Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2018 30.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının Q Ə R A Rİ 30 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X16 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkumların müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Z1nun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum2, Mə hkum3 Müzəffər oğlu və Məhkum1 müdafiəçisi Z1 tərəfindən verilən kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim V.Z.Nəsirov) Məhkum2 (xx xx 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu) Məhkum3 Müzəffər oğlu (xx xx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonunun 2 Lolabağırlı kəndində qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu) Məhkum1 (xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təh silli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib hər biri 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəzalarının əvvəlinin xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin xx xx 2017ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumların müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi taborun 9-cu bölüyünün əsgərləri Məhkum1, Məhkum3 Müzəffər oğlu və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci ildə saat N radələrində hərbi hissənin 3-cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X5 yanlarına çağıraraq heç bir səbəb olmad an onun iradəsini sındırmaqla üzərində öz üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əlaqədar əvvəlcə A1 A2 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, ardınca Məhkum2, Məhkum3 və Məhkum1 də ona köməklik göstərmək məqsədilə A2 hər tərəfdən əhatəyə alaraq onun A1a qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək, onu faktiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə A1la həmrəylik nümayiş etdirməklə onun əməllərini müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X7, X9 və X8 həmin əsgərlərin A2 in citdiklərini görüb onların yanına gedərək A2 onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında A2 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. A2 ağladığı üçün A3, A4 və A5onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddət keçdikdən sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən A2qarşı zorakı hərəkətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. A3, A4 və A5A2 çölə çıxmasına mane olmaq istəsələr də, A2 «buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum2, Məhkum1, A1 və Məhkum3 onu taborun tualeti istiqamətində aparmışlar. Bundan sonra Məhkum2, Məhkum3 və A1 A2 özləri ilə birlikdə tualetin içərisinə keçirmiş, Məhkum1 isə içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qap ısının çöl tərəfində dayanmışdır. Orada Məhkum2, Məhkum3, Məhkum1 və A1 birlikdə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında A2 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hamısı yəni, Məhkum2, Məhkum3, Məhkum1 və A1 onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişlər. Həmin hökmlə Məhkum3 Müzəffər oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi 3-cü taborun əsgərləri Məhkum1, Məhkum2 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci il tarixdə saat N radələrində hərbi hissənin 3-cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X5 yanlarına çağıraraq heç bir səbəb olmadan onun iradəsini sındırmaqla üzərində öz üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əvvəlcə A1 A2 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, ardınca isə Məhkum3, Məhkum2 və Məhkum1 də ona köməklik göstərmək məqsədilə A2 hər tərəfdən əhatəyə alaraq onun A1a qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək, onu fak tiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə A1la həmrəylik nümayiş etdirməklə onun əməllərini müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X7, X9 və X8 həmin əsgərlərin A2 incitdiklərini görüb onların yanına gedərək A2 onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında A2 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. A2 ağladığı üçün A3, A4 və A5onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddətdən sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən A2qarşı zorakı hərəkətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. A3, A4 və A5A2 çölə çıxmasına mane olmaq istəsələr də A2 «buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum3 və Məhkum2 onu taborun tualeti nə aparmışlar. Bundan sonra Məhkum1 içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qapısının çöl tərəfində dayanmış, Məhkum3, Məhkum2 və A1 isə A2 tualetin içərisinə aparıb orada təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında A2 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sıındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hər biri, o cümlədən Məhkum3 onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişdir. Həmçinin həmin hökmlə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, N saylı hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə qumbaratan vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xidmət etdiyi taborun əsgərləri Məhkum3 Müzəffə r oğlu, Məhkum2 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xx 2015-ci ildə saat N radələrində hərbi hissənin 3-cü taborunun Gədəbəy rayonunun Saratovka kəndi ərazisində yerləşən 10-cu bölüyünün əsgər yataqxanasının arxasında həmin bölüyün əsgəri X5 yanlarına çağıraraq heç bir səbəb olmadan onun iradəsini sındırmaqla üzərində öz 4 üstünlüklərini nümayiş etdirərək qorxudub təsir altında saxlamaq niyyətilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onun şərəf və ləyaqətini alçaltmaqla əvvəlcə A1 A2 istifadə etdiyi mobil telefonu əlindən alıb əsgər yataqxanasının divarına vurub sındıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döymüş, ardınca isə Məhkum1, Məhkum3 və Məhkum2 də ona köməklik göstərmək məqsədilə A2 hər tərəfdən əhatəyə alaraq onun A1a qarşı hər hansı formada müqavimət göstərməsinə imkan verməyərək onu faktiki olaraq fiziki cəhətdən özünü müdafiə etmə imkanından məhrum edib öz davranışları ilə A1la həmrəylik nümayiş etdirməklə onun əməllərini müdafiə etmişlər. Bu vaxt taborun əsgərləri X7, X9 və X8 həmin əsgərlərin A2 incitdiklərini görüb onların yanına gedərək A2 onların əlindən alıb taborun «yazar» otağına gətirmək istəyərkən Məhkum2 10-cu bölüyün əsgər yataqxanasının arxasında A2 sinəsinə bir yumruq zərbəsi vurmuşdur. A2 ağladığı üçün A3, A4 və A5 onu sakitləşdirmək məqsədilə «yazar» otağına gətirdikdən bir müddət sonra Məhkum3 və Məhkum2 yazar otağına gələrək yenidən A2qarşı zorakı hərəkətlərini davam etdirmək üçün onu çölə çağırmışlar. A3, A4 və A5A2 çölə çıxmasına mane olmaq istəsə lər də A2 «buraxın, görüm bunlar nə deyir?» deyərək çölə çıxmış, Məhkum1, Məhkum2, A1 və Məhkum3 onu taborun tualeti istiqamətində aparmışlar. Bundan sonra Məhkum2, Məhkum3 və A1 A2 özləri ilə birlikdə tualetin içərisinə keçirmiş, Məhkum1 isə içəriyə kənar şəxslərin daxil olmasına imkan verməmək üçün tualetin qapısının çöl tərəfində dayanmışdır. Orada Məhkum1, Məhkum2, Məhkum3 və A1 birlikdə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında A2 üzərində öz üstünlüklərini nümayiş etdirmək və onun iradəsini sıındırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla pozaraq hamısı yəni, Məhkum1, Məhkum2, Məhkum3 və A1 onun ünvanına nalayiq formada ağır söyüşlər söyərək təhqir etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2, Məhkum3 Müzəffər oğlu, Məhkum1 müdafiəçisi Z1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2, Məhkum3 və Məhkum1 özlərini qarşı irəli sürülmüş ittihamı qəbul etməmişlər, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər isə onların hadisə vaxtı orda olmadıqlarını, heç bir cinayət törətmədiklərini bildirsələr də bunlara düzgün qiymət verilməmişdir.Apellyasiya instansiya məhkəməsi isə heç bir xüsusata qiymət verməmiş və araşdırmamışdır. Kassasiya şikayətinin müəllifi məhkumlar barəsində ittiham hökmünün qərəzli şahid ifadələri əsasında qəbul edildiyini, onların cinayət törətməkdə təqsirli olmaların sübutların məcmusu üzrə təsdiq olunmadığını, istinad edilən sübutlar isə ittiham olunan hökm ünün çıxarılması üçün kifayət etmədiyini qeyd edir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum2, Məhkum3 Müzəffər oğlu, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 332.2.1 və 332.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçi T.N.Məmmədovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normal arının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum2, Məhkum3 və Məhkum1 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş kassasiya şikayətlərində məhkumların təqsirliliyin sübuta yetirilməməsi, onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əl aqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum2, Məhkum3 və Məhkum1 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyi və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6cı maddə sində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum2, Məhkum3 və Məhkum1 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qe yd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum2, Məhkum3 və Məhkum1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinə, həyat şəraitlərinə təsirini nəzərə alıb onlara təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmi ş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Bundan əlavə cinayət işinin materialları ilə şahidlərin hər hansı bir qaydada ifadələr verməyə məcbur edilmələri, onlara qarşı təzyiq və təsir göstərilməsi, habelə sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən məhkumların Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum2, Məhkum3 və Məhkum1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məh kəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə aktları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlan ılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkumlar Məhkum2, Məhkum3 Müzəffər oğlu və Məhkum1 müdafiəçisi Z1nun kassasiya şikayətləri təmin edilməsin. Məhkum2, Məhkum3 Müzəffər oğlu və Məhkum1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Düzdür Ali Məhkəmənin hakimi imza imzalar Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-82/2018
Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2018
30.08.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver