Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-81/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasın ın 27 yanvar 2020-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən hakim X4) 1(098)-261/2019 nömrəli 11 oktyabr 2019-cu il tarixli hökmü ilə 05 yanvar 2001-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 332.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən təqsirləndirilən şəxs Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Müdafiə Nazirliyinin Goranboy rayonunun Ballıqaya kəndində yerləşən N №-li hərbi his səsinin 4-cü taborunun 12-ci bölüyündə əsgər hərbi rütbəsində xidmət edərkən 16 aprel 2019-cu il tarixdə saat 22:30 radələrində bölüyün yataqxanasında öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, aralarında tabelik münasibətləri olmayan, hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün əsgəri X3 ona Azərbaycan Respublikasının Dövlət Himnini düzgün oxumamağını irad tutması səbəbindən mübahisə etmiş və dizi ilə Emil Abdullayevin sağ ayaq nahiyəsinə bir zərbə vuraraq ona zor tətbiq etmiş, beləliklə, o, Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində n əzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin bəraət hökmünə görə əsgər Məhkum 16 aprel 2019-cu il tarixdə saat 22:30 radələrində bölüyün yataqxanasında olarkən onun sol ayağının diz nahiyəsi ilə Emil Abdullayevin sağ ayağının bud nahiyəsinə bir dəfə vurması intizam məsuliyyəti yaradan əməl olduğundan və onun əməlində formal cəhətdən əsgər Emil Abdullayevə qarşı fiziki cəhətdən təsir göstərmə əlamətləri mövcud olsa da, həmin hərəkəti ilə Emil Abdullayevə hər hansı zərər yetirməməsi və zərər yetirmək təhlükəsi yaratmadığına görə CM-in 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmadan az əhəmiyyətli kimi qiymətləndirilməlidir. Məhkum həmin əməli cinayət hesab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əlizamin Abdullayev, hakimlər Salman Hüseynovdan və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1-1(104)-14/2020 nömrəli 27 yanvar 202-ci il tarixli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli bəraət hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi təqsirli bilinərək 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətind ə xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin Məhkum olunmasına dair 27 yanvar 2020-ci il tarixli hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs Emil Abdullayev 2019-cu ilin aprel ayında eyni çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmışlar və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkumla Emil Abdullayev arasında yoldaşlıq münasibətləri olmuş və eyni müddətdə hərbi xidmətə çağırılan hərbi qulluqçular olduqlarından biri digərinin üzərində hər hansı üstünlüyün əldə edilməsində həvəsli olmamışdır. Məhkum əsgər yoldaşı Emil Abdullayev tərəfindən edilən iradın əsaslı olmasına baxmayaraq iradı qəbul etməyərək güc vasitəsi ilə onu cəzalandırmaq istəmişdir. Bu məqsədlə o, əvvəl Emil Abdullayevin yaxasından tutmuş, sonra isə sol ayağının diz hissəsi ilə sonuncunun sağ ayağının bud nahiyəsinə heç bir fiziki ağrı və xəsarət yetirmədən yavaş vurmuşdur. Bundan başqa, zərərçəkmiş şəxs Emil Abdullayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərməsə də, məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Məhkum onu dizi ilə vurduqdan sonra ona bir təpik də atmış, ancaq həmin təpik ona dəyməmişdir. Təqsirləndirilən şəxs Məhkum isə məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Emil Abdullayevə təpik atmamışdır. Ancaq məhkəmə qeyd edir ki, həmin xüsusat la bağlı istintaq orqanı tərəfindən Məhkum ittiham verilməmişdir. Göstərilənlərə əsasən Tərtər Hərbi Məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 42.2.2, 55.1, 344-347, 349, 350, 352, 353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. İş üzrə faktiki hallarından görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmaq niyyətində olmamış, bu qaydaların pozulmasını da arzu etməmişdir. Tərtər Hərbi Məhkəməsi yuxarıda təsvir olunanları nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Məhkum əməli, yalnız ona qarşı yönəlmiş qanunsuz hərəkətin qarşısını almağa yönəldiyindən, hərəkətlərində fiziki gücün tətbiqi əlamətləri olsa da belə, bu hərəkətləri xidmətinə maneə törədilməsinin qarşısını almaq niyyəti ilə edildiyindən və az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından cinayət hesab oluna bilməz. İstintaq orqanı onun əməlinin cinayət hüquqi qiymətləndirilməsində səhvə yol vermişdir. Beləliklə, müdafiə tərəfi cinayət təqibi üzrə toplanılmış sübutların məcmusuna əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir cinayət əməli törətməmişdir və ona tam bəraət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaların çox ciddi pozuntularına yol verərək, gəldiyi nəticələr işin faktiki hallarına qətiyyən uyğun gəlmir. Belə ki, iş materialları məhkum olunmuş şəxsin təqsirsizliyini tamamilə sübut etsə də, ona bəraət verməmiş Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı ilə gəldiyi nəticələr məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla və işin halları ilə qəti şəkildə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutlara qətiyyən düzgün qiymət verməmiş və onları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi öz yekun qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmiş, həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli və tam saxta sübutları əsas sübutlar kimi qəbul etmişdir. İrəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar apellyasiya instansiyası məhkəməsinin yekun qərarı nda işin halları və gələn nəticələr qanunda göstərilən sübutlarla təsdiq edilməmiş, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar mötəbər olmayan, ziddiyyətli, yolverilməz və işin hallarının sübutuna qətiyyən aid olmamalarına baxmayaraq, təqsirin bu sübutlarla təsdiq edilməsi kimi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi ibtidai araşdırma orqanının tam yanlış yolları ilə gedərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələblərini kobud surətdə pozaraq, məhkəmə cinayət prosesi tərəfi olan müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübu tları tədqiq etməmiş, məhkumun təqsirliliyi barədə məhkəmələrin yekun qərarlarının əsasını yolverilməz saxta sübutlar təşkil etmiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan, cinayət təqibini istisna edən halların mövcudluğuna, məhkumun təqsirsiz olmamasına baxmayaraq, onun hərəkət və ya hərəkətsizliyində heç bir cinayətin obyektiv və subyektiv tərəflərinin olmamasını nəzərə almayaraq, ona bəraət verməyərək, yekun məhkəmə qərarı qəbul edib, onun əsasını yolverilməz sübutlar və faktiki olmayan söz yığınaqları ilə əsaslandırmışdır. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, Gəncə Apellyasiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində cinayət tərkibinin olmamasına baxmayaraq, ona tam bəraət vermək əvəzinə ona heç bir sübuta əsaslanmayan tam qanunsuz ittiham irəli sürən saxta yekun qərarı - hökmü qəbul etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam zidd olaraq, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların obyektiv və düzgün tədqiqindən əsassız imtina etmiş, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin maddələrinin normalarının tələblərini tam görməməzlikdən gəlmiş, görünməmiş dərəcədə ədalətsiz, tam əsassız və qanunsuz yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araş dırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin ilkin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya məhkəməsin in gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmək istəyir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası müdafiəçinin bu dəlilini əsassız sa yır. Kassatorun kassasiya şikayətinin digər dəlili isə Məhkum hazırkı cinayət işi üzrə təqsirsiz olduğundan barəsində birinci instansiya məhkəməsinin bəraət hökmünün ləğv edilməklə ittiham hökmün çıxarılmasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində özünü təqsirli bilməsi i lə yanaşı cinayət hadisəsi və onun qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verərək əsaslı nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam təsdiq edilir. Hökmdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində A zərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və onun barəsində bəraət hökmünün çıxarılması və ya barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində sadalanana əsasları müəyyən edərkən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhk əmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 yanvar 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-81/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-81/2021
12.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver