Məhkəmə qərarları › İş №1-1(102)-8/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-8/2024

15.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-8/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçiləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəki li Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 333.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1993-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Rəspublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Qurbanəfəndi kəndində qeydiyyatda olan, əsgər kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqç usu olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Buta-1 hərbi şəhərciyində yerləşən mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasında mühafizəçi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, 2020-ci ilin oktyabr ayının ortalarında qaynatasının bacanağı - Qəbələ rayon sakini Şahid1 oğlu Şahid16 Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinə xidmətə qəbul etdirmək arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə özgən in əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda Qəbələ rayonu ərazisində vət. Şahid1 ilə arasında aparılan danışıq zamanı hərbi qulluqçu olmasına və tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Daxili Qoşunlarda yüksək vəzifədə çalışan tanışlarına 1000 manat məbləğində pulun verilməsi müqabilində Şahid16 həmin Dəstəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla Şahid1 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və növbəti gün sonuncu ilə Qəbələ rayonu Bılıx kəndi ərazisində görüşüb vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə həmin miqdarda pulunu almışdır. Məhkum vət. Şahid1 asanlıqla pul verməsini görüb sonuncu ilə aralarında aparılan danışıqlar zamanı müxtəlif bəhanələr gətirməklə guya Şahid16 işinin həll edilməsi prosesində çətinliklərin yaranmasını və vəzifəli tanışlarına əlavə pul verilməsinin zəruri olmasını qeyd etməklə bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını alması nəticəsində Şahid1 tərəfindən 2020-ci ilin oktyabr ayının axırlarında istifadəsində olan kart hesabına 200 manat pulun köçürülməsinə nail olmuş, həmin ilin dekabr ayının və 2021-ci ilin mart ayının ortalarında “taksi” fəaliyyəti ilə məşğul olan şəxslə göndərilən müvafiq olaraq 1500 və 1150 manat pulu Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul etmiş, 05 aprel 2021-ci il tarixdə istifadəsində olan kart hesablarının birinə 650 manat pulun köçürülməsinə nail olmuş, həmin ayın ortalarında oğlu Şahid16 ilə göndərilən 1200 manat pulu Bakı şəhəri Yasamal rayonu “20 yanvar” metrostasiyası yaxınlığında qəbul etmiş, 04 sentyabr 2021-ci il tarixdə istifadəsində olmaqla Şahid27 adına "xxxx" ASCdə rəsmiləşdirilmiş kart üzrə ******************** hesab nömrəsinə 400 manat pulun köçürülməsinə nail olmuş və 2021-ci ilin oktyabr ayının axırlarında Qəbələ rayonuna gedərək Bılıx kəndi ərazisində Şahid1lə görüşməklə daha 100 olmaqla, vahid niyyətlə sonuncunun xeyli miqdarda, yəni 6200 manat pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir.

3. Mə hkum həmin vəzifə və rütbədə xidmətdə olarkən, cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin fevral ayının ortalarında həyat yoldaşı Aytəkin Fazilliyə avtomobil idarə edilməsi ilə bağlı təlim keçən vətəndaş Şahid2 orta bazar qiymətindən daha ucuz qiymətə avtomobil almaq arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət.Şahid2 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklarda və digər qurumlarda yüksək vəzifədə çalışan tanışlarına ümumilikdə 8000-9000 manat məbləğində pulun verilmə si müqabilində adına 2014 və ya 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı avtomobil ala və rəsmiləşdirə biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 19 fevral 2021-ci il tarixdə saat 20 radələrində sonuncu ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində görüşüb vəd etdiyi qaydada avtomobilin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 5500 manatını, 3200 ABŞ dolları və 60 manat qismində almışdır. Məhkum vət. Şahid2 asanlıqla pul verməsini görüb guya artıq alışını həyata keçirilmiş olduğu avtomobilin sənədləşməsinin aparılması və adına rəsmiləşdirilməsi üçün DİN-in Baş Dövlət Yol P olis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına vasitəsilə 800 manat pul verilməsinin zəruri olduğunu bildirib yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırmaqla razılığını almış və 22 fevral 2021ci il tarixdə Şahid2 ilə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində görüşüb daha 780 manat pulunu, 400 ABŞ dolları və 100 manat qismində almaqla, vahid niyyətlə sonuncunun xeyli miqdarda, yəni 6280 manat pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

4. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin mart ayının əvvələrində idarə etdiyi avtomobili təmir etdirərkən Qəbələ rayonu ərazisində tanış olduğu həmin rayon sakini Şahid3 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət. Şahid3 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 800 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və bir neçə gün sonra vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik ed ilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 120 manatını istifadəsində olan kart hesablarının birinə köçürülməsinə nail olmuşdur. Məhkum 2021ci il ilin mart ayının ortalarında vət. Şahid3 ilə əlaqə saxlayıb pulun qalan hissəsinin hazır olmasını öyrənərək Bakı şəhərinə dəvət etmiş və Yasamal rayonu ərazisində görüşüb pulun qalan hissəsi olan 680 manatı almaqla, vahid niyyətlə sonuncunun 800 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

5. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin mart ayının ortalarında xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbixidmət hərbi qulluqçusu, əsgər Şahid5 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda Şahid5 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 850 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və növbəti gün sonuncu ilə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən N n ömrəli hərbi hissənin Avtomobil taborunun yaxınlığında görüşüb vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 400 manatını almışdır. Məhkum bir neçə gün keçdikdə xidmət yoldaşı Şahid5lə əlaqə saxlayıb pulun qalan hissəsinin hazır olmasını, lakin sonuncunun Şamaxı rayonu ərazisində istirahət etməsini öyrənib həmin əraziyə gedərək Şahid5 ilə görüşüb pulun qalan hissəsi olan 450 manatı almaqla, vahid niyyətlə sonuncunun 850 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

6. Məhkum həmin vəzifə və rütbədə xidmətdə olarkən, cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin aprel ayının əvvələrində xidmət y oldaşı Şahid5 vasitəsilə sonuncunun tanışı vət. Şahid6 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət. Şahid6 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 900 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və bir neçə gün sonra sonuncu ilə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində görüşüb vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə 900 manat pulunu alıb aldatma yolu ilə ələ keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

7. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin aprel ayının əvvələrində tanışı Qəbələ rayon sakini Şahid3 Qəbələ rayon Mərkəzi Xəstəxanasında çalışan arvadı Şahid18 iş yerini həmin xəstəxananın bir şöbəsindən digərinə dəyişdirmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə ma lik olmadığı, habelə Şahid3 köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışan tanışlarına 800 manat məbləğində pulun verilməsi müqabilində Şahid18 iş yerini dəyişdirə biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və həmin ayın ortalarında vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə sonuncu tərəfindən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən mağazaya təqdim edilən 490 manat miqdarında pulun tanışları vasitəsi ilə istifadəsində olan kart hesablarının birinə köçürülməsinə nail olmaqla Şahid3 pulun qalan hissəsinin qısa müddət sonra təqdim edəcəyinə dair təminat alıb əvvəlcədən razılaşdırılan 800 manat məbləğində pulun bir çox hissəsini aldatma yolu ilə keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

8. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin aprel ayının ortalarında Şahid18 iş yoldaşı - Qəbələ rayon sakini Şahid7 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət. Şahid7 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə gu ya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 700 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş və 23 aprel 2021-ci il tarixdə vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 200 manatını iki dəfəyə istifadəsində olmaqla Şahid26 adına "xxxx" ASC-də rəsmiləşdirilmiş kart üzrə ******************** hesab nömrəsinə köçürülməsinə nail olmuşdur. Daha sonra Məhkum 24 aprel 2021-ci il tarixdə Qəb ələ rayonuna yola düşməklə gecə saatlarında Nohurqışlaq kəndi ərazisində vət. Şahid7 ilə görüşüb pulun qalan hissəsi olan 500 manatı almaqla, vahid niyyətlə sonuncunun 700 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

9. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin aprel ayının ortalarında Şahid3 qardaşı – Qəbələ rayon sakini Şahid4 oğlu Xəyal Əzizlini FHN-in Şimal-qərb regional mərkəzinə işə düzəltmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda Şahid4 ilə arasında ap arılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışan tanışlarına 3800 manat məbləğində pulun verilməsi müqabilində Xəyal Əzizlini həmin Mərkəzə yanğınsöndürən kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 28 aprel 2021-ci il tarixdə Qəbələ rayonuna gedib sonuncu ilə görüşməklə vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə 3500 manat pulunu alıb aldatma yolu ilə ələ keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

10. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllər ini davam etdirərək 2021-ci ilin aprel ayının ortalarında Şahid7 iş yoldaşı - Qəbələ rayon sakini Şahid8 Firudin qızının sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət. Şahid8 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 700 manatməbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 29 aprel 2021-ci il tarixdə vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 500 manatını istifadəsində olmaqla Şahid26 adına "xxxx" ASCdə rəsmiləşdirilmiş kart üzrə ******************** hesab nömrəsinə köçürülməsinə nail olmuşdur. Daha sonra Məhkum vədini yerinə yetirmədiyinə görə barəsində şikayət etməsindən çəkindiyi vət. Şahid6 aldatma yolu ilə sonuncudan aldığı pulun bir hissəsini qaytarmaq qərarına gəldiyindən, Şahid8 ilə aralarında razılaşdırılan məbləğin qalan hissəsi olan 200 manat pulun sonuncu tərəfindən 03 may 2021-ci il tarixdə Şahid6 adına rəsmiləşdirilmiş kart üzrə 11-292131/7 hesab nömrəsinə göndər ilməsinə nail olmaqla, vahid niyyətlə vət. Şahid8 700 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

11. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin may ayının əvvələrində Şahid7 əri Şahid25 vasitəsi ilə sonuncunun tanışı - Qəbələ rayon sakini Şahid9 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda vət. Şahid9 ilə arasında aparılan danışıq geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 800 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 08 may 2021-ci il tarixdə vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan məbləğin 700 manatını istifadəsində olmaqla Şahid26 adına "xxxx" ASC-də rəsmiləşdirilmiş kart üzrə ******************** hesab nömrəsinə köçürülməsinə nail olmuşdur. Daha sonra Məhkum bir neçə gün keçdikdə Qəbələ rayonuna gedib Mərkəzi Xəstəxananın qarşısında Şahid25 ilə görüşərək vət. Şahid9 tər əfindən sonuncuya təqdim edilmiş və pulun qalan hissəsi olan 100 manatı almaqla, vahid niyyətlə vət. Şahid9 800 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

12. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin may ayının əvvələrində xidmət yoldaşı, kapitan Şahid10 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda Şahid10 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdar əsində yüksək vəzifədə çalışan tanışlarına 800 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və birneçə gün sonra sonuncu tərəfindən həmin miqdarda pulun istifadəsində olan kart hesablarının birinə köçürülməsinə nail olmaqla Şahid10 800 manat pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

13. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin may ayının əvvələrində xidmət yoldaşı Şahid10 vasitəsilə sonuncunun tanışı – Bakı şəhər sakini Şa hid11 sürücülük vəsiqəsi əldə etmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə sonuncuya köməklik göstərmək niyyətində olmadığı halda Şahid11 ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışlarına 800 manat məbləğində pulun verilməsi müqabilində nəzəri və təcrübi imtahanlarda köməklik göstərilməsi şərti ilə sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkraarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və həmin ayın ortalarında xidmət yoldaşı Şahid10 ilə Sumqayıt şəhəri ərazisində yerləşən Gömrük Baş İdarəsi (Komitə) yaxınlığında görüşməklə vəd etdiyi qaydada sürücülük vəsiqəsinin alınmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə sonuncunun bir neçə gün əvvəl xahişi ilə qəbul etdiyi və vət. Şahid11 məxsus 800 manat məbləğində pulu alıb aldatma yolu ilə ələ keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

14. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin may ayının ortalarında Şahid25 vasitəsi ilə sonuncunun tanışı Qəbələ rayon sakini Şahid12 oğlu X3 Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinə hərbi qulluqçu kimi xidmətə qəbul etdirmək arzusunda olmasını öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə özgəni n əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə vət. Şahid12 köməklik göstərmək niyyətində olmadığı halda Qəbələ rayonu ərazisində sonuncu ilə arasında aparılan danışıq zamanı hərbi qulluqçu olmasına və tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışan tanışlarına 2000 manat məbləğində pulun verilməsi müqabilində Sücəddin Səftərlini həmin hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və həmin ayın axırlarında vət. Şahid12 ilə Qəbələ rayonunda yerləşən N nömrəli hərbi hissənin yaxınlığında görüşməklə vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə 2000 manat pulunu alıb aldatma yolu ilə ələ keçirməklə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir.

15. Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu Buta-1 hərbi şəhərciyində yerləşən mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasında mühafizəçi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, xx.xx.2021-ci il tarixdə saat 08:15-də xidmət yerinə gəlməli olduğu halda heç bir üzrlü səbəblər olmadan həmi n hərbi hissəyə geri qayıtmamış, yalnız xx.xx.2021-ci il tarixdə Bakı Hərbi Prokurorluğuna gəlib izahat verdikdən sonra xx.xx.2021-ci il tarixdə saat 08:50-də xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır.

16. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin iyul ayının axırlarında “taksi” ilə İsmayıllı rayonuna gedərkən sərnişin kimi təsadüfən tanış olduğu həmin rayon sakini Şahid13 qızı Şahid22 hər hansı bir dövlət qurumuna işə qəbul etdirmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habe lə Şahid13 köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Prezident Administrasiyasında yüksək vəzifədə çalışan tanışlarına 2000 manat məbləğində pulun verilməsi müqabilində Şahid22 həmin quruma operator kimi işə düzəldəcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 06 avqust 2021-ci il tarixdə İsmayıllı rayonuna gedib Şahid13 ilə görüşməklə vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə həmin miqdarda pulunu almışdır. Daha sonra Məhkum vət. Şahid13 asanlıqla pul verməsini görüb sonuncu ilə aralarında aparılan danışıqlar z amanı müxtəlif bəhanələr gətirməklə guya Şahid22 işinin həll edilməsi prosesində çətinliklərin yaranmasını və vəzifəli tanışlarına əlavə pul verilməsinin zəruri olmasını qeyd etməklə bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını alması nəticəsində Şahid13 tərəfindən 10 və 22 avqust 2021-ci il tarixlərdə qızı Şahid22 ilə göndərilən müvafiq olaraq 600 və 900 manat miqdarında pulları Bakı şəhəri Sabunçu rayonu ərazisində qəbul etmiş, o cümlədən 15 avqust 2021-ci il tarixdə və həmin ayın axırlarında İsmayıllı rayonuna gedib Şahid13 ilə görüşməklə müvafiq olaraq daha 800 və 400 manat pulunu almaqla, vahid niyyətlə sonuncunun 4700 manat pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

17. Həmin vəzifə və rütbədə xidmətdə olarkən, Məhkum cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin avqust ayının ortalarında Qəbələ rayonu ərazisində yerləşən kafelərin birində müştəri kimi təsadüfən tanış olduğu - İsmayıllı rayon sakini Şahid14 oğlu Şahid23 hər hansı bir dövlət qurumuna işə qəbul etdirmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə Şahid14 köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Dövlət Neft Şirkətində (“Socar”) yüksək vəzifədə çalışan tanışlarına 3500 manat məbləğində pulun verilməsi müqabilində Şahid23 həmin quruma işə düzəldəcəyinə dair yalan vəd verərək bu işi təşk il və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 19 avqust 2021- ci il tarixdə İsmayıllı rayonuna gedib Şahid14 ilə görüşməklə danışıq zamanı guya işin həll edilməsi üçün oğlu Şahid23 Bakı şəhərinə getməsinin zəruri olmasını bildirməklə razılıq əsasında sonuncu ilə birlikdə idarə etdiyi “Range Rover” markalı avtomobillə həmin istiqamətdə yola düşmüş, Ağsu rayonu ərazisində olarkən vəd etdiyi işin həll olunmasına köməklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə vət. Şahid14 tərəfindən Şahid23 təqdim edilən pulun 200 manatını həmin avtomobilin daxilində, 50 manatını isə Bakı şəhərində olarkən almışdır. Məhkumnövbəti gün vət. Şahid14la aparılan danışıqlar zamanı aralarındakı razılığa əsasən pulun qala n hissəsini təqdim etməli olmasını bildirdiyindən sonuncunun Bakı şəhəri ərazisində olan oğlu Şahid23 göndərmiş olduğu 2000 manat pulu Yasamal rayonu ərazisində qəbul etməklə, vahid niyyətlə Şahid14 2250 manat pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək təkrarən dələduzluq etmişdir.

18. Məhkum xx.xx.2021-ci il tarixdə Ordu sıralarından tərxis olunub ehtiyata buraxılmasına baxmayaraq, cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin dekabr ayının ortalarında idarə etdiyi “Ford Fusion” markalı avtomobillə İsmayıllı rayonundan Bakı şəhərinə gedərkən sərnişin kimi avtomobilinə əyləşmiş həmin şəhər sakini Şahid15 hər hansı bir dövlət qurumuna işə qəbul olunmaq arzusunda olmasını öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını qanu nsuz olaraq ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə vət. Şahid15 köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı hərbi qulluqçu olmasına və tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan tanışlarına 3000 manat məbləğində pulun verilməsi müqabilində həmin quruma mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla təkrarən digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və 21 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Lökbatan dairəsi yaxınlığında Şahid15 ilə görüşməklə vəd etdiyi işin həll olunmasına köm əklik edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılan pulun 300 manatını almışdır. Bundan sonra 22 dekabr 2021-ci il tarixdə Məhkum vət. Şahid15 ilə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “X17” xəstəxanasının yaxınlığında görüşüb 1200 manat və 23 dekabr 2021-ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında görüşüb daha 100 manat olmaqla, vahid niyyətlə Şahid15 1600 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirib verdiyi vəd üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir.

19. Bakı Hərbi Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 9 iyun 2022-ci il tarixli, 1-1(093)-82/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 1 78.2.4, 32.4, 312.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 28 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini a lanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

20. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət məhkəmə tərkibində) 25 noyabr 2022-ci il tarixli, 11(103)-21/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 333.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1-1(093)-82/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 25 noyabr 2022-ci il tarixli, 11(103)-21/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

23. Məhkum kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən ona cəza təyin edilərkən barəsində olan yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmamış, bununla da həddindən artıq ağır cəzaya məruz qalmış, belə ki, o, 2011-ci ilin 18 iyul tarixindən 2021-ci ilin sentyabr ayınadək ordu sıralarında xidmət etmiş, Müdafiə Nazirliyi xətti ilə bir sıra xarici ölkələrdə missiyaların tərkibində iştirak etmiş, bir sıra mükafat və təşəkkürlərə layiq görülmüş, Vətən Müharibəsi iştirakçısı olmuşdur, həmçinin bildirmişdir ki, ailəlidir, ailəsində baş vermiş ağır f aciə nəicəsində həyat yoldaşını və bir övladını avtomobil qəzasında həlak olmuş, bir uşağı isə hazırda onkoloji xəstəlikdən əziyyət çəkməklə anasının himayəsindədir.

24. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarının dəyişdirilməsini, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

26. Qərardan kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

27. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 hər biri ayrı-ayrılıqda çıxış edərək k assasiya şikayətini müdafiə etdiklərini bildirib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

28. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkəmə kollegiyasından məhkumun təqsirli bilindiyi CM-in 32.4, 312.2-ci maddəsinin ittihamdan xaric edilməsini, bununla da kassasiya şikayətinin qismən təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

29. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

30. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddə si belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

31. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

32. Məhkum kassasiya şikayətində (kassasiya şikayətinin məzmunundan) əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qaldığını, idd ia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiqi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

33. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

34. Kassasiya kollegiyası ilkin olaraq məhkə mələrin Məhkum ittiham olunduğu CM-ni 32.4, 312.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Belə ki, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermədə ifadə olunur.

36. İbtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxslər Şahid3, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid11 DİN-in Baş Dövlət Yol Polis İdarəsində yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə sürücülük vəsiqəsi almalarına köməklik edilməsi üçün, həmçinin, zərərçəkmiş şəxs Şahid2 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklarda və digər qurumlarda yüksək vəzifədə çalışan tanışları vasitəsi ilə orta bazar qiymətindən daha ucuz qiymətə maşın alması üçün, eyni zamanda digər zərərçəkmiş şəxslər Şahid15 özünün, Şahid1 oğlunun, Şahid3 oğlunun, Şahid4 oğlunun, Şahid12 oğlunun, Şahid13 qızının, Şahid14 oğlunun müxtəlif orqanlarda müxtəlif vəzifələrə düzəlmələri üçün vəzifəli şəxslərə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsləri təkrarən vəzifəli şəxslərə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.

37. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “kor rupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

38. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsləri aldadaraq, onlara söz verdiyi məsələləri həll etməkdən ötrü vəzifəli şəxslərə çatdır maq adı ilə onlardan pul alıb ələ keçirmişdir.

39. Qeyd olunmalıdr ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən CM-in 32.4, 312-ci maddəsi ilə tövsif edilsə də, hazırkı halda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarından (Qərardadı) çıxış edərək məhkəmə kollegiyası Məhkum hərəkətlərində CM-nin 32.4, 312.2-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci madd ələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.

41. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun m ənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.

42. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: 44. “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin.

45. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanu nsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir.

46. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə ol unmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.

47. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”.

48. Konstitusiya Məh kəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”.

49. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi Məhkum Şahid1 məxsus cəmi 6200 manat, Şahid2 məxsus cəmi 6280 manat, Şahid3 məxsus cəmi 800 manat, Şahid5 məxsus cə mi 850 manat, Şahid6 məxsus cəmi 900 manat, Şahid3 məxsus cəmi 800 manat, Şahid7 məxsus cəmi 700 manat, Şahid4 məxsus cəmi 3500 manat, Şahid8 məxsus cəmi 700 manat, Şahid9 məxsus cəmi 800 manat, Şahid10 məxsus cəmi 800 manat, Şahid11 məxsus cəmi 800 manat, Şahid12 məxsus cəmi 2000 manat, Şahid13 məxsus cəmi 4700 manat, Şahid14 məxsus cəmi 2250 manat, Şahid15 məxsus cəmi 1600 manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət vermək adı ilə sonunculardan dələduzluq yolu (vahid niyyətlə) ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını istisna edir.

50. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

51. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022 ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Bakı Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1-1(093)82/2022 nömrəli hökmündən Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar xaric edilməlidir.

52. Məhkum təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzan ın mübahisələndirilməsinə, o cümlədən cəzasının yüngülləşdirilməsi üçün əlavə halların olmasına baxmayaraq məhkəmələr tərəfindən həmin halların nəzərə alınmaması ilə bağlı məhkumun kassasiya şikayətində istinad etmiş olduğu dəlilərə gəldikdə, kollegiya qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən CM-in 32.4, 312.2-ci maddəsinin xaric edilməsi, bununla da məhkum üzərində CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə təyin olunmuş cəzanın qismən toplanılmaq yolu ilə saxlanılması onun tələblərinin qismən təmin edilməsidir, bundan əlavə kollegiya məhkumun cəzasının təyin edilmiş cəzadan daha aşağı həddə endirilməsi və ya onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəzasının şərti hesab edilməsi üçün əlavə əsaslar müəyyən etmir.

53. Məhkəmə kollegiyası belə nə ticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı ağırlaşdıran hal kimi cinayəti hərbi vəziyyət zamanı törətməsi, yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədl ərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır.

54. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarında dəyişiklik edilərək, onun CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı Bakı Hərbi Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 11(093)-82/2022 nömrəli hökmündən xaric edilməli və hökmlə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 333.3-cü maddələri ilə təyin edilmiş cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Məhkum qəti cəza təyin edilməlidir.

55. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 333.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 25 noyabr 2022-ci il tarixli, 1-1(103)-21/2022 nömrəli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bağlı hissəsində ləğv edi lsin və həmin müddəalar ittihamdan xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 333.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar