Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-80/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 11(107)-1/2025 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (hakim İlqar Quliyev) 03 oktyabr 2023-cü il tarixli, 11(098)-7/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1998-ci il tarixdə anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi ev 28-də qeydiyyatda olan, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 9-cu sərhəd zastavasının rabitəçisi əsgər Məhkum Azərbaycan Respublikası Cinayətlər Məhkəməsinin (bundan sonra mətndə CM-in) 332.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan R espublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən ona həmin maddə üzrə bəraət verilmiş, onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: İstintaq orqanın mövqeyinə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, onun təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, ittihama görə, Məhkum Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 9-cu sərhəd zastavasında rabitəçi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin dekabr ayında həmin zastavada qumbaratan vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs1 və texniki qrup komandirin müavini vəzifəsində xidmət edən kiçik çavuş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılığa gəlmiş xidmət etdiyi zastavanın digər əsgərlərini öz iradəsinə tabe etdirmək və bununla şəxsi heyət arasında öz üstünlüyünü nümayiş etdirərək nüfuzunu süni surətdə artırmaq barədə razılığa gəlmiş, habelə özünü «seçilmiş» adlandırmaqla hərbi qulluqçuları özünə tabe etmək, özünün olduğu yerə hərbi qulluqçuların icazə almaqla daxil olmasını, habelə zastavanın hərbi qulluqçularının onun qoyduğu «qaydalara» riayət etməl ərini təmin etmək, öz şəxsi məqsədləri üçün pul tələb etmək məqsədi ilə əsgərlərə qarşı mütəmadi olaraq fiziki zor tətbiq etmiş, əsgərlərə siqaret və şirniyyat almaq adı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan sonuncunun anası X3 adına açılmış karta müxtəlif məbləğlərdə pul yüklətdirmiş, həmin puldan müəyyən hissəsini əsgərlərə xərcləmiş, digər hissəsini isə öz şəxsi maraqları üçün istifadə etmişdir. Aralarında olan razılığa və cinayətkar plana uyğun olaraq Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən 2021-ci ilin aprel ayının ikinci yarısında saat 20 radələrində 9cu sərhəd zastavasının əsgər yataqxanasında öz üstünlüyünü nümayiş etdirərək hərbi qulluqçuları özünə tabe etdirmək və zastavanın hərbi qulluqçularının onun qoyduğu «qaydalara» riayət etmələrini təmin etmək məqsədilə tab elik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular birbirinə münasibətdə nəzakətli və təmkinli olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» kimi tələblərini pozaraq əsgər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncuya şərait yaratmaqla X8 əhatəyə almış, Təqsirləndirilən şəxs1 onun sinə nahiyəsinə 2 yumruq zərbəsi vurub fiziki ağrılar yetirməklə zərərçəkmiş şəxsə qarşı qabaqcadan əlbir olub qrup halında zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən kiçik çavuş Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı, öz üstünlüklərini nümayiş etdirərək, özlərini «seçilmiş» adlandırmaqla hərbi qulluqçuları özlərinə tabe etdirmək, özlərinin olduqları yerə hərbi qulluqçuların icazə almaqla daxil olmasını, habelə zastavanın hərbi qulluqçularının onların qoyduğu «qaydalara» riayət etmələrini təmin etmək məqsədilə tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin və İntizam Nizamnaməsinin yuxarıda qeyd edilən müddəalar ının tələblərini pozaraq 2021-ci ilin aprel ayının ikinci yarısından may ayının 7nə kimi müxtəlif vaxtlarda İbrahim Quliyevi dəfələrlə təkliyə aparıb əsgər yataqxanasına, sinif otağına, siqaret çəkmək üçün nəzərdə tutulmuş yerə daxil olarkən icazə almadığı, habelə Təqsirləndirilən şəxs1 gələrkən ayağa durmadığı üçün ona iradlarını bildirərək psixoloji təsir etmiş, habelə 07 may 2021-ci il tarixdə saat 18 radələrində zastavanın yataqxanasında Rəsul X1 və digər əsgərləri yanına çağırıb 62 manat məbləğində pul lazım olduğunu bildirib, hər birindən 10 manat pul tələb etmiş, onlar 10 manat verməyə razı olduqdan sonra Təqsirləndirilən şəxs1 lazım olan məbləği düzəldə bilmədiyinə görə Məhkum İbrahim Quliyevi yanına çağırmağı tapşırmışdır. Bundan sonra X26 İsmayılzadənin yanına gəlmiş, X23 İsmayıl zadənin istifadəsində olan anasının adına açılmış kart hesabına 10 manat məbləğində pul yükləməyə psixi hədə-qorxu gəlməklə məcbur edərək onun şərəf və ləyaqətini alçaltmış, İbrahim Quliyev ilk əvvəl Təqsirləndirilən şəxs1 istifadəsində olan karta pul yükləməklə bağlı sonuncuya etirazını bildirsə də, nəticədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum şəxsi heyət arasında olan nüfuzundan və sonuncuların ona zor tətbiq edəcəyindən qorxub həmin gün saat 18 radələrində Məhkum atası X2 adına olan ***-***-**-** mobil nömrəsindən atası ilə danışıb həyəcanlı vəziyyətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan karta 5 manat məbləğində pul yükləməsini və həmin məbləğin yüklənməsi ilə bağlı təsdiqedici smsməlumat yazmasını xahiş etmiş, atası da öz növbəsində həmin karta qeyd olunan tarixdə saat 18 radələrində 5 manat məbləğində pul yükləmiş və bu barədə həmin mobil nömrəyə sms-məlumat göndərmişdir. Mərhum İ.Quliyev 07 may 2021-ci il tarixdə saat 23:00-dan 08 may 2021-ci il tarixə saat 03:00-dək zastavanın ön hissəsində «zastava gözətçisi» xidmətində olarkən saat 00:05-də əsgər Təqsirləndirilən şəxs1 sahədən qayıtmış və ona yaxınlaşıb «pul göndərməli idin nə oldu» sualını vermiş, İ.Quliyev isə həyəcanlı vəziyyətdə «bayaq göndərmişəm, sabah yenə göndərəcəm» dedikdən sonra Təqsirləndirilən şəxs1 israrla tələbkar şəkildə «gözləyirəm ha» deyərək sərhəd zastavasının inzibati binasına getmişdir. X4 2021-ci ilin aprel ayının ikinci yarısından may ayının 7-nə kimi müxtəlif vaxtlarda əsgərlər Təqsirləndirilən şəxs1, Məhkum və kiçik çavuş Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında ona qarşı əsassız iradlar bildirməklə şərəf və ləyaqətinin alçaldılması, ona qarşı zor tətbiq olunması, hədə-qorxu ilə ondan pul tələb olunması, əsgər Məhkum ona qarşı yol verdiyi qanunsuz və nizamnamədən kənar hərəkətlərdən, o cümlədən mütəmadi olaraq onun şəxsi heyət qarşısında nümayişkaranə tərzdə aşağılamasından bezib, əvvəllər də bu barədə həmin əsgərlərin tərxis olunduğu halda rahat xidmət edəcəklərini, hərbi xidmətin belə olduğunu biləcəyi halda hərbi xidmətə gəlməyəcəyini əsgər yoldaşlarına bildirib, habelə meyiti müayinə edilərkən üzərində aşkar olunmaqla özü tərəfindən icra edilmiş «bu dərdin çoxluğundan həvəs ölür yaşamağa, həyatdan bezdim anlamaz bunu heç kim, soyumuşam həyatdan, doymuşam hə» qeydləri aparıb, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları nın N nömrəli hərbi hissəsinin Balakən rayonu, Yeni Şərif kəndində dislokasiya olunmuş 9-cu sərhəd zastavasında 07 may 2021ci il tarixdə saat 23:00-dan 08 may 2021-ci il tarixə saat 03:00-dək “zastava gözətçisi” xidmətində olarkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması, şərəf və ləyaqətinin alçaldılması, nizamnamədən kənar hərəkətlərə məruz qalması, 2021-ci ilin aprel ayında üç dəfə döyülməsi, ondan pul tələb edilməsi, tez-tez əsassız yerə hədə-qorxu gəlinməsindən, cəzalandırılmasından bezməsi, onların qanunsuz hərəkətlərinə qarşı öz etirazını bildirməkdən qorxması nəticəsində özünü bölüyün şəxsi heyətinin arasında alçalmış, nüfuzdan düşmüş hiss edib, situasiya ilə əlaqədar depressiv vəziyyətdə yeganə çıxış yolu kimi öz ünü öldürmək barədə fikrini qətiləşdirmişdir. Bu məqsədlə X4 xidmətdə olarkən 08 may 2021-ci il tarixdə saat 00:40-da ona təhkim olunmuş “AK-74” markalı “1033318” nömrəli avtomat silahından təlim patronunu çıxardıb, bir ədəd 5,45 mm çaplı döyüş patronunu patron yuvasına daxil edərək silahı döyüş vəziyyətinə gətirmiş, sərhəd zastavasında “zastava gözətçisi” sərhəd naryadı tərəfindən xidmət aparmaq üçün nəzərdə tutulmuş zastavanın giriş darvazasının yaxınlığında yerləşən kölgəlikdə silahın lüləsini alın nahiyəsinə dirəyərək avtomat silahından tək rejimdə alın nahiyəsinə bir atəş açmaqla özünə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “alnının orta hissəsində 1 ədəd yara giriş dəliyi olmaqla alın sümüyündə defektli sınıq, sərt və yumşaq qişalarda, baş-beyində, başın yumşaq t oxumalarında əzilib-cırılma verib, ənsənin sol yuxarı nahiyəsindən dəlib keçən ənsə sümüyündə çox qəlpəli yerdəyişməli sınıqlar verən çıxış dəliyi olub daxilə və xaricə çoxlu qan itirmə ilə nəticələnən bir ədəd yara" xəsarətini yetirmiş və aldığı xəsarətdən ölmüş, bununla da əsgər Məhkum tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında pozması ağır nəticələrə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və İmanverdi Şükürov) 05 mart 2025-ci il tarixli 1-1(107)-1/2025 nömrəli hökmü ilə dövlət ittihamçısı, ədliyyə polkovniki Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçək miş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1-1(098)-7/2023 saylı hökmü ləğv edilərək yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 17 may 2021-ci il tarixdən 03 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) il 4 (dörd) ay 16 (on altı) gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçə kmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 CM-in 329.3 maddəsi ilə, Təqsirləndirilən şəxs1 CM-in 330.1 və 32.5,329.3-cü maddələri təqsirli bilinib müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1-1(107)-1/2025 nömrəli hökmünün ləğv olunmasını və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instan siyası məhkəməsinin Məhkum barəsində çıxarılmış ittiham hökmü qanunsuz və əsassızdır. Belə ki, kassator şikayətində qeyd etmişdir ki, ittiham orqanının ittihamında Məhkum cinayət əməlinin konkret nə olması və təqsirli bilindiyi maddənin dispozisiyasında qeyd edilən cinayət əməli və tərkibi ilə üst üstə düşmür. Kassator kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutların mahiyyətini ətraflı şəkildə təsvir edərək qeyd etmişdir ki, həmin sübutlar Məhkum baş vermiş hadisədə təqsirli olmasını birbaşa təsdiq edən sübutlar deyildir. Kassatorun fikrincə, şahid ifadələri bu və ya digər formada formalaşdırılmağa cəhd edilmiş, dolayısı mülahizələrdən ibarət olmuş, eləcə də bir-biri ilə ziddiyyət təşkil edən faktlar fonunda təqdim edilmişdir. Bu şəraitdə Məhkum barəsində çıxarılmış bəraət hökmünün qanunsuz olaraq ləğv edildiyi və nəticədə onun barəsində əsassız ittiham hökmünün çıxarıldığı iddia edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində göstərilmişdir ki, məhkum cinayət törətməmiş, zərərçəkmiş şəxsə qarşı hər hansı cinayət əməli həyata keçirməmişdir. İş üzrə digər məhkumların və şahidlərin ifadələri arasında mühüm ziddiyyətlər mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdırmadan, onları məhkumun xeyrinə şərh etmədən və sübutlara düzgün hüquqi qiymət vermədən, nəticədə əsassız və qanunsuz hökm qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin ba ş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilm əklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, şahidlər X9, X12, X5, X17, Şahid3, X18, X19, X20, X22, Şahid2 Çərkəz oğlu, Şahid1 ifadələrini, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə nəzərdə t utulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməllərin törədilməsi məhkəmə tərəfindən düzgün və doğru kimi qəbul edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübu tlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisi və digər məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə əsasən işə baxıb, həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmünün onun təqsirsizliyi barədə gəldiyi nəticəni əsaslı hesab etməyərək hökmü ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan əsaslı olaraq onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göst ərmişdir. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin hökmündən də görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir. Məhkum barəsində cinayət təqibinə xitam veril məsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayət in təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1-1(107)-1/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 32.5,329.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1-1(107)-1/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-80/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-80/2025
19.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver