhhətində problemlər olduğu üçün bir övlad kimi onları tək qoyub Laçın rayonundakı hərbi hissələrdən birinə getmək istəməmiş, valideynlərinin müalicəsini bitirib sonra hara lazımdırsa, gedib xidmət edəcəyini düşünmüş, buna görə də Məhkum ünvanına «cənab kapitan Siz mənim ailə vəziyyətimi bilirsiniz, anam xərçəng xəstəsi, atam da onun kimi, bacım heç bir yerdə işləmir, qardaşım da balacadır, ailəmizə ancaq mən baxıram, xahiş edirəm a ilə problemlərimi həll edənə qədər mənim təyinat məsələmi saxlayın» sözlərini demiş, Məhkum ona «get sonra mənə yaxınlaşarsan» deyə cavab vermişdir. Bundan sonra 30 mart N0N1-ci il tarixdə saat N radələrində hərbi hissənin qərargahının ikinci mərtəbəsində olarkən Məhkum onu yenidən xidməti otağına çağırmış, həmin vaxt Şahid3 da otaqda olmuş, lakin o, otağa daxil olduqda Şahid3 otaqdan çıxmış, otaqda olarkən Məhkum yenidən onunla söhbət edərək korpusdan göstəriş gəldiyini, göstərişə əsasən adını siyahıya daxil edib korpusa göndərməli olduğunu, müddətin az qaldığını deyərək bu məsələ barədə fikrinin nə olduğunu soruşmuş, həmin vaxt o, Məhkum hərbi hissənin kadrlar bölməsinin rəisi kimi onun adını siyahıya salmamaq üçün səlahiyyətlərinin olduğunu, bir böyük kimi ona istiqamət verməsini bildir dikdə Məhkum ünvanına: «sən 877də xidmət edəndə evə rahat gedib gələ bilirdin, indi Qusardasan deyə yenə də lazım olanda evə gedib gələ bilirsən, lakin Laçına göndərilsən, ev üzünə həsrət qalacaqsan, buna görə də çalış işini həll et» deyə cavab vermişdir. Bundan sonra həmin gün saat N radələrində qərargahın qarşısından keçərkən Məhkum onu yanına çağırmış, həmin vaxt Məhkum qərargahın inzibati binasının sağ tərəfində dayanaraq siqaret çəkirmiş, o, Məhkum yaxınlaşdıqda Məhkum ondan «sənin məsələni nə edək, təyinatınla bağlı nə fikrə gəldin» deyə soruşduqda o, nə etməli olduğunu soruşmuş, Məhkum ünvanına «yuxarıya əmanət çatmalıdır ki, mən səni burda saxlaya bilim» sözlərini dedikdə o, Məhkum nə qədər pul lazım olduğunu soruşmuş, Məhkum isə sabah səhər ona yaxınlaşmağını tapşırıb getmişdir. 3 1 mart N0N1-ci il tarixdə səhər saat N radələrində o, qərargahın ikinci mərtəbəsində yerləşən kapitan Fərid Əhmdovun xidməti otağına getmiş, otaqda digər hərbi qulluqçular olduğu üçün Məhkum ona həmin mərtəbədə yerləşən sanitar qovşağa gedib orada söhbət etməyi təklif etmiş, təklifə əsasən, onlar sanitar qovşağa daxil olub pəncərənin önündə siqaret çəkərək söhbət etməyə başlamışlar. Söhbət zamanı Məhkum ondan nə fikrə gəldiyini soruşduqda o, məsələnin həll olunması üçün nə qədər pul lazım olduğu ilə maraqlanmış, Məhkum onun adını Laçın rayonundakı hərbi hissələrə göndəriləcək hərbi qullquçuların siyahısına daxil edib korpusa göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən xidmətini Qusar rayonunda davam etdirə bilməsi üçün ondan N500 manat pul tələb edib həmin pulu yuxarı komandanlığa çatdıracağını, pulu verdikdən sonra isə məsələni həll etdirəcəyini bildirmişdir. Həmin vaxt o, Məhkum N500 manat pulun çox olduğunu, həmin məbləğə maddi imkanının çatmayacağını dedikdə, Məhkum ünvanına «a kişi bu yaxınlarda bir maxenin bölməsini dəyişdirmək üçün N manat pul almışam, hərbi hissə daxili bölmə dəyişdirmək N manatdırsa, sənin Laçın rayonundakı hərbi hissəyə göndərilməməyin üçün N500 manat heç nədir» deyə cavab vermişdir. Məhkum dediklərindən sonra qərarının nə olduğunu soruşduqda o, bir daha N500 manat pula maddi imkanının çatmayacağını, buna görə də çıxılmaz vəziyyətdə qaldığını demiş, Məhkum ona narahat olmamağını, hərbi hissənin adından ona arayış alıb verəcəyini, həmin arayışı banka təqdim edib kreditlə pul götürüb ona N500 manat pul verməyini söyləmişdir. Məhkum söylədiklərindən sonra ailə vəziyyətini düşünərək onun dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, daha sonra Məhkum öz xidməti otağına daxil olub Şahid3 arayış yazdırmış, sonra arayışı imzalatmaq üçün hərbi hissə komandirinin otağına daxil olmuşdur. Məhkum hərbi hissə komandirinə arayışı imzalatdırdıqdan sonra qərargahın pilləkənlərində arayışı ona verərək ünvanına «al bu arayışı get Qusardakı Kapital banka, arayışı banka təqdim elə, pulu götür gətir ver mənə ki, adını Laçına göndəriləcək hərbi qulluqçuların siyahısına daxil etməyim» sözlərini dedikdə o, «oldu cənab kapitan» deyərək arayışı Məhkum təhvil almışdır. Məhkum həmin gün saat 16:00dək kredit məsələsini həll edib N500 manat pulu verməsi üçün ona vaxt vermişdir. Bundan sonra o, hərbi hissədən çıxaraq Qusar şəhərindəki Kapital bankın filialına gedərək 3000 manat məbləğində kredit götürmüş, daha sonra saat N radələrində bankdan hərbi hissəyə qayıdıb düzülüşdə iştirak etmişdir. Düzülüşdən sonra Məhkum ondan tələb etdiyi N500 manat pulu ona vermək məqsədi ilə sonuncunun yanına getdikdə onun yerində olmadığını, xidməti zərurətlə əlaqədar harasa göndərildiyini bildirmişdirlər. Buna görə də həmin gün Məhkumla görüşə bilməmişdir. 01 aprel N0N1-ci il tarixdə isə xidməti zərurətlə əlaqədar təlim mərkəzində olduğu üçün kapitan Məhkumla görüşə bilməmişdir. Növbəti gün, yəni 0N aprel N0N1-ci il tarixdən isə barəsində aparılan araşdırma ilə əlaqədar Bakı şəhərindəki hərbi hospitalda 3 günlük müayinələrdə olmuş, müayinələrdə olduğu müddətdə kapitan Məhkumla görüşə bilməmiş, 0 5 aprel N0N1 ci il tarixdə müayinələrini bitirib saat N radələrində hərbi hissəyə qayıtmış və bölmə komandirinə qayıtmağı barədə məruzə etmiş, məruzədən sonra yorğun olduğu üçün bölmə komandirindən icazə alıb istirahət etmək üçün yaşadığı evə getmişdir. Evdə bir qədər istirahət etdikdən sonra Məhkum ondan tələb etdiyi N500 manat pulu sonuncuya vermək üçün axşam saatlarında hərbi hissəyə qayıtmışdır. Hərbi hissədə kapitan Məhkum axtararkən hərbi qulluqçulardan Məhkum həmin gün, yəni 05 aprel N0N1-ci il tarixdə saat 19 radələrində prokurorluq orqanı tərəfindən tutulduğunu eşitmiş, bundan sonra o, Məhkum verəcəyi pulu özündə saxlayaraq yaşadığı evə qayıtmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN göstərmişdir ki, N0N0-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini bitirib Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəndə taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətə başlamışdır. Kapitan Məhkum hərbi hissədə xidmət etdiyi müddət ərzində tanımış, münasibətləri xidməti olmuş, aralarında hər hansı qohumluq əlaqəsi, düşmənçilik və ya ədavət olmamışdır. 05 aprel N0N1-ci il tarixdə səhər düzülüşündən bir müddət sonra saat N radələrində hərbi hissənin Nci taborunun yerləşdiyi inzibati binanın yataqxanasında olduğu zaman həmin taborun qərargah rəisi, baş leytenant Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun 0514NN-88-33 saylı mobil nömrəsinə zəng edərək hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edən Məhkum onu çağırdığını, buna görə də Məhkum xidməti otağına getməli olduğunu bildirmiş, bu səbəbdən o, yataqxanadan çıxaraq hərbi hissənin qərargahının yerləşdiyi inzibati binanın N-ci mərtəbəsində yerləşən Məhkum xidməti iş otağına getmiş, həmin otağa daxil olduğu zaman Məhkum və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid3 otaqda olduqlarını görmüş, o, Məhkum yaxınlaşdıqda Məhkum ona «bilirsən də səni burda istəmirlər» ifadəsini işlətmiş, o, Məhkum nə məsələ ilə bağlı çağırıldığını soruşduqda Məhkum ona «korpusdan siyahı gəlib, siyahıda taqım komandiri kimi xidmət edən gənc zabitlərdən bəzilərinin xidmət yerlərinin Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməli olduğu və bizdən gənc zabitlərdən bəzilərinin adlarını həmin siyahıya daxil etməyimiz tələb edilmişdir, yəni sənin adını siyahıya salmaq istəyirəm, kadrlar bölməsinin rəisi kimi sənin adının siyahıya salınıbsalınmayacağı artıq mənim səlahiyyətimdədir» sözlərini demiş, həmçinin Məhkum bu barədə həmin vaxt məzuniyyətdə olan hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8lə telefon vasitəsi ilə danışdığını, danışıq zamanı Şahid8 onun yaxşı oğlan olduğunu, buna görə də onun məsələsini həll etməyini tapşırdığını bildirmiş, o, Məhkum məsələsinin necə olacağını soruşduqda Məhkum onun adını siyahıya daxil etməmək, adını 4-cü ordu korpusuna göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən xidmətini Qusar rayonunda davam etdirə bilməsi üçün ondan 1000 manat məbləğində pul tələb etmiş, o, Məhkum 1000 manat pulu ona nə vaxta verməli olduğunu soruşduqda Məhkum ona həmin gün saat 1N radələrində N nömrəli hərbi hissə nin nümayəndələrinin N nömrəli hərbi hissəyə gələcəklərini, həmin nümayəndələr gələnə kimi pulu çatdırmalı olduğunu, daha sonra onu həmin nümayəndələrin qarşısına çıxararaq məsələni həll edəcəyini demiş, o, bu zaman Məhkumla razılaşaraq otaqdan çıxıb getmişdir. Otaqdan çıxdıqdan sonra 1000 manat məbləğində pulu olmadığı üçün atası Xanlar Abdurahmanov ilə əlaqə saxlayaraq təcili olaraq 1000 manat məbləğində pula ehtiyacının olduğunu dedikdə atası ondan həmin pula nə üçün ehtiyacının olduğunu soruşmuş, buna görə də o, atasına həmin pula hansı səbəbdən ehtiyacının olduğunu tam şəkildə izah etmiş, məhz bu səbəbdən də atası ona maddi köməklik etməyə razı olmuş, danışıq zamanı atası həmin pulu hansı qaydada göndərəcəyini soruşduqda o, atasına maaş kartının şəklini atacağını, həmin karta pulu yük ləməsini xahiş etmiş, öz maaş kartı mənfidə olduğundan komandiri olduğu taqımda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid5 müraciət edib pula ehtiyacının olduğunu, öz maaş kartının mənfiyə düşməsi səbəbindən atasının ona pul göndərə bilmədiyini demiş və Şahid5 sonuncunun maaş kartını istəmiş, Şahid5 heç bir problem olmadığını deyərək razılaşmış, bundan sonra «Whatsapp» proqramı vasitəsi ilə atasına Şahid5 maaş kartının şəkillərini göndərmiş, atasından 1000 manat pul istəməsinə baxmayaraq atası maddi imkanı yaxşı olmadığı üçün ona cəmi 700 manat pul göndərmiş, atasının göndərdiyi 700 manat pul Şahid5 maaş kartına yükləndikdən sonra saat N radələrində hərbi hissənin yaxınlığında olan bankomat vasitəsi ilə həmin kartdan ümumilikdə 697 (altı yüz doxsan yeddi) manat məbləğində pul çıxarmış, daha sonra üzərində özünə məxsus 300 manatdan bir qədər çox pul olduğu üçün atasının göndərdiyi pulun üzərinə özündə olan pulu da qoyaraq ümumilikdə 1000 manat pul düzəltmiş, 1000 manat pul cəmi 10 ədəd 100 manatlıq əskinaslardan ibarət olmuş, o, Məhkum Laçın rayonundakı hərbi hissələrdən birinə göndərilməməsi üçün ondan tələb etdiyi 1000 manat pulu hazır etdikdən sonra Məhkum ondan pul istəyərək cinayət əməlinə yol verdiyi kimi həmin pulu onun da Məhkum verməsinin cinayət əməli hesab ediləcəyini düşünmüş, həmin vaxt hərbi hissənin ərazisində Sumqayıt Hərbi Prokurorluğunun nümayəndəsinin xidməti işi ilə əlaqədar hərbi hissədə olduğunu görmüş, prokurorluq əməkdaşının hərbi hissədə olduğunu gördüyü üçün yaxınlaşıb ona qarşı olan bu haqsızlıq barədə ərizə vermə k və Məhkum barəsində tədbir görülməsini xahiş etmək qərarına gəlmiş, buna görə də üzərində olan ümumilikdə 1.000 manat pulun, yəni 10 ədəd 100 manatlıq əskinasların hər birinin ayrı-ayrılıqda fotoşəklini və videosunu çəkmək və həmin 10 ədəd 100 manatlıq əskinasların seriya nömrələrini ərizəsində qeyd etmək qərarına gəlmiş, bu məqsədlə də hərbi hissənin yaxınlığında saxladığı şəxsi avtomobilinə əyləşərək hərbi hissədən bir qədər kənarlaşmış, kənara getməkdə məqsədi həmin pulların fotoşəklini və videosunu rahat çəkmək, hərbi hissədə olan prokurorluq əməkdaşına verəcəyi ərizəni əvvəlcədən sərbəst şəkildə yazmaq və həmin ərizədə 10 ədəd 100 manatlıq əskinasların hər birinin seriya nömrələrini göstərməklə əlaqədar olmuş, hərbi hissədən kənarlaşdıqdan sonra dediklərinin hər birini öz şəxsi avto mobilində etmiş, yəni avtomobili kənarda sakit bir yerdə saxlayaraq Laçın rayonundakı hərbi hissələrdən birinə göndərilməməsi üçün Məhkum ondan 1000 manat pul tələb etdiyini mobil telefonu vasitəsi ilə videoya çəkmiş, daha sonra isə hazır etdiyi 1000 manat pulun hər birinin, yəni 10 ədəd 100 manatlıq əskinasların ayrıayrılıqda fotoşəklini çəkmiş, həmin pulların hər birinin seriya nömrəsini qeyd etmiş, həmin vaxt prokurorluq orqanına ərizəni də yazmış, ərizədə pulların seriya nömrəsini də göstərmiş və Məhkum barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra hərbi hissəyə gedərək həmin ərizəni hərbi hissədə olan prokurorluq əməkdaşına təqdim etmişdir. Bütün bunlardan sonra Məhkumla bəzi məqamları dəqiqləşdirmək üçün saat 1N radələrində yenidən Məhkum xidməti iş otağına gedər ək sonuncunu həmin mərtəbədə yerləşən ayaqyoluna çağırmış, prokurorluq orqanına ərizə verdiyi üçün Məhkum ona qarşı olan qanunsuz hərəkətlərini qeydə almaq məqsədi ilə üzərində olan smartfon tipli telefonun səs yazmaq proqramını aktivləşdirib telefonu cibinə qoymuş, məqsədi Məhkumla aralarında olacaq söhbətləri səs yazısı şəklində telefonun yaddaşında qeyd etmək və sonradan həmin səs yazılarını da prokurorluq orqanına təqdim etmək olmuş, ayaqyoluna keçdikdən sonra Məhkum pulu tam şəkildə hazır etməyi barədə heç bir söz deməmiş, ayaqyolunda Məhkum pulu toplaya bilmədiyini dedikdə Məhkum yenidən səhər saatlarında ona dediklərini təkrarlamış və pulu hazır etməyi üçün həmin gün saat 16:00dək ona vaxt vermiş, o, saat 16 radələrində yalnız 400 manat pul verə biləcəyini, geriyə qalan 600 manat pulu isə bir neçə günə tapıb verəcəyini dedikdə Məhkum ona 400 manat pulu çatdırmağını, geriyə qalan 600 manat məbləğində pulu isə növbəti günə çatdırmasını təkidlə bildirmiş və o, Məhkumla razılaşmış, prokurorluq orqanına Məhkum barəsində ərizə ilə müraciət etdiyindən aralarında olan danışıqları, Məhkum ona dediklərini telefonuna yazdırmış, həmin gün saat 16 radələrində o, yenidən Məhkum xidməti iş otağına getmiş, bu zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid3 da otaqda olduğuna görə Fərid Əhməvovla birlikdə ayaqyoluna getmiş, ayaqyolunda Məhkum bir neçə saat vaxt istəyib saat 18 radələrinə qədər onu gözləməsini xahiş etmiş, saat 18 radələrinə qədər onu gözləməsini isə həmin vaxta qədər yalnız 400 manat pulu deyil, ümumilikdə 1000 manat pulu tam şəkildə hazır e də biləcəyi ilə əsaslandırmış, Məhkum onunla razılaşaraq saat 18 radələrinədək 1000 manat pulu çatdırmağı tapşırmış, bundan sonra o, ayaqyolundan çıxaraq yataqxanaya gəlmişdir. Həmin gün saat 19 radələrində o, Məhkum xidməti iş otağına gedərək Məhkum yenidən ayaqyoluna çağırmış və orada üzərində olan 100 manatlıq əskinaslarla ümumilikdə 1000 manat məbləğində pulu Məhkum vermiş, Məhkum pulu götürərək kitelinin sol döşlük hissəsindəki cibinə qoymuş, bu zaman o, Məhkum məsələsinin tamamilə həll olunacağını soruşduqda Məhkum ona «get sakit otur yerində» ifadəsini işlədərək artıq məsələnin həll edildiyini və onun üçün heç bir problem olmayacağını demiş, bundan sonra o, ayaqyolunu tərk edərək N-ci taborun yataqxanasına geri qayıtmış, yataqxanaya qayıtdıqdan sonra prokurorluq əməkdaşları Məhkum x idməti otağına gedərək barəsində onun ərizə ilə prokurorluğa müraciət etdiyini, Laçın rayonundakı hərbi hissələrdən birinə göndərilməməsi üçün Məhkum ondan 1000 manat pul tələb etdiyini, həmin pulu ondan almasına dair əsaslı şübhələrin olduğunu bildirmişlər və həmin pulu ondan aldığı halda təqdim etməsini təklif etmişlər, sonra prokurorluq əməkdaşları hərbi hissə komandirinin və hərbi hissənin digər rəhbər şəxslərinin iştirakı və razılığı ilə onun ərizəsi əsasında Məhkum xidməti otağına baxış keçirərkən Məhkum etdiyi cinayət əməlini etiraf edərək cibində olan 1000 manat pulu prokurorluq əməkdaşlarına təqdim etmişdir. 05 aprel N0N1-ci il tarixli «hadisə yerinə baxış» protokolundan görünür ki, həmin gün ŞahidN ərizəsi əsasında N nömrəli hərbi hissənin inzibati binasının N-ci mərtəbəsindəki h əmin vaxt N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edən Məhkum 7 nömrəli xidməti otağına baxış keçirilmiş, ŞahidN ərizəsində qeyd olunan məlumatların doğru olub-olmaması Məhkum soruşulduqda, Məhkum qeyd olunan faktı təsdiq edərək ŞahidN Laçın rayonunda yerləşən müvafiq hərbi hissələrin birinə köçürülməyəcəyi qarşılığında 1000 manat pul istəmiş, həmin gün saat 19 radələrində N nörməli hərbi hissənin qərargahının ikinci mərtəbəsində yerləşən ayaqyolunda 1000 manat məbləğində pulu almış və həmin pulu kitelinin sağ döş cibinə qoyaraq xidməti iş otağına geri qayıtmışdır. Məhkum könüllü olaraq həmin pulların təqdim olunması təklif olunmuş, Məhkum buna etiraz etməyərək 10 ədəd 100 manatlıq pul əskinaslarını təqdim etmiş və masanın üzərinə düzmüş, ŞahidN ərizəsindəki pulla rın seriya nömrələri ilə masanın üzərində olan pulların eyniləşdirilməsi aparılmış və ərizədə göstərilən pul əskinaslarının seriya nömrələri ilə Məhkum təqdim etdiyi, yəni masanın üzərində olan A03003666, A97159739, A659768N0, C56444476, A56N43369, C83657770, A79804749, B04609519, A97593N18 və A751119NN seriyalı «100 Azərbaycan manatı» nominallı pul əsginasları eynilik təşkil etmiş, Məhkum masa üzərində olan pul əskinaslarının ŞahidN aldığı pulların olduğunu qeyd etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N mart N0N1-ci il tarixli 70 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin kadrlar bölmə rəisi, mayor Şahid8 xəstəliklə əlaqədar həmin tarixdən 30 (otuz) təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə si tərəfindən təqdim edilmiş 07 aprel N0N1ci il tarixli N7N7 nömrəli arayışın surətindən görünür ki, hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 N mart N0N1-ci il tarixdən məzuniyyətə çıxdıqdan sonra həmin tarixdə hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsinin icrası komandanlıq tərəfindən 10 aprel N0N1-ci il tarixədək Məhkum həvalə edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Ordusunda kadr orqanı rəislərinin vəzifə səlahiyyətlərini müəyyən edən «Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin N0 mart N018-ci il tarixli 6 nömrəli qərarının 3-cü maddəsinin 3.3-cü bəndinə istinad edərək hesab etmişdir ki, Məhkum təqdimatlara baxmaq və təkliflər vermək səlahiyyətləri olmuş, ancaq həmin məsəl ələr üzrə onun həlledici səlahiyyətləri, yəni sərəncam və ya əmrverici ixtiyarı olmamışdır. Həmçinin Məhkum N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi kadr işinə aid məsələlər üzrə yalnız komandirə məruzə etmək və müvafiq təkliflər vermək, həmin məsələlərin həlli üçün zəruri sənədləri hazırlamaq vəzifələrini yerinə yetirmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, göstərilən məhkəmə Məhkum N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi kadr işinə aid məsələlər üzrə zabit və gizir (miçman) heyətinin xidməti yerdəyişmələri üzrə səlahiyyətinin olubolmamasını dəqiq araşdırmamış, işin bu halına düzgün qiymət verməmişdir. Belə ki, cinayət işi ü zrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum vəzifəli şəxs olmaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi N0NN -ci ilin mart ayının sonlarında həmin hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid1 adının Laçın rayonundakı hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil edib korpusa göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən N500 manat məbləğində pulu rüşvət kimi istəmiş, eyni məqsədlə hərbi qulluqçusu, leytenant ŞahidN oğlundan 1000 manat pulu rüşvət qismində istəmiş və almışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid6 ifadəsindən görünür ki, N0N0-ci ilin əvvəllərində isə Qusar şəhərində ye rləşən N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Məhkum N nömrəli hərbi hissədə xidmətdə olduğu müddətdə tanımış, onunla münasibətləri xidməti olmuşdur... Hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 N mart N0N1-ci il tarixdən məzuniyyətə çıxdığı üçün vəzifələrini həmin tarixdən məlum hadisənin baş verdiyi günədək Məhkum icra etmişdir. 05 aprel N0N1-ci il tarixdə axşam saat 18-19 radələrində hərbi hissənin hərbi qulluqçusu, leytenant ŞahidN Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı ərizəsi barədə xəbər tutmuş, belə ki, həmin gün hərbi hissədə olan Sumqayıt hərbi prokurorluğunun əməkdaşı hərbi hissə komandirinin otağında onlarla söhbət edərkən hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edən kapitan Məhkum hərbi hissənin N-ci taborunun hərbi q ulluqçusu, leytenant ŞahidN Laçın rayonunda yerləşən N və ya N nömrəli hərbi hissələrdən birinə göndərməmək üçün ŞahidN 1000 manat pul istəməsi və alması barədə məlumat vermiş, o və hərbi hissə komandiri polkovnik Hafiz Ağayev prokurorluq əməkdaşının dediklərini təəccüblə qarşılamış, həmin vaxt prokurorluq əməkdaşı N nömrəli hərbi hissədə xidmət edən gənc zabitlərin xidmət yerlərinin Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməsi barədə 4-cü ordu korpusundan N nömrəli hərbi hissəyə hər hansı bir göstərişin və ya siyahının gəlibgəlməməsini soruşduqda o və hərbi hissə komandiri təxminən bir neçə müddət bundan əvvəl 4-cü ordu korpusundan hərbi hissəyə həqiqətən də belə bir göstərişin gəldiyini bildirmiş, həmin göstərişə əsasən leytenant hərbi rütbəsində xidmət edən zab itlər də Laçın rayonunda yerləşən N və ya N nömrəli hərbi hissəyə göndərilə bilərmiş, həmçinin yuxarı komandanlıqdan gəlmiş siyahıya əsasən N nömrəli hərbi hissədə xidmət edən leytenant hərbi rütbəli zabitlərin bəzilərinin xidmət yerləri Laçın rayonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilmiş, bütün bunlara görə, yəni həqiqətən də 4-cü ordu korpusundan N nömrəli hərbi hissəyə belə bir göstəriş verildiyi üçün o, prokurorluq əməkdaşının Məhkum barəsində dediklərini ciddi qəbul etmişdir. Ancaq hərbi qulluqçuların qeyd etdiyi hərbi hissələrdən başqa digər hərbi hissələrə də xidməti yer dəyişmələri olmuşdur. Konkret olaraq leytenant hərbi rütbələlilər deyil, digər hərbi qulluqçuların da xidməti yerdəyişməsi olmuşdur. Bu cür hallar isə hər zaman baş verə bilər. Həmçinin birinci instans iya məhkəməsində əlavə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar şöbəsinin rəisi, polkovnik X10 ifadəsindən görünür ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir. N0N0ci ilin dekabr ayından N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.... N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi mayor Şahid8 N mart N0N1-ci il tarixdən səhhətindəki xəstəliklə əlsaqədar məzuniyyətə çıxdığı üçün həmin tarixdən etibarən hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini faktiki olaraq kapitan Məhkum icra etməyə başlamışdır. Yuxarı komandanlıq tərəfindən hərbi hissəyə hər hansı zabit və gizirlərin xidmət yerlərinin Müdafiə Nazirliyinin Laçın və ya digər rayonlarda yerləşən hərbi hissələrinə dəyişdirilm əsi barədə göstəriş gəldikdə hərbi hissənin kadrlar bölməsinin rəisi komandanlıqdan gəlmiş siyahıda göstərilən standartlara və kateqoriyalara uyğun gələn zabit və gizirləri müəyyən etməklə onların xidmət yerlərinin dəyişdirilməsi barədə yuxarı komandanlığa təqdimatla müraciət edir. Təqdimatı yazmamışdan əvvəl isə komandanlıqdan gəlmiş siyahıda hansı kateqoriyadan olan zabit gizirlərin olması barədə hərbi hissə komandrinə məlumat verir, tərtib etdiyi təqdimatı hərbi hissə komandirinə təqdim edir. Kadlar rəisinin həmin sənəddə hər hansı bir hərbi qulluqçunun adını siyahıdan çıxarmaq və ya əlavə etmək səlahiyəti yoxdur. Kapitan Məhkum onun tərəfindən verilmiş göstərişə və siyahıya əsasən N nömrəli hərbi hissədə xidmət edən gənc taqım komandirlərini müəyyən edərək onların göstərişdə əksini tap mış kateqoriyalara uyğun olmasını aydınlaşdırmalı və kateqoriyalara uyğun gələn zabitlərin adlarını siyahıya daxil edib təqdimatla komandanlığa müraciət etmək səlahiyyətində olmuşdur. Kapitan Məhkum N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edərkən tərəfindən N nömrəli hərbi hissəyə şifahi göstəriş verilmişdir. Kassasiya protestinin dəlillərindən isə görünür ki, Azərbaycan Ordusunda kadr orqanı rəislərinin vəzifə səlahiyyətlərini müəyyən edən «Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin N0 mart N018-ci il tarixli 6 nömrəli qərarının 13-cü maddəsinin 13.4.8-ci bəndinə əsasən kadr orqanları zabit və gizir (miçman) heyətinin xidməti yerdəyişmələri üzrə hərbi hissə komandirinin sə rəncamından çıxarılması və yuxarı instansiya komandirinin (rəisinin) sərəncamına keçirilməsi üçün tələb olunan sənədləri hazırlayır və komandirə (rəisə) təqdim edir. Cinayət Məcəlləsinin 311.3.N, 311.3.3-cü maddələri vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə təkrar və külli miqdarda rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Qanununun mənasına görə rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi üçüncü şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsi, alması və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi başa düşülür. Rüşvət vəzifəli şəxsin səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə ümumi himayədarlıq v ə laqeydliyə görə verilir. Vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkəti (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Qanunvericiliyin məzmunundan göründüyü kimi, rüşvət almaya CM-in 311-ci maddəsində verilən anlayışa əsasən o, aşağıdakı əlamətlərlə xarakterizə olunur: -xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət alma; -xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydliyə görə rüşvət alma; Məhkəmə kollegiyası qeyd edir ki, aşağı intansiya məhkəmələri Məhkum əməlini öz qulluq mövqeyindən istifadə etməklə aldatma y olu ilə özgənin əmlakını ələ keçirilərək törədilən dələduzluq kimi qiymətləndirərkən gəldiyi nəticəni kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, işin hallarına düzgün qiymət vermədən məhkumun vəzifəli şəxs kimi hərbi qulluqçular Şahid1 və ŞahidN tələb etdiyi pulun onun tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət qismində alınmadığı qənaətinə gəlmişlər. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N015-ci il tarixli 7 nömrəli Qərarın 36-cı bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nə ticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməs ini gözləyir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum vəzifəli şəxs olaraq səlahiyyətlərinin icrası ilə əlaqədar hərəkətsizliklə, xidməti yerdəyişməyə dair siyahıya adlarının siyahıya salınmaması müqabilində hərbi qulluqçulardan pul tələb etmiş, onun niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə dair yalan vəd verməklə özgəsinin əmlakını ələ keçirmək deyil, məhz xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə sözügedən şəxslərin əmlakını ələ keçirməyə yönəlmişdir. Bütün qeyd edilənlər kassasiya məhkəmə kollegiyasına belə bir nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəti cə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Belə ki, məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticəl ərə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəs inə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 1N5, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayət i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının N005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral N006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxış ının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qa nuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 4N6.1.N-ci (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini əsaslı hesab edir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri razılaşır və hesab edir ki, Məhkum əməlini tövsif edərkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərək apellyasiy a instansiyası məhkəməsinin qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.1N-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Kassasiya məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərar ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini nəzərə alaraq, kassasiya protestinin məhkum edilmiş şəxsə təyin edilən cəza, həmçinin cəza təyin edilərkən nəzərə alınan yüngülləşdirən hallara dair münasibət bildirməyi məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun N0NN-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.N-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı X14 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 16 iyun N0NN-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1-1(102)-8/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-8/2023
01.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver