Məhkəmə qərarları › İş №1-1(102)-82/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2022

21.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci madd əsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 17 yanvar 2022-ci il tarixli hökmü ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri vəzifəsində xidmət etmiş, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2nvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına göndərilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 26 may 2022-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1-1(093)-13/2022 saylı hökmü Məhkum barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0646 nömrəli əmri ilə 1 oktyabr 2016-cı il tarixdən 7 iyun 2019-cu il tarixədək həmin Nazirliyin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri vəzifəsində işləyərkən Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı X2”nə və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə t əsdiq edilmiş "Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və həmin Nazirlik üzrə 1 dekabr 2018-ci il tarixli 24 saylı qərarla təsdiq edilmiş "Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə təlimatı”na əsasən şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və başqa materialların qorunub saxlanmasına, hərbi hissənin, gəminin (bölmənin) maddi, texniki, tibbi, ticarətməişət və maliyyə təminatına cavabdeh olmaq, şəxsi heyətin döyüş və ictimai-siyasi h azırlığına bilavasitə rəhbərlik etmək, hərbi hissədə, gəmidə (bölmədə) hərbi intizamın yüksək səviyyədə olmasını təmin etmək, zabit, gizir və miçman kadrlarını düzgün seçib yerləşdirmək, attestasiyadan keçirmək, bu işə öz müavinlərini, qoşun və xidmət növü rəislərini cəlb etmək, hərbi hissədə, gəmidə (bölmədə) möhkəm daxili intizam yaratmaq, ona verilən hüquqlar dairəsində müstəqil hərəkət etmək, tabeliyində olan hərbi qulluqçulardan Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsini, hərbi nizamnamələrin tələblərini, vəzifə borclarını, verilən tapşırıq və sərəncamları dəqiq və vaxtında yerinə yetirmələrini tələb etmək, hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki mütəxəs sisləri müvəqqəti təyin etmək, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin və miçmanların vəzifələrə təyin olunması onların xidməti ixtisasları, iş təcrübəsi, işgüzarlıq və mənəvi keyfiyyətləri nəzərdə alınmaqla müddətdən artıq həqiqi hərbi xidmətə, gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul etmək, ali və ya orta ixtisas təhsilli gizirlər və miçmanları onların işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınmaqla zabitlərin tutmalı olduqları vəzifələrə təyin etmək, gizirlərin və miçmanların zabit vəzifələrinə təyin edilməsi, bu vəzifələrə zabitləri təyin etmək, hərbi hissə komandiri olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, şərtlərini dəyişmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxt ında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçiləri müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, normativ-hüquqi aktların tələblərinə əmək etməklə, əmək şəraitinin şəxslərini dəyişmək, ştatlara dəyişiklik edilməsi üzrə təklif vermək, əmək müqaviləsi bağlayarkən müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada ləğv etmək kimi təşkilati-sərəncamverici funksiya ları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni həmin hərbi hissəyə mülki işçi kimi təyin olunması üçün 2017-ci ilin yay aylarında hərbi hissənin Təminedici gəmilər divizionunun Reyd yedəyinin baş bosmanı işləyən Şahid1 müraciət etmiş Şahid7 həmin hərbi hissədə olan Böyük hidroqrafiya katerinin elektriki vəzifəsinə təyin etməyə görə, 2017-ci ilin yay aylarında ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid1 vasitəsilə Şahid7 rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə 2017-ci ilin avqust ayında ö zü üçün birbaşa yolla qeyd edilən xidməti otağında Şahid1 vasitəsilə Şahid7 maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla, şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirərək Şahid7 qeyd olunan vəzifəyə işə qəbul olunması barədə 5 sentyabr 2017-ci il tarixli 226 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni həmin hərbi hissəyə mülki işçi kimi təyin olunması üçün 2018-ci ilin yay aylarında Şahid1 müraciət etmiş Şahid6 həmin hərbi hissədə olan Hidroqrafiya gəmiləri divizionun Kiçik hidroqrafiya gəmisinin takelajçısı vəzifəsinə təyin etməyə gö rə 2018-ci ilin yay aylarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid1 vasitəsilə Şahid6 rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə, 2018-ci ilin sentyabr ayında özü üçün birbaşa yolla qeyd edilən xidməti otağında Şahid1 vasitəsilə Şahid6 maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almaqla, şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirərək Şahid6 qeyd olunan vəzifəyə işə qəbul olunması barədə 1 oktyabr 2018-ci il tarixli 251 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəz ifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni həmin hərbi hissəyə mülki işçi kimi təyin olunması üçün hərbi hissənin Təminedici gəmilər divizionunun komandiri işləyən Şahid2 müraciət etmiş Şahid5 həmin hərbi hissədə olan Təminedici Gəmilər divizionunun Dəniz Mayedaşıyan gəmisinin mühərrikçisi vəzifəsinə təyin etməyə görə 2018-ci ilin yay aylarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini Şahid2 vasitəsilə Şahid5 rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə 2018-ci ilin yay aylarında özü üçün birbaşa yolla qeyd edilən xidməti otağında Şahid2 vasitəsilə Şahid5 maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almaqla, şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirərək Şahid5 qeyd olunan vəzifəyə işə qəbul olunması ilə əlaqədar 29 oktyabr 2018-ci il tarixli 279 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni həmin hərbi hissəyə mülki işçi kimi təyin olunması üçün komandiri olduğu N saylı hərbi hissə komandirinin X13 üzrə müavini - X13 bölməsinin rəisi vəzifəsində işləmiş Şahid3 mür aciət etmiş Şahid4 həmin hərbi hissədə olan Böyük hidroqrafiya gəmisinin 3-cü elektromexaniki vəzifəsinə təyin etməyə görə 2019-cu ilin mart ayında ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin inzibati binasında olan xidməti otağında özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid3 vasitəsilə Şahid4 rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə 2019-cu ilin mart ayında özü üçün birbaşa yolla qeyd edilən hərbi hissənin xidməti ərazisində Şahid3 vasitəsilə Şahid4 maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almaqla, şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirərək Şahid4 qeyd olunan vəzifəyə işə qəbul o lunması barədə 1 aprel 2019-cu il tarixli 84 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, ibtidai araşdırma orqanın və məhkəmələrin Məhkum ona qarsı irəli sürülmüş tamamilə əsassız ittihamlarda təqsirli bilməsi ücün yalnız bir sübut qəbul etmiş, bir absurd olan “sübutlardan”, isin özləri ücün nəticələrində maraqlı şəxslərin ifadələrindən istifadə etmişlər, qalan sübut kimi təqdim olunan “sübutlar” isə yalnız fərziyyələrdən ibarətdir. Konkret bir sübut kimi qəbul olunması olan bir sübut yoxdur. İttiham tamamilə absurd olan fərziyyələrə əsaslanmışdır. Nə birinci instansiya məhkəməsinin hökmündə, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarında tədqiq edilmiş mötəbər, mümkün və ə saslı sübutları mövcud deyil, hökm və yekun qərar ancaq tamamilə subyektiv ehtimal və fərziyyələrə əsaslanır. Cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirlərin xarakterləri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və məhkəmələr tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittihamın mahiyyəti və məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş halları yoxdur, yekun qərarlarda yalnız fərziyyələr əsasında qurulmuş nəticələr vardır. Hüquqlarını müdafiə etdiyi Məhkum hər hansı bir cinayət əməlini törətməsi haqqında nəinki kifayət olmayan sübutlar əsasında, barəsində yanaki sübut olsa belə, olm adığı halda, onun ağır cinayət əməli törətməkdə təqsirli olması haqqında yekun məhkəmə qərarları çıxarılmışdır. Müdafiə tərəfi tam əsaslı olaraq hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına tamamilə uyğun gəlmir, məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla da qətiyyən təsdiq olunmur. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci İl tarixli ləğv edilməsi və Məhkum, heç bir cinayət əməli törətmədiyinə, hərəkət və ya hərəkətsizliklərində heç bir cinayət əməlinin tərkibi olmadığına görə, tam bəraət verilməsi, Məhkum hərəkətlərində və ya hərəkətsizliklərində hər hansı bir cinayət əməlinin əlamətlərinin (qətiyyən olmamasına baxmayaraq) olmasını müəyyən etdiyi halda, ona təyin edil miş azadlıqdan məhrum etmə cəzasını azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza növü ilə əvəz edilməsi, Məhkum tam bəraət verilməsə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı müdafiə hüquqlarının kobud surətdə pozulmaları ilə bağlı ləğv olunması və cinayət işinin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyün ü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafi əçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il ta rixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məz mun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasın da, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun poz ulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəllə sinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum təqsirlilik məsələsi mübahisələndirilir və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cina yət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsi şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası cM-nın 311.3.2-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədən daxil olmuş xx.xx.2021-ci il tarixli 3365 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş əmrdən çıxarışdan görünür ki, Məhkum xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0646 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə k omandir vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 04406 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Təşkilat- Səfərbərlik şöbəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini qərargah rəisi-hərbi hissə komandirinin müavini 2-ci dərəcəli kapitan Şahid9 təhvil vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədən daxil olmuş xx.xx.2021-ci il tarixli 3365 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci Müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-ci il tarixli 0417 nömrəli əmri ilə Şahid2 N nömrəli hərbi hissənin Təminedici gəmilər divizionunun komandiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 0340 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci Müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0299 nömrəli əmri ilə Şahid3 N nömrəli hərbi hissəsinin X13 üzrə müavini - X13 bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cü il tarixli 0611 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin komandir Məhkum xx.xx.2016-cı il tarixli 4 nömrəli əmrlə Şahid1 hərbi hissənin Təminedici gəmilər divizionun Reyd yedəyinin (T757) baş bosmanı vəzifəsinə 1 ay sınaq müddəti ilə işə qəbul etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədən daxil olmuş xx.x x.2021 -ci il tarixli 3365 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissənin komandiri Məhkum xx.xx.2019-cu il tarixli 84 nömrəli əmrlə Şahid4 hərbi hissənin Böyük hidroqrafiya gəmisinin (N saylı) 3-cü elektromexaniki vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul etmişdir. N nömrəli hərbi hissənin komandiri Məhkum xx.xx.2017-ci il tarixli 226 nömrəli əmrlə Şahid7 hərbi hissənin Böyük hidroqrafiya katerinin (N saylı) elektriki vəzifəsinə 1 ay sınaq müddəti ilə işə qəbul etmişdir. N nömrəli hərbi hissənin komandiri Məhkum xx.xx.2018-ci il tarixli 251 nömrəli əmrlə Şahid6 hərbi hissənin Kiçik hidroqrafiya gəmisinin (N saylı) takelajçısı vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul etmişdir. N nömrəli hərbi hissənin komandiri Məhkum xx.xx.2 018-ci il tarixli 279 nömrəli əmrlə Şahid5 hərbi hissənin Təminedici gəmilər divizionun Dəniz Mayedaşıyan gəmisinin (N saylı) mühərrikçisi vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul etmişdir. Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi vəzifəli şəxs tərəfindən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə təkrar rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Qanununun mənasına görə rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi üçüncü şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsi, alması və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi başa düşülür. Rüşvət vəzifəli şə xsin səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə ümumi himayədarlıq və laqeydliyə görə verilir. Vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkəti (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Beləliklə, rüşvət almaya CM-in 311-ci maddəsində verilən anlayışdan görünür ki, o, aşağıdakı əlamətlərlə xarakterizə olunur: -xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət alma; -xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydliyə görə rüşvət alma; Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0646 nömrəli əmri ilə 1 oktyabr 2016-cı il tarixdən 7 iyun 2019-cu il tarixədək həmin Nazirliyin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri vəzifəsində işləyərkən təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə, vəzifəyə işə qəbul olunması ilə əlaqədar ittihamda qeyd olunan şəxslərdən təkrarən rüşvət alması öz təsdiqini tapmışdir və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli olması cinayə t işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (h ökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hök mü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər y alnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yek ununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməllərinə görə düzgün olaraq təqsirli bilinmiş, müdafiəçinin kassasiya şikayətinin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Belə ki, CPM-i n 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikd ə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı CM-in 311.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təy in edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. komp leks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai tə hlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal ları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məh rum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkum azadlıqdan məhrum etmə əlaqədar olmayan cəzanın təyin edilməsi, yəni onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmiş və kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 4 16-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar