Məhkəmə qərarları › İş №1-1(102)-80/2019

Ali Məhkəmə Qərar — İş №1-1(102)-80/2019

28.11.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-80/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və X17 oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum1 və müdafiəçisi Müdafiəçi1, Məhkum2 və müdafiəçisi X7 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2 və 332.2.4-cü maddələri ilə və Məhkum2 CM-in 134 və 332.2.4-cü maddələri ilə məhkum edilmələri barədə Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən açıq məhkəmə iclasında işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 1(098)-12/2019 saylı hökmü ilə (hakim Ə.M.Sarıyev) 11 mart 1999-cu il tarixdə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olmuş, Tovuz rayonunun Dondarquşçu kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məh kum olunmamış, N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasının 6-cı minaatanının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum1 Azərbaycan Respublikası CM-in 131.2 və 332.2.4-cü maddələri ilə, təqsirli bilinib, CM-in 131.2-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, CM-in 332.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 1000 (min) manat cərimə cəzası və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona t əyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, 19 avqust 1999-cu il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndində anadan olmuş, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının idarəetmə taqımının kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum2 Azərbaycan Respublikası CM-in 134-cü və 332.2.4-cü maddələri ilə təqsirli bilinib, CMin 134-cü maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, CM-in 332.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cəzaları tam top lamaq yolu ilə üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 1000 (min) manat cərimə cəzası və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən onlara təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə məhkum edilmişlər ki, Məhkum1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 3- cü minaatının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 15 iyun 2018-ci il tarixdə xidmət apardığı batareyanın idarəetmə taqımının kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməklə aralarında tabelik münasibəti olmayan Məhkum2 ilə birlikdə batareyanın atəş mövqeyinə 2-ci növbə olaraq patrul xidmətinə təyin edilib, saat 20:00-dan saat 22:00-dək patrul xidmətində olduğu zaman saat 21:20 radələrində Məhkum2 ona «İmranov sən nə əcəb beləsən, kim nə deyir atırsan boynunun arxasına, sən peysərsən, sənin anan gəzir, sənin anan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu ilə gəzir, sən isə bunu boynunun arxasına atırsan» sözlərini dediyinə görə aralarında yaranmış mübahisə zamanı Məhkum2 onun qarın nahiyəs inə bir yumruq zərbəsi vurduqdan sonra tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələri ilə müəyyən edilmiş “hərbi nəzakət qaydalarına riayət etmək, bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmaq, yüksək mədənilik nümunəsi göstərmək, özünü ictimai yerdə ləyaqətli aparmaq, nalayiq hərəkətlər etməmək» vəzifələrini kobud pozaraq sonuncunun ünvanına nalayiq ifadə işlədib onu təhqir etmiş, Məhkum2 yenidən ona doğru gələrək ayaq nahiyəsindən yapışdıqda sonuncunun yaxasından tutaraq kənara itələməklə ona qarşı zor tətbiq etmişdir. Bundan sonra əsgər Məhkum2 xidməti istifadəsində olan AK-74 markalı, 802170 nömrəli avtomat silahını çi ynindən çıxararaq içərisində 30 ədəd patron olan darağı silahın üzərinə taxıb qoruyucunu açaraq çaxmağı geri çəkib buraxmaqla daraqda olan ilk təlim patronunu patron yuvasına yerləşdirib silahı döyüşə hazır vəziyyətə gətirərək ona atəş açıb onu öldürəcəyi ilə hədələdikdə cinayətkar əməllərini davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını silah tətbiq etməklə kobud surətdə pozub Məhkum2 zor tətbiq edərək silahı onun əlindən alıb sonuncuya doğru istiqamətləndirərək öz üstünlüyünü nümayiş etdirməklə nalayiq ifadə olaraq «məni vurmaq istəyirdin, ə oğraş?» sualını verib onun şərəf və ləyaqətini alçaltdıqdan sonra «buna bax e, balaca priziv məni vurmaq istəyir» sözlərini deməklə silahın lüləsini Məhkum2 doğrultmuş, son uncu silahın lülə hissəsindən tutaraq silahı geri almaq üçün özünə doğru çəkərkən əsgər Məhkum1 ehtiyatsızlığı nəticəsində sol əlinin işarət barmağının tətiyə toxunması səbəbindən silahdan bir atəş açılmış və təlim patronunun gülləsinin 10 mm-dək məsafədən Məhkum2 dəyməsi ilə sonuncu «Qarının ön divarından boşluğa nüfuz edən, bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarın boşluğunun bir ədəd kor yarası» ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almış, bununla da, Məhkum1 silah tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətib etməklə pozmuş, həmçinin ehtiyatsızlıqdan zərərçəkmiş şə xsin sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, Məhkum1 Azərbaycan Respublikası CM-in 131.2 və 332.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkum2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 3-cü taborunun minaatan batareyasının idarəetmə taqımının kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 15 iyun 2018-ci il tarixdə xidmət apardığı batareyanın 2-ci taqımının 3-cü minaatının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməklə aralarında tabelik münasibəti olmayan Məhkum1 ilə birlikdə batareyanın atəş mövqeyinə 2-ci növbə olaraq patrul xidmətinə təyin edilib, saat 20:00-dan saat 22:00-dək pat rul xidmətində olduğu zaman saat 21:20 radələrində sonuncunu nüfuzdan salmaq niyyəti ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələri ilə müəyyən edilmiş “hərbi nəzakət qaydalarına riayət etmək, bir-biri ilə münasibətdə nəzakətli və təmkinli olmaq, yüksək mədənilik nümunəsi göstərmək, özünü ictimai yerdə ləyaqətli aparmaq, nalayiq hərəkətlər etməmək» vəzifələrini kobud surətdə pozaraq Məhkum1 «İmranov sən nə əcəb beləsən, kim nə deyir atırsan boynunun arxasına, sən peysərsən, sənin anan gəzir, sənin anan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu ilə gəzir, sən isə bunu boynunun arxasına atırsan» sözlərini deyərək sonun cunun şərəf və ləyaqətini alçaltmış və buna görə aralarında yaranmış mübahisə zamanı Məhkum1 qarın nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona qarşı zor tətbiq etmiş, sonuncu buna cavab olaraq onun ünvanına nalayiq ifadə işlətdiyi zaman cinayətkar əməllərini davam etdirib Məhkum1la tutaşaraq sonuncunun ayaq nahiyəsindən yapışıb onu yerə yıxmağa çalışmaqla Məhkum1 qarşı zor tətbiq etmişdir. Bundan sonra Məhkum2 xidməti istifadəsində olan AK-74 markalı, 802170 nömrəli avtomat silahını çiynindən çıxararaq içərisində 30 ədəd patron olan darağı silahın üzərinə taxıb qoruyucunu açaraq çaxmağı geri çəkib buraxmaqla daraqda olan ilk təlim patronunu patron yuvasına yerləşdirib silahı döyüşə hazır vəziyyətə gətirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını silah tətbiq etməklə kobud surətdə pozub Məhkum1 atəş açıb onu öldürəcəyi ilə hədələmiş, sonuncu silahı onun əlindən aldıqdan sonra silahı geri qaytarmaq üçün Məhkum1la tutaşaraq ona qarşı zor tətbiq etməklə silahın lüləsindən tutub özünə doğru çəkmiş, bununla da, Məhkum2 silah tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətib etməklə pozmuş, həmçinin digər şəxsi öldürməklə hədələmişdir. Bununla da, Məhkum2 Azərbaycan Respublikası CM-in 134 və 332.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, Məhkum1 və Məhkum2 müdafiəçiləri B.R.Babay ev və F.F.Eyvazov tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və F.K.Soltanovdan ibarət tərkibdə) 06 may 2019-cu il tarixli qərarı ilə məhkumların müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarından dövlət ittihamçısı E.Hüseynov tərəfindən kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. KAS SASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və Məhkum1 və Məhkum2 şəxsiyyətini, onlar tərəfindən törədilən cinayətin başa çatmış cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli törədən Məhkum1 və Məhkum2 azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla onlara açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin tövsiyyələrini nəzərə almamış, apelyasiya instansiya məhkəməsi də bu əsassız və qanunsuz nəticə ilə razılaşmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın şərti hesab edilərək onların cəza çəkmədən islah olunması ilə razılaşarkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum1 və Məhkum2 şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışlarını nəzərə almamaqla onlara təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Dövlət ittihamçısı Məhkum1 Azərbaycan Res publikası CM-in 131.2 və 332.2.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 134 və 332.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, işdə olan sübutlar Məhkum1 ona istinad edilən əməlləri törətməsini təsdiq etmir. Məhkum1 tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələbləri pozulmamışdır, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi istər ibtidai istintaq, istərsə də məhkə mə istintaqı zamanı düzgün tövsif edilməmişdir. Müdafiəçi qeyd olunanlara istinad edərək, Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Müdafiəçi2 kassasiya şikayətində göstərmişdir ki, Məhkum2 cəza təyin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkum2 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadələrində səngərə düşərkən öz ehtiyatsızlığından yıxılarkən silahdan açılan atəş nəticəsində xəsarət aldığını, Məhkum1 şərəf və ləyaqərini alçaldıb onu təhqir etmədiyini, ona qarşı zor tətbiq etmədiyini, həmçinin öldürməklə hədələmədiyini göstərmişdir. İstintaq zamanı və məhkəmə baxışı zamanı Məhkum2 Məhkum1 silah tətbiq etməklə şərəf və ləyaqətini alçaltmaqla təhqir etməsi, zor tətbiq etməsi, sonuncunu öldürməklə hədələməsi sübuta yetirilməmişdir. Ona Azərbaycan Respublikası CM-in 134 və 332.2.4-cü maddələri ilə ittiham edilməsi üçün heç bir sübut yoxdur. Hadisə təhrif olunmuşdur. Məhkəmə ittiham hökmündə yalnız Məhkum1 ifadəsinə əsaslanmışdır. Lakin Məhkum1 ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Çünki Məhkum1 Məhkum2la arasında pis münasibətlər olmasından onun şərəf və ləyaqətini alçaltmasını, zor tətbiq etməsini və silahla öldürməsini göstərmişdir. Ona görə də Məhkum2 Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini pozmamışdır. Müdafiəçi qeyd olunanlara istinad edərək, Şirvan Apely asiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarıının dəyişdirilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi X9 məhkəmə iclasında çıxışında ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı məhkumun ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək, kassasiya şikayətinin təmin olunmasını, kassasiya protestinin təmin olunmamasını, məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi və kassasiya pro testinin təmin edilməsi barədə dövlət ittihamçısı K.F.Mahmudovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilmədən Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olma yan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Hazırkı kassasiya şikayətlərində məhkumların müdafiəçiləri əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini mübahisələndirmiş, Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxslər Məhkum1 CM-in 131.2 və 332.2.4-cü maddələri ilə və Məhkum2 CM-in 134 və 332.2.4-cü maddələri ilə onlara bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Həm birinci instansiya, həm də apelyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamışdır. Belə ki, Məhkum2 və Məhkum1 istintaq zamanı, həmçinin məhkəmədə bir-birini təkzib edən ifadələr verdiklərindən, Qarabağ Hərbi Prokurorluğu tərəfindən qəbul edilmiş hadisə yerində istintaq eksperimentinin keçirilməsinə dair 28 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin əsgəri Məhkum2 xəsarət alarkən Məhkum1la qarşılıqlı duruş vəziyyətlərini müəyyənləş dirmək məqsədi ilə hadisə yerini bərpa etməklə N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının atəş mövqeyində istintaq eksperimenti keçirilmiş, eksperiment zamanı müəyyən edilmiş hallar əsasında təqsirləndirilən şəxs Məhkum1 istintaqda və sonradan məhkəmədə verdiyi ifadəsinin doğru olduğu müəyyən edilmişdir. Bu isə Məhkum1 və Məhkum2 müdafiəçilərinin onlara bəraət verilməsinə dair xahişlərinin əsassız olmasını, onların əməllərinin istintaq orqanı tərəfindən düzgün tövsif olunmasını göstərir. Həmçinin, Məhkum1 Azərbaycan Respublikası CM-in 131.2 və 332.2.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 134 və 332.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri Məhkum1 ifadəsi, ekspert rəyləri, şahid, N nömrəli hərbi hissənin 3-cü taborunun minaa tan batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən X8, X4, X5, X2 ifadələri əsasında sübuta yetirilmişdir. Bundan başqa cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum1 və Məhkum2 ittiham olunduqları cinayət əməlini törətmələri halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apelyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Respublikası CM-in 131.2 və 332.2.4-cü maddələri və Məhkum2 Azərbaycan Respublikası CM-in 134 və 332.2.4-cü maddələriilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək, kassasiya şikayətlərində sadalanan dəlilləri əsassız sayır və bu səbəbdən onlara bəraət verilməsini mümkün hesab etmir. Hazırkı kassasiya protestində dövlət ittihamçısı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsini, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 münasibətdə CM-in 70-ci maddəsinin tətbiqinin əsassız olmasın ı qeyd edərək, Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının 06 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum1 və Məhkum2 məsuliyyətdən kənarda qalmamış, onların barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmış, yalnız sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti tətbiq edilmişdir. Məhkum1 və Məhkum2 şərti cəza təyin edilməsinə onların törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən və az ağır əməl olması, peşmançılığı, bir-biri ilə barışması halları ilə yanaşı onların əməli törətdikdən bir müddət sonra ordudan tərxis olunması kimi hallar da əsas verirdi. Birinci instansiya məhkəməsi, M əhkum1 və Məhkum2 döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etmələrini, ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmələrini, cinayətdən sonra keçən müddət ərzində başqa qanun pozuntusuna yol vermədiklərini, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmalarının mümkünsüzlüyünə dəlalət edən heç bir halın olmamasını nəzərə alıb düzgün olaraq hesab etmişdir ki, onlar təyin olunmuş cəzanı çəkmədən də islah oluna bilər və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq olunması üçün kifayət qədər əsaslar mövcuddur. İşdə olan Tovuz rayon Ağsaqqalar Şurasının vəsatətində göstərilir ki, Tovuz rayon Dondar Quşçu kəndində yaşayan Məhkum1 döyüş şəraitində yerləşən hərbi hissədə xidmət e tməklə, xidmət müddətini başa vurmuş, O, hazırda xəstə anasının himayəsində yaşayır, anasının ona böyük ehtiyacı vardır. Məhkum1 xidmətdən əvvəl də, sonra da özünü nizam-intizamlı göstərmişdir. Məhkəmədən Məhkum1 ağır ailə vəziyyətini nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. İşdə olan Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Həmyə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Məhkum2 xidmətə getdiyi günə kimi Böyük Həmyə kəndində yaşamış, o özünü nizam-intizamlı aparmış, Məhkum2 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə sa xlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə cəzası təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum1 və Məhkum2 cəzalarını yüngülləşdirən halları və onların döyüş şəraitində yerləşən hərbi hissədə xidmət etmələrini və artıq hər ikisinin ehtiyyata tərxis olunduqlarını, cinayətdən sonra keçən müddət ərzində başqa qanun pozuntularına yol vermədiklərini, gəncli klərini, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmalarının mümkünsüzlüyünə dəlalət edən heç bir halın olmamasını nəzərə alıb onların barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə əsaslar görmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsi ilə təyin olunmuş 1000 (min) manat cərimə cəzası və Məhkum2 Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə təyin olunmuş 1000 (min) manat cərimə cəzası və iş üzrə məhkəmə məsrəfləri hökm qanuni qüvvəyə minməsi barədə onların yaşadığı ünvana icra vərəqəsi daxil olduğu müddətdən sonra tam həcmdə ödənilmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən cəzanı ağırlaşdıran halın olmaması və yüngülləşdirən hallar nəzərə alınmaqla məhkəmə kollegiyası Məhkum 1 və Məhkum2 münasibətdə onların cəza çəkmədən islah olunmasını mümkün sayır və kassasiya protestində sadalanan dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar, Məhkum2 və Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasın ın qənaətinə görə Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və kassasiya protetinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslı olduğundan (dövlət ittihamçısının kassasiya ptotestinə və məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının məhkumlar Məhkum1 və Məhkum2 barələrində olan 06 may 2019-cu il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Düzdür Ali Məhkəmənin hakimi imza imzalar Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar