Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-82/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 30 may tarixli, 1-1(104)-26/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 1-1(095)-92/2023 nömrəli (X4 (sədrlik edən), Kamran Muxtarov (məruzəçi) və Nürəddin Hüseynlidən ibarət tərkibdə) hökmü ilə, xx xxxx 1994-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, H.Aslanov küçəsi ev 76-da qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin sabit müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu bir gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesabı ilə hesablanması və üzərində 5 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 13 noyabr 2023-cü il tarixdən hesab edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi, barəsində «həbs» qətimkan tədbirinin seçilməsi, dərhal məhkəmə iclas zal ında həbs edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə təyin olunması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Müdafiəçi3 və Müdafiəçi2 apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 30 may tarixli, 1-1(104)-26/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 2024-cü il 30 may tarixli, 11(104)-26/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlnə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasının iclasında bildirdi ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür hazırda şikayətə baxılmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkum bu barədə yazılı ərizəni məhkəmə kollegiyasına təqdim etdi. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum müraciətini və ərizəsini nəzərə alaraq və dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərə k hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 may tarixli, 11(104)-26/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-82/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-82/2024
11.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver