Məhkəmə qərarları › İş №1-1(102)-80/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-80/2023

12.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-80/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Qasımov Zaur Ərəstun oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, X vəzifəsində, gizir rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, X ünvanında yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1-1(106)-18/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Qasımov Zaur Ərəstun oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Hərbi Məhkəməsinin 18 may 2022-ci il tarixli 1-1(096)-09/2022 nömrəli hökmü ilə (hakimlər: V.İ.Əhmədov (sədrlik edən), B.C.Əliyev və İ.Ə.Neymarov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 yanvar 2022-ci ildən 18 may 2022-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 3 ay 21 gün ona təyin olunmuş cəzaya hesablanmaqla, üzərində qəti olaraq 2 il 8 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 2 il 8 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmiş, hökmün icrası N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Quliyev Orxan Rasim oğlu tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və İ.Q.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, bununla yanaşı Cəlilabad Hərbi Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən "Məhkum 27 yanvar 2022-ci ildən 18 may 2022-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət, yəni 3 (üç) ay 21 (iyirmi bir) gün ona təyin olunmuş cəzaya hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 9 (d oqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun” müddəaları xaric edilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı X10 tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı ilə, (hakimlər: T.L.Kazımov (sədrlik edən), Ə.C. Seyidov və N.R.Mövsümov) kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apelyasiya baxışına təyin olunmuşdur. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və S.İ.Mayılov) apellyasiya protesti təmin edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin 18 may 2022-ci il tarixli, 1-1(096)-09/2022 nömrəli hökmü dövlət ittihamçısı Quliyev Orxan Rasim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum 27 yanvar 2022-ci il tarixdən 18 may 2022-ci il tar ixədək həbsdə saxlanıldığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cəlilabad Hərbi Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Zaur Ərəstun oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, X6 Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Lənkəran rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin aptek rəisifeldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən 16 de kabr 2021-ci il tarixdə tibb məntəqəsi üzrə cavabdeh şəxs qismində xidmətə cəlb edilmiş, həmin gün saat 19 radələrində tibb məntəqəsinin qəbul otağında xidməti fəaliyyəti ilə məşğul olarkən məntəqənin qəbul otağına bitişik yerləşən palatada "zökəm və babasil” diaqnozu ilə stasionar müalicə alan əsgər Zərərçəkmiş şəxs bir neçə dəfə qəbul otağının qapısını döyməsindən sonra əsəbiləşərək qapını açmış, qapı qarşısında sonuncunun sol qulaq nahiyəsindən sağ əli ilə yüngül şillə zərbəsi vuraraq "bir dəqiqə dayanda” deyə bildirmiş, daha sonra Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin "komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” kimi tələblərini kobud şəkildə pozaraq, sonuncunun qarın boşluğunun sol böyür nahiyəsindənbir dəfə yumruqla güclü zərbə vurmuş, sonuncu zərbənin yaratdığı ağrı nəticəsində arxaya, üzü çarpayılara tərəf uzanmaq məqsədilə çevrilərkən arxa yan nahiyəsindən bir dəfə təpiklə zərbə vuraraq, qəsdən "dalağın diafraqmal səthinin geniş həcmli ilkin cırılmış yarası, qanaxma nəticəsində qarın boşluğunda 2800 ml qan yığılması və böyük piyliyin hematoması ilə müşayiət olunan qarının qapalı travması” diaqnozlu, həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət yetirərək, rəis kimiöz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmiş, nəticədə, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Lənkəran rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilən Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatı həyata keçiri lərək dalağı bədənindən xaric edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Qasımov Zaur Ərəstun oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşman olması, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, zərərçəkmiş şəxslərlə barışması kimi məsuliyyəti yüngülləşdirən halların) olmasına baxmayaraq, məhkəmələr onu Məcəlləsinin 329.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Qasımov Zaur Ərəstun oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yara dan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının qanuniliyin i və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçinin kassasiya şikayətində qaldırdığı apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın mübahisələndirilməsinə, yəni Məhkum barəsində CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan halların olması ilə bağlı tələblərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülmüş iddialara apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli qiymət verildiyindən, şikayətin qeyd olunan hissədə təmin edilməsi üçün heç bir tutarlı əsas yoxdur. Belə ki, bundan əvvəl cəzanın təyin edilməsi (şərti məhkum etmənin tətbiq edilməsi) məsələsi dövlət ittihamçısı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protesti ilə mübahisələndirildiyindən, bu məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılmış və kollegiya 19 aprel 2023-cü il tarixli qərarı ilə protesti əsaslı hesab edib təmin etmiş, aşağı instansiya məhkəmələrində cəzanın təyin edilməsi məsələsi həll olunarkən (Məhkum barəsində şərti məhkum etmə tətbiq edilərkən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əməl olunmadığını, o cümlədən cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyətli olan bütün halların tam və hərtərəfli araşdırılmadığını, nəticədə qanuni əsaslar olmadığı halda sonuncu barəsində şərti məhkum etmənin tətbiq olunduğunu, bununla da məhkəmələr tərəfindən cinayət-prosessual qanunun 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini müəyyən etmiş və həmin əsasla apellyasiya instansiyası məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarını ləğv edib cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında Ali Məhkəmənin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının müddəalarını, həmçinin Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əks etdirən amilləri nəzərə alaraq, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün məsələlər üzrə müəyyən edilmiş digər hallardan çıxış etməklə hökmü dəyişdirmiş, o cümlədən Məhkum şərti məhkum edilməsinə dair müddəaları hökmdən xaric edib onu qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, dövlət ittihamçısının bu məsələ üzrə verdiyi apellyasiya protestini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum barəsində cəza tədbirinin seçərkən onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə önəm verməklə Məhkum cəza çəkmədən islah oluna biləcəyini mümkün bilməmiş və onun haqqında şərti məhkum etmənin tətbiq edilməsi barədə müddəaları 18 may 2022-ci il tarixli hökmdən xaric etmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş (Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mübahisələndirilməsinə həsr olunmuş) apellyasiya protesti əsasında hökmü dəyişdirərkən, yəni şərti məhkum etməni yüngüllüyünə görə məhkumun şəxsiyyətinə açıqaydın uyğun gəlməyən cinayət-hüquqi xarakter li tədbir kimi qiymətləndirərkən, hökmdə Məhkum şəxsiyyəti ilə bağlı hər hansı bir halın düzgün müəyyən edilmədiyini, hansısa halın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alındığını və yaxud cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmədiyini öz qərarında göstərməmişdir. Belə olan halda cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara məhz cinayət-hüquqi normaların sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) zidd yanaşma olardı. Odur ki, məhkəm ə kollegiyası iş üzrə bütün yüngülləşdirən halları, həmçinin zərərçəkmiş şəxsin almış olduğu xəsarətin təkcə gizir Məhkum tərəfindən yaranmamasını nəzərə alaraq məhkumun barəsində CM-nin 62-ci maddəsinin (qanunverici qeyd olunan maddənin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir) tələblərinə uyğun olaraq onun cəzasının endirilməsini mümkün bilir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, tərəfindən müalicə xərclərinin (dəymiş ziyanın) könüllü olaraq tamamilə ödənilməsi, həmçinin törətdiyi cinayət əməllərini etiraf edib hərəkətindən səmimi peşman olması, xidmət etdiyi hərbi hissə komandanlı ğı tərəfindən müsbət cəhətdən xarakterizə olunması, ailəli olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və zərərçəkmiş şəxsin onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etməsi sonuncunun cəzasının yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Digər tərəfdən cinayət işinin materiallarında olan Məhkəmə-Tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1278 NQ-İİ ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində dalağın, böyük piyliyin zədələnməsi ilə əlaqədar daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı travması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir. Müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. M üdafiə Nazirliyinin Məhkəmə-Tibb ekspertiza və X3 xx.xx.2022-ci il tarixli, k/042022 N°-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Lənkəran RMX-na daxil olarkən onda dalağın diafraqmal səthinin genişhəcmli yarası, qanaxma nəticəsində periton (qarın) boşluğunda 2800 ml qanın yığılması və böyük piyliyin hematoması diaqnozu ilə müşayiət olunan qarının qapalı travması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın zərbənin təsirindən törənmişlər. O cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qarın nahiyəsinə və xüsusən qarnın ön-sol nahiyələrinə yumruq zərbələri vurmaqla yetirilə bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya aiddirlər. Cərrahi əməliyyat protokolunda yazılan əlamətlərə və zərərçəkənin ifadələrində gö stərilən məlumatlara əsasən göstərilən şəraitdə hər iki şəxsin vurduğu zərbə nəticəsində həyat üçün təhlükəli qanaxma ilə müşayiət olunan dalağın cırılması xəsarətinin yetirilməsi mümkündür. Hazırkı halda hər iki şəxsin eyni gündə yetirdiyi zərbələr nəticəsində dalaqda ilkin və təkrar cırılma baş vermiş, sonrakı günlərdə X tərəfindən qarın nahiyəsinə yetirilmiş çoxsaylı zərbələr mövcud yaranın təkrar cırılaraq böyüməsinə səbəb olmaqla, qanaxmanın sürətlənməsinə gətirib çıxarmışdır. Yetirilmiş zərbələrdən sonra dalağın cırılması müddətinin təyin edilməsi üçün elmi metodika olmadığından dalağın ilkin və təkrar cırılması arasında zaman intervalını saatlarla dəqiqələrlə təyin etmək mümkün deyildir. Həmin rəydən görünür ki, qeyd olunan xəsarət əsgər X7 15 dekabr 2021-ci il tarixdə onun başının üst nahiyəsindən bir-iki dəfə yumruq daha sonra isə sinə və qarın nahiyəsindən üç-dörd dəfə güclü yumruq zərbəsi vurması nəticəsində yarana bilməzdi. Belə ki, bu xəsarət 16.12.21-ci tarixdə yetirilməyə xarakterdir. Həmin xəsarət xx.xx.2021-ci ildə saat 19 radələrində tibb məntəqəsinin növbətçi feldşeri, gizir Məhkum sağ yumruğu ilə və həmçinin həmin tarixdə saat təxminən 19:30 radələrində əsgər X7 təkrar-təkrar qarın nahiyəsinə çoxsaylı yumruq zərbəsi vurması nəticəsində yarana bilərdi, belə ki, dalağın cırılması hər iki şəxsin vurması nəticəsində baş vermişdir. Qeyd olunan xəsarət 18 dekabr 2021-ci il tarixdə günorta saatlarında əsgər X11 Nəzərlini “gün növbətçisi” kimi palatanın qapısı qarşısında qanunsuz saxlayarkən onun qarın nahiyəsindən üç-dörd dəfə güclü yumruq zərbəsi vurması nətic əsində mövcud yaranın təkrar cırılaraq böyüməsinə səbəb olmaqla, qanaxmanın sürətlənməsinə gətirib çıxarmışdır. Qeyd olunan xəsarət xx.xx.2021-ci il tarixdə Məhkum, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Xin vurduğu zərbələr nəticəsində yarana bilərdi. Göründüyü kimi Zərərçəkmiş şəxs aşkar edilmiş “dalağın diafraqmal səthinin geniş həcmli ilkin cırılmış yarası, qanaxma nəticəsində qarın boşluğunda 2800 ml qan yığılması və böyük piyliyin hematoması ilə müşayiət olunan qarının qapalı travması” kimi xəsarətlər təkcə gizir Məhkum zərbəsi ilə deyil, həmdə əsgər X7 zərbələr nəticəsində yaranmışdır ki, qeyd olunan hallar nəzərə alınmaqla əsgər X də Azərbaycan Respublikası CM-nin 332.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir (barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla). Be lə olan halda Məhkum cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən halların mövcudluğu, xüsusilə də himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, onun tərəfindən müalicə xərcləri üçün dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və zərərçəkmiş şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi, zərərçəkmiş şəxsin almış olduğu xəsarətin təkcə gizir Məhkum tərəfindən yaranmaması şəraitində Məhkum təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqs ədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-nin 329.3-cü maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-nin 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törəd ilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddə si ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməllərini etiraf edib hərəkətindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, tərəfindən müalicə xərcləri üçün dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını onun törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olduğunu qeyd edərək, onun himayəsində azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi halları, eləcə də, zərərçəkmiş şəxsin almış olduğu xəsarətin təkcə gizir Məhkum tərəfindən yaranmamasını daha əvvəl sadalanmış yüngülləşdirici hallarla birlikdə məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 01 (bir) il olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Z.Ə.Qasımovun, kassasiya şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 iyul 2023-cü il tarixli 1-1(106)-18/2023 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Qasımov Zaur Ərəstun oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 iyul 2023-cü il tarixli 1-1(106)-18/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlı qdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 27 yanvar 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar