Məhkəmə qərarları › İş №1-1(102)-82/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2021

10.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikas ı CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər: İ.M.Quliyev (sədrlik edən), Ə.S.Əzizov (məruzçi) və V.M.Nəsirovdan ibarət tərkibdə) 11 mart 2020-ci il tarixli hökmü ilə 01 avqust 1999-cu il tarixdə Masallı rayonunun doğulmuş və orada qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 2-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rüt bəsində xidmət etmiş Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, və cəzaçəkmənin başlanğıcının 23 fevral 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü dəyiş dirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Tərtər rayonunun Sarov kəndində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-cü tağımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməklə həmin hərbi hissənin Tərtər rayonunun kənd kəndinin ərazisində yerləşən, şərti adı "Düşərgə" olan bölüyün dayaq məntəqəsində xidmətdə olarkən, 21 fevral 2019-cu il tarixdə, saat 15:00 radələrində xidm ət etdiyi bölüyün 3-cü tağımının komandiri vəzifəsində xidmət etməklə həmin bölüyün komandiri vəzifəsini icra edən leytenant X17 onu, gizir X6, əsgərlər X7, X10 və X2 Tərtər rayonunun kənd kəndinin ərazisində taborun müdafiə zolağında yerləşən şərti olaraq "Düşərgə" adlandırılan bölüyün dayaq məntəqəsi ilə şərti adı "Eldəniz" olan və istifadə olunmayan döyüş mövqeyini birləşdirən əlaqə səngərinin təmizlənməsi və həmin döyüş mövqeyinin ərazisini düşmənin ehtimal olunan kəşfiyyatdiversiya fəaliyyətinin qarşısının vaxtında alınması üçün yoxlamaq məqsədi ilə həmin əraziyə aparmışdır. Həmin ərazidə X16 əsgərlər Ş1 və Ş2a əlaqə səngərinin içərisini təmizləməyi tapşırmış, gizir Fərid Hacızadəni həmin əsgərlərin üzərində "böyük" təyin etmiş, əsgərlər Məhkum və Ş3u isə təmizlik işləri aparmaq üçün özü ilə birlikdə şərti adı "Eldəniz" olan döyüş mövqeyinə aparmışdır. X16 şərti adı "Eldəniz" olan döyüş mövqeyinin mövqenin qazmasının ətrafını süpürməyi Məhkum və Ş3u tapşırararq, Məhkum tikanı olan kol bitkisindən hazırlanmış süpürgəni vermişdir. X25 oranı tərk edib mövqenin ərazisini yoxlamağa getdikdən sonra əsgər X22 Abışovun əlində olan süpürgəni almış və əlini incidəcəyini bildirərək süpürgəni düşmən mövqeləri istiqamətdə səngərinin üstünə atmışdır. Əsgər Məhkum əsgər Ş3la birlikdə şərti adı "Eldəniz" olan döyüş mövqeyinin qazmasının ətrafında təmizlik işi ilə məşğul olarkən X16 həmin mövqenin istifadə olunmayan səngərlərini və atəş sektorlarını yoxlamış və düşmənin ehtimal olunan istənilən fəaliyyətinin qarşısını almaq məqsədilə xidməti istifadəsində olan AKM markalı, TH 987 seriy a nömrəli avtomat silahı patronla dolduraraq qoruyucusunu açmışdır. Az sonra X16 qazmanın yanına qayıtmış, əsgər Məhkum əlində süpürgə olmadığını görüb sonuncudan süpürgənin harada olmasını soruşmuş, Məhkum cavab verməmiş, X16 bundan əsəbləşmiş və Məhkum sol gicgah nahiyəsinə bir yumruq, sol çənə nahiyəsinə bir dirsək, sağrı nahiyəsini isə bir təpik zərbəsi vurub yerə yıxaraq onu döymüş, həmin vaxt Məhkum süpürgəni Ş3un düşmən istiqamtində səngərin üzərinə atmasını demiş, Ş3 da bunu təsdiq etmişdir. X23, onun da Sadiq Quliyev tərəfindən döyüləcəyindən qorxaraq, şərti adı "Düşərgə" olan bölüyün dayaq məntəqəsi istiqamətdə səngəri təmizləyən əsgərlər Ş1 və Ş2un yanına qaçmışdır. Bunu görən X16 Ş3un ardınca getmiş, Məhkum da Sadiq Quliyevlə birlikdə gedib səngərin enişində təmizlik işləri apa ran əsgərlərin yanına çatmağa təxminən 17-18 metr məsafə qalmış səngərin yoxuşunda xidməti istifadəsində olan AKM markalı, TH 987 seriya nömrəli avtomat silahın qoruyucusunu bağlayaraq doldurulmuş vəziyyətdə müvəqqəti saxlaması üçün əsgər Məhkum verib Ş3u cəzalandırmaq üçün təmizlik işləri aparan əsgərlərin yanına getmişdir. Sonra X26 Mürşüdovu yanına çağırıb süpürgəni düşmən mövqeləri istiqamətdə səngərin üzərinə atdığına görə onun təpə nahiyəsinə bir sillə, sağ ayağının topuq hissəsinə bir təpik zərbəsi vurub yerə yıxmış, daha sonra əsgər Ş3un üzərinə üzərinə çıxmış, onun ayaqlarının arasına salmış və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və sillə zərbələri vurmaqla Ş3u döymüşdür. Bunu görən əsgər Məhkum X16in onu döyəndən sonra əsgər Ş3u döyməsini də görərək Sadiq Quliyevin bu qanunsuz hərəkətlərinin təsiri altında onun davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halını keçirərərək X16i öldürməklə bu qanunsuz hərəkətlərə son qoymaq qərarına qəlmiş və bu zaman, X16in ona müvəqqəti saxlaması üçün verdiyi və sonuncunun özü tərəfindən əvvəlcədən patronla doldurulmasını bildiyi AKM markalı, TH 987 seriyalı avtomat silahın qoruyucusunu açaraq tək-tək atəş rejiminə gətirərək silahın lüləsini səngərin içərisində, özündən təxminən 15 metr məsafədə yarı əyilmiş vəziyyətdə dayanmış sol çiyni ona tərəf olan X16ə tərəf tuşlayıb ayaq və qarın nahiyyələrinə nişan alıb ümumi təhlükəli üsulla, yəni X16in kürək nahiyəsindən təxminən 1.5 metr aşağıda yerləşən səngərin döşəməsinə uzanmış vəziyyətdə olan əsgər Ş3un, X16dən sol tərəfdə təxminən 4 metr məsafədə ayaq üstə üzü ona tərəf dayanmış əsgər Ş1nin və X16dən sol tərəfdə 4.5 metr məsafədə üzü ona tərəf, əsgər Ş1nin arxasında və nisbətən solunda dayanmış əsgər Ş2un olmasını görüb həmin şəxslərin də həyat və sağlamlıqları üçün real təhlükə törətdiyini, yəni atəş açacağı təqdirdə güllənin digər şəxslərə dəyə biləcəyini qabaqcadan görüb, göstərilən hərəkətinin nəticəsini dərk etməli olmasına baxmayaraq, buna laqeyd münaisbət göstərməklə Sadiq Quliyevi qəsdən öldürmək, yəni qəsdən həyat məhrum etmək məqsədilə silahdan bir atəş açmışdır. Lakin, Məhkum atəş açan vaxt əlləri əsdiyindən və qorxaraq gözlərini yumduğundan X16i öldürməyə yönəlmiş və qəsdən törətdiyi əməli iradəsindən asılı olmayan səbəbdən başa çatmamış və atdığı güllə X16dən yayınaraq üzü ona tərəf atəş istiqamətində səngər divarlarına par alel istiqamətdə ayaq üstə dayanmış əsgər Ş1nin sol sinə nahiyəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, əməlinin AR CM-nin 29, 120.2.4-cü maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və həmçinin birinci və apellyasiya instansiya məhkəmələri onun əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, onun Sadiq Quliyevi öldürmək niyyəti olmamış, sadəcə onlara qarşı kobud rəftar etdiyi üçün onu cəzalandırmaq istəmiş, silahdan cəmi bir dəfə atəş açmış, ona heç bir maneə olmadığı təqdirdə başqa atəş açmamış, niyyətinin cəzalandırmaq olmasından dolayı o öz əməlini könüllü olaraq dayandırmışdır. Lakin məhkəmələr buna baxmayaraq əsassız yerə onun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmişlər. Onun buna nə niyyəti olmamış, nə də əməlində bunu sübut edəcək hər hansı bir hal aşkar edilməmişdir. Məhkum kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmə si və həmin maddənin sanksiyasında müəyyən edilmiş minimum həddə cəza təyin edilməsi xahiş etmişdir. Müdafiəçi da həmçinin kassasiya şikayətində Məhkum X16i öldürmək fikrinin olmamasına, məqsədinin yalnız onu cəzalandırmaq olduğunu vurğulayaraq qeyd etmişdir ki, əgər məhkum Sadiq Quliyevi öldürmək istəsəydi, bunun üçün ona mane olacaq heç bir şey olmadığı üçün bu əməlini rahat şəkildə başa çatdıra bilərdi. Lakin, istintaq orqanı şahid ifadələrinə və hadisənin baş verməsi ilə bağlı məhkumun ifadələrinə əhəmiyyət verməyərək onun guya Sadiq Quliyevi qəsdən öldürmək niyyətində olduğunu və ondan asılı olmayan səbəblərdən bu cinayəti başa çatdıra bilmədiyini göstərmişdir. Məhkəmələr isə işin hallarına fikir verməmiş və nəzərə almamışlar ki, əgər Məhkum hadisə yerində olan Sadiq Quliyevi öldürmək istəsəydi, niyyətinə çatmaq üçün avtomat silahdan ona bir neçə dəfə atəş aça bilərdi və ona bunu etmək üçün heç kim mane ola bilməzdi. Sadiq Quliyevin özünün də ifadəsindən göründüyü kimi Məhkum könüllü olaraq bu əməldən imtina etmişdir. O X16i öldürmək yox, yaralamaq niyyətində olmuş və bunu digər şəxslər də təsdiq etmiş, lakin Fərid son anda bu niyyətindən də imtina etmişdir. Məhz buna görə də o avtomat silahdan atəş açarkən X16in ayağını nişan almış, lakin həmin an gözlərini yumduğu üçün güllə ehtiyyatsızlıqdan yaxınlıqda olan əsgər yoldaşına dəymişdir. Bundan sonra darağı silahdan ayırmış, patronu patron yuvasında çıxarmışdır ki, bir daha atə. Açılmasın və sonra bir əlində daraq və bir əlində silah yaralanan əsgər yoldaşı Namiq Camalova yaxınlaşmış, ehtiyyatsızlıqdan atəş açıldığını bildirmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, məhkumun əməlinin CM-nin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası çərçivəsində minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətlə ri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilm iş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində mübahisələndirilən məsələ məhkumun əsassız olaraq C M-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin ş ikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən i btidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bəzi xüsusatların qeyd olunması qənaətindədir Məhkum Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, yəni, ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən ci nayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarında olan, Məhkum ifadəsində göstərmişdir ki, “...X16 səngərin enişində əsgər Ş3u döymüşdür. Həmin vaxt o, X16in Ş3un döyməsini dayandırmaq üçün onu yaralamaq istəmişdir. Sadiq Quliyevin ona saxlamaq üçün verdiyi AKM markalı avtomat silah ın qoruyucusunu açıb silahı tək-tək atəş rejiminə gətirmiş və silahın lüləsini təxminən 17-18 metr məsafədən X16in aşağı tərəfinə ayaq hissəsinə və qarın nahiyəsi istiqamətində nişan alıb tuşlamış, sonra həyacandan əlləri əsmiş və qorxaraq gözlərini yumaraq, sağ əlinin şəhadət barmağı ilə tətiyi çəkmişdir. Elə atəş acan vaxt fikrindən dönərək, atəş anında avtomatı yuxarıya doğru çəkmişdir ki, Sadiq Quliyevə güllə dəyməsin. Həmin vaxt həyacanlı vəziyyətdə əli əsdiyindən güllənin başqa əsgər yoldaşına dəyməsinin gözləməmişdir. Atəşdən sonra gözlərini açmış, əsgər Ş1nin vurulduğunu görmüşdür. İkinci dəfə atəş açmaq imkanı olsa da bunu etməmiş, ona görə ki, Sadiq Quliyevi öldürmək niyyəti olmamışdır.” İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X13 ifadəsindən görünür ki, “...o, əsgər Ş3u n səngərin enişində ərazini təmizləyən əsgərlər Ş1 və Ş2un yanında olduğunu görərək süpürgəni səngərin üzərinə atdığına görə əsgər Ş3u döyərkən mane olmaması üçün üzərində olan AKM markalı, TH 987 nömrəli silahı qoruyucusu bağlı vəziyyətdə müvəqqəti saxlaması üçün əsgər Məhkum verib səngərin enişinə düşmüşdür. Həmin vaxt Ş3un bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmuşdur. Bu zaman bir atəş səsi eşidib ətrafına baxmış və əsgər Ş1nin "Dəydi, dəydi" deyə qışqıraraq üzü şərti adı "Eldəniz" olan döyüş mövqeyi istiqamətdə yıxıldığını görmüşdür. O, Məhkum onu öldürmək niyyəti olmasına inanmır və hesab edir ki, yalnız onu yaralamaq istəmişdir. Məhkum onu öldürmək niyyəti olsa idi bunu cox asanlıqda edə bilərdi. Belə ki, buna nail olmaq üçün aralarında kifayət qədər yaxın məsa fə olduğundan Məhkum cox rahat onu avtomat silahı ilə vura bilərdi. Məhkum hadisə baş verənədək 15 ay xidmət etmiş, silahla davranış qaydalarını yaxşı bilmişdir. Məhkum onu öldürmək istəsəydi bunu edə bilərmiş...” İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 22 fevral 2019-cu il tarixli, 247 №-li rəyindən görünür ki, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxs X11 odlu silahdan açılmış bir ədəd atəş nəticəsində əmələ gəlmiş, yetirilmə müddəti 21 fevral 2019cu il tarixə uyğun olan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid «Döş qəfəsinin sol yarısının dəlib keçən odlu silah (güllə) yaralanması (döş qəfəsinin sol-ön səthində bir ədəd, döş qəfəsinin sol-arxa səthində kürək nahiyəsində bir ədəd yara), sol ağciyərin zədələnməsi, travmat ik-hemorragik şok, İİİİV dərəcə» xəsarətini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Məhkum hadisəni törədərkən davranış aktlarında təzahür etmiş olan emosianal gərginlik halını keçirmişdir. O, hadisə zamanı öz hərəkətlərini və yaranmış şəraiti qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Məhkum hadisəni törədərkən affekt( qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyəti) halında olmamışdır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən i şin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin yuxarıda şərh olunan normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında verilən tövsiyələrə əsaslanaraq qeyd edir ki, qəsdən adam öldürmə cinayətlərinin hüquqi qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin qəsdinin məzmununun, cinayətin törədilməsi üsulunun, yetirilən bədən xəsarətlərin xarakterinin, bədənin hansı nahiyələrinə yetirilməsinin (həyat üçün mühüm olan orqanlara xəsarətlərinin yetirilib-yetirilməməsinin), xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətlərinin kəsilməsinin səbəblərinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxsin qəsdi qeyri-müəyyən olduqda onun əməli baş vermiş faktiki nəticələrə görə tövsif olunmalıdır, yəni təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin ölümü baş vermişdirsə, əməl qəsdən adam öldürmə kimi, təqsirkarın hərəkətləri zərərçəkən şəxsin bədəninə xəsarətlər yetirilməsinə səbəb olmuşdursa, onun əməli yetirilən xəsarətlərin dərəcəsinə müvafiq olaraq CM-nin müvafiq maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən ed ilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Hazırki işin materiallarından da görünür ki, hadisə X16in əsgər Ş3un döyməsini dayandırmaq üçün təqsirləndirilən şəxs Məhkum tərəfindən bir dəfə atəş açmaqla törədilmiş, atəş açmamışdan qabaq təqsirləndirilən şəxs silahı tək-tək atəş rejiminə gətirmiş, X16in də ifadəsindən göründüyü kimi, Məhkum 15 ay xidmət etmiş, silahla davranış qaydalarını yaxşı bilmişdir. Həmin vaxt həyəcanlı vəziyyətdə əli əsdiyindən güllənin başqa əsgər yoldaşına dəyməsinin gözləməmişdir. Atəşdən sonra gözlərini açmış, əsgər Ş1nin vurulduğunu görmüşdür. Həmçinin İkinci dəfə atəş açmaq imkanı olsa da bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhk əmələri R.Əhmədovun əməlini Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsinə tövsif edilməsi zərurətini kifayət qədər əsaslandırmadan qərar qəbul etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kas sasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin t əqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi b axılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar