Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12 və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2. 9, 29, 120.2.4, 29, 120.2.7 və 29,120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin 16 may 2019-cu il tarixli, № 1(097)-22/2019 saylı hökmü ilə (hakimlər X29 (sədrlik edən), X13 və X1 ibarət tərkibdə) 18 iyun 1999-cu ildə Daşkəsən rayonunun Zivlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Cumakənd kəndində daimi qeydiyyatda olan, 03.10.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbə sindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin hərbi qulluqçusu, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib, 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının ilk 3 (üç) ilini həbsxanada çəkməsi, cəzaçəkməsinin əvvəlinin 16 sentyabr 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.9, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu maddəl əri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, ümumi təhlükəli üsulla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, həmçinin ümumi təhlükəli üsulla, təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Füzuli rayonunun Alıxanlı kəndində yerləşən 2-ci motoatıcı taborunun minaatan batareyasının 2-ci tağımının 5-ci minaatan komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 15 sentyabr 2018-ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək batareya növbətçisi qismində sutkalıq naryada təyin olunmuşdur. 15 sentyabr 2018-ci il tarixdə saat 22 radələrində, döyüş növb əsini təhvil verən, həmin batareyanın 2-ci tağımının 6-cı minaatan komandiri vəzifəsində xidmət edən əsgər A6 döyüş növbəsindən çıxdıqdan sonra silah-sursatını Məhkum təhvil vermiş, sonuncu silah-sursatın tamlığını yoxlayıb, daraqdakı patronların sayını bilmək istədikdə, A6 nə üçün ona inanmayıb patronları saymasına irad bildirmiş və aralarında bu səbəbdən mübahisə yaranmışdır, A6 onunla bu barədə daha sonra danışacağını bildirib əsgər yataqxanasına getmişdir. 16 sentyabr 2018ci il tarixdə gecə saat 00:10 radələrində A6 həmin batareyanın 1-ci tağımının 2-ci minaatan komandiri vəzifəsində xidmət edən, əsgər X8 ilə birlikdə Məhkumlə aralarında yaranmış mübahisəni həll etmək üçün əsgər yataqxanasından çıxaraq, Məhkum əsgər hamamına çağırmış, orada hər iki şəxs Məhkum nalayiq sözlər işlədərək ona qarşı fiziki zor tətbiq edib, M6 hər iki əli ilə onun boğazından tutub divara sıxmış, A6 isə onun sifətindən bir şillə zərbəsi vurub əynindəki alt köynəyini dartıb cırmışdır. Məhkum isə onların iki nəfər olduğunu görüb heç bir qarşılıq verməmiş, yaranmış səs-küyü eşidən həmin vaxt batareyanın 2-ci tağımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X35 hamama tərəf gəldiyi üçün onlar mübahisəni dayandırmışlar. Bundan sonra, Məhkum 16 sentyabr 2018-ci il tarixdə saat 00:50-də A6 və M6 bir müddət əvvəl ona qarşı etdikləri qanunsuz və zorakı hərəkətlərdən, onun şərəf və ləyaqətini nalayiq formada alçaldıb iradəsini sındırmalarından bezərək, qisas almaq məqsədilə, iki şəxsi, yəni A6i və M6 qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə batareya nın silah otağından özünə təhkim olunmuş avtomat silahını və içərisində bir ədəd təlim və 29 ədəd döyüş qabiliyyətli döyüş patronu olan patron darağını götürmüş, təlim patronunu daraqdan çıxarıb silah otağına qoyub darağı silaha birləşdirmiş və uzunluğu 20.5 metr, eni 5.2 metr olan yataqxanaya daxil olaraq yataqxananın işıqlarını yandırmışdır. Məhkum A6 və M6 yatdıqları çarpayının yaxınlığına gələrək, avtomat silahının qoruyucusunu açıb tək-tək atəş rejiminə qoyub çaxmağı çəkib buraxaraq silahı döyüşə hazır vəziyyətə gətirmiş, iki yaruslu çarpayının yuxarı hissəsində aşkar surətdə yatılı vəziyyətdə olmaqla köməksiz vəziyyətdə olan iki şəxsi, yəni A6 və M6u qəsdən öldürmək məqsədilə onların ayaq tərəflərindən, təxminən 1-2 m məsafədən, aşağıdan-yuxarıya doğru, A6 və M6 istiqamətində ümumi t əhlükəli üsulla, yəni onlarla yan-yana aralarında təxminən 90 sm məsafə olan çarpayılarda yatmış əsgərlər X9, X4, X5, X14, X23, X18, X15, X24, X30, X31, X6, X19, X25 və X16 həyat və sağlamlığı üçün real təhlükə törətdiyini dərk etdiyi halda səkkiz dəfə atəş açmışdır. Açılmış atəşlər nəticəsində iki ədəd güllə A6in sol bud nahiyəsindən dəyərək, ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «bir ədəd giriş dəliyi sol budun orta 1/3-nin bayır səthində olmaqla, sol budun yuxarı 1/3-nin içəri səthindən çıxaraq xayalığın sol yarısına toxunub-keçən və yenidən sağ budun yuxarı 1/3-nin içəri səthindən girib sağ qalça qabarı nahiyəsindən çıxan və bir ədəd giriş dəliyi sol budun orta 1/3-nin bayır səthində olmaqla çanaq və qarın boşluqlarından keçərək, sidik kisəsini, peri ton qişasını, müsariqəni, nazik və yoğun bağırsaq ilgəklərini, qarın aortası və qaraciyərin sağ payını zədələyərək sağ qabırğaaltı nahiyədən çıxan güllə yaralanmaları» xəsarəti, ən azı üç ədəd güllə isə M6a dəyərək, ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «sol bazunun yumşaq toxumalarını, sol baldırı dəlib-keçən, qamış sümüyünün sınığı ilə müşayiət olunan yarası» xəsarətlərini yetirmiş, digər güllələr isə əsgər yataqxanasında istirahət edən digər əsgərlərin yatdıqları çarpayıların ətrafına dəyərək onların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Məhkum İbrahim X2 öldüklərini düşünüb atəşi dayandırmış və əsgər yataqxanasına daxil olan baş leytenant X20 silahı Məhkum əlindən almışdır, A6 və M6a dərhal yerindəcə ilkin tibbi yardım göstərilməklə on lar hərbi hospitala aparılmış, A6 hospitala aparılarkən yolda ölmüş, M6 isə həyatını xilas etmək mümkün olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər F.K.Soltanov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi A6 tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğ lunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə protokolları ilə tanış olmaq üçün sərait yaradılmamış, iclas protokollarının surətləri və çıxarılmış xüsusi qərarın surəti ona verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qeyd edilən halları araşdırmamış, konstitusiya ilə qorunan hüquq və azadlıqlarının müdafiəsi təmin edilməmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etməsinə baxmayaraq məhkəmə kollegiyası vəsatət və etirazlarının araşdırılması tələbinə məhəl qoymamış, qanunsuz olaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya instansiyası baxışına təyin olunmasını xah iş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısı İ6 kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instasiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti ilə əlaqədar Şirvan Apell yasiya Məhkəməsinin Hərbi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 120.2.4,120.2.9, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120. 2.9-cu maddələrinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hallarına və qanun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar iş üzrə sübutları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “... məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4,120.2.9, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.9-cu maddələri ilə tövsif edilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məh kəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkum hadisə vaxtı soyuqqanlıqla özünə təhkim olunmuş odlu silahla aşkar surətdə yatılı vəziyyətdə olmaqla köməksiz vəziyyətdə olan iki şəxsi, yəni A6 və M6u qəsdən öldürmək məqsədilə onların ayaq tərəflərindən, təxminən 1-2 m məsafədən, aşağıdan-yuxarıya doğru, A6 və M6 istiqamətində ümumi təhlükəli üsulla, yəni onlarla yanyana aralarında təxminən 90 sm məsafə olan çarpayılarda yatmış digər əsgərlərin həyat və sağlamlığı üçün real təhlükə törətdiyini dərk etdiyi halda səkki z dəfə atəş açması, açılmış atəşlər nəticəsində iki ədəd güllə A6ə, üç ədəd güllə isə M6a dəyərək onlara ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi, digər güllələrin isə əsgər yataqxanasında istirahət edən digər əsgərlərin yatdıqları çarpayıların ətrafına dəyərək, onların həyat və sağlamlığı üçün real təhlükə yaratması hallarını birinci instansiya məhkəməsi düzgün olaraq təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamları öldürmə, ümumi təhlükəli üsulla qəsdən adamöldürmə və iki şəxsi öldürməyə cəhd əlamətləri kimi qiymətləndirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayətinin-təqsiri olan digər hərbi qulluqçuların cinayət məsuliyyətinə cəlb edilməli olmasından ibarət dəlili ilə bağlı qeyd etmək lazımdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı hadisə ilə bağlı tam və hərtərəfli araşdırma aparılmış, ibtidai istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi haqqında qərarda hadisə ilə bağlı digər hərbi qulluqçuların və vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 24.12.2018-ci il tarixli qərarından görünür ki, cinayət işindən zərərçəkmiş şəxs X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 24.12.2018-ci il tarixli qərarından görünür ki, çavuş X35 və baş leytenant X20 barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, vəzifəli şəx slərin haqqında isə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Həmçinin Füzuli Hərbi Məhkəməsi tərəfindən baş leytenant X20 barəsində hökmlə eyni vaxtda xüsusi qərar çıxarılmış, onun məsuliyyəti barədə məsələnin Azərbaycan Respublikası Silahlı X3 tələblərinə müvafiq olaraq həll olunması qərara alınmış və qərarın surəti müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Məhkum əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,1 20.2.9-cu maddələri ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29, 120.2.7 və 29,120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilə dək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinərək, 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyini ilə bağlı məsələnin müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs X8 istisna olmaqla, digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət v ə tələblərinin olmamasını, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayəti odlu silahdan istifadə etməklə törətməsini isə Cinayət Məcəlləsinin 61.1.10cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi A6 apelyasiya şikayətində Məhkum ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən halları müzakirə edərək, cinayətin törədilməsinin səbəb və şəraitini, Məhkum gəncliyini, ilk məhkumluğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29, 120.2.7 və 29,120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinə yaxın təyin olunmuş cəza müd dəti ərzində onun islah olunmasını mümkün sayır və ona müstəsna cəza hesab edilən ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmamasını zəruri hesab edir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinə yaxın - cəzanın məqsədlərini təmin edən 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq cəzasının ilk 3 (üç) ilini həbsxanada çəkməklə, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza nın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakter və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ceyhun İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Füzuli Hərbi Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(097)-22/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onunla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanun un normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının Məhkum barəsində olan 17 iyul 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-82/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2019
19.09.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver