Məhkəmə qərarları › İş №1-1(102)-80/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-80/2017

02.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-80/2017 02.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-80/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasınnın hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu və məhkum X1 iştirakları ilə, Bakı Hərbi M əhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından məhkum X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim: X8) xx xxxxxxxx 1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Quba rayonunun Xucbala kəndində qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, barəsində «həbs» qətimkan tədbiri seçilmiş X4 AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan so nra AR CM-in)178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.1-ci maddələriilətəqsirlibilinərək, AR CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrii ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin əvvəlinin xx xxx 2016-cı il tarixdən hеsаblаnması hökm edilmişdir. Həmin hökmlə həmçinin X9 AR CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3.000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, lakin ha zırda onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən xxx ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ələ almaqla hər-hansı hərəkətin edilməsi müqabilində birbaşa maddi nemət olan pulun verilməsinə, yəni rüşvət verməyə təhrik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin təminat taborunun təminat bölüyünün 2-ci təminat tağımında tağım komandirinin müavini-mühəndis istehkam manqasının komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət edərkən xx xxxx 2014-cü il tarixdə günorta saatlarında xidmət yoldaşları X2 və Zərərçəkmiş şəxs2 ilə hərbi hissə ərazisində görüşərkən adları qeyd olunanlar təqaüdə çıxmaq istədiklərini bildirdikdə o, onları hər biri üçün 4.500 (dörd min beş yüz) manat məbləğində pul verdikləri halda təqaüdə çıxara biləcəyinə inandıraraq rüşvət verməyə təhrik etmiş və nəticədə adları qeyd olunan şəxslər onunla razılaşmışlar. Daha sonra xx xxxx 2014-cü il tarixdə günorta saatlarında X2 ilə Zərərçəkmiş şəxs2 hərbi hissə ərazisində onunla təkrar görüşərək hər biri üçün 4.500 (dörd min beş yüz) manat məbləğində pul gətirdiklərini bildirmişlər, həmin vaxt o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə X2 ilə Zərərçəkmiş şəxs2 təqaüdə çıxaracağına vəd verərək hər birinin 4.500 (dörd min beş yüz) manat məbləğində pulunu ələ keçirdikdən dərhal sonra gələcəkdə zəng ediləcəyi təqdirdə işin həll olunacağını vəd etməyi bildirməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu X9 ilə razılaşaraq əldə etdiyi 9.000 (doqquz min) manat məbləğində pulun 4.000 (dörd min) manat məbləğində pulunu sonuncuya verərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə şəxslərin xeyli miqadarda pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Hökmdən məhkum xxx tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: C.C.Ramazanov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmə dən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından məhkum xxx kassasiya şikayəti verərək cəza həddinin qismən azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum xxx kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaq zamanı törətdiyi əməli etiraf etdiyinə, peşmançılıq hissi keçirdiyinə, dəymiş ziyanın hamısını ödədiyinə və onun barəsində hal-hazırda şikayətçilərin olmamasına baxmayaraq məhkəmələr cəza təyin edərkən göstərilənləri nəzərə almamışlar. O, ilk məhkumluğu olduğunu, himayəsində iki azyaşlı uşağın olmasını və evin tək uşağı olduğunu nəzərə alıb, humanist ideyaları rəhbər tutaraq barəsində cəza həddinin qismən azaldılmasına dair qərar qəbul edilməsini xah iş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum xxxin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı məhkum xxxə cəza təyini hissəsində dəyişdirilməli, məhkum xxxə AR CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə, CM-in 32.4, 312.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti isə CM-in 62-ci maddəsi tətbiq olunm aqla 1 (bir) il müddətinə endirilməli və AR CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə xxxin üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəf indən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, xxxin cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Hərbi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə ARCM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum xxxin apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməs inin Hərbi kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə məhkum xxx əməlinin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirməyərək, yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkum xxxə cəza təyin edilən zaman onun ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar kimi sadalansa da, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunsa da, təyin edilmiş cəza c inayətin xarakterinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyası həddindən də aşağı həddə cəza təyin edilməlidir. AR CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıq la törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərə findən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləs inin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub- olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Bundan başqa qeyd edilən xx xxxx 2003-cü il tarixli Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikas ı CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə işin hallarını, təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xxxin təqsirli bilindiyi AR CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-in 62-c i maddəsi tətbiq edilməklə endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası, QƏRARA A L D İ: Məhkum X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. BakıApellyasiyaMəhkəməsininHərbikollegiyasının xx xxxxxx 2016-cı il tarixliqərarıməhkum X3 cəza təyini hissəsində dəyişdirilsin. Məhkum X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müdd əti isə həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxx 2016-cı il tarixdən hesablanması hissəsində dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar