Məhkəmə qərarları › İş №1-1(102)-82/2017

Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2017

25.09.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2017 25.09.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-82/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ «25» sentyabr 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi Qılıcov İlqar Səyyad oğlu Ali Məhkəməyə daxil olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Bakı Hərbi Məhkəməsinin (hakimlər R.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.Q.Əliyev və E.H.Allahverdiyevd ən ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək AR CM-in 178.3.2-ci maddəsinə əsasən 7 il müddətinə, CM-in 310-cu maddəsinə əsasən isə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, AR CM-in 66.3 maddəsinə əsasən Məhkum qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 500 manat cərimə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2016-cı il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının (hakimlər S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hö kmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Y.C.Hüseyn tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qərardan Məhkum müdafiəçisi B.F.Bayramov tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin şikayət üzrə cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasında məhkəmə baxışına təyin olunanadək Məhkum saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən Ali Məhkəməyə ünvanladığı ərizəsi daxil olmuş və həmin ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edirəm ki, Məhkum müdafiəçisi B.F.Bayramov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1 və 414.5ci maddələr ini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Ali Məhkəmənin hakimi İlqar Qılıcov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar